Ümumiyyətlə hüquq institutu kimi nikah müqaviləsinin mahiyyəti müxtəlif hüquqşünas alimlərin fərqli fikirləri mövcuddur



Yüklə 307,04 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü307,04 Kb.
#64013


 

- 1 - 


“Nikah müqaviləsi anlayışı, onun məzmunu və 

bağlanma qaydası” 

İ.O.Quliyev, Z.Z.Xəlilov 

       

Məqalədə nikah müqaviləsinin hüquq institutu kimi nəzəri əsasları, müasir ailə 

hüquq  nəzəriyyəsində  nikah  müqaviləsinin  rolu,  müxtəlif  ölkələrin  ailə 

qanunvericiliyində nikah müqaviləsinin müqayisəli cəhətləri, nikah müqaviləsi ilə 

bağlı hüquqşünas alimlərin fikirlərinin təhlili, milli ailə qanunvericiliyimizin izahı 

və bunlarla bağlı ziddiyyətlər göstərilərək müəyyən təkliflər verilmişdir. 

       Məqalənin mövzusu: “Nikah müqaviləsi anlayışı, onun məzmunu və bağlanma 

qaydası”  kimi  təsadüfən  seçilməmişdir.  Nikah  müqaviləsi  institutu  respublikamız 

üçün yeni institut hesab olunur. XX əsrin 90-cı illərindən etibarən respublikamızda 

nikah-ailə  münasibətləri  dövlət  siyasəti  çərçivəsində  və  qanunvericiliklə  tənzim-

lənərək  əsaslı  surətdə  formalaşmışdır.  Əgər  keçmiş  SSRİ  ailə  qanunvericiliyi  ər-

arvad  arasında  əmlak  münasibətlərini  imperativ  normalar  ilə  nizama  salırdısa, 

hazırda isə bu  münasibətləri nizama salan normalar dispozitiv  xarakter daşıyır və 

nikaha  müqavilə  kimi,  hüquqi  əqd  kimi  baxmaq  imkanı  verir.  Keçmiş 

qanunvericilik  ilk  növbədə  ana  və  uşağın  maraqlarını  müdafiə  edirdi.  Həmçinin, 

ər-arvad  boşanarkən  nikah  müddətində  əldə  olunmuş  əmlakları  yarıbayarı 

bölünürdü.  Əgər  ailədə  bir  uşaq  da  var  idisə,  bu  zaman  əmlak  3  nəfərə  çatırdı. 

1995-ci  il  12  noyabr  tarixindən  etibarən  Azərbaycan  Respublikası  Konstitusi-

yasının  qəbulu  ilə  xüsusi  mülkiyyətin  yaranması  və  bütövlükdə  bazar  iqtisadiy-

yatının inkişafı nəticədə ər-arvadın əmlak münasibətlərinin dispozitiv əsaslarla ailə 

qanunvericiliyində tənzimlənməsinə gətirib çıxardı. Nikah müqaviləsi Azərbaycan 

qanunvericiliyində  və  hüquqtətbiqetmə  praktikasında  Azərbaycan  Respublikası 

Mülki Məcəlləsi və Ailə Məcəlləsinin 2000-ci ildə qüvvəyə minməsi ilə müəyyən 

olunmuşdur.  Hal-hazırda  nikaha  daxil  olan  şəxslər  arasında  boşanma  baş  verdiyi 

halda  onların  əmlaklarının  bölünməsinə  görə  mübahisələr  baş  verir.  Belə  əmlak 

mübahisələrinin  qarşısının  alınması  üçün  ən  yaxşı  vasitə  məhz  nikah 

müqaviləsidir.  Nikah müqaviləsi vasitəsilə ər və arvad əldə etdikləri əmlaklarının 

hüquqi  rejimini  müəyyən  edirlər.  Mövzunun  aktuallığı  məhz  bununla  ön  plana 

çıxır.  Yeni  Ailə  Məcəlləsi  qəbul  olunana  qədər  ancaq  xarici  ölkələrin  ailə  hüquq 

nəzəriyyəsini  xarakterizə  edərək  nikah  müqaviləsindən  danışmaq  olardı. 

Ümumiyyətlə  nikah  müqaviləsinin  cəlbediciliyi  onun  azadlıq  ideyası  ilə  ifadə 

olunur.  Nikah  müqaviləsi  o  şəxslər  üçün  aktualdır  ki,  onların  xüsusi  biznesi,  

müntəzəm gəliri, xüsusi yaşayış evi və digər mülkləri olsun. Bununla bərabər həm 

də,  maddi  durumlarında  əhəmiyyətli  fərq  olan  şəxslərarası  nikah  münasibətləri 

üçün nikah müqaviləsi aktual hesab oluna bilər. Nikah müqaviləsinin anlayışı Qərb 

ailə hüquq nəzəriyyəsində müxtəlif cür şərh olunur. Əksər xarici ölkələrdə xüsusən 

də  ABŞ-da nikah müqaviləsi və nikah eyni mənanı kəsb edir. Ancaq Azərbaycan 

hüquq  ədəbiyyatında  bu  iki  anlayış  tamamilə  fərqli  mənanı  özündə  ehtiva  edir. 

Maraqlısı  odur  ki,  Azərbaycan  Respublikasında  müasir  ailə  qanunvericiliyinin 

tələblərinə  əsasən  nikah  müqaviləsinin  predmetinə  yalnız  ər-arvad  arasında 



 

- 2 - 


mövcud  olan  əmlak  münasibətləri  daxildir.  Lakin  əksər  ölkələrdə  qeyri-əmlak 

münasibətləri nikah müqaviləsinin predmeti kimi qəbul olunur. (Məsələn, İtaliya, 

Fransa, Almaniya  və s.) Bütövlükdə “Nikah müqaviləsinin anlayışı, məzmunu  və  

bağlanma  qaydası”  çox  vacib  və  günümüzün  aktual  mövularından  biri  hesab  

olunur.  

        Nikah  müqaviləsinin  ailə  hüququ  sistemində  hüquqi  tənzimlənmə  xüsusiy-

yətlərinin  kompleks  tədqiqi,  nikah  müqaviləsinin  hüquqi  təbiətinin  şərhi, 

praktikada nikah müqaviləsi ilə əlaqədar yaranan problemlərin aşkara çıxarılması 

məqalənin əsas məqsədi hesab olunur.  

       Bu  məqsədə  nail  olmaq  üçün  aşağıda  göstərilən  məsələlərin  həlli  xüsusilə 

vacibdir:  

       - nikah hüquq institutunun tarixi aspektlərini aydınlaşdırmaq; 

       - ailə hüquq nəzəriyyəsində və xarici ölkələrin qanunvericilik praktikasında ər 

-arvadın əmlakının qanuni rejiminin müasir əsaslarının şərhi; 

       - nikah müqaviləsinin ümumi hüquqi təbiətini izah etmək; 

       - nikah müqaviləsinin anlayışı, məzmununu müəyyənləşdirmək

       -  müxtəlif  ölkələrin  ailə  qanunvericiliyində  nikah  müqaviləsinin  müqayisəli 

cəhətləri və bu məsələlərin Azərbaycan qanunvericiliyində təsbiti; 

       -  Azərbaycan  Respublikasının  müasir  hüquqtətbiqetmə  praktikasında  nikah 

müqaviləsi  ilə  bağlı  ziddiyyətlərin,  problemlərin  aşkarlanması  və  milli  ailə 

qanunvericiliyimizdə olan boşluqların aradan qaldırılması;      

       Məqalənin metodoloji əsasını dialektik dərketmə metodu, ümumelmi metod və 

problemin  aydınlaşdırılması  üçün  kompleks-tarixi,  müqayisəli  kimi  metodlar  təş-

kil edir.   

       Nikah  müqaviləsi  ingilis  dilindəki  “marriage  contract”  sözündən  götürülərək 

anlayışın azərbaycan dilində olan analoqudur.

1

 Ümumiyyətlə hüquq institutu kimi 



nikah  müqaviləsinin  mahiyyəti  barədə  müxtəlif  hüquqşünas  alimlərin  fikirləri 

mövcuddur.  Mülahizələrə  görə  əsasən  nikaha  3  nöqteyi-nəzərdən:  nikah 

müqaviləsi, nikah statusu və nikah əməkdaşlığı (partnyorluğu) kimi baxılır. Daha 

geniş  yayılmış  konsepsiyalardan  biri  də  qanuni  nikahın  bağlanması  qaydalarına, 

onun  həqiqiliyinin  şərtlərinə,  tərəfin  nikahının  pozulması  nəticəsində  təzminatın 

ödənilməsi  imkanının  əldə  edilməsinə  qanun  tərəfindən  tələblərin  artmasına 

əsaslanan müqavilə konsepsiyasıdır. Bütün bu tələblər onu deməyə əsas verir ki, bu 

daha çox ər-arvadın əmlakının müqavilə rejiminin istifadəsinə yönəldilib. Bununla 

razılaşmaq  lazımdır.  Lakin  ərlə-arvadın  əmlakının  müqavilə  rejiminin  ideyasını 

şübhə  altına  almayaraq,  özlüyündə  rejim  anlayışını  və  nikah  anlayışını 

fərqləndirmək  lazımdır.  A.İ.Zaqarovski  qeyd  etmişdir  ki,  həm  nikahın  məzmunu, 

həm də ki, onun pozulması ərlə-arvadın istəyindən asılı deyil. Ona görə də nikah 

institutunu  müqavilə  hüququnun  sahəsinə  aid  etməkdənsə  xüsusi  kateqoriyalı 

institutların sırasına aid etmək daha dəqiq olardı. Q.F.Şerşeneviç nikahın müqavilə 

əsasında yaranmasını nikah-hüquq münasibətindən dəqiq ayırır.  O, hesab edir  ki, 

həm  nikahın,  həm  də  vətəndaş  öhdəçiliyinin  yaranmasının  əsası  müqavilədir. 

                                                 

1

 А.М.Нечаева, «Семейное право актуальные проблемы теории и практики»  “Юрайт-издат” 2007. 



с. 116.;  


 

- 3 - 


Lakin,  nikah-hüquq  münasibətləri  mülki  öhdəçilik  sayılmır.  Q.F.Şerşeneviç  yazır 

ki, nikahın  məqsədi tək fiziki yox, həm də  ki əxlaqi birgəyaşayışdır. Bu nöqteyi-

nəzərdən  hər  ikisi  müqaviləyə  əsaslana  bilən  nikah  və  öhdəçilik  arasında  fərq 

ortaya çıxır. Əgər müqavilə bir və ya bir neçə hərəkətin icrasına yönəlibsə bunun 

nəticəsi öhdəçilik münasibətləridir. Nikah birgəyaşayışı müəyyənləşmiş hərəkətləri 

nəzərdə tutmur. Bu birgəyaşayış bütün həyatı boyu əlaqəni nizamlayır və ən əsası 

iqtisadi  məzmun deyil, əxlaqi  ideya  kəsb edir. Bunun nəticəsində  Q.F.Şerşeneviç 

nikah hüquq münasibətlərindən yaranan hüquqi faktı, müqaviləni qəbul edir. Qeyd 

etmək  lazımdır  ki,  hüquqşünas  alim  bunun  əsasında  yaranan  münasibətləri  isə 

xüsusi  növlü  instituta  aid  edir.  Nəticə  etibarilə

 

XIX  əsrin  sonunda  əksər 



hüquqşünas  alimlər  kimi  həm  A.İ.Zaqarovski,  həm  də  Q.F.Şerşeneviç  ailə 

hüququnu mülki hüququn bir sahəsi kimi və nikahı isə xüsusi növlü mülki hüquq 

institutu  olaraq  qəbul  edirdilər.  Ailə  hüququ  XX  əsrdən  başlayaraq  haqlı  olaraq 

hüququn müstəqil sahəsinə çevrildi. Ailə hüququ mülki hüquqla sıx əlaqəli olsa da, 

müstəqil  hüquq  sahəsidir.  Müstəqil  hüquq  sahəsi  kimi,  ailə  hüququ  ictimai 

münasibətlərin  müəyyən  növünü  –  ailə  münasibətlərini,  yəni  nikah  faktından 

meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir.   

 

       Növbəti  konsepsiya  nikah  bağlayan  şəxslərin  bütövlükdə  hüquqi  və  qeyri-



hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsini ehtiva edir. Bu birinci 

növbədə  qanuni  ər-arvadın  ictimai  və  hüquqi  status  almasına  əsaslanır.  Nikah 

statusu ilk növbədə ər-arvadın hüquq və vəzifələr əldə etməsinə səbəb olur. Nikah 

bağlamaqla  ərlə  arvad  əvvəlcədən  böyük  hissəsi  qanunla  imperativ  qaydada 

müəyyənləşdirilən  münasibətlərə daxil olmağa razılıq  verirlər. Bunun nəticəsində 

nikahın  hüquqi  təbiəti  nikahı  müqavilə  kimi  xarakterizə  etməyə  imkan  verir. 

Mütləq şəkildə nikahı və əsasını nikahdan götürən hüquqi nəticələri fərqləndirmək 

lazımdır.  

       Son  illərdə  geniş  yayılmış  bir  konsepsiya  da  mövcuddur.  Bu  konsepsiyanın               

mahiyyəti  nikah  əməkdaşlığına  (partnyorluğa)  imkan  verir.  Əksər  müəlliflər  bu      

ideyanın  yaranmasını  qadınların  hüquq  bərabərliyi  uğrunda  inkişaf  hərəkatı,     

onların  müstəqil  vəziyyəti  və  təbii  ki,  ərlə  arvadın  nikahdakı  bərabərliyi  ilə     

əlaqələndirirlər. Qeyd olunan konsepsiya sayəsində nikahdakı ərlə arvad əməkdaşa     

(partnyora) çevrilirlər. Belə bir halda bunun praktiki nikah hüquq münasibətlərinə     

tətbiqi  nikahdakı  ərlə  arvadın  –  partnyorların  hüquq  və  vəzifələrini  dəqiq    

müəyyənləşdirməyi  çətinləşdirir.  Bu  da  onun  qanunla  rəsmiləşdirilməsini  qeyri-   

mümkün  edir.  Məhz  buna  görə  də  nikah  partnyorluğuna  ərlə  arvadın  qarşılıqlı    

münasibətlərinin hüquqi forması deyil, arzu olunan forması kimi baxmaq lazımdır.    

Yuxarıda  deyilənlərə  əsasən  bu  nəticəyə  gəlmək  olar  ki,  nikah  kimi  belə  spesfik  

instituta hüquqi təbiəti baxımından nikah statusu daha yaxın hesab olunur.

2

  

       Onu da  qeyd etmək  lazımdır  ki, hələ  Qədim Roma  və  Yunanıstanda  qadınlar 



və  kişilər  ailə  qurmazdan  əvvəl  əmlak  münasibətlərini  tənzimləyən  müqaviləni 

rəsmiləşdirirdilər.  XVIII  əsrin  sonu  XIX  əsrin  əvvəllərində  Fransa,  İngiltərə, 

                                                 

2

  Л.Ю.Грудцына,  Как  заключить  брачный  договор  (контракт)?:  Советы    адвоката, 



“ЮРКОМПАНИ” 2009, c. 77.; 


 

- 4 - 


Almaniya və Avstriyada nikah müqaviləsi institutu yenidən bərpa olundu. Məhz bu 

dövrdən etibarən nikah müqaviləsi hüquqi qüvvə qazanır. 

      Müasir  dövrdə  isə  ailə  hüquq  nəzəriyyəsində  ər-arvadın  əmlakının  qanuni 

rejimi 3 növdə ola bilər:  

-

 

Ümumi rejimli (Azərbaycan, Fransa, İsveçrə, ABŞ-nın bəzi ştatları)  



-

 

Bölünmə rejimi (İngiltərə, ABŞ-nın əksər ştatları, Almaniya)  



-

 

Ər-arvad  əmlakının  ümumiliyinin  ayrılması  rejimi  (İsveç,  Norveç, 



Danimarka) 

       Ümumi  rejimdə  nikah  müddətində  ərlə  arvadın  əldə  etdikləri  və  qazandıqları 

əmlak və ondan gəlirlər onların ümumi birgə mülkiyyəti sayılır.  Ər-arvadın birgə 

mülkiyyətinə  onların  hər  birinin  qanunla  qadağan  edilməyən  fəaliyyət  (əmək, 

sahibkarlıq və ya intellektual fəaliyyət) nəticəsində əldə etdikləri gəlirlər, aldıqları 

pensiya  və  müavinətlər,  onların  ümumi  gəlirləri  hesabına  əldə  edilən  əşyalar, 

qiymətli kağızlar, kredit idarələrinə qoyulmuş paylar, əmanətlər və nikah dövründə 

ər-arvadın  qazandığı  hər  hansı  sair  əmlak  daxil  ola  bilər.  Qeyd  olunan  məsələlər 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci  və  Ailə Məcəlləsinin 31-

37-ci maddələri ilə müəyyən edilir.   

      Bölünmə  rejimində  ərlə  arvada  nikaha  qədər  mülkiyyətçisi  olduğu  əmlakla 

yanaşı, nikah dövründə öz puluna əldə olunmuş əmlak da məxsus olur. Əgər qadın 

işləmirsə,  evdarlıqla  məşğuldursa  evlilik  dövründə  o  heç  nə  əldə  etmir.  Bunun 

nəticəsində  qeyd  edək  ki,  ərlə  arvadın  əmlakının  bölünmə  rejimi  nikahda  olan 

qadının  maraqlarını  müdafiə  etmir.  İngiltərədə  və  ABŞ-da  beynəlxalq  qadın 

hərəkatının  səyləri  nəticəsində  ənənəvi  bölünmə  rejiminə  ümumilik  elementləri 

daxil edilib: 

-

 



Ərlə arvadın mülkiyyət hüququna görə konkret əmlakın onlara məxsusluğu 

deyil, məhkəmə ilə müəyyənləşmiş paya hüququ tanına bilər. 

-

 

Daha  vacib  əmlak  növlərində  məsələn,  yaşayış  evlərində  və  binalarda 



ümumilik rejimi tətbiq olunur. 

       Bəzi  ölkələrdə  nikahda  olan  qadının  fəaliyyət  qabiliyyətsizliyi  qəbul  olunan 

halda əmlakın idarə olunması hüququ ərə məxsusdur. Lakin vurğulamaq lazımdır 

ki,  Argentina,  Braziliya,  İspaniya  kimi  ölkələrdə  nikahda  olan  qadının  fəaliyyət 

qabiliyyətli  olduğu  halda  belə  əmlakın  idarə  olunması  və  nikahda  olan  maddi 

məsələlərin həllində mühüm üstünlükləri kişi həyata keçirir. Bu baxımdan Fransa 

qanunvericiliyində  ərlə  arvadın  ümumi  əmlakının  təkbaşına  idarə  olunmasının 

özünəməxsus variantı təsbit edilib.  Yəni,  kişi birgə mülkiyyətə ümumi idarəçiliyi 

həyata keçirir, ancaq vacib sazişləri qadının razılığı ilə bağlaya bilər. Qadın isə öz 

qazancı  hesabına  əldə  edilmiş  və  ailənin  zəruri  tələbatının  ödənilməsinə  aid 

olmayan (ehtiyat) əmlakı idarə edir.

3

     



      Hələ  35  il  öncə  ABŞ-da  bağlanan  kəbinlərin  yalnız  1  faizi  nikah  

müqavilələriylə  müşayiət  olunurdu.  İndi  isə  Birləşmiş  Ştatlarda  belə  kontraktlar  

üzrə  göstəricilər  60  faiz  təşkil  edir.  Müasir  dövrdə  Fransa  və  Almaniya  kimi  

ölkələrin  statistikası  göstərir  ki,  ilk  dəfə  nikaha  daxil  olanların  5%-i,  ikinci  dəfə  

                                                 

3

 Под ред. П. В. Алексия, И. В. Петрова, А. Н. Кузбагарова “Семейное   право” : учебник для 



вузов; Издательское объединение "ЮНИТИ" 2009, c. 147.; 

 



 

- 5 - 


nikaha daxil olanların 60%-i nikah müqaviləsi bağlayırlar. Artıq 10 ildir ki, nikah  

kontraktı  Azərbaycanda  hüquqi  reallığa  çevrilərək  nikah  müqaviləsi  adı  ilə  ailə   

qanunvericiliyinə  daxil  edilmişdir.  Yeni  Ailə  Məcəlləsi  əmlakı  ər-arvadın  ürəyi 

necə istəyirsə, o cür də bölməyə şərait yaradır. 

       Hüquqşünas  alim  İ.M.Kuznetsovanın  fikrincə,  nikah  müqaviləsi  -  kişi  və 

qadının nikah  və  boşanma  dövründə  əmlak  hüquqlarını  müəyyənləşdirən  sazişdir. 

M.V.Antokolskaya  düşünür  ki,  ərlə  arvadın  əmlakının  hüquqi  rejimini  və 

gələcəkdəki  digər  əmlak  münasibətlərini  müəyyənləşdirmək  nikah  müqaviləsinin 

əsas  hüquqi  məqsədidir.

4

  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi 



Əsəd  Mirzəliyevin  fikrincə  nikah  müqaviləsi  hər  qadının  özünün  və  uşaqlarının 

sosial müdafiəsi deməkdir. Bu səbəbdən insan hələ ailə münasibətlərini müəyyən-

ləşdirməmişdən öncə özünün sosial müdafiəsini hüquqi baxımdan təşkil etməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  225.1-ci  maddəsində  ərlə  arvadın 

nikah  dövründə  qazandıqları  əmlakın  onların  nikah  kontraktında  ayrı  qayda 

nəzərdə  tutulmadığı  halda  ümumi  mülkiyyəti  hesab  edilməsi  haqqında  göstəriş 

mövcuddur.  Ancaq  nikah  müqaviləsinin  bağlanmasını  mümkün  edən  müddəalar    

1 iyun 2000-ci ildən qüvvəyə minən  yeni  Ailə Məcəlləsində nəzərdə tutulmuşdur. 

Nikah  müqaviləsinin  anlayışı  ailə  qanunvericiliyimizin  38.1-ci  maddəsində  öz 

əksini tapıb: “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah 

dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini 

müəyyən  edən  sazişdir.”  Nikah  müqaviləsi  müqavilə  tərəfləri  arasında  əksər 

mübahisələrin məhkəmə istintaqına müraciət etmədən həllinə imkan verir.  

       Azərbaycan  Respublikasının  müasir  Ailə  Məcəlləsində  nikah  müqaviləsinə 

həcmi böyük olmayan 3 maddə (38-40-cı  maddələr) həsr olunub. Müqayisə üçün 

qeyd  edək  ki,  1896-cı  il  tarixli  Almaniya  Mülki  Qanunnaməsində  isə  nikah 

müqaviləsinin  hüquqi  xarakteristikasını  müəyyən  edən  yüzlərlə  paraqraf 

mövcuddur.  Hesab  edirik  ki,  bu  Respublikamızda  hüquqi  təbliğatın  zəif  olması, 

mental dəyərlər və nikaha daxil olan şəxslərdə olan psixoloji faktorlarla bağlıdır. 

