ÜmummiLLİ Lİder heydəR ƏLİyev və naxçivanin muxtariYYƏTİ MƏSƏLƏSİ



Yüklə 91,24 Kb.

tarix01.09.2018
ölçüsü91,24 Kb.


İsmayıl HACIYEV 

AMEA Naxçıvan Bölməsi 

E-mail: 

ismayil_haciyev@yahoo.com

 

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ 

NAXÇIVANIN MUXTARİYYƏTİ MƏSƏLƏSİ 

 

Naxçıvanın  muxtariyyəti məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş 



ictimai-siyasi  hadisələrin  nəticəsində  meydana  çıxmışdı.  1918-ci  ilin  may  ayında 

Cənubi  Qafqazda  müstəqil  respublikaların  –  Gürcüstan,  Azərbaycan  və  Ermənistan 

respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri 

etdi. Gürcüstan  və Ermənistan  Azərbaycana qarşı ərazi  iddiaları  irəli sürdü. Xüsusilə 

“Böyük  Ermənistan”  yaratmaq  xülyası  ilə  çıxış  edən  Ermənistan  Respublikası 

Azərbaycanın  bir  sıra  tarixi  torpaqlarını  –  Qarabağı,  Zəngəzuru,  Naxçıvanı  və  başqa 

torpaqları  öz  ərazisinə  qatmaq  üçün  açıq  mübarizəyə  başladı.  Bu  işdə  onlara  bir  sıra 

dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi. 

 

Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyətə, qarşılaşdığı daxili 



və  xarici  amillərə  baxmayaraq  Naxçıvana  imkan  daxilində  siyasi  dəstək  verir,  ona 

iqtisadi  və  hərbi  yardım  göstərməyə  çalışırdı.  Naxçıvan  əhalisi  erməni  daşnaklarına 

qarşı  inadla  mübarizə  aparır,  bölgəni  qoruyub  saxlamaq  üçün  bütün  imkanlardan 

istifadə edirdi. Erməni silahlı qüvvələri qarşısında lazımi silah-sursata malik olmayan 

yerli  müsəlman  əhalisi,  Müsəlman  Milli  Şurası,  onun  rəhbərləri  –  Cəfərqulu  xan, 

Rəhim xan, Kalbalı xan və yerli ziyalılar erməni daşnaklarına qarşı mübarizə aparır və 

özünümüdafiə dəstələri yaradırdılar. 1918-ci ilin yayında vəziyyətin çətinliyini nəzərə 

alan  Naxçıvan  nümayəndələri  kömək  üçün  Osmanlı  hökumətinə  müraciət  etdilər. 

1918-ci  ilin  iyul  ayında  Kazım  Qarabəkir  paşanın  başçılığı  ilə  bir  dəstə  osmanlı 

ordusu  Naxçıvana  gəldi,  yerli  müsəlman  əhaliyə  kömək  etdi.  Lakin  Birinci  dünya 

müharibəsində  məğlub  olan  və  1918-ci  il  30  oktyabrda  Mudros  müqaviləsini 



 

imzalayan  Osmanlı  dövləti  öz  qoşunlarını  Cənubi  Qafqazdan,  eləcə  də  Naxçıvandan 



çıxarmağa məcbur oldu [12, s.33]. 

 

Müsəlman  Milli  Şurası  bölgənin  təhlükəsizliyini  təmin  etmək  üçün  1918-ci  il 



noyabrın 3-də paytaxtı Naxçıvan olan  Araz-Türk Cümhuriyyətini  yaratdı.  Araz-Türk 

Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmiş 

və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşlar. 

 

Araz-Türk Cümhuriyyətinin yaranması ilə bir sıra dövlət və idarəçilik orqanları 



yaradılmış,  hökumətin  tərkibi  formalaşdırılmışdı.  Hökumətin  tərkibi  sədrdən  və  6 

üzvdən  ibarət  idi.  Hökumətin  başçısı  naxçıvanlı  Əmir  bəy  Əkbərzadə  idi.  Əmir  bəy 

Əkbərzadə  bölgə  əhalisi  arasında  və  siyasi  dairələrdə  çox  bacarıqlı,  vətənpərvər  və 

millətsevər bir şəxsiyyət kimi dəyərləndirilirdi. 

 

Araz-Türk  Cümhuriyyətinin  ərazisinə  Naxçıvan  və  Şərur-Dərələyəz  qəzaları, 



Ordubad  mahalı,  Eçmiədzin  qəzasının  bir  hissəsi,  İrəvan  qəzasının  Sərdarabad, 

Uluxanlı,  Qəmərli,  Vedibasar  və  Mehri  bölgələri  daxil  idi  [1,  v.9].  Sahəsi  8,6  min 

kv.km, əhalisi bir milyon nəfərdən artıq idi [12, s.33]. 

 

Araz-Türk  Cümhuriyyətinin  əsas  vəzifəsi  bölgənin  təhlükəsizliyini  erməni 



basqınlarından  qorumaq  üçün  silahlı  dəstələr  yaratmaq  və  onların  fəaliyyətini  təmin 

etmək  idi.  Qısa  müddətdə  500  nəfərlik  süvari  alayı  və  könüllü  xalq  dəstələrindən 

ibarət 20 tabor yaradıldı [12, s.97].  

 

Araz-Türk  Cümhuriyyəti  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  sıx  əlaqələr 



yaratmağa  çalışımış,  onunla  birləşmək  üçün  yollar  aramışdı.  Bu  cümhuriyyət  eyni 

zamanda  erməni  basqınlarına  lazımi  cavab  verir,  Naxçıvanın  təhlükəsizliyini  təmin 

edirdi.  Bununla  belə  erməni  yaraqlıları  əhalini  qorxu  içərisində  saxlayır,  soyqırım 

törədir, torpaqların azərbaycanlılardan boşaldılmasına çalışırdı. Buna baxmayaraq, nə 

böyük dövlətlərin siyasi  və diplomatik təzyiqi, nə aclıq  və səfalət, nə də ermənilərin 

aramsız  hərbi  müdaxiləsi  naxçıvanlıların  iradəsini  qıra  bilmədi.  Azərbaycan  Xalq 

Cümhuriyyəti  hökumətinin  başçısı  Nəsib  bəy  Yusifbəyli  1919-cu  ildə  parlamentdəki 

çıxışında  deyirdi  ki,  hökumət  yaranmış  şəraitdə  Naxçıvana  real  yardım  göstərə 




 

bilmədi,  “igid  naxçıvanlılar,  şərurlular...  bu  məsələni  özləri  həll  etdilər.  Onlar 



həyatlarını,  ailələrinin  şərəfini  və  var-dövlətlərini  riskə  qoyaraq  doğma  torpağa  – 

Vətənə  qovuşmaq  üçün  ayağa  qalxıb  azad  oldular  və  bununla  da,  hökumətin  işini 

asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi 

görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar” [2, v.4-5]. 

 

Naxçıvanlılar  özlərini  Azərbaycandan  ayrı  təsəvvür  etmir,  birləşmək  üçün 



yollar arayır, inadla və qəhrəmanlıqla mübarizə aparırdı. Onlar bəyan edirdilər ki, “bu 

xalq  mədəni  dövlətlərin  alovlarında  məhv  olmağa  razı  olar,  amma  Azərbaycandan 

ayrılmaz” [4, 1999, 5 fevral].  

Naxçıvan  Müsəlman  Milli  Şurasının  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hökumətinə  ünvanladığı  məktubda  deyilirdi:  “Biz  ermənilərə  tabe  olmuruq.  Tezliklə 

Azərbaycan  qoşunları  tərəfindən  Zəngəzurun  tutulmasını  və  Azərbaycana 

birləşməsini gözləyirik”. 

Naxçıvanlılar  yaşadıqları  torpaqların  Ararat  Respublikasına  vermək  istəyən 

ingilis general-qubernatoruna da kəskin etirazlarını bildirdi. Ona göndərilən məktubda 

yazırdılar ki, Naxçıvan əhalisinin “bütün dünyanın  və bütün  mədəni  qüvvələrin azad 

həyat,  xalqların  öz  müqəddəratlarını  həll  etmək  hüququ  haqqında  qışqırdıqları  bir 

vaxtda azərbaycanlılar bizdən heç bir cəhətdən üstün olmayan, əksinə bir çox hallarda 

bizdən geri qalan ermənilərin qulu ola bilməzlər” [5, v.2]. 

Naxçıvanlıların qəhrəmanlığını Ermənistanın birinci Baş naziri O.Kaçaznuni də 

etiraf  etməyə  məcbur  olmuşdu:  “Müsəlman  Naxçıvanı  və  Şərurunda,  müsəlman 

rayonlarında  inzibati  tədbirlərlə  qayda-qanun  yarada  bilmədik,  silaha  əl  atmağa, 

qoşun  yeritməyə,  dağıtmağa  və  qırğın  törətməyə  məcbur  olduq...  Şərur,  Naxçıvan 

kimi  mühüm  yerlərdə  öz  hakimiyyətimizi  hətta  silah  gücünə  qura  bilmədik,  məğlub 

olduq və geri çəkildik” [18,s.56]. 

Göründüyü  kimi,  naxçıvanlıların  siyasi,  silahlı  və  inadlı  mübarizəsi  bölgənin 

erməni  işğalına  düşməsinə  yol  verməmiş  və  Azərbaycan  ərazisi  kimi  qorunub 

saxlanılmışdır.  




 

Lakin  Zəngəzur  mahalı  1920-ci  ildə  Ermənistana  veriləndən  sonra  Naxçıvan 



ölkənin  əsas  ərazisindən  ayrı  düşmüş,  sərhəd  əlaqəsi  pozulmuşdu.  Belə  olan  halda 

Naxçıvan  qəza  və  rayon  hüququnda  Azərbaycannın  tərkibində  qala  bilməzdi.  Ona 

görə də Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi və bu zəruri idi. 

Ümummilli lider Heydər Əliyev bununla əlaqədar deyirdi ki, “...əgər Zəngəzur 

mahalının  Ermənistana  verilməsi  olmasaydı,  bəlkə  də  Naxçıvanın  muxtariyyəti  də 

lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi” [9, s. 75]. 

Azərbaycan  rəhbərliyi  Zəngəzurla  bərabər  Naxçıvanı  da  Sovet  Ermənistanına 

verirdi.  Ermənistanda  Sovet  hakimiyyətinin  qurulması  ilə  Azərbaycan  Hərbi  İnqilab 

Komitəsi  1  dekabr  1920-ci  ildə  bəyanatla  çıxış  etdi.  HİK-in  sədri  Nəriman 

Nərimanovun imzası ilə yayılan bəyanat Rusiyanın diqtəsi ilə yazılmışdı və “iki sovet 

respublikaları  arasında  ərazi  mübahisələrinin”  Azərbaycanın  milli  mənafelərinə  zidd 

şəkildə  həll  edilməsinə  yönəlmişdi:  “...Bundan  sonra  heç  bir  ərazi  məsələsi  əsrlər 

boyu  qonşu  olan  iki  xalqın  qanının  tökülməsinə  səbəb  ola  bilməz.  Zəngəzur  və 

Naxçıvan  qəzaları  Sovet  Ermənistanının  ayrılmaz  hissəsidir.  Dağlıq  Qarabağın 

zəhmətkeş kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir...” [14, v.6]. 

Naxçıvanın  Sovet  Ermənistanına  verilməsi  xəbərini  eşidən  bölgə  əhalisi  bu 

bəyanata  qarşı  kəskin  etirazlarını  bildirdilər.  Vəziyyətin  gərginləşdiyini  görən 

Azərbaycan  Respublikasının  rəhbərliyi  respublika  HİK-in  üzvü,  Ədliyyə  komissarı 

B.Şahtaxtinskini  Naxçıvana  göndərdi.  O,  Naxçıvan,  Şərur  və  Ordubad  əhalisi  ilə 

görüşlərində,  mitinqlərdə  yerli  əhalinin  kütləvi  etirazını  təşkil  edərək  mərkəzi 

hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını aldı. 

Naxçıvan  diyarının  əhalisi  Azərbaycanın  tərkibində  muxtariyyət  tələb  edirdi. 

Ona  görə  də  “1921-ci  ilin  əvvəlində  Azərbaycan,  Ermənistan  və  Rusiya 

nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 

90  faizindən  çoxu  Naxçıvan  diyarının  muxtariyyət  statusunda  Azərbaycanın 

tərkibində  qalmasına  səs  verdi”  [15,  v.79].  Bu  əslində  Naxçıvanın  gələcək 

müqəddəratında mühüm rol oynadı. 



 

Bu  dövrdə  Rusiya-Türkiyə  yaxınlaşması  da  məsələyə  müsbət  təsir  göstərdi.  



Rusiya tərəfi Avropa dövlətləri tərəfindən təcrid olunduğundan Türkiyənin timsalında  

Şərqdə  başlıca  müttəfiqini  itirməkdən  qorxaraq,  Naxçıvanın  müsəlman  əhalisinin 

iradəsi  ilə  hesablaşaraq  və  eləcə  də  Azərbaycan  bolşeviklərinin  millətsevər  qisminin 

mövqeyini nəzərə alaraq Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımaq 

məcburiyyətində qaldı. 

Naxçıvanın  Azərbaycanın  tərkibində  qalmasına  çalışan  milli  kommunistlərin 

arasında  Behbud  ağa  Şahtaxtinskinin  xüsusi  əməyi  olmuşdu.  Onun  V.Leninə 

göndərdiyi  1  mart  1921-ci  i  tarixli  teleqramında  və  əlavə  etdiyi  arayışda  Naxçıvan, 

Zəngəzur,  Dağlıq  Qarabağ,  Zaqatala,  Borçalı,  Qarayazı  düzü,  Dağıstan,  Şimali 

Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir, Naxçıvanın 

müqəddəratı  ilə  bağlı  təkliflər  irəli  sürülürdü.  O  qeyd  edirdi  ki,  “Naxçıvan  diyarı 

böyük  siyasi,  iqtisadi  və  strateji  əhəmiyyətə  malikdir...  Bu  diyarın  Ermənistana 

verilməsi  xalqın  özünütəyin  prinsipini  və  Sovet  Azərbaycanının  hüquqlarını  pozur” 

[12, s.346]. 

B.Şahtaxtinskinin təklifləri və məsələnin qoyuluşu V.Lenini maraqlandırmış və 

o,  Naxçıvan  məsələsinin  RK(b)P  MK  Siyasi  bürosunda  müzakirə  edilməsi  barədə 

göstəriş  vermişdi.  Naxçıvan  məsələsi  həm  Siyasi  büroda,  həm  də  Rusiya-Türkiyə 

danışıqlarında  müzakirə  edildi.  1921-ci  il  martın  16-da  RK(b)P  MK  Siyasi  bürosu 

B.Şahtaxtinskinin  təkliflərini  bəyənərək,  Azərbaycanın  tərkibində  Naxçıvan  Sovet 

Sosialist  Respublikası  yaradılması  haqqında  qərar  qəbul  etdi.  Həmin  gün  Rusiya  ilə 

Türkiyə arasında “Dostluq  və qardaşlıq  haqqında” Moskva  müqaviləsi də imzalandı. 

Moskva  müqaviləsinin  üçüncü  maddəsinə  əsasən  Naxçıvan  vilayəti  “Azərbaycanın 

qəyyumluğu  (protektoratı)  altında  muxtar  ərazi  olurdu,  bir  şərtlə  ki,  Azərbaycan  bu 

qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir” [3, v.143 arx.].  

1921-ci  il  oktyabrın  13-də  RSFSR  nümayəndəsinin  iştirakı  ilə  Azərbaycan 

SSR,  Ermənistan  SSR,  Gürcüstan  SSR  ilə  Türkiyə  arasında  imzalanmış  Qars 

müqaviləsinə  əsasən  Naxçıvanın  ərazisi,  sərhədləri  daha  da  dəqiqləşdirildi. 



 

Müqavilədə göstərilirdi ki, Naxçıvan  vilayəti bu  müqavilənin beşinci  maddəsində və 



üçüncü  əlavəsində  müəyyən  edilmiş  sərhədlərdə  Azərbaycanın  himayəsi  altında 

muxtar ərazi təşkil edir [7, s.25,32].  

Beləliklə,  Moskva  və  Qars  beynəlxalq  müqavilələri  ilə  RSFSR,  Türkiyə, 

Gürcüstan,  Ermənistan  və  Azərbaycan  Naxçıvanı  Azərbaycanın  tərkibində  muxtar 

qurum kimi tanıdı və ona beynəlxalq hüquqi təminat verdi. 

Ümummilli  lider  Heydər  Əliyev  Naxçıvanın  muxtariyyət  tarixinin  çətin 

sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda bu muxtariyyətin qazanılmasında 

fədakarlıq  göstərənlərin  əməyini  yüksək  qiymətləndirərək  deyirdi:  “Naxçıvana 

muxtariyyət  vermək,  Moskva,  Qars  müqavilələrində  Naxçıvanın  müqəddəratını  o 

illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar 

bunu  etdilər.  Mən  bunu  tarixi  nailiyyət  hesab  edirəm...  Kim  Azərbaycanın  milli 

mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə 

həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar” [8, s.88]. 

Moskva  və  Qars  müqavilələrinin  əhəmiyyətini,  Naxçıvanın    muxtariyyət 

statusunun  qorunub  saxlanılmasında  bu  beynəlxalq  müqavilələrin  tarixi  rolunu 

qiymətləndirən  Ulu Öndər  demişdir:  “Naxçıvanın statusunu  qoruyub  saxlamaq  üçün 

Moskva  müqaviləsinin  böyük  əhəmiyyəti  olubdur.  Naxçıvan  Azərbaycanın  əsas 

torpağından  ayrı  düşdüyünə  görə  Naxçıvanın  bütövlüyünü,  təhlükəsizliyini, 

dövlətçiliyini,  muxtariyyətini  gələcəkdə də təmin etmək üçün Qars  müqaviləsi bizim 

üçün çox böyük, əvəzi olmayan sənəddir” [11, s.153]. 

Qeyd  etməliyik  ki,  Moskva  müqaviləsindən  sonra  Naxçıvan  Azərbaycan 

Respublikasının  muxtar qurumu kimi idarə olunurdusa da bu iş hüquqi cəhətdən tam 

rəsmiləşdirilməmişdi.  Ona  görə  də  bu  məsələ  1922-ci  ilin  noyabrında  RK(b)P  MK 

Siyasi bürosunun  iclasında  müzakirə olundu  və həmin  bölgədə  muxtar respublikanın 

yaradılması haqqında qərar qəbul edildi. 

Naxçıvana  muxtariyyət  statusu  1921-ci  ildə  verilsə  də  Naxçıvan  Muxtar 

Respublikasının  yaradılmasına  qədər  üç  il  vaxt  lazım  oldu.  Hətta  1923-cü  ildə 



 

Naxçıvanın  muxtar  respublika  statusu  azaldılaraq  muxtar  diyara  çevrildi.  Lakin 



muxtar diyar dövrü uzun sürmədi. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan 

Respublikasına çevrildi. 1924-cü  il  fevralın 9-da Azərbaycan MİK Naxçıvan  SSR-in 

yaradılması  haqqında  qərar  verdi.  Burada  bir  cəhəti  də  qeyd  etməliyik  ki,  Naxçıvan 

1921-ci  ildən  Azərbaycanın  muxtar  qurumu  kimi  idarə  olunurdusa  da  30-cu  illərin 

ortalarına  qədər  o  bütün  rəsmi  sənədlərdə  “Naxçıvan  SSR”  adlandırılmış,  “muxtar” 

sözü adından silinmişdir. 

Naxçıvan  Muxtar  Respublikasının  yaradılması  Azərbaycanın  siyasi  tarixinin 

mühüm  əhəmiyyətli  hadisəsidir.  Ümummilli  lider  Heydər  Əliyev  deyirdi  ki, 

“Naxçıvan  Muxtar  Respublikasının  yaradılması  Azərbaycan  xalqının  olduqca 

mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.  

Naxçıvan  Muxtar  Respublikasının  yaradılmasından  90  il  keçir.  Muxtar 

respublikanın  yaradılması  burada  inkişafın  təmin  olunmasına,  genişmiqyaslı 

quruculuq tədbirlərinin aparılmasına, Naxçıvanın inkişaf etmiş bir diyara çevrilməsinə 

şərait yaratmışdır. Lakin bununla belə,  muxtar respublikanın təqribən 45 illik inkişaf 

tarixi  ağır  siyasi,  sosial-iqtisadi  və  mədəni  problemlərlə  üzləşdiyi  bir  dövrdür.  Bu 

dövrün  muxtəsər  siyasi  xarakteristikasını  verən  ümummilli  lider  demişdir  ki,  bizim 

xalqımız  XX  əsrdə  çox  faciələrlə  rastlaşıbdır.  Bunların  içərisində  Naxçıvanın  başına 

gələn bəlalar, bəlkə Azərbaycanın başqa bölgələrindən daha dəhşətli, faciəli olubdur... 

Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq istəyiblər.  

1949  və  1964-cü  illərdə  Naxçıvan  Muxtar  Respublikasının  yaradılmasının  25 

və  40  illiyi  qeyd  olunub.  Heydər  Əliyevin  1969-cu  ildə  Azərbaycanda  siyasi 

hakimiyyətə  gəlməsindən  sonra  Naxçıvan  Muxtar  Respublikasının  dirçəliş  dövrü 

başlamış, bu diyar özünün əsl inkişafına qovuşmuşdur. Keçən əsrin 70-80-cı illərində 

Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm  və  mədəniyyət 

mərkəzinə  çevrilmişdir.  1974-cü  ildə  Naxçıvan  MSSR-in  50  illik  yubileyi  dövlət 

səviyyəsində qeyd edilmiş, yubiley tədbirində  ulu öndər Heydər Əliyev  iştirak etmiş 

və tarixi nitq söyləmişdir. 



 

80-cı  illərin  axırlarında  Azərbaycanın  Dağlıq  Qarabağ  və  Naxçıvan  ərazilərinə 



erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı.  

1990-cı  ilin  iyul  ayında  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  Naxçıvana 

gəlməsi,  burada  siyasi  fəaliyyət  göstərməsi  muxtar  respublika  ərazisini  erməni 

işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etdi. 

1990-cı  il  sentyabrın  30-da  Azərbaycan  və  Naxçıvan  parlamentlərinə  keçirilən 

seçkilərdə  Heydər  Əliyev  hər  iki  qanunverici  orqanın  deputatı,  1991-ci  il  sentyabrın 

3-də  isə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  seçildi.  Ulu  öndərin 

Naxçıvanda  yaşayıb  fəaliyyət  göstərməsi  bu  diyarın  taleyini  həll  etdi.  Heydər 

Əliyevin siyasi fəaliyyəti və artan nüfuzu o dövrdəki iqtidarı ciddi narahat edirdi. Ona 

görə  də  bu  naşı  siyasətçilər  görkəmli  dövlət  xadimi  Heydər  Əliyevi  hakimiyyətdən 

kənarlaşdırmaq  üçün  Naxçıvanın  muxtariyyətini  ləğv  etmək  istəyirdilər.  Lakin  onlar 

başa düşmürdülər ki, Naxçıvana beynəlxalq müqavilələrlə muxtariyyət statusu verilib 

və  bu  statusu  birtərəfli  qaydada  ləğv  etmək  olmaz.  İkinci  bir  tərəfdən  məkrli 

düşmənlərimiz  də  belə  bir  xülya  ilə  uzun  illərdir  ki,  yaşayırlar  və  məqsədlərinə  nail 

ola  bilmirlər.  Ümummilli  lider  nəinki  muxtariyyətin  ləğv  olunması,  onun 

möhkəmləndirilməsi,  muxtariyyətin  verdiyi  imkanlardan  istifadə  edərək  Naxçıvanın 

blokadadan çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. Heydər 

Əliyev  Naxçıvanın  muxtariyyət  statusunun  dəyişdirilməsi  ilə  bağlı  təklifləri 

ermənilərin işğalçı siyasəti ilə eyni olduğunu bildirərək məkrli düşmənlərin və AXC-

Müsavat  iqtidarının  diqqətinə  çatdırırdı  ki,  “Naxçıvanın  statusunun  dəyişdirilməsinə 

yönəldilən  hər  hansı  cəhdin,  onun  ərazisinə  edilən  hər  cür  qəsdin  qarşısı  qətiyyətlə 

alınacaqdır” [10, s.770].  

Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan 

qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etmiş, 

onlarla  müqavilələr  bağlamış,  xüsusi  ilə  Türkiyə  rəhbərləri  ilə  Qars  müqaviləsini  və 

onun  şərtlərini  müzakirə  obyektinə  çevirməklə  beynəlxalq aləmin  diqqətini  ona  cəlb 

etmişdi.  Ulu  öndərin  Naxçıvan  dövr  fəaliyyəti  onun  xilası  ilə  nəticələnmişdi.  Ölkə 



 

Prezidenti  İlham  Əliyevin  qeyd  etdiyi  kimi,  “naxçıvanlılar  Heydər  Əliyevi  qorudu, 



Heydər Əliyev isə Naxçıvanı xilas etdi”. 

1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil 

dövlətçiliyin  xilası  və  möhkəmləndirilməsinə  başlandığı  kimi,  Naxçıvan  Muxtar 

Respublikasının  sosial-iqtisadi  inkişafına  və  muxtariyyətin  qorunmasına  diqqət  daha 

da  artırıldı.  1995-ci  il  noyabrın  12-də  referendumla  qəbul  olunmuş  müstəqil 

Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  Naxçıvanın  muxtariyyət  statusunu 

hüquqi cəhətdən möhkəmləndirdi. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar 

Respublikası  ilə  əlaqədardır.  Konstitusiyanın  134-cü  maddəsində  deyilir:  “Naxçıvan 

Muxtar  Respublikası  Azərbaycan  Respublikasının  tərkibində  muxtar  dövlətdir. 

Naxçıvan  Muxtar  Respublikasının  statusu  bu  konstitusiya  ilə  müəyyən  edilir. 

Naxçıvan  Muxtar  Respublikası  Azərbaycan  Respublikasının  ayrılmaz  tərkib 

hissəsidir”. 

Naxçıvanın  muxtariyyət  statusunun  zəruriliyini  əsaslandıran  Azərbaycan 

Prezidenti  Heydər  Əliyev  deyirdi:  “Naxçıvanın  muxtariyyəti  mühüm  hadisədir.  Bu, 

çətin  bir  dövrdə  böyük  bir  mübarizənin  nəticəsi  olubdur.  Naxçıvanın  statusunu 

qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük 

əhəmiyyəti olubdur. Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri 

də  odur  ki,  Naxçıvana  o  vaxt  muxtariyyət  hüququ  veriblər.  Bu  muxtariyyət  hüququ 

çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana böyük şərait yaradıbdır. 

Amma  Naxçıvanın  bundan  sonra  da  buna  ehtiyacı  vardır,  müstəqil  Azərbaycan 

dövlətinin içində buna ehtiyacı vardır”. 

Azərbaycan  Respublikasının  Konstitusiyası  qəbul  edildikdən  sonra  Naxçıvan 

Muxtar  Respublikasının  Konstitusiyasının  hazırlanmasına  başlandı.  Konstitusiya 

layihəsi  Konstitusiya  Komissiyasında  bir  neçə  dəfə  müzakirə  edildi.  Konstitusiya 

Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında ümummilli lider Heydər 

Əliyev  geniş  nitq  söylədi.  Ulu  öndər  həmin  nitqində  Naxçıvanın  muxtariyyətindən 

bəhs  edərək  dedi:  “Naxçıvanın  muxtariyyəti  tarixi  nailiyyətdir.  Biz  bunu  qoruyub 



 

10 


saxlamalıyıq.  Naxçıvanın  muxtariyyəti  Naxçıvanın  əldən  getmiş  başqa  torpaqlarının 

qaytarılması  üçün  ona  xidmət  edən  çox  böyük  amildir.  Biz  bu  amili  qoruyub 

saxlamalıyıq” [8, s.89]. 

Naxçıvan  Muxtar  Respublikasının  Konstitusiyası  Muxtar  Respublika  Ali 

Məclisinin  1998-ci  il  aprelin  28-də  keçirilən  sessiyasında  qəbul  edilərək  1998-ci  il 

dekabrın  29-da  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  təsdiq  edildi. 

Konstitusiyanın  birinci  maddəsində  göstərilirdi  ki,  “Naxçıvan  muxtar  dövləti 

Azərbaycan  Respublikasının  tərkibində  demokratik,  hüquqi,  dünyəvi  muxtar 

respublikadır. 

Naxçıvan 

Muxtar 

Respublikasının 



statusunu 

Azərbaycan 

Respublikasının  Konstitusiyası,  16  mart 1921-ci  il  Moskva  və  13  oktyabr  1921-ci  il 

Qars beynəlxalq müqavilələri müəyyən edir” [16, s.3]. 

Ümummilli  lider  Heydər  Əliyev  ölkə  prezidenti  kimi  “Naxçıvan  Muxtar 

Respublikasının  75  illik  yubileyinin  keçirilməsi  haqqında”  imzaladığı  4  fevral  1999-

cu  il  tarixli  fərmanda  Naxçıvanın  muxtariyyətini  şərtləndirən  başlıca  tarixi-coğrafi 

amil  göstərilirdi:  “Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründək  sərhədlər  alt-üst 

edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı Zəngəzur  mahalı  Ermənistan SSR-

in  tərkibinə  qatıldı.  Əslində  isə  ermənilərin  planları  daha  geniş  idi  və  onların  torpaq 

iddialarının  əsas  hədəfi  məhz  Naxçıvan  idi.  Onlar  Zəngəzurun  Ermənistana  ilhaq 

edilməsini  bu  yolda  atılmış  mühüm  addım  hesab  edirdilər.  Beləliklə  də,  Naxçıvanı 

Azərbaycandan  ayıran  Azərbaycan  torpaqlarının  -  Zəngəzur  mahalının  Ermənistana 

verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi” [11,s.5]. 

XX  əsrin  90-cı  illərində  Naxçıvan  üçün  yaranmış  təhlükəni  aradan  qaldıran 

muxtar  respublika  əhalisinin  fəaliyyətini  yüksək  qiymətləndirən  ulu  öndər  demişdir: 

“Məhz  belə  ağır  şəraitdə  Naxçıvan  əhalisi  böyük  mərdlik  və  yenilməzlik  nümayiş 

etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi 

və onun  muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə 

yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar Azərbaycan xalqı tərəfindən 




 

11 


böyük  rəğbətlə  qarşılanaraq  dəstəkləndi  və  respublikada  gedən  siyasi  proseslərə 

müsbət təsirini göstərdi” [4, 1999, 5 fevral]. 

Naxçıvanın  muxtariyyət  statusu  və  buna  əsasən  yaradılan  Naxçıvan  Muxtar 

Respublikasının ölkəmizin  müstəqillik tarixində  mühüm əhəmiyyəti olmuşdur.  Bunu 

nəzərə  alan  Azərbaycan  Prezidenti  cənab  İlham  Əliyev  Naxçıvan  Muxtar 

Respublikasının  90  illiyi  ilə  əlaqədar  sərəncam  imzalamışdır.  Sərəncamda  deyilir: 

“Azərbaycanın  qədim  bölgəsi  Naxçıvan  tarixən  çətin  sınaqlarla  dolu  mürəkkəb  və 

eyni  zamanda  sərəfli  bir  yol  qət  etmişdir...  Naxçıvan  əhalisinin  milli  istiqlal  ideya-

larına  bağlılıq  nümayiş  etdirərək  dövlət  müstəqilliyimizin  bərpası,  qorunub  saxlanı-

lması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır” [4, 2014, 15 yanvar]. 

Naxçıvanın  muxtariyyət  statusunu  və  onun  verdiyi  imkanları  yüksək 

qiymətləndirən  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov 

demişdir:  “Naxçıvanın  muxtariyyət  statusu  ötən  əsrin  90-cı  illərində  Azərbaycanın 

müstəqillik uğrunda apardığı  mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu 

status  imkan  verirdi  ki,  ulu  öndər  Heydər  Əliyevin  1990-1993-cü  illərdəki  siyasi 

fəaliyyəti  dövründə  Naxçıvan  xalqımızın  suveren  hüquqlarının  təmin  edilməsi 

uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin” [4, 2014, 9 aprel]. 

Beləliklə,  müstəqillik  dövründə  Azərbaycanın  dövlətçiliyinin  qorunması  və 

möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll etmiş ümummilli lider 

Heydər  Əliyev  Naxçıvanın  muxtariyyət  statusu  əleyhinə  yönələn  cəhdlərin  qarşısını 

böyük  qətiyyətlə  almış  və  onu  möhkəmləndirmişdir.  Dövlət  rəhbəri  cənab  İlham 

Əliyevin  apardığı  uğurlu  və  məqsədyönlü  daxili  və  xarici  siyasət  Naxçıvan  Muxtar 

Respublikasının  da  hərtərəfli  inkişafına,  çiçəklənən  bir  diyara  çevrilməsinə  səbəb 

olmuşdur.  Naxçıvan  bu  gün  özünün  ən  şərəfli  dövrünü  yaşayır  və  ümumilli  lider 

Heydər Əliyevin arzuları gerçəkliyə çevrilir.  

 

ƏDƏBİYYAT 



 

1.

 



Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 970, siy. 1, iş 215. 


 

12 


2.

 

ARDA, f. 894, siy. 10, iş 37 



3.

 

ARDA, f. 28, siy. 1, iş 58. 



4.

 

“Azərbaycan” qəzeti, 1999, 5 fevral 



5.

 

Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsinin  Siyasi  Sənədlər  Arxivi 



(ARPİİSSA), f. 277, siy. 2, iş 57. 

6.

 



Azərbaycan Respublikasının  Konstitusiyası. Yeni redaksiyada. Bakı: Qanun, 2009, 68 s. 

7.

 



Gümrü,  Moskva,  Qars  müqavilələri  və  Naxçıvanın  taleyi.  Tərtib  edəni  və  ön  sözün 

müəllifi İ.Hacıyev. Bakı: Elm, 1996, 36 s. 

8.

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 14-cü kitab. Bakı: Azərnəşr, 2005, 520 s. 



9.

 

Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 24-cü kitab. Bakı: Azərnəşr, 2005, 520 s. 



10.

 

Qayıdış. 1990-1993. Bakı: Azərbaycan, 1996, 792 s. 



11.

 

Qədim Naxçıvanda bayram – 75. Bakı: Azərnəşr, 1999. 



12.

 

Musayev  İ.M.  Azərbaycanın  Naxçıvan  və  Zəngəzur  bölgələrində  siyasi  vəziyyət  və 



xarici  dövlətlərin  siyasəti  (1917-1921-ci  illər).  İkinci  nəşr,  Bakı:  Bakı  Universiteti 

nəşriyyatı, 1998, 385 s. 

13.

 

 Naxçıvanın tarixi atlası. Bakı, Kartoqrafiya Fabriki, 2010, 56 s. 



14.

 

 Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Arxivi  (NMR  DA),  f.  314,  siy.  5,  sax.  vah.  15,    



iş 14. 

15.


 

 NMR DA, f.1, siy. 3, iş 13. 

16.

 

 Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Yeni redaksiyada. Bakı: Qanun, 2009, 



68 s. 

17.


 

Naxçıvan Muxtar Respublikasının 90  illik  yubileyinin keçirilməsi  haqqında Azərbaycan 

Respublikası  Prezidenti  İlham  Əliyevin  14  yanvar  2014-cü  il  tarixli  Sərəncamı. 

“Azərbaycan” qəzeti, 2014, 15 yanvar.  



18.

 

 Ov.Kaçaznuni. Taşnak partisinin  yapacağı  bir şey  yok (1923 Parti Konfransına Rapor). 



İstanbul, 2005, 119 s.  

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə