Ümummilli lider Heydər Əliyev – 90 469



Yüklə 357,46 Kb.
Pdf görüntüsü
tarix29.08.2018
ölçüsü357,46 Kb.
#65361


Ümummilli lider Heydər Əliyev – 

90                                                

469

 

Tarix və onun problemləri, № 2 2013 

 

 



ARZU XƏLILZADƏ 

BDU-nun Tarix fakültəsinin doktorantı 

E-mail:TarixVeOnunProblemleri@gmail.com 

 

FÖVQƏLADƏ TƏHQIQAT KOMISSIYASININ YARADILMASINA DAIR 

 

Açar sözlər: Soyqırım, terrorizm, erməni, müsəlman, komissiya 

Ключевые слова: Геноцид, терроризм, армян, муслиман, комиссия 

Key words: Gennoside, terrorism, armenia, muslim, commission 

 

Respublikamızın  dövlət  arxivlərində  saxlanılan  çoxsaylı  sənədlər,  xüsusilə  1918-ci  il 

iyulun 15-dən 1920-ci  ilin aprelinə -  yəni Azərbaycan XI rus ordusu tərəfindən işğal edilənə 

qədər mövcud olmuş - Azərbaycan Xalq Cümhuriyyəti höküməti yanında fəaliyyət göstərmiş 

Fövqaladə  Təhqiqat  Komissiyasının  materialları  xüsusi  əhəmiyyət  daşıyır.  Bu  materiallarda 

Bakı,  Şamaxı,  Quba,  Zəngəzur,  Şuşa  və  Azərbaycanın  başqa  qəzalarında  ermənilərin  xalqı-

mızın başına gətirdiyi müsibətlər öz əksini tapmışdır.  

Azərbaycan Xalq Cümhuriyyəti höküməti yarandığı ilk gündən onun qarşısına qoyduğu 

mühüm  vəzifələrdən  biri  də  Birinci  Dünya  müharibəsi  başlanandan  sonra,  xüsusilə  1917-ci 

ilin fevralında  Rusiyada  bçar  hakimiyyətinin  devrilməsi, oktyabrında  isə  bolşevik çevrilişin-

dən istifadə edən ermənilərin Zaqafqaziyada Azərbaycan xalqınaz qarşı törətdikləri vəhşiliklər 

və əsl soyqırımı siyasətini təhqiq etmək və onu bütün dünyaya bəyan etmək idi.  

1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin Gəncədə ke-

çirilən  iclasında  azərbaycanlılar  və  onların  əmlakı  üzərində  zorakılıq  hallarını  təhqiq  etmək 

üçün Fövqalədə Təhqiqat Komissiyası yaratmaq haqqındakı məsələ geniş müzakirə edilir. Bu 

məsələ haqqında məruzə ilə çıxış edən xarici işlər naziri Məhəmməd Həsən Hacınski bildirir 

ki, “Artıq dörd aydan artıqdır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə 

məsuliyyətsiz  erməni  hərbi  hissələri  və  başqaları  mülki  müsəlman  əhalisinin  həyatı  və  əm-

lakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələri tərəfindən 

göndərilən  yalan  məlumatlar  əsasında  Avropa  ölkələrində  bütün  ictimai  fikir  tamamilə  əks 

istiqamətə (yəni azərbaycanlılara qarşı – A.X.) yönəldilir. Ümumi dövlət mənafeyi və əhalinin 

zərər çəkən qruplarının mənafeyi elə bir təşkilatın yaradılmasını tələb edir ki, o: 1. Bütün zo-

rakılıq hadisələrinin dəqiq qeydiyyatını aparsın; 2. Bütün zorakılıqların həyata keçirildiyi şə-

raiti müəyyənləşdirsin; 3. Cinayətkarları aşkar etsin və onların vurduqları zərərin ümumi həc-

mini müəyyənləşdirsin”. (1). 

M.H.Hacınskinin təklifinə görə “bu təşkilat Fövqalədə Təhqiqat Komissiyası xarakteri 

daşımalı idi. Özü də  bu komissiyanın işinin  nəticələri başlıca Avropa  dillərində-rus, fransız, 

alman dillərində və əlbəttə ki, türk (Azərbaycan – A.X.) dilində elan edilməlidir”. (1). 

Daha  sonra  bu  təhqiqat  komissiyasının  tezliklə  işə  başlamasının  vacibliyini  əsaslan-

dıran Məhəmməd Həsən bəy deyir ki, “Göstərilən komissiyanın təşkilinə bu gündən başlamaq 

lazımdır. Çünki, bir çox şeyləri indi isti-isti adamlardan soruşmaq, fotoşəkillərini çəkmək və 

hələki  mövcud  olan  digər  əşyayi-dəlillər  əsasında  sübüta  yetirmək  olar.  Sonralar  bu  təhqiqat 

işi çətinləşə və hətta, sübutu tamamilə imkan xaricində ola bilər ” (1). 

Məruzəçi  göstərir  ki,  əgər  hökümət  bu  təklifə  razı  olarsa,  onda  nazirlərdən  hər  hansı 

birinə bu komissiyanın təşkili tapşırılsın və həmin komissiyanın fəaliyyəti üçün lazımi vəsait 

ayrılsın.  




470                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

Bu  məsələni  geniş  və  ətraflı  müzakirə  edən  AXC  hökümətinin  qəbul  etdiyi  qərarda 



göstərilirdi ki, “Xarici işlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa mühari-

bəsi başaldığı vaxtdan bütün Zafqaziya ərazisində müsəlmanlar və onların üzərində işlədilmiş 

zorakılıq hallarını təhqiq etmək üçün Fövqaladə Təhqiqat Komissiyası yaratsın”. (2) 

Həmin  il  avqust  ayının  31-də  AXC  hökümətinin  sədri,  həm  də  xarici  işlər  naziri 

F.X.Xoyski  Gəncə  şəhərində  imzaladığı  qərara  əsasən  7  nəfərdən  ibarət  Fövqaladə  Təhqiqat 

Komissiyasıı yaradıldı. Komissiyanın sədri andlı iclasçı – Ələkbər bəy Xasməmmədov, üzv-

ləri isə - Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novat-

ski,  həmin  dairə  məhkəməsi  prokurorunun  müavini  Nəsirəddin  bəy  Səfikürdski,  Gəncə  kö-

çürmə  idarəsində  Nikolay  Mixayloviç  Mixayılov,  həqiqi  mülki  müşavir  V.V.Qubvillo  və 

müəllim Mirzə Cavad Axundzadə təyin olunurlar. (3). 

Həmin qərarla komissiyanın sədri və üzvlərinin əmlak haqları və ezamiyyət xərclərinin 

miqdarı  da  müəyyənləşdirilir  və  komissiya  sədrinə  icazə  verilirdi  ki,  lazım  gəldikdə  katib, 

ekspertlər və başqa lazımi şəxsləri də komissiyanın işinə dəvət etsin. F.X.Xoyskinin həmin il 

22 sentyabr tarixli başqa bir qərarı ilə  müəyyən edilir ki, Fövqaladə Təqiqat Komissiyasının 

üzvləri  yalnız  bu  məqsəd  üçün  işlədikləri  günlərə  görə  əmək  haqqı  almaq  hüququna 

malikdirlər.  

Sənədlərdən  göründüyü  kimi  Fövqaladə  Təhqiqat  Komissiyası  Xarici  İşlər  Nazirliyi 

yanında təşkil edilməsinə baxmayaraq, o artıq həmin ilin sentyabrından faktiki olaraq Ədliyyə 

Nazirliyi  nəzdində  fəaliyyət  göstərməyə  başalyır.  Çünki,  bu  işlə  bilavasitə  məşğul  olanlar  və 

bu işlə məşğul olmaq səllahiyyəti olanlar əsasən hüquqşunaslar idi.  

Onu da qeyd edək ki, komissiyanın işinin sonuna qədər orda yalnız onun sədri Ə.Xas-

məmmədov,  üzvlərindən  isə  A.V.Novatski  və  N.M.Mixaylov  çox  səmərəli  fəaliyyət  göstər-

mişlər.  Müxtəlif  vaxtlarda  isə  yuxarıda  göstərilən  üzvlərdən  başqa  komissiyaya  Bakı  Dairə 

Məhkəməsi prokurorunun müavini Aleksandr Yevgeniyeviç Kluqe, andlı iclasçı Məhəmməd-

xan Təkinski, Gəncə  Dairə Məhkəməsinin xüsusi əməliyyat işləri  müstəntiqi  Məhyəddin  bəy 

Şahmalıyev, Bakı Quberniya Dairə Məhkəməsinin üzvü Hidayət bəy Soltanov, andlı iclasçılar 

Aley  Aleksandroviç  Litovski,  Çeslav  Boleslavoviç  Klossovski,  hüquqşunas  Abbas  Əlibəy 

Hacı- İrzayev, Bakı Dairə Məhkəməsinin üzvü B.Yusifbəyov müxtəlif vaxtlarda həmin komis-

siyaya üzv təyin edilmiş və ya üzvlükdən azad olunmuşlar.  

Komissiya  artıq  1918-ci  ilin  sentyabr-oktyabr  aylarından  geniş  təhqiqat  işlərinə 

başlayır,  belə  ki,  komissiyanın  üzvü  N.M.Mixaylov  1918-ci  ilin  oktyabrın  26-da  həmin  ilin 

sentyabrın  22-dən oktyabrın 23-nə  qədər olan müddətdə  Göyçay qəzasında aparılan təhqiqat 

işləri  haqqında  məlumat  verirdi.  O,  yazırdı  ki,  bu  müddət  əzrində  500  nəfərdən  çox  şahid 

dindirilmiş, Kürdəmir dəmiryolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kənd (Kürdəmir, 

Qarabucaq, Musatafalı, Xəlilli, Qasımbəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir. (4). 

1918-ci ilin noyabr ayının 22-də Fövqaladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməm-

mədov Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə yazdığı məruzələrdə Bakı quberniyası, 

Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində, Şamaxı şəhəri və 

Şamaxı  qəzasının  müsəlmanlar  yaşayan  kəndlərində,  habelə  Bakı  şəhərinə  azərbaycanlılara 

qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verir. (5). 

Bundan  sonra  isə  komissiya  üzvləri  qruplara  bölünərək  müxtəlif  yerlərdə  azərbaycan-

lılara qarşı törədilmiş bu hadisələrin geniş təhqiqinə başlayırlar.  

Ə.Xasməmmədov 1919-cu il iyunun 4-də Ədliyyə nazirinə  yazdığı digər məktubunda 

xəbər  verirdi  ki,  müsəlmanlara  qarşı  törədilmiş  cinayətlərin  iştirakçılarını  məsuliyyətə  cəlb 

etmək  məqsədilə  təhqiqat  materialları  əsasında  qərar  lahiyələrinin  hazırlanması  işinə  başlan-



Ümummilli lider Heydər Əliyev – 

90                                                

471

 

Tarix və onun problemləri, № 2 2013 

 

mışdır. Onlardan Bakı şəhəri üzrə - 1, Şamaxı şəhəri və Şamaxı qəzası kəndləri üzrə - 23, Qu-



ba qəzası üzrə - 1, Cavad qəzası üzrə - 4, Göyçay qəzası üzrə - 18, Gəncə qəzası üzrə - 1, Nu-

xa qəzası üzrə - 1, Ərəş qəzası üzrə - 2, Cavanşir qəzası üzrə -1, Şuşa qəzası üzrə - 11, Cəbra-

yıl qəzası üzrə - 10, Zəngəzur qəzası üzrə - 65 qərar lahiyəsi hazırlanmışdır. (6). 

1919-cu il avqustun 27-də Fövqaladə Təhqiqat Komissiyasının üzvü Ç.Klassovski tərə-

findən  komissiyanın  fəaliyyəti  ilə  əlaqədar  tərtib  edilmiş  arayişda  göstərilirdi  ki,  komissiya 

tərəfindən toplanmış materiallar- 36 cild və 3500 vərəqdən ibarətdir. Bakı şəhəri və ətrafında 

törədilmiş zorakılıq hallarını əks etdirən materiallar- 6 cild, 740 vərəqdir. Bu materiallar Göy-

çay  qəzasının  Kürdəmir  və  başqa  kəndləri  üzrə  4  cild,  340  vərəq,  Şamaxı  şəhəri  və  Şamaxı 

qəzası  üzrə  7  cild,  925  vərəq,  Zəngəzur  qəzasının  dağıdılmış  kəndləri  üzrə,  2  cild,  80  vərəq, 

Quba şəhəri və Quba qəzası üzrə 3 cild, 451 vərəq və.s. idi. (7).  

1920-ci ilin yanvarında Azərbaycan müstəqilliyinin Paris sülh konfransı iştirakçısı olan 

ölkələr tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq həmin il fevral ayının 9-da Azərbay-

can  Parlamenti amnistiya haqqında qanun  qəbul edir.  Həmin qanunla milli  ədavət zəmnində 

qaldlrlmış  cinayət  işlərinə  xitam  verildiyi  elan  olunur.  Bu  amnistiyadan  sonra  da  1920-ci  il 

aprel  çevrilişinə  qədər  Fövqaladə  Təhqiqat  Komissiyası  öz  fəaliyyətini  zəif  də  olsa  davam 

etdirmişdir.(9 s.151). Yalnız aprel çevrilişi bu komissiyanın işinə xitam vermişdir. Təxminən 

20 ay fəaliyyət göstərən bu komissiya böyük çətinliklərlə qarşılaşsa da ermənilərin xalqımızın 

başına  açdığı  müsibətlər  haqqında  çoxlu  faktiki  materiallar  toplamağa  müvəffəq  olmuş  və 

bugun  bizə  xalqımızın  tarixindəki  bu  qaranlıq  səhifələri  yenidən  işıqlandırmaq  üçün  böyük 

köməkliklər  göstərmişdir.(9  s.100).  AXC  höküməti  yanında  yaradılmış  Fövqaladə  Təhqiqat 

Komissiyası xalqımızın azadlığı uğrunda apardığı mübarizə tarixində şərəfli yer tutur. 

 

ƏDƏBİYYAT 

1.ARDA: f.1061, siy. 1, iş 5, vər. 1.

 

2.ARDA: f. 1061, siy. 1, iş 95, vər. 2.



 

3.ARDA: f. 1061, siy. 1, iş 105, vər. 2 

4.ARDA: f. 100, siy. 2, iş 791, vər. 11-13. 

5.ARDSPİHA: f. 277, siy. 2, iş 16. 

6.ARDA: f. 100, siy.2, iş 791, vər. 106-107. 

7.ARDA: f. 100, siy. 2, iş 791, vər. 132.  

8.İsgəndərli A. Azərbaycan həqiqətləri: 1917-1920. Bakı, 2012. 

9.Ataxan Paşayev. Açılmamış səhifələrin izi ilə. Bakı, 2001. 



  

АРЗУ ХАЛИЛЗАДЕ 

Докторант исторического факультета БГУ 

 

ПО ПОВОДУ СОЗДАНИЯ ЧРЕЗВЫЧАЙНОЙ СЛЕДСТВЕННОЙ КОМИССИИ 

В статье говорится про геноцид, совершенный в Азербайджане со стороны армян 

по  отношению  к  населению  тюрско-мусульманских  народов.  Этот  геноцид,  который 

был совершен со стороны армян, был подробно освещен в документах ЧСК.  



 

 

 

 

 


472                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



ARZU KHALILZADEH 

the doctorate of the faculty of history of BSU 

 

ABOUT CREATION OF EMERGENCY INVESTIGATION COMISSION 

The article is dedicated to the genocide commited by Armenians towards the Turkish-

Muslim population in Azerbaijan. The genocide by Armenians was disclosed in a detailed way 

in the documents of EIC.  



 

 

Rəyçilər:t.e.n.S.B.Qasımova,  t.e.d. A.İsgəndərov 



BDU,  Mənbəşünasliq,  tarixşünaslıq  və  metodika  kafedrasının  06.02.2013-cü  il  tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol№05). 

Yüklə 357,46 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə