Ümummilli lider Heydər Əliyev – 90 417



Yüklə 79,06 Kb.

tarix29.01.2018
ölçüsü79,06 Kb.


Ümummilli lider Heydər Əliyev – 

90                                                

417

 

Tarix və onun problemləri, № 2 2013 

 

 



SƏİDƏ İSMAYILZADƏ 

Gəncə Dövlət Universiteti 

E-mail: TarixVəOnunProblemləri@gmail.com 

 

XI-XIII ƏSRLƏRDƏ QIPÇAQLARIN SIYASI TARIXINƏ DAIR 

 

Açar sözlər: qıpçaq,siyasi həyat, əsr 

Ключевые слова: кыпчак, политической жизни, век 

Key words: gipchag, political life, century 

 

XIII əsrin 20-ci illərinin əvvəllərində Avropaya köçərilərin yeni axınları – monqol-tatar 

basqınları  başladı.  Çöllərlə  keçən  monqol-tatarlar  ilk  növbədə  qıpçaqlarla  üzləşməli  oldular. 

Yuri Konçakovskinin rəhbərlik etdiyi Don qıpçaqları döyüşə başladılar. Lakin öz torpaqların-

dan köçərək Dnepr tərəfə sığınmalı oldular. Həmin dövrdə Qafqaz ətrafında yaşayan qıpçaqlar 

və onların müttəfiqi olan alanlar da darmadağın edildilər. Nəhayət, 1223-cü ildə monqol-tatar 

qoşunları  Kalka çayı üzərində rus və qıpçaq  drujinaları  ilə toqquşdular və onları darmadağın 

etdilər. Don və  Dnepr  qıpçaqları faktiki  olaraq  məğlub edildilər. 1229-cu ildə tatar qoşunları 

Aşağı  Volqaboyuna  yaxınlaşdılar.  Rus  salnaməçiləri  qeyd  edirlər  ki,  qıpçaqlar  və  saksinlər 

Volqaboyu Bulqar dövlətinə sığınmışdılar. Beləliklə, XIII əsrin 30-cu illərində qıpçaqların cə-

nub çöllərindəki hakimiyyətinə son qoyuldu. Qıpçaqlar Qızıl Ordanın tərkibinə qatıldılar. On-

lar  yaranmaqda  olan  yeni  dövlətin  əhalisinin  özəyini  təşkil  edirdilər.  Lakin  aristokratiyanın 

məhvi, tarixin səhifələrindən adlarının silinməsi hələ xalqın tam məhvi demək deyildir. Mon-

qol-tatar işğalından yüz il sonra ərəb tarixçisi Əl-Öməri Qızıl Orda haqqında yazırdı: “Qədim-

lərdə bu dövlət qıpçaqlar ölkəsi adlanırdı. Lakin tatarlar buranı işğal etdikdən sonra onlar vas-

sala  çevrildilər.  Sonradan  tatarlar  qıpçaqlarla  qaynayıb  qarışdılar  və  artıq  qohumlaşdılar. 

Təbiət  tatarların  təbii  və  irqi  keyfiyyətlərinə  qalib  gəldi  və  onların  hamısı  artıq  qıpçaqlara 

bənzəyirdilər və bu torpaqlarda yaşamaq çün qaldılar” (1, 61). 

Bütün XI əsr boyu qıpçaqlar Böyük çöldə bir yerdən digər yerə köçərək oranı məskun-

laşdırdılar. Daha yaxşı çəmənliklər, balıq və heyvan ovu üçün ərazilər, su və quru yolları uğ-

runda gərgin mübarizə davam edirdi. “Qara klobuklar” öz qoşunları ilə münasibətlərini aydın-

laşdırır, tabe olmayanları məğlub edirdilər. 

1111-ci və 1116-cı illərdə Urusoba, Almunota, Belduz kimi xanlarla ağır döyüşlər get-

mişdi. Onlar əslən türk olan “rus knyazları” ilə döyüşlərdə məhv edilmişdilər. Don üzərindəki 

bir sıra qıpçaq şəhərləri qarət olunmuşdu. Vladimir Svyatoslaviç Ustr, Trubej, Sula və Stuqn 

kimi yaşayış məskənlərində qıpçaqların hücumlarından qorunmaq üçün slavyanlardan, ruslar-

dan, kriviç və Svyatiçlərdən ibarət güclü dəstələr təşkil edilmişdi. Knyaz Yaroslav da belə et-

mişdi. Həmin şəhərlər düşmənlərin hücumlarından qorunmaq üçün cənub sərhəd zonaları he-

sab edilirdi. Köçərilər müstəqilliyə rus knyazları ilə bərabər hüquq qazanmaqla çatmağa çalı-

şırdılar. Knyazlar isə buna heç cür razı ola bilməzdilər. Vladimir Monamax 1121-ci ildə üsyan 

etmiş  torkları  (türkləri)  öz  ərazisindən  qovmağa  nail  ola  bilmişdi.  Rus  knyazları  çöllülərdən 

onların vassalı olmağı tələb edirdilər. Verilmiş torpaqların hesabına qara qıpçaqlar Kiyev, Pe-

reyaslavl və Çerniqov knyazlıqlarının vassallarına çevrilmişdilər və rus knyazlarına vergi ve-

rirdilər. Lakin, 1225-ci ildə Vladimir Monamax öldükdən sonra 1126-cı ildə yeni yürüşlər baş-

ladı. Əldə olunmuş müvəqqəti sakitlik pozuldu. Qıpçaqlar Pereyaslavl torpaqları üzərinə hü-

cumları təşkil etdilər. (2, 76)  




418                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

1142-ci ildə Vsevolod Olqoviç öz qardaşları ilə mübarizədə klobukların qüvvələrindən 



istifadə edə bildi. 1146-cı ildə vassalların Kiyev knyazlıqlarına qarşı hücumları başladı. Onlar 

Vsevolod Olqoviçin vassallığından ayrılaraq İzyoslav Mistislaviçin köməyini istədilər. Onlara 

verilən  torpaqların  əvəzinə  klobuklar  Kiyev  knyazına  sədaqətlə  qulluq  etməli  idilər.  Qonşu 

knyazlarla döyüşlərdə qıpçaqlar İzoslavın dəstələri ilə birlikdə Yuri Dolqorukiyə qarşı döyüş-

lərdə iştirak edirdilər. Knyaz İzyoslav dəfələrlə Kiyevi itirsə də qıpçaqlar ona sadiq qalmışdı-

lar. 1149-cu ildə Suzdala Yurinin yanına gələn Rastislav Yuryeviç onu İzyoslavın döyüşməyə 

çağırsa da, knyazın bu cəhdi baş tutmamışdı. Çünki İzyoslav qara klobuklara arxalanır və on-

ların köməyindən istifadə edirdi. Yalnız onların köməyi ilə İzyoslav Mistitislaviç 1151-ci ildə 

Yuri  Dolqorukiyə  qələbə  çalaraq  Kiyev  taxt-tacında  otura  bilmişdi.  İzyoslavın  ölümündən 

sonra isə taxta knyaz Rastislav əyləşdi. XII əsrin 40-cı illərində Porosyedə yaşayan bütün kö-

çəri tayfalar birləşərək ilk etnik ittifaq yaratsalar da özlərinin aid olduqları etnik-milli köklə-

rini unutmurdular.  

1162-ci  ildə  Kiyev  knyazı  Rastislavın  hakimiyyəti  güclü  müttəfiq  Mistislav  Volınski-

nin təzyiqinə məruz qalır. Nə Kiyev boyarları, nə də knyazın qvardiyası Rastislava arxa dur-

murdular.  Knyaz  öz  hakimiyyətini  Mistislavla  bölüşməli  olur.  Belqorod  Torçesk,  Kanev  şə-

hərlərini, hətta qara klobukların torpaqlarını onun ixtiyarına verir. Taxt-tacının laxladığını hiss 

edən Rastislav ümidini çölə bağlayır. Belük (və  ya Böyük) xanın  yanına elçi gedib xanın qı-

zını oğlu Rürikə istəyir. Bu nigah baş tutur. Poloves yardımı Rastislavın mövqeyini möhkəm-

ləndirir.  

1164-cü  ildə  İqorun  atası  Çerniqov  knyazı  Svyatoslav  Olqoviç  ölür.  Mərhum  knyazın 

qardaşı oğlu Svyatoslav Vsevolodoviç silah gücünə Çerniqov taxtına yiyələnir. Öz əmisi oğ-

lanları  Oleq  və  İqor  Vsevolodoviçləri  Çerniqovdan  Şimal  Torpaqlarına  qovur.  Ömürlərinin 

axırına qədər qardaşları ona bu zalımlığı bağışlamadılar. Dəfələrlə vuruşub barışsalar da, daha 

heç vaxt bir-birinə səmimi münasibət bəsləmədilər.  

1167-ci ildə Rastislav ölür və Kiyev taxt-tacı uğrunda mübarizə yeni mərhələyə qədəm 

qoyur.  Kiyev  əhalisi  və  qara  klobuklar  Mistislav  Volinskidən  kömək  istəyirlər.  O,  taxt-tacın 

qanuni varislərini – Rastislavın oğullarını, Rüriki və Davidi kənar edir, 1167-ci ildə Kiyevdə 

taxt-taca sahib olur (1, 68). 

Kiyevlilər və qara klobuklar Mistislava bir də ona görə kömək edirdilər ki, o, düşmən 

tayfalarla  heç  vaxt ittifaqa  girmirdi.  Mistislavın gəlişi ilə  Rusiyada  yeni siyasətin binası qo-

yuldu. 1168-ci ilin yazında böyük knyaz Mistislav güclü bir qoşunla böyük çölə gözlənilməz 

bir zərbə vurur. Volınsk knyazlarının əksəriyyəti bu yürüşdə iştirak edir. Kiyev knyazı təzyiq 

göstərib Çerniqov və şimal knyazlarını, hətta Rastislaviçləri – Rürik və Davidi öz polklarına 

döyüşə  göndərməyə  vadar  edir.  Bu  ordunun  əsas  zərbə  gücü  Basteyin  başçılıq  etdiyi  tork 

(türk) süvariləri, həmçinin qara qalpaqlar və brendeylər idi. Rus qoşunları böyük qənimət ələ 

keçirərək  geri  dönür.  Bu  qələbə  Mistislavın  yürütdüyü  siyasətə  çoxlu  tərəfdar  qazandırdı. 

Novqrodlular Svyatoslav Rastislaviçi ovdular. Mistislavın yanına minnətçi salıb oğlu Romanı 

özlərinə knyaz istədilər. Lakin bu hərəkətlərdən narazı olanlar da var idi. Suzdal knyazı And-

rey Boqolyubski (Yuri Dolqorukinin oğlu) Mistislavın hakimiyyətinin güclənməsindən narazı 

olan knyazların ittifaqını təşkil edir (1, 69). 

1169-cu ildə on iki knyazın qoşunu Kiyev üzərinə yürüşə başlayır. Onlarla birlikdə qıp-

çaq alayları da gedir. 1169-cu ilin martında Kiyev alınıb talan edilir. Taxt-taca Yuri Dolqoru-

kinin oğlu Andrey Boqolyubskinin doğma qardaşı Qleb Yuriyeviç sahib olur (1, 70). 

Mistislavın köçəri türklərlə  ənənəvi  münasibətləri kökündən  dağıtmaq cəhdi uğursuz-

luqla  nəticələndi.  Mistislavın  devrilməsində  əsas  rolu  qıpçaqlarla  qan  qohumluğunda  olan 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

419

 

Tarix və onun problemləri, № 2 2013 

 

knyazlar  oynayırlar  (Yur  Dolqorukinin  oğulları:  Olqoviçlər  –  Oleq  və  İqor;  Rastislaviçlər  – 



Rürik və Roman və b.) 

1170-ci ildə Andrey Boqolyubski Svyatoslav Rastislaviçi Novqorod taxtına qaytarmağa 

cəhd edir. Müvəffəqiyyət qazana bilmir. Qoşunu novqorodlular tərəfindən darmadağın edilir. 

Svyatoslav Rastislaviç öldürülür. Öz qorxulu rəqibinin zəifləməsindən istifadə edən Mistislav 

Volınski  qara  klobuklar,  Qaliç  və  Trovsk  alayları  ilə  birlikdə  Kiyev  üzərinə  yeriyir.  Şəhər 

döyüşsüz təslim olur. Qleb Yuriyeviç qaçaraq digər qıpçaq tayfalarına pənah aparır və bir ay-

dan sonra Konçakla qayıdıb Mistislavı Kiyevdən qovur. Başı bəlalı knyaz 1170-ci ildə vəfat 

edir.  Onun oğlu Roman Novqorodu tərk edir,  yerini isə  Andrey Boqolyubski ilə  olan sazişə 

əsasən Rürik Rastislaviç tutur. Belə hesab etmək olar ki, ənənəvi qayda bərpa olunur; Rusun 

əsas şəhərləri Böyük çöl ilə əvvəlki mehriban münasibətlərin tərəfdarı olan knyazların əlində-

dir. Lakin Kiyev boyarları və kilsə bir daha öz gücünü göstərir. 1171-ci ildə Qleb Yuriyeviçi 

zəhərləyirlər.  

Boyarların tərkibi ilə Rastislaviçlər Andrey Boqolyubskinin iradəsinə zidd olaraq, knyaz 

taxtına Vladimir Mistislaviçi dəvət edirlər. Lakin çox keçmədən o da zəhərlənib öldürülür.  

1171-ci ilin iyulunda Andreyin köməyi ilə Kiyev taxtına Roman Rastislaviç  yiyələnir. 

O, yəqin ki, öz sələflərinin acı taleyini nəzərə alaraq, boyarlarla sazişə girir. Bu, Andrey Bo-

qolyubski ilə münasibətləri pozmaq demək idi. Lakin başqa əlac yox idi.  

1173-cü ildə Andrey yenidən qardaşının qatillərinin verilməsini tələb edir. Rastislaviç-

lər  bundan  boyun  qaçırır  və  Qriqori  Xotoviçlə  onun  əlaltılarının  oradan  çıxıb  gizlənməyinə 

imkan yaradılır. 1173-cü ildə Rastislaviçlər Andreyə müharibə elan edir və Kiyevə soxulular. 

Rürik böyük knyaz olur.  

Rürikin arvadının qıpçaq qızı olmasına baxmayaraq, çox güman ki, onun siyasəti Kiyev 

boyarlarının və qara klobukların planlarına zidd deyildi. Kiyevə rusları birləşdirib, onu çölün 

hakimiyyəti  altından  çıxara  biləcək  güclü  hökmdar  lazım  idi.  Ən  əvvəl  də  çalışıb  qüdrətli 

Andrey  Boqolyubskinin  təzyiqinə  birtəhər  duruş  gətirmək  lazım  idi.  Rürik  belə  bir  addıma 

cəsarət edir.  

Çerniqov knyazlığını idarə edən Svyatoslav Vsevolodoviç də “oyuncaq” knyazlarla mü-

barizəyə qoşulmaq məqamında idi. Andreyin atalıq etdiyi Rastislaviçlər onun düşməninə çevril-

mişlər. Belə bir vəziyyətdə ona Andrey Boqolyubskinin tərəfinə keçmək şərəfli görünərdi. 

Lakin  Svyatoslav  taxt-taca  sahib  olandan  sonra  Kiyev  boyarları  ilə  çox  tez  dil  tapdı. 

Andrey Boqolyubski 50 minlik bir ordunu Rastislaviçlərin üzərinə göndərir. Olqoviçlər – Sva-

toslav Vsevolodoviç və  İqor  Syatoslaviç də  ona  qoşulurdular.  Liyev knyazları  Belqoroda və 

Visqoroda çəkilirlər. Hücum edən ordunu ikiyə bölməli olurlar.  

İqora  digər kiçik knyazlarla  Visqorodu almaq tapşırılır. İqor bu vəzifənin öhdəsindən 

gələ bilmir. 1173-cü ilin sentyabrında Mistislav Rastislaviç tərəfindən məğlub edilir. (3, 53) 

Visqorodun  mühasirəsi  iki  aydan  çox  çəkir.  Lakin  bir  nəticə  vermir.  Həmin  ilin  no-

yabrında  Kiyevə  Yaroslav  Lutski  gəlir.  Vəziyyəti  öyrənib  qiymətləndirdikdən  sonra  Kiyevi 

ona  verməyi  vəd  etmiş  Rastislaviçlərin  tərəfində  keçir.  Qələbə  əldə  etdikdən  sonra  Yaroslav 

Lutski Kiyev taxtına qalxır. Lakin tez bir zamanda onu Roman Rastislaviç əvəz edir. Çerniqov 

knyazı  Svyatoslav  Vsevolodoviç  isə  hələ  də  əlverişli  fürsət  gözləyir.  Belə  bir  şübhə  var  ki, 

1176-cı ilin mayında qıpçaqları Kiyev üzərinə məhz Svyatoslav yönəltmişdir. Roman qardaşı 

Rüriki  və  iki  oğlunu  qıpçaqlara  qarşı  göndərir.  Rostovisev  yaxınlığındakı  döyüşlərdə  Kiyev 

knyazları darmadağın edilirlər, qıpçaqlar brendeylərin altı şəhərini ələ keçirirlər. Rastislaviç-

lərin məğlubiyyəti onunla nəticələnir ki, Roman artıq Kiyevi tərk edib Belqorodda gizlənir.  




420                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

1176-cı ildə Svyatoslav böyük Kiyev knyazı olur. Qıpçaqların Kiyev knyazını məğlub 



etməsi hakimiyyətin dəyişilməsinə səbəb olur.  

1179-cu ildə Svyatoslavın köhnə düşməni əmisi oğlu Oleq Svyatoslaviç ölür və Svya-

toslav Lübeç şəhərində Olqoviçlərin qurultayını çağırır. Qurultayda udellər bölüşdürülür. Bö-

yük knyaz Çerniqov şəhərini öz qardaşı Yaroslava verir, İqor Novqorod-Seversk knyazı olur.  

Svyatoslav  hakimiyyətinin  ilk  illərində  özünü  bacarıqlı  bir  siyasətçi  kimi  göstərir.  O, 

zahirdə çöllə ittifaqı pozmasa da, gələcək düşmənçilik üçün zəmin hazırlayır. Hələlik isə qıp-

çaqlar ona Rusda öz hakimiyyətini möhkəmlətmək və əsas rəqibləri Rastislaviçləri susdurmaq 

üçün lazım idi.  

1180-ci ildə Rastislaviçlər qanlı döyüşdən sonra Kiyevi ələ keçirirlər. Çerniqov knyazı 

Yaroslav  və  kovuylar,  həmçinin  İqor  Svyatoslaviç  Konçaq  və  Kobyakın  qıpçaq  alayları  ilə 

Svyatoslavın köməyinə tələsir.  

1181-ci ildə Kiyev geri alınır. Lakin Dnepr çayı sahilindəki ddöyüşdə İqora və Konça-

ka güclü zərbə endirirlər. Çox güman ki, Svyatoslav öz qoşunu ilə Kiyevdə oturubmuş. Lakin 

o, öz müttəfiqlərinə heç bir köməklik göstərmir. Danışıqlar nəticəsində Svyatoslav Kiyev tax-

tında qalır. Əslində isə o, öz hakimiyyətini Rüriklə bölüşdürməli olur.  

İndi iki qüdrətli knyaz nəsli barışıb saziş bağladıqdan sonra köçərilərlə əlaqədar “Mis-

tislav  siyasəti”ni  yeritmək  olardı.  Kiyev  boyarları  və  kilsə  bunu  səbirsizliklə  gözləyirlər.  Öz 

miqyası ilə Mistislavın 1168-ci ildəki həbi səfərindən heç də geri qalmayan 1184-cü il yürü-

şündə on bir knyazlığın orduları, torkların (türklərin) altı qoşunu iştirak edirdilər. Bu yay yü-

rüşü qıpçaqlar üçün gözlənilməz olur. Onların 17 knyazı, 7000 kişi, qadın və uşaq əsir alınıb 

Rusiyaya aparılır. (1, 72) 

1185-ci  ildə  qıpçaqlar  Kiyev  üzərində  hücuma  cavab  zərbəsi  vurmağa  hazırlaşırlar. 

1185-ci ilin fevralında Konçakın ordusu qış yolu sayılan Sula çayına yaxınlaşır. Svyatoslav və 

Rürik  Sula  çayı  sahillərinə  özləri  yönəlirlər.  Torkun  atları  Xopal  çayını  keçərək  Konçakın 

mövqeyinə gözlənilməz zərbə endirirlər. Konçak geri çəkilir.  

Svyatoslav öz qələbəsini möhkəmləndirməyə tələsir. Bu dəfə o, ulu çölün dərinliyinə, 

Dona tərəf, rus qoşunlarının heç vaxt olmadığı yerlərə hərəkət etmək qərarına gəlir. O, əvvəlcə 

şimali rus torpaqlarına yönəlir ki, yerli knyazları yürüşə qoşulmağa dilə tutsun.  

Lakin Novqorod-Severskə çatanda məlum olur ki, əmisi oğlanları İqor və Vsevolod on-

dan xəlvət özləri  Dona tərəf  yönəliblər.  Məqsədləri Don sahilinə  yetişmək, qıpçaq  yurdlarını 

zəbt və qarət etmək idi. Təbii ki, hazırlıqsız hərbi yürüş fəlakətlə bitdi. Böyük knyaz Svyatos-

lavın ideyası məğlubiyyətə uğradı. Bu məğluniyyət göstərdi ki, xalqın istəyinə, iradəsinə qarşı 

çıxmaq olmaz. 1191-ci il yürüşü də ruslara heç bir müvəffəqiyyət gətirmədi.  

Beləliklə,  rus  knyazları  ilə  ittifaqa  girən,  onlara  bir  çox  döyüşlərdə  yaxından  kömək 

edən qıpçaqların özləri də tez-tez hücumlara məruz qalırdılar. Qıpçaq tayfaları talan edilir, əsir 

aparılırdılar. Qıpçaqlara qarşı mbarizə XIII əsrin 20-ci illərində davam etdirilirdi.  

XI-XV  əsrlərin  ərəb  və  fars  mənbələrində  İrtış  çayından  Dunaya  qədər,  Krımdan  Bö-

yük Bulqara qədər qıpçaqların at səyirtdikləri bu ölkənin adı “Dəşti Qıpçaq” adlandırılırdı. Bu 

ölkə  XIII  əsrdə  monqol-tatarlar  tərəfindən tutulur. XVI-XVIII  əsrlərdə  “Dəşti-Qıpçaq”ın an-

caq şərq hissəsi (indiki Qazaxıstan ərazisi) öz əvvəlki adı ilə adlandırılır. (4, 39) 

“Dəşti-Qıpçaq” torpaqları hər kəsə öz təsirini göstərmişdi. Qıpçaqlar indi “Böyük Rusi-

ya” adlanan ərazidə vahid dövlətin qurulmasında və formalaşdırılmasında yaxından iştirak edir-

dilər. Həmin dövlət XI əsrin sonu – XII əsrin əvvəllərindən müxtəlif kyazlıqlara bölünürdü.  

XI-XII əsrlərin ayrıcında qədim Rus dövlətində Vladimir-Suzdal, Polotsk-Minsk, turova 

Pinsk,  Smolensk,  Murom-Ryazan,  Çerniqov,  Kiyev,  Pereyaslav,  Qaliç-Valin  və  Tmutarakan 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

421

 

Tarix və onun problemləri, № 2 2013 

 

knyazlıqlaı, həmçinin Novqorod respublikası və bir qədər sonra ondan ayrılanPsev respublikası 



idi. Bu knyazlıqların təkcə əhalisinin çoxu qıpçaq deyil, hətta adları da qıpçaq türkcəsində idi. 

Məsələn, IX əsrdə hamı yaxşı bilirdi ki, kiyevlilər qədimdən türkcə danışıblar,çünki onlar türk-

qıpçaq olublar. Kiyev türkcədə “kürəkən yürdü” demək olub (kiy – köy, kürbə – kən – ev – eb). 

(4,  39)  Kiyevin  hakimləri  xaqan  adlanıblar.  Qonşu  Avaristan,  Böyük  Bulqarıstan  və  Xəzəris-

tanın da hakimləri xaqan titulu daşıyırdılar. Axı bu xaqanlıqların hamısı “Dəşti-Qıpçaq” ölkəsini 

təşkil edirdi. Xalqların Böyük Köçünün nəticəsində yaranan bu ölkə XVIII əsrə qədər yaşadı.  

XI  əsrdə  kasıblaşmış  Bizansa  rusların  (skandinaviyalıların)  marağı  daha  yox  idi.  Var-

yaqdan Yunana gələn yol zəifləmişdi, rusların özləri də kasıblaşmışdılar. XII əsrin ortalarında 

pul-sikkə kəsilməsinin dayanması ilə rus (varyaq) knyazları ciddi maliyyə çətinliyi qarşısında 

qalır və tam müflisləşirlər.  

“Canlı əmtəə”, xırda pul rolunu daşıyan slavyanlar daha heç kəsə lazım olmadılar. On-

ları nə alan, nə satan vardı. Diqqətdən kənarda qalan bu xalq başını qaldırdı. Meşələrdən bo-

şalmış xalq varyaq (rus) şəhərlərinə axışdılar. Əsasən Pskov, Smolensk, Novqorod şəhərlərinə 

axışırdılar. Varyaq (rus) xanlığı məhz onda Novqorod adlanmağa başladı.  

Varyaqlar  (Skandinav  rusları)  slavyanlara  Rus  dövlətini  təhvil  verdilər.  Müəyyən  bir 

vaxt  keçdikdən  sonra,  XII  əsrdə  Kiyev  dövləti  ayrı-ayrı  knyazlıqlara  bölünmüşdür.  Vaxtilə 

həmin  knyazlıqların  qurulmasında  iştirak  etmiş,  hətta  canlarından  belə  keçmiş  qıpçaqlar  indi 

doğma  torpaqlarında  düşmən  hesab  olunurdular.  Şəhərlər  möhkəmləndirilərək  qıpçaqlardan 

qorunurdu.  

Rus dövlətinə daxil olan knyazlıqlardan ən iriləri Vladimir-Suzdal knyazlığı, Novqorod 

respublikası və Qaliç-Volin knyazlığı idi.  

Rostov-Suzdal və ya Vladimir-Suzdal knyazlığı Ryazan və Çerniqov knyazlıqları (Oka 

çayından şimalda), Smolensk torpağı və Novqorod mülkləri ilə həmsərhəd idi. Sonra sərhədlər 

şimalda Ağ göldən başlayıb Suxana çayı vasitəsi ilə Zavolçyeyə, şimal-şərqdə isə Aşağı Oka-

ya qədər uzanırdı.  

XI  əsrin  ortalarında  Novqorod  və  Smolensk  torpaqlarından  əhalinin  buraya  köçməsi 

gücləndi. Cənubdan köçüb gələn əhali bir çox çay və şəhər adlarını da özü ilə gətirdi. Libed, 

İrpen, Trubej çayları, Zveniqorod, Qaliç, Vişqorod, Starobud şəhərləri belələrindəndir. 

XI əsrin axırlarında diyar Vladimir Monamaxın mülklərinə daxil idi. Bu knyazın döv-

ründə Vladimir-Klyazma şəhərinin əsası qoyulmuşdu (1108). Bu knyazlığa daxil olan Mosk-

vada o zaman fin-uqor mənşəli xalqlar sakin idilər. Ona şərqdən və cənubdan birləşən torpaq-

larda türk (qıpçaq) xalqı yaşayırdı.  

Moskva çayının bir tərəfindən vepslər, çeremislər və başqa fin-uqor xalqları, o biri tərə-

fində  türklər  –  qıpçaqlar  ömür  sürürdülər.  Bu  qala-şəhər  Çerniqov,  Smolensk,  Ryazan  kimi 

qonşu knyazlıqların  yaxınlığında idi və  Vladimir-Suzdal torpağına cənubdan, cənub-qərbdən 

gedən yolları qoruyurdu.  

Novqorod torpağının mərkəzi olan Böyük Novqorod Volxov çayı sahilində yerləşmiş-

dir. O, İlmen gölünə bitişikdir.  

Kiyevdən ayrılmaq meyli Novqorodda daha çox təzahür etmişdi. XII əsrin əvvəllərində 

- 1102-ci ildə Novqorod Böyük Kiyev knyazlığını qəbul etməkdən imtina etdi. Burada feodal 

respublikasının quruluşu təşəkkül toplamağa başladı.  

Qaliç-Volin knyazlığı XII əsrin axırlarında iki knyazlığın – Qaliç və Volin knyazlıqla-

rının birləşməsi nəticəsində əmələ gəlmişdi. Qaliç torpağı Polşa ilə, Karpat dağlarında Maca-

rıstanla həmsərhəd idi. Cənub-şərqdə sərhəd Cənubi Buqdan Dunay çayının mənsəbinə qədər 

uzanırdı. Volin Qərbi Buqun axırı və Pripyatın yuxarı axarları boyunda yerləşən torpaqları tu-



422                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

turdu.  Volin  və  Qaliç  torpağı  Kiyev  və  Pinsk  knyazlıqları  ilə  həmsərhəd  idi.  Bu  torpaqlarda 



torpağın hər qarışından, hər daşından,  şəhərlərinin adlarından  belə  qıpçaqların “ətri” gəlirdi. 

Oturaq həyata başlamış qıpçaqlar dəmirçilik, zərgərlik, dabbaqlıq, dulusçuluqla bağlı olan fəa-

liyyətlərini  davam  etdirir,  şəhərlərin  inkişafında  yaxından  iştirak  edirdilər.  XII  əsrdə  diyarda 

təqribən 80 şəhər var idi.  

Mərkəzi  Peremısl  şəhəri  olan  Qaliç  torpağının  iqtisadi  inkişafı  və  burada  feodalların 

qüvvətlənməsi nəticəsində artıq XI əsrin birinci yarısında diyarda siyasi ayrılmaya meyl ayan-

mağa başladı. Yaroslav Müdri zamanında ilk dəfə Peremısl knyazlığı ayrıldı. Qaliç knyazları 

Volodar  və  Vasilko  Rastislaviç  qardaşlarının  qüvvətlənməsi  (1084-1124)  Kiyev  və  Volın 

knyazlarının, Polşanın, sonra isə Macarıstanın onlara qarşı birləşməsinə gətirib çıxardı. Qaliç 

torpağı tamam ayrıldı, Volin isə XII əsrin ortalarınadək Kiyevdən asılı qaldı. 

İqtisadi yüksəliş və Kiyevdən ayrılmaq nəticəsində XII əsrin ikinci yarısında Qaliç və 

Volin  knyazlıqlarında  bu  torpaqları  birləşdirməyə,  knyaz  hakimiyyətini  gücləndirməyə  və 

yerli  boyarları  (qıpçaqları)  tabe  etməyə  meyl  özünü  göstərməyə  başlayır.  Bu  mübarizədə 

knyazlar öz xidmətçi feodallarına arxalanırdılar. Yerli boyarlar özlərinin mübarizəsində digər 

knyazlıqların knyazlarının, həmçinin Macarıstan və Polşanın köməyindən istifadə edirdilər.  

1127-ci  ildə  Çerniqov  mülklərindən  Murom-Ryazan  torpağı  ayrılıb  müstəqil  knyazlıq 

oldu. Qıpçaqların tez-tez rus knyazları ilə baş verən döyüşləri Murom-Ryazan torpağının, xü-

susilə onun cənub hissəsinin iqtisadi inkişafını çətinləşdirirdi. Murom-Ryazan torpağı get-ge-

də parçalanırdı, yeni xırda knyazlıqlar meydana gəlmişdi. 

Çerniqov torpaqları Rustov-Suzdal və Smolensk knyazlıqları, mordva və bulqar torpaq-

ları, Polotsk, Kiyev və Pereyaslavl knyazlıqları ilə, cənub-şərqdə isə çöl ilə həmsərhəd idi. 

XI əsrin ortalarına qədər Çerniqov mülklərinin tərkibinə Tmutarakan da daxil idi. Çer-

niqov torpağı özü inkişaf səviyyəsinə görə Kiyevdən geri qalmırdı.  

XII  əsrin  başlanğıcında  Murom-Ryazan  torpağı  Çerniqovdan  ayrıldı.  Çerniqov  knyaz-

lıqları  və  başqa  knyazlıqlar  meydana  gəldi.  Bu  knyazlıqlara  Olqoviçlər  knyazlıq  edirdilər. 

Feodal müharibələri və çəkişmələri Kiyev torpağına və çöllərə yaxın olan Çerniqov torpağının 

inkişafı üçün əlverişli şərait yaradırdı.  

Kiyev knyazlığı kimi, Pereyaslavl knyazlığı da XII əsrdən süqut vəziyyətində idi. Onun 

ucqarlarda  yerləşməsi  (okraina)  knyazlığının  qıpçaq  basqınlarından  müdafiə  olunmasını  get-

gedə çətinləşdirirdi.  

Smolensk knyazlığı yalnız XII əsrin ikinci rübündə ayrıldı. XIII əsrin əvvəllərindən bu 

knyazlıq Vladimir-Suzdal knyazlıqlarından getdikcə daha çox asılı olurdu.  

Polotsk torpağı hələ X əsrdə Kiyevdən ayrılmağa cəhd etdi. Bütün XI əsr ərzində knyaz-

lıqda artıq Minsk, Vitebsk, Orşa və başqa cavan şəhərlər meydana gəlmişdi.  

Turov-Pinsk torpağının mərkəzləri Turov və Pinsk şəhərləri idi. Burada iri feodal sahibliyi 

hökm sürürdü. Yalnız XII əsrin ikinci yarısında Turov torpağı ayrıca knyazlıq oldu, XIII əsrin əv-

vəllərində isə bir sıra udel knyazlıqlarına Turov-Pinsk, Slutsk və başqa knyazlıqlara parçalandı.  

XIII əsrin ortalarında Avropaya, şərqə yeni köçərilərin – monqol-tatarların axını başladı. 

Çöllə  hərəkət  edən  monqol-tatarlar  əvvəlcə  qıpçaqlarla  üzləşməli  oldu.  İlk  məğlub  olan  Don 

qıpçaqları oldu. Onlar öz torpaqlarından köç edərək Dneprə sıxışdırıldılar və rus knyazlıqlarının 

ərazilərinə səpələnirlər. Tədricən qıpçaqlar Qızıl Ordanın tərkibinə daxil oldular (1, 94). 

 

ƏDƏBİYYAT: 

1.Плетнева С.А. Половцы. М., 1990. 

2.Артаманов М.И. История Хазар. Л.,1962. 




Ümummilli lider Heydər Əliyev – 

90                                                

423

 

Tarix və onun problemləri, № 2 2013 

 

3.Ахинжанов С. М., Кыпчаки в истории средневекового Казахстана, Алма-Ата, 1989. 



4.Мурад Аджы, Европа, тюрки, Великая Степь, М., АСТ, 2006. 

5.Кляшторный С.Г. Кыпчаки в рунических памятниках. Л., 1986. 

6.Алексеева Е.П. Карачаевцы и балкарцы – древний народ Кавказа, Черкесск, 1963.  

7.Бартольд В.В. Туркестан в эпоху монгольского нашествия. Соч. т.I М., 1963.  

8.Голубовский П. Печенеги, торки и половцы до нашествия татар. Киев, 1884. 

 

САИДА ИСМАИЛЗАДЕ 



Гянджинский Государственный Университет 

 

ОТНОСИТЕЛЬНО ПОЛИТИЧЕСКОЙ ИСТОРИИ КЫПЧАКОВ XI-XIII ВВ 

 

 

В статье исследует политическая история кыпчаков.  В течение этого периода кып-



чаков  занятые  большие  площади,  создать  свое  государство.  Некоторые  начали  играть 

важную  роль  в  политической  жизни  периода.  Но  тогда  монголы  разбили  их  в  конце 

концов. 

 

SAIDA ISMAILZADEH 

Ganja State University 

 

ABOUT POLITICAL HISTORY OF KIPCHAKS IN XI-XIII CENTURIES 

The  article  explores  the  political  history  of  gipchags.  During  this  period,  gipchags 

occupied large areas. establish their own state, and has already begun to play a certain role in 

the political life of the period. But then Mongols eventually defeated them. 



 

Rəyçilər: t.e.n.S.A.İsmayılova, t.e.d.İ.M.Məmmədov 

BDU-nun Türk xalqları tarixi kafedrasının 19 fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa 

məsləhət görülüb (protokol №7).

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə