Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

61 


 

Kreditlər üzrə ehtiyat – ehtiyat siyasəti 

 

Qrup kreditlər üzrə ehtiyat yaradır və buraya risklə üzləşməsindən yaranan təxmini zərərlər daxildir. 

 

Bundan  əlavə,  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  banklar  üçün  minimum  standart  sayılan 



ehtiyat siyasəti müəyyən etmişdir. Bu ehtiyat tələbləri üzrə kateqoriyalar aşağıda göstərilir: 

 

Standart aktivlər 



2% 

Nəzarət edilə bilən aktivlər 

10% 

Qeyri-qənaətbəxş aktivlər 



30% 

Riskli aktivlər 

60% 

Ümidsiz aktivlər 



100% 

 

 



Bu kateqoriyalar dəqiq müəyyən edilmişdir. 

 

MHBS-a  uyğun  hesabatların  hazırlanması  məqsədilə,  Qrup  39  saylı  MUBS-da  əks  etdirilən 



metodologiyadan istifadə edir 

 

Kredit riskinə maksimum məruz qalma 

 

Qrupun  balans  üzrə  məruz  qaldığı  kredit  riskinin  maksimal  səviyyəsi,  adətən  konsolidə  edilmiş 

maliyyə  vəziyyəti  haqqında  hesabatda  maliyyə  aktivlərinin  balans  dəyərində  əks  olunur.  Potensial 

kredit  riskinin  azaldılması  üçün  aktiv  və  öhdəliklərin  əvəzləşdirilməsi  imkanı  böyük  əhəmiyyət  kəsb 

etmir. 

 

Balansdankənar  maddələr,  xüsusilə  akkreditivlər  və  zəmanətlər  üzrə  kredit  riskinin  maksimal 



səviyyəsi  öhdəliyin  ümumi  məbləğini  əks  etdirir.  Qrupun  balansdankənar  maddələr  üzrə  kredit  riski 

28 saylı “Şərti Öhdəliklər” Qeydində açıqlanır. 

 

Balansdankənar  maliyyə  alətləri  üzrə  kredit  riski  həmin  maliyyə  aləti  üzrə  əməliyyatların  digər 



iştirakçısı  tərəfindən  müqavilə  üzrə  öz  öhdəliklərini  yerinə  yetirə  bilməməsi  nəticəsində  zərərin 

yaranması  ehtimalı  kimi  müəyyən  edilir.  Qrup  şərti  öhdəlikləri  və  balans  üzrə  maliyyə  alətləri  ilə 

əlaqədar  əməliyyatların  təsdiqlənməsi  prosedurları,  riskləri  məhdudlaşdıran  limitlərdən  istifadə  və 

monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir. 

 

Bazar riski 

 

Qrup bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan (a) valyuta, (b) faiz dərəcəsi və (c) pay 

alətləri  üzrə  açıq  mövqelər  ilə  əlaqədar  bazar  risklərinə  məruz  qalır.  Rəhbərlik  qəbul  edilə  bilən 

risklərin səviyyəsi üzrə limitlər müəyyən edir və bu limitlərə hər gün nəzarət edir. Buna baxmayaraq, 

bu  cür  yanaşmadan  istifadə  edilməsi  bazarda  daha  əhəmiyyətli  dəyişikliklərin  baş  verdiyi  halda, 

müəyyən edilmiş limitlərdən artıq zərərlərin yaranmasının qarşısını almır.  

 

Qrup  maliyyə  alətləri  ilə  hər  hansı  dilinq  əməliyyatları  aparmır.  Qrupun  qiymətli  kağızlar  bazarında 



məruz qaldığı yeganə risk onun likvidlik mövqeyinin daha səmərəli idarə edilməsi məqsədilə vaxtaşırı 

olaraq  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  notlarına  və  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin  istiqrazlarına  investisiya  qoyuluşundan  yaranır.  Qrup  adətən  derivativlərlə  əməliyyat 

aparmır və bu bazara qarşı hər hansı riskə məruz qalmır.  

 

Valyuta riski 

 

Qrup  yerli/xarici  valyuta  məzənnələrindəki  dəyişikliklərin  onun  maliyyə  vəziyyətinə  hərəkətinə  təsiri 



ilə  əlaqədar  xarici  valyuta  riskinə  məruz  qalır.  Xarici  valyuta  riski  valyuta  məzənnələrindəki 

dəyişikliklərin Qrupun mənfəətinə və ya maliyyə alətləri üzrə portfelin dəyərinə təsir göstərdiyi zaman 

yaranan riskdir.  



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

62 


 

Xarici  valyuta  riski  ilə  əlaqədar  Qrupun  risk  siyasətinin  əsas  elementi  hər  hansı  valyuta  üzrə  dilinq 

əməliyyatlarının  aparılması  üçün  planlaşdırılmış  cəhdin  olmamasıdır.  Nadir  hallarda  açıq  valyuta 

mövqelərinin  baş  verməsi  yalnız  fəaliyyətin  normal  nəticəsində  ortaya  çıxır.  Qrup  aktiv  və 

öhdəliklərini valyutalar üzrə uyğunlaşdırmaq üçün bütün səylərindən istifadə edir. 

 

Bankın  məruz  qaldığı  xarici  valyuta  riski  həmçinin  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının 



normativ tələblərinə uyğun olaraq tənzimlənir.  

 

Xarici  valyuta  riski  Xəzinədarlıq  Departamenti  tərəfindən  tənzimlənir.  Bu  departamentin  hazırladığı 



gündəlik  hesabatlar  APİK  tərəfindən  nəzərdən  keçirilir  və  Risklərin  İdarə  Edilməsi  Departamenti 

tərəfindən nəzarət edilir. Hesabat dövrünün sonunda Qrupun məruz qaldığı valyuta riski üzrə ümumi 

təhlil aşağıdakı cədvlədə əks olunur: 

 

 



31 dekabr 2011-ci il 

 

 

31 dekabr 2010-cu il 

 

Monitar 

maliyyə 

aktivləri 

 

Monitar 

maliyyə 

öhdəlikləri 

 

Xalis 

mövqe 

 

Monitar 

maliyyə 

aktivləri 

 

Monitar 

maliyyə 

öhdəlikləri 

 

Xalis 

mövqe 

 

  



  

  

  



  

 

AZN 



195,816

199,153


(3,337) 

149,585  

154,891  

(5,306)


USD 

188,883


202,059

(13,176) 

152,624  

161,065  

(8,441)

EUR 


11,441

11,185


256 

11,904  


11,986  

(82)


Digər 

1,645


250

1,395 


1,458  

219  


1,239 

 

 



  

  

 



Cəmi 

397,785

412,647

(14,862) 

315,571  

328,161  

(12,590)

 

 



Yuxarıdakı  cədvələ  yalnız  pul  aktivləri  və  öhdəlikləri  daxildir.  Qrup  hesab  edir  ki,  səhm  alətləri  üzrə 

investisiyalar və qeyri-maddi aktivlər əhəmiyyətli valyuta riskinin yaranmasına gətirib çıxarmır. 

 

Qrup  xarici  valyutada  kreditlər  və  avanslar  vermişdir.  Borcalanın  gəlir  axınından  və  xərc 



strukturundan  asılı  olaraq,  Azərbaycan  Manatına  qarşı  xarici  valyutaların  dəyərinin  artması 

borcalanın  ödəniş  qabiliyyətinə  mənfi  təsir  göstərə  bilər  və  bu  səbəbdən  gələcəkdə  kreditlər  üzrə 

mümkün zərərlərin artması ilə nəticələnə bilər. 

 

Bütün  digər  dəyişənlərin  sabit  qalması  şərtilə,  hesabat  dövrünün  sonunda  tətbiq  edilən  valyuta 



məzənnələrindəki  mümkün  dəyişikliklər  nəticəsində  mənfəət  və  zərərdə  dəyişikliklər  aşağıdakı 

cədvəldə əks etdirilir: 

 

 

31 dekabr 2011-

ci il 

  31 dekabr 2010-

cu il 

Mənfəət və ya 

zərərə təsir

 

 



Mənfəət və ya 

zərərə təsir

 

 



 

 

 



ABŞ dollarının 5% möhkəmlənməsi 

(659) 


 

(422)


ABŞ dollarının 5% zəifləməsi 

659 


 

422 


Avronun 5% möhkəmlənməsi 

13 


 

(4)


Avronun 5% zəifləməsi 

(13) 


 

Digər valyutanın 5% möhkəmlənməsi 



70 

 

62 



Digər valyutanın 5% zəifləməsi 

(70) 


 

(62)


 

 

Valyuta  məzənnələrindəki  bu  cür  dəyişikliklərin  Qrupun  mənfəət  və  ya  zərərinə  təsirindən  başqa, 



kapitala hər hansı təsiri yoxdur. 

 

Risk, yalnız  Qrupun müvafiq  müəssisəsinin əməliyyat  valyutasından fərqli valyutalarda  ifadə olunan 



pul qalıqları üçün hesablanır. 

 

Hesabat  dövrünün  sonunda  Qrupun  valyuta  riski  il  ərzində  tipik  riski  əks  etdirmir.  Bütün  digər 



dəyişənlərin  sabit  qalması  şərtilə,  il  ərzində  valyuta  riskinin  orta  çəkisinə  tətbiq  edilən  valyuta 

məzənnələrindəki  mümkün  dəyişikliklər  nəticəsində  mənfəət/zərər  və  kapitalda  dəyişikliklər 

aşağıdakı cədvəldə əks etdirilir: 



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə