Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

59 


 

Kredit  alınması  üçün  sənədlər  toplusu  (ərizələr)  müştəri  ilə  iş  üzrə  menecerlər  və  kredit 

mütəxəssisləri  tərəfindən  hazırlanır.  Bu  toplu  müəyyən  edilmiş  limitlər  çərçivəsində  filiallar  və  ya 

müvafiq  biznes  vahidləri tərəfindən  təsdiqlənir.  Təsdiq  olunmuş  sənədlərin  surətləri  sonrakı  nəzarət 

prosesi,  o  cümlədən  reytinqin  müəyyən  edilməsi  və  monitorinq  cədvəlinə  daxil  edilməsi  üçün 

Risklərin İdarə Edilməsi Departamentinə təqdim edilir. Müəyyən edilmiş risk limitlərindən yuxarı olan 

ərizələr Risklərin İdarə Edilməsi Departamentinin Kredit Qrupuna göndərilir. Kredit Qrupu ikinci  dəfə 

təhlili  aparır  və  hesabat,  reytinq  və  rəy  təqdim  edir.  Əgər  tələb  olunan  kredit  məbləği  müəyyən 

edilmiş  limitdən  aşağı  olarsa  və  Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  müsbət  rəy 

verilərsə,  eləcə  də  müvafiq  işçilər  tərəfindən  imzalanarsa,  kredit  ərizəsi  təsdiqlənmiş  hesab  edilir. 

Əgər  Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  mənfi  rəy  verilərsə,  kredit  ərizəsi  yenidən 

baxılmaq  üçün  Kredit  Komitəsinə  təqdim  edilir.  Təsdiqlənmiş  kredit  ərizəsində  nəzərdə  tutulan 

məbləğ  Kredit  Komitəsinin  səlahiyyətindən  yuxarı  olarsa,  həmin  ərizə  təsdiqlənmək  üçün  İdarə 

Heyətinə  təqdim  edilir.  Yuxarıda  qeyd  edildiyi  kimi,  böyük  məbləğdə  kreditlər  üçün  ərizələr 

təsdiqlənmək üçün Müşahidə Şurasına təqdim edilir.  

 

Qrup  7  dərəcəli  reytinq  sistemindən  istifadə  edir.  Müştərinin  reytinqi  dörd  əsas  meyarın  təhlilinə 



əsasən müəyyən edilir: ödəmə qabiliyyəti, maliyyə göstəriciləri, kredit tarixçəsi və digər risklər. 

 

Balansdankənar  maliyyə  alətləri  üzrə  kredit  riski  həmin  maliyyə  aləti  üzrə  əməliyyatların  digər 



iştirakçısı  tərəfindən  müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsi  nəticəsində  zərərin 

yaranması  ehtimalı  kimi  müəyyən  edilir.  Qrup  şərti  öhdəlikləri  və  balans  üzrə  maliyyə  alətləri  ilə 

əlaqədar  əməliyyatların  təsdiqlənməsi  prosedurları,  riskləri  məhdudlaşdıran  limitlərdən  istifadə  və 

monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir.  

 

Fiziki  şəxslərə  verilmiş  bəzi  kredit  məhsulları  üçün  Qrup  kreditin  qiymətləndirilməsi  sistemindən  və 



potensial  riskli  müştərilərin  müəyyən  edilməsi  üçün  öz  daxili  prosedurlarından  və  Azərbaycan 

Respublikası  Mərkəzi  Bankının  idarə  etdiyi  məlumat  bazasındakı  məlumatlardan  istifadə  edir. 

Kreditlər  portfel  üzrə  qiymətləndirilir  və  bu  zaman  kreditin  məbləği  və  müddət  limitləri,  təsdiqləmə 

prosedurları,  məhsulların  növləri,  defolt  haqqında  məlumatlar,  kredit/girov  əmsalları  (əgər  tətbiq 

edilərsə) və qiymətləndirmə kimi amillərə daha çox diqqət yetirilir. 

 

Girov və digər kredit təminatları 



 

Kredit riski həmçinin əmlak üzrə ipoteka tələbi formasında girovun,  girov qoyulmuş aktiv və qiymətli 

kağızların, eləcə də depozitlər, hüquqi və fiziki şəxslərə verilmiş zəmanətlər daxil olmaqla digər girov 

növlərinin əldə olunması, nəzarəti və monitorinqi vasitəsilə qiymətləndirilir və idarə edilir. 

 

Kredit  riskinin  qiymətləndirilməsində  girovun  əsas  faktor  olmasına  baxmayaraq,  Qrupun  kredit 



siyasəti  ərizələrin  müştərilərin  yalnız  təklif  etdiyi  girova  deyil,  onların  ödəniş  qabiliyyətinə  əsasən 

qiymətləndirməkdir.  Girov  kreditin  qaytarılması  üçün  ikinci  ödəniş  mənbəyi  hesab  edilir.  Kreditlər 

nadir  hallarda  müştərinin  maliyyə  vəziyyətindən  və  ya  kredit  məhsulunun  növündən  yaxud 

həcmindən  asılı  olaraq  təminatsız  ola  bilər.  Qrup  risk  portfelinin  təminatsız  kreditləri  üzrə  müxtəlif 

limitlər müəyyən etmişdir. 

 

Qrupun qəbul etdiyi əsas girov növləri aşağıdakılardır: 



 

  Kommersiya əmlakı 

  Yaşayış binaları 

  Korporativ kapital aktivləri 

  Korporativ likvid aktivlər  

  Nəqliyyat vasitələri 

  Müddətli depozitlər 

  Digər, o cümlədən qiymətli metallar  

 

Qrupda  qəbul  edilmiş  bütün  girov  növləri  üzrə  dəqiq  qiymətləndirmə,  sənədləşdirmə  və  tətbiq 



edildikdə  qeydiyyat  prosedurları  mövcuddur.  Kreditlərin  girova  nisbəti  İdarə  Heyəti  tərəfindən 

təsdiqlənir  və  Risklərin  İdarə  Edilməsi  Departamenti  tərəfindən  nəzarət  edilir:  31  dekabr  2011-ci  il 

tarixinə kredit limitləri aşağıdakılardır: 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

60 


 

Girovun növü 

Kredit məbləğinin girovun likvid dəyərinə nisbəti 

 

 

Daşınmaz əmlak 

up to 70% 

Qiymətli metallar 

up to 80% 

Maşın, avadanlıqlar 

up to 50% 

Inventar 

up to 60% 

Avtomobillər, nəqliyyat 

up to 70% 

Müddətli depozit 

up to 90% 

 

 



Bank əlavə təminat kimi fərdi zəmanətləri qəbul edə bilər. 

 

Təminatla bağlı təlimatlara dair hər hansı istisna İdarə Heyəti tərəfindən təsdiqlənməlidir.  



 

Monitorinq  Qrupu  monitorinq  nəticələri  üzrə  planın  hazırlanması,  onun  yerinə  yetirilməsi  və 

monitorinq  nəticələrinin  qənaətbəxş  olmadığı  təqdirdə  müvafiq  tərəflərin  məlumatlandırılması  və 

tədbirlər  planı  ilə  bağlı tövsiyələrin  verilməsinə  görə  məsuliyyət  daşıyır.  Monitorinq  Qrupu  müəyyən 

edilmiş məbləğdən yuxarı olan bütün əməliyyatların monitorinqini aparır və bu məbləğdən aşağı olan 

əməliyyatları  seçmə  üsulu  ilə    yoxlayır.  Müəyyən  edilmiş  məbləğdən  yuxarı  olan  bütün  əməliyyatlar 

üzrə  monitorinq  ilk  olaraq  kreditin  ödənildiyi  aydan  əvvəl  və  ya  ən  azı  bir  ay  müddətində  aparılır. 

Müvafiq olaraq, monitorinq cədvəlinə uyğun olaraq risklərə nəzarət olunur.  

 

Risklərin  İdarə  Edilməsi  Departamentinin  Statistika  Qrupu  qarşı  tərəflərin  kredit  riskləri  üzrə  bütün 



məsələlər,  o  cümlədən  bütün  limitlərə  uyğunluq,  risklər  üzrə  konsentrasiyalar,  portfel  üzrə 

tendensiyalar,  vaxtı  keçmiş  kreditlər  və  defolt  statistikası,  kreditlər  üzrə  ehtiyatlar  və  girov 

statistikasına  dair məlumatların  toplanması  və  təqdim edilməsinə  görə  cavabdehdir.  Müntəzəm  aylı 

hesabatlardan  başqa,  həmin  departament  seçilmiş  kredit  prosedurlarına  riayət  edilməsinə  dair 

hesabatlar tərtib edir.   

 

Əlaqəli tərəflərə verilmiş kreditlər 



 

Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  “əlaqəli  tərəflər”  kateqoriyası  ilə  bağlı  dəqiq  anlayışlar 

müəyyən  etmişdir.  Bu  kateqoriyaya  əsasən  səhmdarlar  və  ya  fiziki  şəxslər  və  yaxud  onların  yaxın 

ailə üzvlərinin mülkiyyətində olan/nəzarət etdiyi hüquqi şəxslər daxildir. Buraya həmçinin Qrupda baş 

rəhbərlik/səlahiyyətli vəzifələrdə çalışan fiziki şəxslər daxildir. Fiziki şəxs olan əlaqəli tərəfə verilən ən 

böyük  kreditlər  Qrupun  konsolidasiya  edilmiş  kapitalının  3%-dən  artıq  ola  bilməz.  Müvafiq  hüquqi 

şəxslər  üzrə  isə  bu  limit  10%  təşkil  edir.  Əlaqəli tərəflərə  verilmiş  kreditlər  üzrə  risklər  üçün  ümumi 

limit  20%-dir.  Qiymətləndirmə  və  digər  şərtlər  tərəflərin  müstəqilliyi  prinsipi  əsasında  müəyyən 

edilməlidir. 

 

Vaxtı keçmiş işləməyən kreditlər 



 

Qrup  vaxtı  keçmiş  və  işləməyən  kreditlərin  vaxtının  keçdiyi  və  işləmədiyi  ilk  gündən  belə  kreditlər 

barədə hesabat vermə və onların idarə edilməsi prosedurlarına malikdir. 60 günə qədər vaxtı keçmiş 

kreditlər  aşkar  problemlər  erkən  müəyyən  edilməyənə  qədər  müvafiq  biznes  qurumları  tərəfindən 

idarə edilir. 60 gündən artıq vaxtı keçmiş təminatsız pərakəndə kreditlər avtomatik olaraq Problemli 

Kreditlər Şöbəsinə ötürülür. 90 gündən artıq vaxtı keçmiş korporativ kreditlər də həmçinin bu şöbəyə 

ötürülür.  Bütün  kreditlər  90  gün  vaxtı  keçdikdən  sonra  şübhəli  kreditlər  kimi  yerləşdirilir.  Əgər 

Problemli  Kreditlər  Şöbəsi  bu  kreditləri  toplamağa  müvəffəq  olmazsa,  o  halda  hüquqi  procedural 

tədbirlər  görülür.  Kredit  yığılmaz  hesab  edildikdə  belə  məbləğin  silinməsi  barədə  tövsiyələr  Kredit 

Komitəsi  və  İcraedici  Şuraya  təqdim  olunur.  Silinməyə  dair  son  qərar  Nəzarət  Şurası  tərəfindən 

qəbul edilir.  

 

Bütün  vaxtı  keçmiş  kreditlər  üzrə  məlumatlar  ən  azı  aylıq  əsasda  Kredit  Komitəsinə  təqdim  edilir. 



Bütün korporativ kreditlərin vaxtında ödənilməməsi məsələləri barədə fərdi olaraq Kredit Komitəsinə 

hesabat verilir. 




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə