Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə21/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   17   18   19   20   21   22   23   24   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

44 


 

31 dekabr 2011-ci il tarixinə müddətli borc öhdəliklərinə Unilizinq şirkətinin xarici bankdan illik 4.2% 

və 10% faiz dərəcəsi ilə borc götürdüyü 22,809 min AZN məbləğində  vəsaitlər daxildir (2010: xarici 

bankın  illik  6.3%  və  10%  faiz  dərəcəsi  ilə  yerləşdirdiyi  21,543  min  AZN  məbləğində  qısamüddətli 

depozitləri).  Həmin  depozitlər  Bank  tərəfindən  ayrı-ayrı  kredit  müqavilələrinə  əsasən  2012-ci  ilin 

fevral və 2014-cü ilin oktyabr aylarında ödənilmək şərtilə illik 3% və 8.2% (2010: 3.0% və 8.2%) faiz 

dərəcəsi ilə kredit şəklində həmin xarici banka verilmişdir. Bankın yerləşdirdiyi müddətli depozitlər və 

Unileasing  şirkəti  tərəfindən  əldə  edilmiş  kreditlər  hüquqi  müqavilələrə  əsasən  yerləşdirilmiş  ayrıca 

aktivləri və üçüncü tərəflər qarşısında öhdəlikləri əks etdirdiyinə görə qarşılıqlı şəkildə əvəzləşdirilmir. 

5 saylı Qeydə baxın. 

 

Borc öhdəlikləri üzrə  bazar faiz dərəcələri 31 dekabr  2011-ci il  tarixinə bitən il üzrə illik 1.0%-12.5% 



civarındadır  (31  dekabr  2010:  illik  1.0%-12.7%).  Müddətli  borc  öhdəlikləri  kateqoriyasına  məxsus 

bütün borclar bazar faiz dərəcəsini daşıyır. 

 

Qrup yuxarıda qeyd olunan kredit müqaviləsində nəzərdə tutulan müəyyən maliyyə müddəalarına 



əməl etməyə borcludur. Qrupun müəyyən maliyyə müddəalarına əməl etməməsi barədə məlumatlar 

28 saylı Qeyddə təsvir olunmuşdur. 

 

Müddətli  borc  öhdəliklərinin  hər  bir  kateqoriyasının  təxmin  edilən  ədalətli  dəyəri  haqqında  məlumat 



üçün  29  saylı  Qeydə  baxın.  Müddətli  borc  öhdəliklərinin  faiz  dərəcəsi,  ödəmə  müddəti  və  valyuta 

təhlili  26  saylı  Qeyddə  göstərilir.  Əlaqəli  tərəflərlə  əməliyyatlar  haqqında  məlumat  30  saylı  Qeyddə 

açıqlanır. 

 

 



15.  DİGƏR MALİYYƏ ÖHDƏLİKLƏRİ 

 

Digər maliyyə öhdəliklərinə aşağıdakılar daxildir: 



 

 

31 dekabr 

2011-ci il 

 

31 dekabr 

2010-cu il 

 

31 dekabr 

2009-cu il 

 

 



 

 

 



 

Lizinq obyekti təchizatçılarına ödəniləcək məbləğlər 

584 

 

1,239 



 

324 


Ödənilməkdə olan məbləğlər 

108 


 

126 


 

Ödəniləcək peşəkar xidmət haqları 



60 

 

112 



 

196 


Xarici səhmdarlara ödənilməli olan ləğv olunmuş səhm 

mükafatı 

 



 

2,723 


Digər 

 



13 

 

139 



 

 

 



 

 

 



Cəmi digər maliyyə öhdəlikləri 

755 

 

1,490 



 

3,382 

 

 



Digər  maliyyə  öhdəliklərinin  hər  bir  kateqoriyasının  təxmin  edilən  ədalətli  dəyəri  haqqında  məlumat 

üçün 29 saylı Qeydə baxın. 

 

 

16.  SUBORDİNASİYALI BORC ÖHDƏLİKLƏRİ 



 

 

31 dekabr 

2011-ci il 

 

31 dekabr 

2010-cu il 

 

31 dekabr 

2009-cu il 

 

 



 

 

 



 

Deutsche Investitions-und Entwiklungsgesellschaft MBH-

dan alınmış subordinasiyalı borc öhdəlikləri 

12,155 


 

12,335 


 

12,047 


Deutsche Bank-dan alınmış subordinasiyalı borc 

öhdəlikləri 

5,473 

 

5,553 



 

5,541 


Hollandiya İnkişaf Maliyyə Şirkətindən alınmış 

subordinasiyalı borc öhdəlikləri 

4,004 

 

4,102 



 

4,015 


 

 

 



 

 

 



Cəmi subordinasiyalı borc öhdəlikləri 

21,632 

 

21,990 



 

21,603 

 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

45 


 

14  aprel  2008-ci  ildə  Bank  31  mart  2014-cü  ildə  ödəmə  tarixi  başa  çatan  15,000  ABŞ  dolları 

həcmində  Deutsche  Investitions-und  Entwicklungsgesellschaft  (DEG)  ilə  subordinasiyalı  borc 

öhdəliyi üzrə müqaviləni imzalamışdır. Borc öhdəliyinin faiz dərəcəsi 10.5%-dir.  

 

2 iyul  2007-ci ildə Bank 6,899 min ABŞ dolları həcmində Deutsche  Bank Aktiengesellschaft ilə digər 



subordinasiyalı  borc  öhdəliyi müqaviləsini imzalamışdır.  Borcun faiz  dərəcəsi 10.44% olmaqla  ödəmə 

tarixi 31 dekabr 2014-cü ildə başa çatır. 

 

13  dekabr  2006-cı  ildə  Bank  ümumi  kredit  vermə  məqsədləri  üçün  5,000  ABŞ  dolları  həcmində 



Hollandıyanın  İnkişaf  Maliyyə  Şirkəti  ilə  (FMO)  subordinasiyalı  borc  öhdəliyi  üzrə  müqaviləni 

imzalamışdır.  Borc  Libor  və  əlavə  6.5%  faiz  dərəcəsini  daşımaqla  ödəmə  tarixi  22  dekabr  2013-cü 

ildə başa çatır. 

 

Bank  yuxarıda  qeyd  olunan  kredit  müqaviləsində  nəzərdə  tutulan  müəyyən  maliyyə  müddəalarına 



əməl etməyə borcludur. Qrupun müəyyən maliyyə müddəalarına əməl etməməsi barədə məlumatlar 

28 saylı Qeyddə təsvir olunmuşdur. 

 

Bankın  likvidasiyası  halında,  yuxarıda  qeyd  olunan  subordinasiyalı  borc  öhdəlikləri  bütün  digər 



kreditorların tələbləri yerinə yetirildikdən sonra ödənilir. 

 

Subordinasiyalı  borc  öhdəliklərinin  ədalətli  dəyəri  haqqında  məlumat  üçün  29  saylı  Qeydə  baxın. 



Subordinasiyalı  borc  öhdəliklərinin  faiz  dərəcəsi,  ödəmə  müddəti  və  valyuta  təhlili  26  saylı  Qeyddə 

göstərilir. 

 

 

17.  SƏHMDAR KAPİTALI 



 

 

Qüvvədə olan 

səhmlərin sayı 

 

Adi səhmlər 

  Səhm mükafatı   

Cəmi 

 

   



   

   


 

31 dekabr 2009-cu il 

15,000,000   

30,000   

484   

30,484 

 

   



   

   


 

Ödənilmiş yeni səhmlər 

5,796,000   

11,592   



-   

11,592 

Kapitallaşdırılmış bölüşdürülməmiş 

mənfəət 

-   


3,327   

-   


3,327 

 

   



   

   


 

31 dekabr 2010-cu il 

20,796,000   

44,919   

484   

45,403 

 

   



   

   


 

Ödənilmiş yeni səhmlər 

-   

-   


-   

 

   



   

   


 

31 dekabr 2011-ci il 

20,796,000   

44,919   

484   

45,403 

 

 



Bankın  31  dekabr  2011-ci  il  tarixinə  qeydiyyatdan  keçmiş  nizamnamə  kapitalının  nominal  dəyəri 

44,919 min AZN təşkil edir (31 dekabr 2010: 44,919 min AZN). 

 

30  iyun  2010-cu  il  tarixində  Səhmdarların  Ümumi  Yığıncağında  hər  birinin  nominal  dəyəri  2  AZN 



olmaqla,  5,796  min  ədəd  adi  səhm  emissiyası  yolu  ilə  nizamnamə  kapitalının  11,592  min  AZN-ə 

qədər artırılması barədə qərar təsdiqlənmişdir. Bütün səhmlər mövcud səhmdarlar tərəfindən alınmış 

və onların əvvəlki illər üzrə cari  hesablarında və sair maliyyə  öhdəliklərində olan vəsaitləri hesabına 

tam  ödənilmişdir.  Bu  emissiyadan  sonra  nizamnamə  kapitalının  strukturunda  heç  bir  dəyişiklik 

olmamışdır.  

 

24  sentyabr  2010-cu  il  tarixində  Səhmdarların  Ümumi  Yığıncağında  bölüşdürlməmiş  mənfəətdən 



3,327  min  AZN  yönəltməklə  nizamnamə  kapitalının  artırılmasına  dair  qərar  təsdiqlənmişdir. 

Nizamnamə  kapitalındakı  bu  dəyişikliyə  hər  bir  səhmin  nominal  dəyərini  2  AZN-dən  2.16  AZN-ə 

qədər  artırmaqla  nail  olunmuşdur.  Bölüşdürlməmiş  mənfəətin  nizamnamə  kapitalının  artırılmasına 

yönəldilmiş hissəsi yerli vergi orqanları tərəfindən mənbədə tutulan vergiyə  cəlb edilmiş və Bank öz 

səhmdarları  adından  onların  bölüşdürülməmiş  mənfəətdəki  vəsaitləri  hesabına  370  min  AZN 

məbləğində müvafiq vergi ödəmişdir. 




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə