Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

24 


 

4

  2012-ci  il  1  iyul  tarixində  və  ya  ondan  sonra  illik  dövrlər  üzrə  qüvvəyə  minmiş  və  ilkin  təsdiqinə 



icazə verilmişdir. 

5

 2012-ci il 1 yanvar tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və erkən tətbiqinə 



icazə verilmişdir. 

2015-ci il 1 yanvar tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmiş və erkən tətbiqinə 



icazə verilmişdir



2014-cü il 1 yanvar tarixində və ya ondan sonra illik dövrlər üzrə qüvvəyə minmişdir. Yeni 

əvəzləşdirmə açıqlaması tələbləri illik dövrlər üzrə 2013-cü il 1 yanvar tarixindən başlayaraq və 

ondan sonrakı müddət üçün etibarlıdır.

 

 



7 saylı MHBS-a Düzəlişlər – Düzəlişlər aktivləri köçürən qurumun üzləşə biləcəyi hər hansı riskin 

mümkün təsirlərinin daha yaxşı başa düşülməsi daxil olmaqla, istifadəçilərin maliyyə aktivləri 

(məsələn, qiymətli kağızlar (securitisations) ilə əməliyyatları barədə təsəvvürünü təkmilləşdirmək 

üçün nəzərdə tutulmuş əlavə açıqlamaları özündə ehtiva edir. Düzəlişlər həmçinin qeyri-proporsional 

həcmdə transfer (köçürmə) əməliyyatlarının hesabat müddətinin sonunda aparılması halında da 

əlavə açıqlamalar tələb edir. 

 

1 iyul 2011-ci il tarixindən əvvəl müddət üzrə düzəlişlərlə tələb olunan açıqlamalar üçün qurumun 



müqayisəli məlumatlar təmin etməsinə birinci müraciət ilində ehtiyac olmaması istisna olmaqla 

MUBS 8-ə uyğun olaraq retrospektiv müraciət tələb olunur. Qrup hazırda düzəliş edilmiş standartın 

öz maliyyə hesabatlarına təsirini qiymətləndirir.  

 

9 saylı MHBS – 2009-cu ilin noyabrında buraxılıb və 2010-cu ilin oktyabrında edilən düzəliş maliyyə 

aktivləri və maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsi və tanınmanın dayandırılması üzrə yeni 

tələbləri təsbit edir. 

 

 

9  saylı  MHBS  39  saylı  MUBS  Maliyyə  Alətləri:  Tanınma  və  Ölçülmənin  tətbiq  dairəsinə  daxil 



olan  bütün  tanınmış  maliyyə  aktivlərinin  son  nəticədə  amortizasiya  edilmiş  ədalətli  dəyər 

qiymətində  ölçülməsini  tələb  edir.  Daha  konkret  desək,  əsas  məqsədi  müqavilədən  irəli  gələn 

pul vəsaitlərinin toplaması olan biznes modeli çərçivəsində saxlanılan və  principal  outstanding 

üzrə  yalnız  principal  və faiz  ödənişləri  olan müqavilədən  irəli  gələn  pul  vəsaitlərinə malik  borc 

investisiyaları  adətən  növbəti  mühasibat  uçotu  müddətinin  sonunda  amortizasiya  edilmiş 

qiymətlə  ölçülür  at  amortised  cost.  Bütün  digər  borc  investisiyaları  və  kapital  investisiyalar 

növbəti mühasibat uçotu müddətinin sonunda ədalətli dəyər əsasında ölçülür.  

 

9 saylı MHBS-nın maliyyə öhdəliklərinin təsnifatı və ölçülməsinə dair ən əhəmiyyətli təsiri həmin 



öhdəliyin  kredit  riskində  olan  dəyişikliklərə  aid  olan  maliyyə  öhdəliyinin  (mənfəət  və  ya  zərər 

vasitəsilə  ədalətli  dəyər  kimi  müəyyən  edilir)  ədalətli  dəyərində  dəyişikliklər  üzrə  mühasibt 

uçotuna  aiddir.  Daha  konkret  desək,  9  saylı  MHBS-a  əsasən  mənfəət  və  zərər  uçotunda 

ədalətli  dəyərlə  nəzərdə  tutulmuş  maliyyə  öhdəlikləri halında  belə  maliyyə  öhdəliyi  üzrə  kredit 

riskindəki  dəyişikliyə  aid  edilən  onun  ədalətli  dəyərində  baş  vermiş  dəyişiklik  digər  məcmu 

gəlirlər  hesabatında  tanınır,  əgər  öhdəlik  üzrə  kredit  riskində  baş  vermiş  dəyişikliyin  təsir 

nəticələrinin  digər  məcmu  gəlirlər  hesabatında  tanınması  mənfəət  və  zərər  üzrə  mühasibat 

uçotu  qeydlərində  uyğunsuzluqların  baş  verməsi  yaxud  artmasına  gətirib  çıxarmazsa.  Maliyyə 

öhdəliyi  üzrə  kredit  riskinə  aid  edilən  ədalətli  dəyərdə  baş  vermiş  dəyişiklik  sonradan  mənfəət 

və  zərər  hesabında  təkrar  təsnif  edilmir.  Əvvəllər,  39  saylı  MBHS-a  əsasən  mənfəət  və  zərər 

hesabatında  ədalətli  dəyərlə  nəzərdə  tutulmuş  maliyyə  öhdəliyinin  ədalətli  dəyərindəki 

dəyişikliklərin məbləği bütövlüklə mənfəət və zərər uçotunda tanınırdı.   

 

Qrup rəhbərliyi güman edir ki, 9 saylı MHBS 1 yanvar 2015-ci il tarixindən başlayan illik dövrlər üzrə 



Qrupun konsolidə edilmiş maliyyə hesabatlarında qəbul ediləcək və yeni standartın tətbiqi Qrupun 

maliyyə aktivləri və öhdəlikləri üzrə açıqlanmış məbləğlərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.  

Lakin, müfəssəl icmal başa çatmayana qədər belə nəticələr ilə bağlı əsaslı təxminlərin verilməsi 

praktiki hesab edilmir. 




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

25 


 

10  saylı  MHBS  Maliyyə  hesabatları  –  sərmayə  alanine  təbiətindən  asılı  olmayaraq  (yəni,  quruma 

səsvermə  hüquqları  və  ya  xüsusi  məqsədli  qurumlarda  digər  müqavilə  razılaşmaları  vasitəsilə 

nəzarətə  əsaslanan  bütün  qurumlar  üçün  tək  konsolidasiya  modelini  tətbiq  etməklə  27  saylı  MUBS 

və  12  saylı  SŞK-də  nəzarət  və  konsolidasiya  üzrə  bütün  istiqamətləri  əvəz  edir).  10  saylı  MHBS 

çərçivəsində geniş tətbiq istiqaməti ilə nəzarətin tək anlayışı sərmayədarın aşağıdakılara malik olub 

olmamasına əsaslanır: 

 

 

Sərmayə alan üzərində səlahiyyət; 



 

Sərmayə alanla iş birliyindən müxtəlif gəlirlər əldə etmə və ya əldə etmə hüququ; və 

 

Gəlirlərin  həcminə  təsir  etmək  üçün  sərmayə  alan  üzərində  səlahiyyətlərindən  istifadə  etmək 



bacarığı. 

 

11  saylı  MHBS  Birgə  Razılaşmalar – 31 saylı MUBS müştərək fəaliyyət və ya müştərək müəssisə 

kimi  təsnifləndirməklə  birgə  razılaşmalar  üzrə  yeni  mühasibat  uçotu  tələbləri  ilə  əvəz  edir  (“birgə 

nəzarət edilən aktivlər” təsnifatı artıq mövcud deyildir). 

 

Razılaşmadan  irəli  gələn  hüquq  və  öhdəlikləri  tanıyaraq,  tərəflər  birgə  razılaşmanın  hüquqi 



strukturuna deyil, hüquq və öhdəliklərin onlarla necə bölüşməsinə diqqət yetirməlidirlər. 

 

Birgə  fəaliyyət  tərəflərə  öhdəliklər  üzrə  aktiv  və  passivlərə  birbaşa  hüquq  razılaşması  təmin 



edir.  Beləliklə,  birgə  operator  birgə  fəaliyyətdə  olan  iştirak  faizinə  deyil,  bu  fəaliyyətdə  olan 

iştirakına  əsaslanan  marağını  tanıyır  (yəni  birbaşa  hüquq  və  öhdəliklərə  əsaslanaraq).  “Birgə 

fəaliyyət”in  tərəfi  razılaşmadan  irəli  gələn  aktivləri,  passivləri,  gəlir  və  xərcləri  tanıyır  (qəbul 

edir). 


 

Müştərək müəssisə tərəflərə razılaşmanın xalis aktiv və ya nəticəsini (mənfəət və ya zərər) əldə 

etmək  hüquqlarını  verir.  Müştərək  müəssisələr  28  saylı  MUBS  “İnvestisiya  Tərəfdaşları”na 

uyğun  olaraq  kapital  metodundan  istifadə  etməklə  hesablanır.    Qurumlar  artıq  proporsional 

konsolidasiya metodundan istifadə etməklə müştərək müəssisədə faizə arxalana bilərlər. “Birgə 

müəssisə” tərəfi investisiyanı qəbul edir/tanıyır. 



 

12  saylı  MHBS  Digər  Təşkilatlarda  iştirak  payının  açıqlanması  –  Törəmə  müəssisələr, 

tərəfdaşlar,  birgə  razılaşmalar  və  konsolidə  edilməmiş  strukturlu  qurumlarda  qurumun  maraqları  ilə 

əlaqədar məzmun, risk və maliyyə təsirlərini qiymətləndirməkdə maliyyə hesabatı olan  istifadəçilərə 

imkanın  yaradılması  üçün  qurumun  iştirakı  olduğu  hər  konsolidə  edilmiş  və  edilməmiş  qurumlarda 

açıqlamaların təkmilləşməsini tələb edir. 

Beləliklə,  12  saylı  MHBS  iki  yeni  standart  olan  10  saylı  MHBS  və  11  saylı  MHBS  çərçivəsində 

hesabat  verən  qurumlar  üçün  tələb  olunan  açıqlamaları  təsbit  edir  və  28  saylı  MUBS-də  hazırda 

müəyən olunan açıqlama tələblərini əvəz edir. 

 

27  saylı  MUBS  (2011)  Ayrıca  Maliyyə  Hesabatları  –  27  saylı MUBS-nin  nəzarət müddəaları  yeni 

10  saylı  MHBS-la  əvəz  edildikdən  sonra  demək  olar  dəyişilməz  qalan  ayrıca  maliyyə  hesabatları 

daxildir. 

 

28  saylı  MUBS  (2011)  Tərəfdaşlar  və  Müştərək  Müəssisələrdə  investisiyalar  –  11  saylı  MHBS 

verildikdən sonra müştərək müəssisə, eləcə də, tərəfdaş, kapital tələbləri daxildir. 

 

13  saylı  MHBS  Ədalətli  Dəyərin  Ölçülməsi  –  ədalətli  dəyərin  dəqiq  anlayışı,  ədalətli  dəyərin 

ölçülməsinin  tək  mənbəyi  və  MHBS-lər  üzrə istifadə  etmək  üçün  açıqlama tələblərini  təmin  etməklə 

ardıcıllığı təkmilləşdirmək və mürəkkəbliyin azaldılmasına yönəlmişdir. Standart: 

 

ədalətli dəyəri müəyyən edir;  



 

ədalətli dəyərin ölçülməsinin təkm MHBS çərçivəsini təsbit edir;  

 

ədalətli dəyər ölçülmələri üzrə açıqlamaları tələb edir.  




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə