Ümummilli lider Heydər Əliyev –
90
437
Tarix və onun problemləri, № 2 2013
KƏMALƏ ALOYEVA
Bakı Dövlət Universiteti,
Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi
“Müasir dövrdə Yaxın və Orta Şərq ölkələrinin
xarici siyasəti” ixtisası üzrə II kurs magistrant
E-mail: aloyeva_kemale@mail.ru
QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI
ÇƏRÇİVƏSİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ-GÜRCÜSTAN ARASINDA
ENERJİ SEKTORUNA ƏSASLANAN REGİONAL İNTEQRASİYANIN
ƏSAS İSTİQAMƏTLƏRİ
Açar sözlər: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Azərbaycan, Türkiyə, Gürcüstan
Ключевые слова: Организация Черноморского Экономического Сотрудничества,
Азербайджан, Турция, Грузия
Keywords: Black Sea Economic Cooperation Organization, Azerbaijan, Turkey, Georgia
Qara dəniz regionu Fars körfəzindən sonra yer üzündəki ən geniş neft yataqlarına sa-
hibdir. Xəzər hövzəsindəki 200 milyard barel səviyyəsində neft yatağından başqa dünya təbii
qaz ehtiyatının da 27%-i bu bölgədədir. QDİƏT-in geostrateji əhəmiyyəti həm əhatə etdiyi
coğrafi sahədə əhəmiyyətli miqdarda neft və təbii qaz yataqlarına sahib olmasından, həm də
Qərb dünyasına istiqamətlənmiş enerji nəqliyyatı yollarının bu torpaqların üzərindən keçmə-
sindən qaynaqlanmaqdadır.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı dünyanın xüsusilə enerji sahəsindəki əhəmiy-
yətli istehsalçı ölkələri ilə istehlakçı ölkələrini öz əhatəsində birləşdirməkdədir.
Qara dəniz regionu ölkələri ilə əməkdaşlıq iqtisadi baxımdan Azərbaycan üçün daha
çox əhəmiyyətlidir. Bizim üç iri neft kəmərinin ikisinin enerji resurslarımızı Qara dəniz liman-
larına nəql etməsi dediklərimin əyani sübutudur. Lakin bu təşkilatın bizim üçün həm də siyasi
əhəmiyyəti vardır. Azərbaycan üçün ərazi bütövlüyünün bərpa edilməsi prioritet məsələdir.
QDİƏT-ə üzv ölkələr bir təşkilat olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyır.
1994-cü il sentyabrın 20-də Bakıda xarici ölkələrin iri neft şirkətləri ilə Xəzərin Azər-
baycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin birgə işlənməsinə dair hasilatın pay bölgüsü sazişinin – “Əsrin müqaviləsi”nin im-
zalanması ölkəmizin neft sənayesinin qapılarını xarici sərmayədarların üzünə açdı. Azərbayca-
nın yeni neft strategiyası Türkiyə ilə Azərbaycanın neft sənayesi sahəsində əməkdaşlığı üçün
də geniş imkanlar açdı. "Əsrin müqaviləsi"nin imzalanması imkan verdi ki, Xəzərin neft-qaz
ehtiyatları dünyada ilk dəfə olaraq Qara dəniz və Aralıq dənizləri ilə beynəlxalq bazarlara nəql
edilsin. Azərbaycanda 1992-ci ildə fəaliyyətə başlayan Türk Petrolları Anonim Ortaqlığı
(TPAO) şirkəti “Əsrin müqaviləsi”ndə 6.75 faizlik pay əldə etdi. TPAO şirkəti “Şahdəniz”
yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində isə 9 faiz iştirak payına ma-
likdir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması
məqsədilə yaradılmış BTC Ko-nun səhmdarlarından olan TPAO şirkəti həmin layihədə 6,53
faizlik iştirak payına malikdir. Ötən illərdə TPAO şirkəti Azərbaycanın neft və qaz layihələ-
rinə 1.8 milyard dollardan artıq sərmayə yönəldib. Bu da ölkəmizdə fəaliyyət gostərən BP, Ek-
sonMobil və Statoyldan sonra dördüncü nəticədir. Azərbaycan Dövlət Neft Şirkəti ilə Türkiyə-
438 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
nin nəhəng tikinti təşkilatlarından sayılan “Tekfen” şirkəti arasında “Azfen” birgə müəssisəsi-
nin yaradılması bu sahədə atılmış ilk uğurlu addım olmuşdur. 1996-cı ildə Azərbaycanın in-
şaat bazarına daxil olan “Azfen” birgə müəssisəsi Bakı-Supsa boru kəmərinin tikintisini mü-
vəffəqiyyətlə başa çatdırmışdır. 1999-cu ilin yazında istismara verilmiş bu kəmərlə indiyədək
45 milyon tondan artıq neft ixrac olunub. “Azfen” birgə müəssisəsinin “Tekfen” şirkəti ilə
birlikdə yerinə yetirilmiş layihələr arasında Səngəçal terminalının tikintisi xüsusi yer tutur.
Azərbaycan Prezidenti Heydər Əliyev də öz çıxışlarında, nitqlərində dəfələrlə QDİƏT-
in perspektivlərindən və mövcud əməkdaşlıq əlaqələrindən danışıb, mümkün əməkdaşlıq sahə-
lərini qeyd edərək, elektroenergetika sahəsində əməkdaşlığın ümidverici olduğunu, QİƏT-in
üzvü olan ölkələrin elektroenergetika sistemlərini birləşdirmək layihəsini Avropa-Asiya ener-
getika sisteminin işlənib hazırlanmasında mühüm addım hesab etdiyini bildirirdi.
Eyni zamanda, Türkiyənin də dövlət və hökumət başçıları dünya bazarlarına enerji ehti-
yatları, mal göndərmək üçün yeni infrastrukturun bərqərar olmasında, habelə Avropa Birliyi-
nin maliyyələşdirdiyi Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi - TRASEKA layihələrində,
elektrik enerjisi sistemlərinin birləşdirilməsində və bir sıra digər layihələrdə ölkələrinin iştirak
etmək istəyini bildirir, bu istiqamətdə müxtəlif proqramların həyata keçirilməsinin, böyük
nəqliyyat infrastrukturunun yaradılmasının gələcək iqtisadi inkişafları və qarşılıqlı əlaqələrinin
genişlənməsi üçün mühüm şərtlərdən biri olduğunu qeyd edirlər.
Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan
sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraq-
ların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaran-
masına gətirib çıxardı. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-
Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommuni-
kasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən
bağlayır. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.
1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Bey-
nəlxalq Konfransın işində iştirak etmək üçün Gürcüstan prezidenti E.Şevardnadzenin başçılıq
etdiyi nümayəndə heyətinin Bakıya səfəri, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstan-
la sərhədində yeni körpünün açılışında Azərbaycan və Gürcüstan prezidentlərinin, 1999-cu il
aprelin 17-də isə Azərbaycan, Ukrayna və Gürcüstan dövlət başçılarının Bakı-Supsa neft kə-
mərinin təntənəli açılışı mərasimində iştirak etmələri qarşılıqlı əlaqələrin möhkəmlənməsinə
və regional əməkdaşlığın inkişafına təkan verdi.
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha
bir hadisə baş vermişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan
Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Sup-
sa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara veril-
mişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına
başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.
Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi
2002-ci ilin aprelində Türkiyənin də imzaladığı “Trabzon razılaşması”nı göstərmək olar. Re-
gionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlə-
rinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli
pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri
əhatə edir.
Bu ölkələrin əməkdaşlığının əsasını Xəzərin karbohidrogen resurslarına əsaslanan ener-
ji layihələri təşkil edir. Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafına səbəb məhz son il-
Ümummilli lider Heydər Əliyev –
90
439
Tarix və onun problemləri, № 2 2013
lərdə iki ölkə arasında müxtəlif sahələrdə imzalanmış müqavilələrdir. Həmin illərdə Azərbay-
can, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın vacib elementlərindən biri Azərbaycan, Gür-
cüstan və Türkiyə arasında daha sıx əməkdaşlıq üçün əsas yaradan, hər iki ölkənin həyatında
tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti, Bakı-Tbilisi-Ərzu-
rum təbii qaz boru xətti, Nabukko qaz kəməri və Azərbaycan və Türkiyə arasında 2012-ci ilin
noyabr ayında təsdiqlənmiş Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələridir.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru xətti
Türkiyənin enerji istehlakını qarşılamaq üçün ehtiyac duyduğu təbii qaynaqların başın-
da neft gəlməkdədir. 2009-cu ilin hesablamalarına görə, Türkiyədə hasil ediləbiləcək neft miq-
darı 878 milyon tondur. 2009-cu ildə Türkiyədə bütövlükdə 2.2 milyon ton neft hasil olun-
muşdur. Ancaq həmin il Türkiyənin istehlak etdiyi neft miqdarı 35.2 milyon ton olmuşdur. Öz
neft istehlakını qarşılamayan Türkiyə 2009-cu ildə təxminən 33.1 milyon ton neft idxal et-
mişdir.
Türkiyə ilə Azərbaycan arasında BTC-nin qurulması məqsədilə çalışmalar SSRİ-nin
dağılmasından sonra başlanmışdır. Bu məqsədlə 1992-1997-ci illərdə Türkiyə, Azərbaycan və
Gürcüstan arasında baş tutmuş danışıqların ardından 1999-cu ildə ABŞ prezidenti Bill
Clintonun şahidliyi ilə İstanbul protokolu imzalandı. 2002-ci ilin aprel ayında Bakıda və Ada-
nada təməli qoyulan BTC neft boru xəttinin açılışı 2006-cı ildə həyata keçirilmişdir.
Bu kəmərin ümumi uzunluğu 1769 km (Azərbaycan hissəsi 443 km, Gürcüstan hissəsi
250 km, Türkiyə hissəsi 1076 km), diametri 1070 mm, illik keçirmə qabiliyyəti 50 mln. ton,
ümumi dəyəri büdcəyə görə 2,95 mlrd. ABŞ dollarıdır. Kəmərin tikilişinə sərmayə qoyuluşu-
nun səhmdarları BP (30,1%) ARDNŞ (25%), Yunokol (8,90%), Statoyl (8,71%) TPAO (Türk
Petrolları Anonim Ortaqlığı) (6,53%), ENİ (5%), TotalFinaElf (5%), İtoçi (3,40%), İNPEKS
(2,50%), KonokolFillips (2,50%) və Amerada Hess (Hess öz payını 2012-ci ilin sentyabrında
Hindistanın ONGC (ONGC.NS) şirkətinə satmışdır.) (2,36%) şirkətlərindən ibarətdir.
40 illik bir müddət üçün hazırlanmış BTC neft boru xəttinin illik 375 milyon barrel neft
daşıma qabiliyyəti vardır. Türkiyə keçid vergisi və istifadə xidmətləri qarşılığında 1-16 illəri
arasında 140-200 milyon dollar, 17-40 illəri arasında isə təxminən 200-300 milyon dollar gəlir
440 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
əldə edəcəkdir.
BTC xətti sadəcə Azərbaycan neftinin deyil, Qazaxıstan neftinin də Qərbə çatdırılması-
na imkan verməsi səbəbiylə Türkiyənin Qərb-Şərq enerji koridoru olması siyasəti baxımından
da böyük önəmə malikdir.
BTC Azərbaycan neftini Gürcüstan üzərindən Türkiyənin Ağdəniz sahillərinə daşıyan
neft boru xəttidir. BTC əslində Xəzər, Qara dəniz və Ağ dənizi bir-birinə bağlayan xətdir. Ey-
ni şəkildə BTƏ təbii qaz boru xətti də təbii qaz baxımından bu imkan yaradır.
Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz boru xətti
BTƏ təbii qaz xəttinin istifadəyə verilməsiylə Azərbaycan təbii qazı Bakıdan Tbilisi
üzərindən Ərzuruma çatmaqdadır.
Azərbaycanın təsdiqlənmiş ümumi təbii qaz ehtiyatları 1 trilyon kubmetr, təsdiqlənmə-
miş ehtiyatlar isə 4-5 trilyon kubmetr təşkil edir. Bundan Şah-Dəniz yatağının payına 1.15 tril-
yon kubmetr düşür. (Digərləri isə: Abşeron – 3 trilyon kubmetr, Bulla-Dəniz – 25 milyard
kubmetr, Cənubi-Qərb Qobustan 20-25 milyard kubmetr).
1999-cu ildə nəhəng Şahdəniz qaz-kondensat yatağı aşkar edildi və bununla Azərbay-
canla Türkiyə arasında təbii qazın satışı və alışı sahəsində əməkdaşlığın qurulması üçün zəmin
yaradıldı. 2001-ci il martın 12-də Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə rəsmi
səfəri zamanı "Azərbaycan təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair
Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə"
imzalanmışdır.
“Şahdəniz” yatağının ilkin işlənmə mərhələsi layihəsinə 2003-cu ilin fevral ayında start
verilmişdir. Ötən müddətdə layihə çərçivəsində bir sıra nəhəng tikinti işləri həyata keçirilmiş,
Xəzər dənizində analoqu olmayan yeni platforma inşa olunmuş, qazın sahilə nəqli üçün sualtı
boru kəməri çəkilmişdir. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına çıxarılmasını
nəzərdə tutan Cənubi Qafqaz boru kəməri tikilib istifadəyə verilmişdir. Yatağın istismarına isə
təqribən 5 il əvvəl başlanılmış və ötən müddətdə Azərbaycan qazının dünya bazarına ixracı
uğurla davam etdirilmişdir.
Cənubi Qafqaz boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəlcə Gürcüs-
tana, 2007-ci ilin iyul ayından etibarən isə Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Cari ilin 9
ayında adı çəkilən kəmərin orta gündəlik ötürmə gücü 14 milyon kubmetr mavi yanacaq təşkil
etmişdir ki, bu da təqribən 91 min barel neft ekvivalentinə bərabərdir. Göründüyü kimi, ölkə-
mizi dünyanın potensial qaz ixracatçısına çevirmiş “Şahdəniz” yatağının birinci işlənmə mər-
hələsi uğurla həyata keçirilir. Növbəti illərdə layihə çərçivəsində platformadan qazılan yeni
quyuların istismara verilməsi ilə əlaqədar qaz hasilatı xeyli artacaq. Şah-Dəniz layihəsi üzrə
danışıqlar bir sıra şirkətlərlə aparılırdı və hal-hazırda onun iştirakçıları bunlardır: BP Amoco
25.5%; Statoyl (Norveç) 25.5 %; ARDNŞ 10%; LukAcip (RF + İtaliya) 10%; TotalFinaElf
(Fransa); OİEC (İRİ) 10%; TPAO (Türkiyə) 9%. Şah-Dəniz üzrə PSA (hasilatın pay bölgüsü
sazişi) 1996-cı ilin iyun ayında imzalanıb.
Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində
qiymətləndirilən "Şahdəniz" yatağı hazırda dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kon-
densat yataqlarından biridir. 2006-cı ildən isə yataqda hasilata başlanılmışdır. Hazırda burada
orta gündəlik hasilatı 21 milyon kubmetr qaz və 5 min ton kondensat olan 4 quyu istismar
edilir. "Şahdəniz-1" layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi
məqsədilə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) tikilib istifadəyə verilmişdir.
2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan
keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil
Ümummilli lider Heydər Əliyev –
90
441
Tarix və onun problemləri, № 2 2013
edən Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur.
Təsdiqlənmiş inkişaf konsepsiyasına əsasən, ikinci mərhələdə hasilat ildə 16 milyard
kubmetr səviyyəsinə çatdırılmalı, 30 hasilat quyusu istismara verilməlidir. İkinci mərhələ üzrə
ilk qazın hasilatı 2017-ci ilə proqnozlaşdırılır.
Sənayesi inkişafda olan bir ölkə olaraq Türkiyə təbii qaz ehtiyacını da tam olaraq qar-
şılaya bilmir. Türkiyə bu ehtiyacını da qarşılamaq üçün idxal etmək məcburiyyətindədir.
Azərbaycan təbii qazının Gürcüstan və Türkiyə üzərindən beynəlxalq bazarlara çatdı-
rılması məqsədilə 2001-ci ildə müqavilə imzalanmışdır. Bu müqavilənin birinci maddəsinə
əsasən Azərbaycan ildə 6.6 mlrd. kub metr təbii qazı Türkiyəyə verməli və Türkiyə də bu qazı
satın almalıdır. Eyni zamanda, verilən qazın Türkiyənin ehtiyacını keçdiyi zaman Türkiyə ar-
tıq olan qazı ixrac edə bilər. Bu xəttin fəaliyyətinə 2007-ci ildə başlanmışdır.
Layihənin ilkin məqsədi hasil olunacaq təbii qazın Gürcüstan ərazisiylə Türkiyəyə
satılması idi. Bunun üçün 12.03.2001-ci il tarixində Türkiyə (Enerji və Təbii Ehtiyatlar Naziri)
və Azərbaycan (Baş nazirin müavini) arasında Hökumətlərarası Saziş (İnter-Govermental
Agreement) imzalanmışdır.
Hökümətlərarası saziş Azərbaycan tərəfindən 26.10.2001-ci il tarixində, Gürcüstan tə-
rəfindən 19.12.2001-ci il tarixində, Türkiyə tərəfindən isə 28.12.2001-ci il tarixində ratifikasi-
ya olunmuşdur. Azərbaycan və Gürcüstan arasında isə ayrıca olaraq Tranzit Saziş (Transit Ag-
reement) imzalanmışdır. “Təbii qazın alqı-satqısı üzrə Saziş”-ə əsasən, Bakı-Tiflis-Ərzurum
layihəsinin icra müddəti 15 ildir. 2005-2006-cı illərdə satılacaq təbii qazın həcmi 2 mlrd kub-
metr (ildə) təşkil edirsə, bu həcmin 2007-ci ildən sonra (2020-ci ilədək) 6.6 mlrd kubmetrə
çatdırılması planlaşdırılırdı. Kəmərin illik buraxış qabiliyyəti isə 24 mlrd kubmetrdir, lakin 30
mlrd kubmetrə qədər də artırıla bilər. Layihənin dəyəri 2.6 mlrd dollar təşkil edirdi, lakin
2002-ci ilin yayında Şah-Dəniz yatağının operatoru BP şirkəti birdən-birə bu vəsait həcmini
3.2 mlrd dollara qaldırmışdır. BTC əsas ixrac neft kəməri layihəsindəki kimi də, layihə xərclə-
rinin 70 faizi beynəlxalq maliyyə təsisatları tərəfindən maliyyələşdirilməlidir. Hal-hazırda
ARDNŞ-in layihədəki 10 faizinin (təxminən 320 milyon dollar) maliyyələşdirilməsinin EBRD
öz üzərinə götürmüşdür (bu haqda razılıq noyabrın əvvəlində əldə edilmiş və müvafiq sənədlər
EBRD və ARDNŞ arasında 11.12.2002-ci ildə imzalanmışdır). 2007-ci ilin iyul ayından isə
Azərbaycanın Şahdəniz yatağından çıxarılan qazın Türkiyəyə ixracı başlayıb. Qaz Türkiyəyə
Cənubi Qafqaz boru kəməri ilə ötürülür. Hazırda Şahdəniz yatağından Azərbaycan sutka
ərzində təxminən 5 mln. kubmetr qaz alır. Bu qaz yeraltı anbarlara vurulur. Hazırda Şahdəniz
yatağında istismar üçün 3 quyu tam hazır vəziyyətdədir.
Nabukko qaz kəməri
Azərbaycan Türkiyə arasında gələcək yönlü investisiya layihələrindən ən əsasını
Nabucco qaz kəməri tutur. Nabukko qaz kəməri - Xəzər bolgəsi və Orta Şərq təbii qaz ehtiyat-
larını Avropa bazarlarına çatdırmağı nəzərdə tutan qaz kəməri layihəsidir. Bolqarıstandan
başlayıb Rumıniya, Macarıstandan kecərək Avstriyaya qədər uzanması planlaşdırılan bu xəttin
ümumi uzunluğu 3 300 km-dir. Nabukko Təbii Qaz Boru Xəttinin minimum 25, maksimum
31 milyard barrel illik daşıma həcminə sahib olması və 2012-ci ildə istismara verilməsi nəzər-
də tutulur. Xəttin ümumi xərclərinin təxminən 8 milyard dollar olacağı ehtimal edilir. 3 300
kilometrlik bu boru xətti layihəsində OMV (Avstriya), Bulgargaz (Bolqarıstan),MOL (Maca-
rıstan), Transgaz (Rumıniya) və BOTAŞ (Türkiyə) iştirak edir. Alman RWE Qaz Şirkəti 5
fevral 2008-də Vyanada təşkil olunan iclasda Nabukkonun altıncı ortağı olmuşdur. Həmçinin,
Fransa şirkəti olan Gas da France də bu layihəyə qoşulmaq istəyini bildirmişdir.
Avropa İttifaqı Nabucco qaz kəmərinin reallaşmasında Azərbaycanı ən real tərəfdaş he-
442 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
sab edir. Qurumun energetika üzrə komissarı Günter Ottinger Avropanın qazla təmin edəcək
kəmərin perspektivlərini açıqlayıb.
Avropa İttifaqı yaxın illər ərzində “Nabucco” qaz kəməri ilə mavi yanacaq alacağına
ümid edir. Bu layihə ilə bağlı Azərbaycan Hökümənin konkret planları da var. Bu fikirləri
Brüsseldə Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger jurnalistlərə açıqlama-
sında bildirib. Onun sozlərinə görə Azərbaycan Avropa ucun onəmli bir dövlətdir. Nabucco
qaz kəmərinin yaxın 2-3 ildən sonar işə düşməsi isə bütün Avropa ölkələri üçün mühüm əhə-
miyyət kəsb edir. Günte Ottingerin sozlərinə görə, rəsmi Bakı Azərbaycanın növbəti 5-8 il ər-
zində “Nabucco” vasitəsilə ildə 21 mlrd. kubmetr qaz satmağa hazır olduğunu bildirib. Turk-
mənistan tərəfi isə ildə 10 mlrd. kubmetr “mavi yanacaq” satmağa razıdır. Nəticədə, hər iki öl-
kə tərəfindən satılacaq qaz, kəmərin tam doldurulması üçün kifayət edəcək. Nabucco” qaz kə-
məri layihəsinin dəyərinə gəldiksə isə qurum numayəndəsi əlavə edib ki, bu vəsait 7,9 mlrd.
avro təşkil edir. Tikinti işlərinin 2011-2012-ci illərdə başlayacağı gözlənilir və qazın nəqli
2014-2015-ci ildə reallaşacaq. Bu qaz kəməri Bakı-Tiflis-Ərzurum qaz kəmərinin ardı olacaq
və Xəzər qazının Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və
Avstriyadan keçməklə Avropaya çatdırılmasının təmin edəcək. “Nabucco” qaz kəməri layihə-
sinin iştirakçıları artıq gələn ilin ortalarında qaz nəqlinə dair ilk müqavilələrini imzalamağı
planlaşdırırlar. Bu məqsədlə artıq Azərbaycanla danışıqlar yenidən aktivləşib. Qeyd edək ki,
oturmə gücü illik 31 milyard m3 olacaq Nabucco kəmərinin açılışı 2015-ci il üçün planlaşdı-
rılıb. 2011-ci ilin sonlarından etibarən investisiya qoyuluşuna başlanacaq və layihəyə 8 mil-
yard dollar sərmayə qoyulacaq. Konsorsium rəhbəri bildirib ki, əsas odur ki, Xəzərdə bu kə-
mərlə daşınmaq üçün yetərincə qaz ehtiyatı var indi isə qalır muqavilələri bağlamağa, çünki
artıq bu mərhələnin vaxtı çatıb. Xatırladaq ki,"Nabucco İnternational Pipeline" layhəsinin rəh-
bəri Reyhard Mitçek isə hələ sentyabrda Azərbaycanı "Şahdəniz" yatağının ikinci fazasından
qaz əldə olunana qədər digər mənbələr hesabına kəmərə qaz verməyə dəvət etmişdi. Bu gün-
lərdə Türkmənistan rəhbərliyi də bəyan edib ki, Türkmənistan sahib olduğu qazı lazım olan
olkələrə satdıqdan sonra da əlində illik daha 40 milyard m3 əlavə qaz qalır ki, bu qazı da
Nabucco vasitəsilə Avropaya sata bilər.
Ümummilli lider Heydər Əliyev –
90
443
Tarix və onun problemləri, № 2 2013
Trans-Anadolu təbii qaz boru kəməri (Trans Anadolu Pipeline - TANAP)
2012-ci il iyunun 26-da İstanbulda imzalanmış TANAP layihəsi də Türkiyə-Azərbay-
can qardaşlığının və əməkdaşlığının yeni bir strateji simvolu olaraq görülməlidir. Bu layihə
qaynaq və diversifikasiyanı təmin edərək Xəzər hövzəsi və Orta Asiya təbii qazının Türkiyə
üzərindən Avropaya nəqlini həyata keçirməklə enerji təhlükəsizliyinin təmin olunmasına kö-
mək edəcək.
7 milyard dollara başa gələcək bu layihə Avropa üçün Ankara və Bakının strateji önə-
mini daha da artırmış olacaq.
Azərbaycanın Xəzər dənizindəki qaz yataqlarından hasil olunan təbii qaz bu layihə çər-
çivəsində Avropaya çatdırılacaq.
Türkiyə ərazisindən keçəcək Trans-Anadolu qaz kəməri Türkiyə-Gürcüstan sərhədi ilə
Türkiyə-Avropa sərhədini birləşdirəcək. Beləliklə, Azərbaycan qazı bu marşrutla Avropaya
çatdırılacaq. Layihənin 80 faizlik hissəsi Azərbaycana, 20 faizlik hissəsi isə BOTAŞ-TPAO
ortaqlığına aiddir.
2013-cü ilin yazında tikintisinə başlanılacaq və beş ilə tamamlanması planlaşdırılan,
ildə 24 milyard kubmetr təbii qaz nəql edə biləcək bu boru kəməri Türkiyə iqtisadiyyatı, habe-
lə Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Bu layihə təkcə ölkələri-
miz arasında strateji əməkdaşlığı dərinləşdirməyəcək, eyni zamanda, Türkiyə ərazisində Azər-
baycan ilə Avropa arasında daha sıx əlaqələri təmin edəcəkdir.
"Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsi
Azərbaycan, Gürcüstan və Rumıniya arasında "Azerbaijan-Georgia-Romania Intercon-
nector" (AGRI) layihəsinin reallaşması ilə bağlı "Qaz tədarükü sahəsində əməkdaşlıq haqqın-
da" anlaşma Memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb.
Birinci mərhələdə Rumıniyaya 2,5 milyard kubmert mavi qazın ötürülməsi planlaş-
dırılır. Nəzərə alsaq ki, 2009-cu ildə ölkədə 28 milyard kubmetr mavi qaz hasil edilib və ilkin
mərhələdə 2,5 milyard kubmetr qazın ötürülməsinə problem olmayacaq. Xüsusilə, "Şahdəniz"
layihəsinin 2-ci fazası istifadəyə verildikdən sonra hasilatın 70 faiz artması gözlənilir. O ba-
xımdan, Azərbaycan üçün alternativ kəmərlərin olması vacib məsələdir.
Növbəti mərhələdə bu həcmin 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
Xərc-gəlir təhlilinin nəticələri göstərir ki, indiki halda AGRI layihəsinin reallaşma imkanları
444 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
çox böyükdür.
AGRI layihəsi vasitəsilə yalnız Azərbaycan mavi qazı ötürüləcək.
2011-ci il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar. Sənəddə qeyd olunur ki, AGRI çərçi-
vəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha
qısa marşrutunun tapılmasını, Rumıniya-Macarıstan (Arad-Şeqed) interkonnektorunun yara-
dılmasını nəzərdə tutur.
Bundan əvvəl Rumıniyada AGRI layihəsi çərçivəsində yaradılan birgə müəssisə yeni
layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə
məşğul olacaq. Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın Neft-Qaz Korpora-
siyası, ARDNŞ və MVM şirkətləridir. Birgə müəssisənin iştirakçılarının hər biri 25 faizlik
iştirak payına malikdir.
Layihə Xəzər qazının Gürcüstanın Qara dəniz sahili vasitəsilə Şərqi Avropaya tədarü-
künü nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın
Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək,
ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələri-
nin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.
Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bol-
qarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində
Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.
Gözlənilir ki, Türkmənistan layihədə tədarükçü kimi iştirak etməklə, maye qazı sonra-
dan onun Avropaya tranziti üçün Xəzər ilə Azərbaycana tədarük edə bilər.
Layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında
dəyişir.
Tranzit ölkə kimi layihənin reallaşmasının Gürcüstan üçün vacibdir. Hazırda Rumıniya
mavi qaza olan tələbatının 70 faizini daxili mənbələr hesabına ödəyir. Amma yaxın ildə Rumı-
niyanın mavi qaza olan tələbatında daxili hasilatın payı 70 faizdən 40 faizə qədər azalacaq. O
Ümummilli lider Heydər Əliyev –
90
445
Tarix və onun problemləri, № 2 2013
baxımdan Ruminiya üçün layihənin strateji əhəmiyyəti var. Azərbaycan bu sammitlə Avropa-
nın enerji təhlükəsizliyinin formalaşmasında aparıcı ölkə olduğunu diqqətə çatdırır.
Azərbaycan QDİƏT-in müxtəlif platformalarında fəal iştirak edir və gələcəkdə bu
regional təşkilatın effektivliyinin artırılmasında maraqlıdır. Azərbaycan regiona növbəti 20
ildə investisiya məkanı üçün prioritet kimi baxır. Təkcə Türkiyədə SOCAR-ın layihələri va-
sitəsilə investisiyaların həcmi 2020-ci ilədək 10-dan 17 mlrd. dollara kimi artırılacaq. Region-
da investisiya siyasətindən danışarkən qeyd etmək lazımdır ki, Gürcüstanda investisiyaların
ümumi həcmi 3 mlrd. dollara çatıb. SOCAR Rumıniya istiqamətində AGRI qaz layihəsinin,
Balkana çıxmaqla Trans-Adriatik boru kəməri layihəsinin reallaşmasında, həmçinin Yunanıs-
tan, Ukrayna, Moldovanın yanacaq infrastrukturunun inkişafında iştirak edir. Azərbaycan
həmçinin Serbiya, Gürcüstanda çoxmilyonlu layihələrə kredit verir.
ƏDƏBİYYAT
1.Əliyev H. Müstəqilliyimiz əbədidir. 19 cilddə. Bakı: Azərnəşr, 1998-2004.
2.Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı:
Azərbaycan, 2005, 752 s.
3.Petrol İşleri Genel Müdürlüğü, Yıllar İtibariyle Türkiye’nin Ham Petrol Üretimi, (Erişim)
http://www.pigm.gov.tr/yillara_gore_petrol_uretimi.htm, 4 Ocak 2009
4.The Europa World Year Book 2003 By Ed 2002 43rd, Taylor & Francis Group
5.Harvard Black Sea Security Program 2007.
6.http://www.enerji.gov.tr/duyurular/2009_yili_genel_enerji_dengesi.pdf
7.www.bsec-organization.org - QİƏT-in rəsmi saytı
8.http://mfa.gov.az/index.php - Xarici İşlər Nazirliyinin rəsmi saytı
9.http://icbss.org/index.php - QİƏT-in beynəxalq mətbuat mərkəzi
10.http://www.access.ch/tuerkei/GRUPF/bsecr.htm
11.http://www.transport.ru/bsec/mpa991118.html.
KЯМАЛЯ АЛОЕВА
Бакинский Государственный Университет,
Магистр II курса факультета Международных отношений и экономики
по специальности «Внешняя политика Ближнего и Среднего Востока на
современном тапе»
«ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ РЕГИОНАЛЬНОЙ ИНТЕГРАЦИИ
АЗЕРБАЙДЖАН-ТУРЦИЯ-ГРУЗИЯ, ОСНОВАННЫЙ НА ЭНЕРГЕТИЧЕСКИЙ
СЕКТОР В РАМКАХ ОРГАНИЗАЦИИ ЧЕРНОМОРСКОГО
ЭКОНОМИЧЕСКОГО СОТРУДНИЧЕСТВА»
В статье анализируется проекты в сфере энергетики, которые будут проводится в
ближайщем будущем между Азербайджаном-Турцией-Грузией в рамках Организации
Черноморского Экономического Сотрудничества. Это статья изучает влияние этого
сотрудничества на региональные интеграционные процессы между странами произво-
дителями и потребителями в сфере энергетики. Автор в статье указывает, как влияет
реализация энергетических проектов на экономику всех трех стран: Азербайджан-Тур-
ция-Грузия.
446 Ümummilli lider Heydər Əliyev –
90
Tarix və onun problemləri, № 2 2013
KAMALA ALOYEVA
Baku State University
Master II of the faculty of International Relations and Economics
specialty "Foreign Policy and the Middle East in the modern Tape"
"GUIDELINES FOR THE REGIONAL INTEGRATION OF AZERBAIJAN,
TURKEY AND GEORGIA, BASED ON THE ENERGY SECTOR IN THE
FRAMEWORK OF THE BLACK SEA ECONOMIC COOPERATION"
The article analyzes the energy projects, which will be held in the near future between
Azerbaijan, Turkey and Georgia in the framework of the Black Sea Economic Cooperation.
This article examines the impact of this cooperation for regional integration among the
countries of producers and consumers in the energy sector. Author of the article points out the
effect of the implementation of energy projects in the economies of all three countries:
Azerbaijan, Turkey and Georgia.
Rəyçilər: s.e.n.K.K.Məmmədov, t.e.d.M.B.Fətəliyev
Beynəlxalq münasibətlər kafedrasının 25 dekabr 2012-ci il tarixli iclasının qərarı ilə çapa
məsləhət görülmüşdür (protokol №5).
Dostları ilə paylaş: |