       Əksər hallarda nikah  müqaviləsi məzmun etibarilə  əmlak bölgüsü və  bu  kimi 

digər münasibətlərə aid olsa da, bir çox hüquqşünas alimlərin fikrincə bu müqavilə 

ərlə  arvad  arasında  münasibətlərin  tənzimlənməsinə  də  yönələ  bilər.  Məsələn, 

Hollivud  ulduzları  Tom  Krus  və  Nikol  Kidman  arasında  imzalanmış  nikah 

müqaviləsində  ər-arvad  həyatının  xırdalıqları  da  nəzərə  alınaraq  müqavilədə  öz 

əksini tapıb. Müqavilə üzrə ayaqyolu çanağı oturacağının istifadə edildikdən sonra 

yerinə  qaytarılması  ilə  bağlı  Tomun  üzərinə  xüsusi  öhdəlik  qoyulmuşdur.

5

  Digər 


bir  misal:  ABŞ-ın  eks-prezidenti  Con  Kennedinin  keçmiş  həyat  yoldaşı  Jaklin 

Buvye  Kennedi  və  yunan  multimilioner  Aristotel  Onassis  arasındakı  nikah 

müqaviləsinə əsasən ər öz arvadını atıb gedərdisə, o zaman onunla birgə yaşadığı 

hər  ilə  görə  10  milyon  dollar  həcmində  kompensassiya  ödəməli  idi.  Əgər  əksinə 

hal baş verərdisə, belə olduqda ər nikahın ən azı 5 il davam etməsi şərtilə ümumi 

məbləğin  18,7  milyon  dollarını  ala  bilərdi.  Belə  görünür  ki,  bu  bizim  hüquqi 

                                                 

4

 Под ред. П. В. Алексия, И. В. Петрова, А. Н. Кузбагарова “Семейное   право” : учебник для 



вузов; Издательское объединение "ЮНИТИ" 2009, с. 145.; 

5

 В.Р.Дворецкий, “Все о брачном договоре” “ГроссМедиа” 2008 c. 54.;   




 

- 6 - 


ənənələrimiz üçün qeyri-adi şərt kimi qəbul oluna bilər. Eyni zamanda bu səpkili 

şərtlər milli ailə qanunvericiliyimizin ümumi ruhuna zidd deyil.

6

  



      Həmçinin  yuxarıda  qeyd  olunan  müqavilədə  belə  bir  şərt  də  mövcud  idi  ki, 

nikah  dövründə  arvad  (Jaklin  Buvye  Kennedi)  bütün  katolik  bayramları  və  yay 

istirahətini əri (Aristotel Onassis) ilə  birgə  keçirməlidir. Göründüyü  kimi amerika 

qanunvericiliyi nikah müqaviləsinə daha geniş azadlıq verir. ABŞ-da nəinki əmlak, 

həm də ər-arvad arasındakı digər münasibətlər nikah müqaviləsinin predmeti hesab 

olunur.  Bu  kimi  öhdəliklərin  məcburi  icrası  fikrimizcə  yolverilməzdir. 

Konstitusion  hüquqların  məhdudlaşdırılması  ilə  bağlı  olan  şərtlər  qeyri-əmlak 

münasibətlərinə  aid  olduğu  üçün  onlar  nikah  müqaviləsinin  predmeti  ola  bilməz. 

Bununla  yanaşı  mübahisə  zamanı  məhkəmə  bu  şərtləri  nəzərə  almır.  Azərbaycan 

Respublikasının  Konstitusiyasının  28-ci  maddəsinə  əsasən  hər  kəsin  azadlıq 

hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, 

həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhudlaşdırıla bilər. Yəni, bu o 

deməkdir ki, qeyd olunanlardan savayı heç bir halda vətəndaşın əsas konstitusion 

hüququ  olan  şəxsi  azadlığı  məhdudlaşdırıla  bilməz.  Hesab  edirik  ki,  nikah 

müqaviləsi  ancaq  ərlə  arvadın  əmlak  münasibətlərini  tənzimləməlidir.  Nikah 

müqaviləsi nəinki ərlə arvad arasındakı şəxsi münasibətləri tənzimləməməlidir, ən 

əsası  onların  hüquqlarını  məhdudlaşdırmamalıdır.  Mütləq  şəkildə  qeyd  etməliyik 

ki,  Azərbaycan  Respublikasında  müasir  ailə  qanunvericiliyinin  tələblərinə  əsasən 

nikah  müqaviləsinin  predmeti  dedikdə,  burada  ər-arvad  arasında  mövcud  olan 

əmlak  münasibətləri  başa  düşülür,  hər  hansı  bir  başqa  ailə  münasibətləri  nikah 

müqaviləsi ilə tənzimlənə bilməz.  

Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsinin  “Nikah  müqaviləsi  və  onun 

məzmunu” adlı 38.5.-ci maddəsinə  görə: “Nikah müqaviləsində nəzərdə tutulmuş 

hüquq  və  vəzifələr  müəyyən  müddətlərlə  məhdudlaşa  bilər,  müxtəlif  şəraitin 

yaranıb-yaranmamasından asılı ola bilər.” Məsələn, ər arvad razılığa  gələ bilərlər 

ki, nikah müqaviləsi 1 yanvar 2010-cu il tarixdə qüvvəyə minsin və 10 aprel 2010-

cu ildə qüvvədən düşsün. Belə şərtlər nikah müqaviləsində notariat qaydada təsdiq 

olunmaqla  öz  təsbitini  tapır.  Bu  halda  boşanma  faktı  nikah  müqaviləsinin  xitam 

olunmasına səbəb olmur. Lakin nəzərə almaq lazımdır ki, əgər göstərilən müddətə 

qədər  boşanma  olubsa,  məhz  Qeydiyyat  idarəsində  boşanma  qeydə  alındıqdan 

sonra nikah müqaviləsi hüquqi qüvvəsini itirəcək.  

 Mütləq  mənada  vurğulanmalıdır  ki,  “Nikah  müqaviləsi”  kateqoriyası  “Ər  və 

arvadın  mülkiyyətinin  müqavilə  rejiminə”  nisbətən  daha  geniş  anlayışdır. 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 38.2 və 38.4-cü maddələri birbaşa 

olaraq nikah müqaviləsinin məzmununda qanunun icazə verdiyi hansı əmlak hüquq 

və  öhdəliklərinin  müəyyənləşdirilə  biləcəyini  ifadə  edir.  Birinci  növbədə  nikah 

müqaviləsi  ilə  ər-arvad  birgə  mülkiyyətin  qanunla  müəyyən  olunmuş  rejimini 

dəyişərək,  ümumi  əmlaka,  onun  ayrı-ayrı  növlərinə  və  ya  ər-arvadın  hər  birinin 

əmlakına  birgə,  paylı  və  ya  ayrıca  mülkiyyət  rejimi  tətbiq  edə  bilərlər.  Qeyd 

olunmalıdır ki, təkcə bu müddəa ilə nikah müqaviləsinin məzmunu tamamlanmır. 

                                                 

6

 Л.Ю.Грудцына, Как заключить брачный договор (контракт)?: Советы  адвоката, 



“ЮРКОМПАНИ” 2009, с. 78.;

 



 

- 7 - 


Həm  də  ər-arvad  Ailə  Məcəlləsinin  38.4.-cü  maddəsinə  əsasən  nikah 

müqaviləsində  bir-birinin  qarşılıqlı  saxlanması,  bir-birinin  gəlirlərində  iştirak 

üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, 

nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə 

dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Bununla 

yanaşı  nikah  müqaviləsi  əmlakın  müqavilə  rejimi  ilə  bağlı  müddəaları 

ümumiyyətlə  nəzərdə  tutmaya  da  bilər.  Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  

hesab edirik  ki,  Azərbaycan Respublikası  Ailə Məcəlləsinin 8-ci fəslinin (“Ər  və 

arvadın  mülkiyyətinin  müqavilə  rejimi”)  “Nikah  müqaviləsi”  kimi  adlandırılması 

daha  məqsədəmüvafiqdir.  Bu  fəsilin  belə  adlandırılması  bilavasitə  onun  faktiki 

məzmununa uyğunlaşdırılacaqdır.       

 Azərbaycan Respublikası Ailə Məcəlləsində (maddə 38.6) nikah müqaviləsinə 

daxil  olunması  qadağan  edilmiş  şərtlərin  siyahısı  verilmişdir.  Bu  normaya  görə 

nikah müqaviləsində aşağıdakı şərtlər nəzərdə tutula bilməz: 

a)

 

ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini məhdudlaşdıran;  



b)

 

ər-arvadın  öz  hüquqlarının  müdafiəsi  üçün  məhkəməyə  müraciət  etmək    



hüququnu məhdudlaşdıran; 

c)

 



uşaqlara  münasibətdə  hüquq  və  vəzifələrini,  eləcə  də  ər-arvad  arasındakı 

şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən; 

d)

 

ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün 



vəsait almaq hüququnu məhdudlaşdıran; 

e)

 



ər-arvaddan  birini  çox  əlverişsiz  vəziyyətə  salan  və  ailə  qanunvericiliyinin 

əsaslarına zidd olan;                     

       Nikah  müqaviləsi  ər-arvadın  mövcud  olan  və  gələcəkdə  əldə  edəcəkləri 

əmlaka  dair  bağlana  bilər.  Nikah  müqaviləsi  nikaha  qədər  və  nikahdan  sonra  da 

bağlana bilər. Müqavilə nikaha qədər bağlansa da, bu nikah qeydə alındığı gündən 

qüvvəyə minir. Nikah müqaviləsi şəxsən bağlana bilən hüquqi əqdlərə aiddir. Yəni 

nikah müqaviləsi müəyyən mülki hüquqi müqavilələr kimi etibarnamə ilə bağlana 

bilməz.  Xarici  ölkələrdə  də,  nikah  müqaviləsinin  bağlanma  qaydasına  görə  bu 

müqavilə  yazılı  formada  bağlanmalı  və  tərəflər  müqaviləyə  şəxsən  imza 

etməlidirlər.

7

  Bununla  yanaşı  nikah  müqaviləsi  üçüncü  şəxslərin,  hətta  yetkinlik 



yaşına  çatmayanların  xeyrinə  bağlana  bilməz.  Çünki  uşaq  şəxsiyyət  kimi  xüsusi 

hüquq  və  azadlıqlara  malikdir.  Milli  qanunvericiliklə  bərabər  belə  vəziyyət 

beynəlxalq  aktlarda  da  təsbit  olunub.  Məsələn,  İnsan  hüquqlarının  və  əsas 

azadlıqlarının  müdafiəsi  haqqında  konvensiyada  insanın  azadlıq  hüququ,  ədalət 

mühakiməsi  hüququ,  bərabərlik  hüququ  və  ayrı-seçkiliyin  bütün  formalarının 

qadağan edilməsi öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, qanuna görə, nikah 

müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvadın nikah dövründə əldə 

etdikləri  mülkiyyət  onların  birgə  mülkiyyətidir.  Amma  nikah  müqaviləsində 

qabaqcadan  bundan  fərqli  məsələlər  müəyyən  oluna  bilər.  Məsələn,  nikah 

                                                 

7

 Z.Məmmədov, “Nikah müqaviləsi” məqalə 2002 // Keçid dövründə Azərbaycan Respublikasında Dövlət 



və hüquq quruculuğunun aktual problemləri, 2-ci buraxılış 

 



 

- 8 - 


müddətində əldə olunan mülkiyyətin üçdə birinin ərin, qalan hissəsinin isə arvadın, 

ya  da  əksinə,  mülkiyyətində  olması  göstərilə  bilər.  Vəkil  Qurban  Məmmədov 

boşanmalar  zamanı  məhkəmələrin  qadınlarla  bərabər  uşaqların  da  hüquqlarını 

pozduğunu  iddia  edir.  “Boşanma  zamanı  oğlan  qıza  evdən  istifadə  hüququ 

verməyə  bilər.  Amma  uşağa  evdən  istifadə  hüququ  mütləq  verilməlidir. 

Məhkəmələr belə mübahisələr yaranan zaman “Uşaq hüquqları haqqında” qanunun 

20-ci  maddəsini  tətbiq  etmək  əvəzinə  Mülki  Məcəllənin  228-ci  maddəsini  tətbiq 

edir. 20-ci maddədə nəzərdə tutulub ki, uşaq doğulduğu yerdə başqa ailə üzvləri ilə 

birgə qaydada istifadə hüququna malikdir. Məhkəmələr “yaşayış yeri” ilə “istifadə 

hüququ”  anlayışlarını  qarışdırır.  Məhkəmələr  uşaqların  istifadə  hüququnu  nəzərə 

almır.  Deyirlər  ki,  uşaq  anası  ilə  olduğu  üçün  onunla  yaşamalıdır”,  -deyə  vəkil 

bildirib.  

       Azərbaycanda  nikah  üçün  ərizə  verənlərin  hamısına  nikah  müqaviləsi 

bağlanması təklif olunur. Sadəcə olaraq ölkəmizdə mental dəyərlər tərəflərin nikah 

müqaviləsi  bağlamasına  mane  olur.  Azərbaycanda  müəyyən  hüquqşünas  alimlər 

mentalitetimizin  qüsurlu  olduğunu  deyirlər  və  nikah  müqaviləsinin  icbariləşdiril-

məsinin  tərəfdarıdırlar.  Onların  fikrincə,  nikah  müqaviləsinin  bağlanması 

ənənəsinin yaradılması üçün qanunvericilikdə dəyişiklik olmalıdır. Səbəbi bununla 

izah edirlər ki, qanunun müddəasının könüllü xarakter daşıması onun formal olaraq 

qalmasına rəvac verəcək. Hesab edirik ki, nikah müqaviləsinin məcburi bağlanması 

yolverilməzdir.  Çünki,  qanunvericilik  şəxsin  müqavilə  azadlığını  nəzərdə  tutub. 

Belə bir hal müəyyən olunarsa, müqavilə etibarsız sayılır. Bununla yanaşı nikahın 

bağlanmasının  özündə  də  məcburiyyət  müəyyən  olunsa,  nikah  etibarsız 

sayılmalıdır.  

Ailə  Məcəlləsinin  39.3-cü  maddəsinə  əsasən  nikah  müqaviləsi  yazılı  formada 

bağlanır  və  notariat  qaydada  təsdiq  olunur.  Nikah  müqaviləsi  nikahın 

bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda 

bağlana bilər. (Ailə Məcəlləsinin 39.1-ci maddəsi) Buna uyğun olaraq müqavilənin 

qüvvəyə  minmə  vaxtı  müəyyən  edilir.  Nikah  müqaviləsinin  qüvvəyə  minməsi 

dedikdə  müqavilə  ilə  nəzərdə  tutulan  ər-arvadın  əmlak  hüquq  və  vəzifələrinin 

yaranması başa düşülməlidir. Məsələn, nikah müqaviləsində qüvvəyə minmə tarixi 

kimi  20  noyabr  2010-cu  il  göstərilib.  Məhz  bu  tarixdən  etibarən  ər-arvadın  əldə 

etdikləri  gəlirlər  onların  hər  birinin  şəxsi  əmlakına  çevrilir  və  onlar  qazandıqları 

vəsaitlərin mülkiyyətçisi olurlar. Lakin 20 noyabr 2010-cu il tarixdən əvvəl isə ər-

arvadın  gəlirləri  onların  birgə  mülkiyyəti  hesab  olunurdu.  Ailə  Məcəlləsinin    

39.2-ci  maddəsinə  görə  nikahın  bağlanmasının  dövlət  qeydiyyatına  qədər 

bağlanmış  nikah  müqaviləsi  nikahın  bağlanmasının  dövlət  qeydiyyatına  alındığı 

gündən  qüvvəyə  minir.  Bu  o  deməkdir  ki,  Qeydiyyat  şöbəsində  nikah  qeydə 

alınana  kimi  nikah  müqaviləsi  əsasında  tərəflərin  heç  bir  hüquq  və  vəzifələri 

yaranmır.  Əgər  tərəflər  nikah  bağlamaqdan  imtina  edərlərsə,  nikahdan  qabaq 

bağlanmış  nikah  müqaviləsi  ləğv  edilir.  Beləliklə  nikahın  bağlanmasının  dövlət 

qeydiyyatına qədər bağlanmış nikah müqaviləsini müqavilənin qüvvəyə minməsini 

təxirə salmaq şərti ilə bağlanmış müqavilə hesab etmək olar.  

 



 

- 9 - 


       Aparılmış tədqiqatlar nəticəsində aşağıdakı elmi nəticələrə gəlinmişdir: 

        


- Əvvəllər mülki hüququn sahəsi olan ailə hüququ mütərəqqi haldır ki, hazırda 

müstəqil hüquq sahəsinə çevrilmişdir. 

       -  Xarici  ölkələrin  praktikası  ilə  müqayisədə  ər-arvad  arasında  mövcud  olan 

əmlak  münasibətlərindən  başqa  hər  hansı  bir  başqa  ailə  münasibətlərinin  nikah 

müqaviləsinin predmeti kimi çıxış edə bilməsi Respublikamızın qanunvericiliyinə 

uyğun deyil.  

       -  Məqalədə  qeyd  olunanları  nəzərə  alaraq    hesab  edirik  ki,  Azərbaycan 

Respublikası  Ailə  Məcəlləsinin  8-ci  fəslinin  (“Ər  və  arvadın  mülkiyyətinin 

müqavilə 

rejimi”) 

“Nikah 

müqaviləsi” 



kimi 

adlandırılması 

daha  

məqsədəmüvafiqdir.  Bu  fəsilin  belə  adlandırılması  bilavasitə  onun  faktiki   



məzmununa uyğunlaşdırılacaqdır.       

       -  Nikah  müqaviləsinin  icbariləşdirilməsi  mülki  hüquq  prinsipinə  və 

Azərbaycan reallığına uyğun olmadığı üçün məqsədəuyğun deyil. 

 

 



 

 

 



 

 

 



 

 

İstifadə edilmiş ədəbiyyat siyahısı: 



1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi; Qanun - 2009; 

2.  Məhəbbət  Dəmirçiyeva.  “Azərbaycan  Respublikasının  Ailə  hüququ”  dərslik, 

Qanun-2008;   

3. Z.Məmmədov, “Nikah müqaviləsi” məqalə 2002 // Keçid dövründə Azərbaycan 

Respublikasında Dövlət və hüquq quruculuğunun aktual problemləri, 2-ci buraxılış 

4. B.  Əsədov, V. Mirkamal, Ə. Hacıbəyli, İ. Əliyev, R. Hacılı, K.  Abbasov “Ailə  

Məcəlləsinin yozumu”“QAPP-POLİQRAF”, 2005; 

5.  Под  ред.  П.  В.  Алексия,  И.  В.  Петрова,  А.  Н.  Кузбагарова  “Семейное   

право” : учебник для вузов; Издательское объединение "ЮНИТИ" 2009; 

6.  Любовь  Герасимова,  “Семейное  право  :  конспект  лекций”  “Юрайт  

Издательство” 2009; 

7.  Л.Ю.Грудцына,  Как  заключить  брачный  договор  (контракт)?:  Советы  

адвоката, “ЮРКОМПАНИ” 2009; 

8. А.М.Нечаева, «Семейное право актуальные проблемы теории и практики»  

“Юрайт-издат” 2007; 

9. В.Р.Дворецкий, “Все о брачном договоре” “ГроссМедиа” 2008; 



 


 

- 10 - 


“Nikah müqaviləsi anlayışı, onun məzmunu və 

bağlanma qaydası” 

Annotasiya 

İ.O.Quliyev, 

Z.Z.Xəlilov 

       Artıq  10  ildir  ki,  nikah  kontraktı  Azərbaycanda  hüquqi  reallığa  çevrilərək 

nikah müqaviləsi adı ilə ailə qanunvericiliyinə daxil edilmişdir. Nikah müqaviləsi 

ingilis  dilindəki

 

"marriage  contract"  sözündən  götürülərək  anlayışın  azərbaycan 



dilində  olan  analoqudur.  Nikah  müqaviləsinin  anlayışı  ailə  qanunvericiliyimizin 

38.1-ci  maddəsində  öz  əksini  tapıb:  “Nikah  müqaviləsi  nikaha  daxil  olan  şəxslər 

arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak 

hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.” Məqalədə nikah müqaviləsinin 

hüquq  institutu  kimi  nəzəri  əsasları,  müasir  ailə  hüquq  nəzəriyyəsində  nikah 

müqaviləsinin rolu, müxtəlif ölkələrin ailə qanunvericiliyində nikah müqaviləsinin 

müqayisəli  cəhətləri,  nikah  müqaviləsi  ilə  bağlı  hüquqşünas  alimlərin  fikirlərinin 

təhlili və milli ailə qanunvericiliyimizin izahı dolğun şəkildə şərh edilmişdir. 

 

 

 



 

 

«Понятие, содержание и заключение брачного 



договора» 

Аннотация 

Кулиев И.О., Халилов З.З. 

       Уже  10  лет,  как  брачный  контракт  стал  правовой  реальностью  в 

Азербайджане, получив в законодательстве название брачного договора, что, 

впрочем,  является  дословным  переводом  английского  "marriage  contract"  и 

азербайджанским  аналогом  этого  понятия.  Согласно  ст.  38.1  Семейного 

кодекса  Азербайджанской  Республики  брачным  договором  признается 

соглашение  лиц,  вступающих  в  брак,  или  соглашение  супругов, 

определяющее  их  имущественные  права  и  обязанности  в  браке  и  (или)  в 

случае  его  расторжения.  В  статье  полностью  отражены  правовые  основы 

брачного  договора  как  института  права,  роль  брачного  договора  в 

современной  семейно-правовой  теории,  сравнительные  черты  брачного 

договора в семейном праве различных стран, анализ мнений учёных-юристов 

относительно  брачного  договора  и  комментарии  нашего  национального 

семейного законодательства.    

 

 

 



 

 

 




 

- 11 - 


 

“The conception of marriage contract, its content 

and the rule of conclusion of the marriage contract” 

Annotation 

İ.O. Kuliyev, Z.Z

Khalilov



 

       


The  marriage  contract  has  become  a  reality  for  more  than  10  years  and  has 

been included on the family laws (legislation) of Azerbaijan. The following is the 

quotation from the family laws (legislation) (issue 38.1) “The marriage contract is 

a  contract  which  is  concluded  between  the  marrying  sides  and  defines  the  rights 

and duties of both sides throughout the  marriage and (or) in the case of divorce”. 

The following aspects have thoroughly explained in the article: theoretical bases of 

the marriage contract, the role of the marriage contract in the modern family laws 

theory,  the  comparative  points  of  the  marriage  contract  in  the  family  laws 

(legislation)  of  different  countries,  the  analyses  of  the  opinions  of  the  scientist-

lawyers on the  marriage  contract and  the  explanation of our national family  laws 

(legislation).     

 

 



 

 

 



 

 

 



 

Yüklə 307,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə