Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   ...   29   30   31   32   33   34   35   36   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

72 


 

Belə  qeyri-müəyyənlik  halları  maliyyə  alətlərinin  qiymətləndirilməsi,  dəyərsizləşmə  üzrə  zərər  üçün 

ehtiyatların qiymətləndirilməsi  və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola 

bilər.  Bundan  başqa,  belə  qeyri-müəyyənlik  vergiyə  cəlb  olunan  mənfəətin  natamam  hesablanması 

olaraq  ehtiyat  üzrə  müvəqqəti  fərqin  qiymətləndirilməsi,  habelə  müştərilərə  verilmiş  kreditlər  və 

debitor borcları ilə bağlı dəyərsizləşmə üzrə  zərər üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola 

bilər.  Bank  rəhbərliyi  ödəniləcək  vergi  məbləğlərinin  hesablandığını  düşünür  və  buna  görə  də, 

konsolidə edilmiş maliyyə hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır. 

 

Ümumiyyətlə  vergi  ödəyiciləri  audit  ilinin  ardınca  üç  təqvim  ili  ilə  əlaqədar  vergi  auditindən 



keçməlidirlər.  Lakin  tamamlanmış  auditlər  tabeçiliyində  olan  vergi  müfəttişliyinin  vergi  auditinin 

nəticələrini  yoxlayan  yuxarı  səviyyəli  vergi  müfəttişləri  tərəfindən  əlavə  vergi  auditinin  aparılma 

imkanını  istisna  etmirlər.  Cinayət  təhqiqatı  olduğu  təqdirdə  məhdudiyyət  müddəası  məhkəmənin 

qərarına əsasən yeddi ilə qədər uzadıla bilər. 

 

Fəaliyyət  mühiti  –  Azərbaycan  kimi  inkişaf  etməkdə  olan  ölkələrin  bazar  mühitləri  inkişaf  etmiş 

ölkələrlə  müqayisədə  müxtəlif  risklərə,  o  cümlədən  iqtisadi,  siyasi  və  sosial,  habelə,  hüquqi  və 

qanunvericilik  ilə  bağlı  risklərə  daha  çox  məruzdurlar.  Keçmiş  təcrübəyə  əsasən,  faktiki  yaxud 

düşünülmüş  maliyyə  problemləri  və  ya inkişaf edən ölkələrin iqtisadiyyatlarına investisiya  qoyuluşu ilə 

bağlı  düşünülmüş  risklərin  artması  Azərbaycan  Respublikasına  investisiya  mühitinə  və,  bütövlüklə, 

Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilər. Azərbaycanda biznes fəaliyyətinə təsir edən qanun 

və  qaydalar  sürətlə  dəyişməyə  davam  edir.  Azərbaycan  ərazisində  vergi,  valyuta  və  gömrük 

qanunvericilikləri  müxtəlif  formada  təfsir  olunur;  hüquq  və  maliyyə  xarakterli  digər  maneələr  isə, 

Azərbaycanda  hazırda  fəaliyyət  göstərən  müəssisələr  üçün  əlavə  çətinliklər  yaradır.  Azərbaycanın 

gələcək  iqtisadi  kursu  dövlət  tərəfindən  həyata  keçirilən  maliyyə,  iqtisadi  və  monitar  yönümlü 

tədbirlərdən, habelə, hüquq, hüquqi tənzimləmə və siyasət sahələrindəki inkişafdan çox asılıdır. 

 

Azərbaycanın  maliyyə  və  kapital  bazarlarına  2008  və  2009-cu  illərdə  mənfi  şəkildə  təsir  etmiş  qlobal 

maliyyə tənəzzülü bitdi və Azərbaycanın iqtisadiyyatı 2010 və 2011-ci illərdə inkişaf tempinə daxil oldu. 

Lakin müəyyən iqtisadi  qeyri-müəyyənliklər  qalmaqdadır. Kredit mühitində  hər  hansı ixtisar  və  ya  neft 

və ya qaz qiymətlərinin aşağı düşməsi daxil olmaqla qlobal maliyyə sistemlərində sistematik risklərdən 

yaranan  əks  dəyişikliklər  Azərbaycan  iqtisadiyyatını  ləngidə  və  ya  tənəzzülə  uğrada,  Qrupun  kapital 

vəsaitləri  və  onun  dəyərinə  çıxış  imkanlarına,  ümumilikdə  isə,  onun  biznes  fəaliyyəti,  əməliyyat 

nəticələri, maliyyə vəziyyəti və gələcək perspektivlərinə mənfi təsir göstərə bilərdi.  

 

Azərbaycan  külli  miqdarda  neft  və  qaz  məhsullarının  istehsalçısı  və  ixracatçısı  olduğuna  görə,  ölkə 



iqtisadiyyatı,  xüsusi  olaraq,  2011-ci  və  2010-cu  illərdə  dünya  bazarlarında  əhəmiyyətli  dərəcədə 

dəyişkən olmuş neft və qaz qiymətlərinə qarşı həssasdır.  

 

Müddəalara  əməl  etmə  –  Bank  əsasən  müddətli  və  subordinasiyalı  borc  öhdəlikləri  üzrə 

müqavilələrdə  nəzərdə  tutulan  xüsusi  şərtlərə  riayət  etmək  məcburiyyətindədir.  Bu  cür  xüsusi 

şərtlərə  əməl  edilməməsi  Bank  üçün  mənfi  nəticələrə,  o  cümlədən  borc  vəsaitləri  ilə  əlaqədar 

xərclərin  artmasına  və  ödəmə  müddətinin  dəyişməsinə  gətirib  çıxara  bilər.  Rəhbərlik  hesab  edir  ki, 

Bank  aşağıda  göstərilən  bəzi  xüsusi  şərtlər  istisna  olmaqla,  31  dekabr  2011-ci  il  tarixinə  və  həmin 

tarixdə tamamlanan il ərzində qüvvədə olan xüsusi şərtlərə əhəmiyyətli dərəcədə riayət etmişdir:  

 

31  dekabr  2011-ci  ildə  Qrup  Qara  Dəniz  Ticarət  və  İnkişaf Bankı  (“QDTİB”)  ilə  bağlanmış  müddətli 



borc  öhdəlikləri  üzrə  müqaviləyə  daxil  edilmiş  cəmi  aktivlərə  likvid  aktivlər  müddəasına  riayət 

etməmişdir  (2010-cu  ildə  riayət  etməmişdir).  Bank  1  iyul  2011-ci  il  tarixindən  31  dekabr  2011-ci  ilə 

qədər (daxil olmaqla) müvəqqəti əsasda Qrupu likvid aktivlərdən cəmi aktiv əmsalı müddəasına əməl 

etməsindən  azad  etmişdir.  Buna  görə  də,  Qrup  müqavilə  üzrə  ödəmə  tarixi  əsasında  banka 

ödəniləcək cari kredit balansını təsnifləndirmişdir. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

73 


 

Kreditlə bağlı öhdəliklər  Bu maliyyə alətlərinin əsas məqsədi lazım olduqda müştərilərə maliyyə 

vəsaitlərinin təqdim edilməsini təmin etməkdir. Müştərinin üçüncü tərəflər qarşısında öz öhdəliklərini 

yerinə yetirə bilməyəcəyi halda, Qrupun ödənişlər aparması ilə bağlı mütləq öhdəlikləri əks etdirən 

zəmanətlər və zəmanət akkreditivləri kreditlərlə eyni kredit riski daşıyır. Müəyyən şərtlər çərçivəsində 

müştərilər adından nəzərdə tutulan məbləğlərdə ödənişlərin həyata keçirilməsi üzrə Qrupun yazılı 

öhdəliklərini əks etdirən sənədli və kommersiya akkreditivlərinə müvafiq mal təchizatı və ya nağd pul 

depozitləri formasında təminat alınır. Həmin sənədli və kommersiya akkreditivləri birbaşa 

kreditləşdirmə ilə müqayisədə az risk daşıyır. 

 

Kreditlərin  təqdim  edilməsi  üzrə  öhdəliklərə  kreditlər,  zəmanətlər  və  ya  akkreditivlər  formasında 



kreditlərin verilməsi üçün rəhbərlik tərəfindən təsdiqlənməmiş məbləğlərin istifadə edilməyən hissəsi 

daxildir. Kreditlərin verilməsi üzrə öhdəliklər ilə əlaqədar Qrup istifadə edilməmiş məbləğlərin istifadə 

edilməli  olduğu  halda,  potensial  olaraq  istifadə  edilməmiş  öhdəliklərin  ümumi  məbləğinə  bərabər 

məbləğdə  zərərin  yaranması  riskinə məruz  qalır.  Lakin,  kreditlərin  verilməsi  üzrə  öhdəliklərin  böyük 

hissəsi  müştərilərin  ödəmə  qabiliyyəti  ilə  bağlı  müəyyən  tələblərə  əməl  etməsindən  asılı  olduğuna 

görə,  ehtimal  edilən  zərərlərin  məbləği  istifadə  edilməmiş  öhdəliklərin  ümumi  məbləğindən  azdır. 

Adətən  uzunmüddətli  öhdəliklər  qısamüddətli  öhdəliklər  ilə  müqayisədə  daha  yüksək  kredit  riskinə 

malik  olduğu  üçün,  Qrup  kreditlərlə  bağlı  öhdəliklərin  ödəmə  müddətinə  qədər  qalan  müddətə 

nəzarət edir.  

 

Kreditlərlə bağlı öhdəliklər aşağıdakı kimi olmuşdur: 



 

 

31 dekabr  

2011-ci il 

 

31 dekabr  

2010-cu il 

 

 



 

 

Ləğv edilə bilən istifadə edilməmiş kredit xətləri 



22,945 

 

35,618 



Zəmanətlər 

13,728 


 

10,714 


İdxal akkreditivləri 

2,550 


 

1,172 


 

 

 



 

Cəmi kreditlə bağlı öhdəliklər 

39,223 

 

47,504 

 

 



İstifadə edilməmiş kredit xətləri, akkreditivlər və zəmanətlər üzrə müqavilədə nəzərdə tutulan ümumi 

borc  məbləği  mütləq  şəkildə  pul  vəsaitləri  üzrə  gələcək  tələbləri  əks  etdirmir,  belə  ki,  həmin 

öhdəliklərin  müddəti  borcalana  vəsaitlər  təqdim  edilmədən  başa  çata  və  ya  ləğv  oluna  bilər. 

Kreditlərlə bağlı öhdəliklər aşağıdakı valyutalarda ifadə olunmuşdur: 

 

 

31 dekabr 2011-

ci il 

  31 dekabr 2010-

cu il 

 

 



 

 

Azərbaycan manatı 



11,756 

 

20,083 



ABŞ dolları 

20,913 


 

22,751 


Avro 

6,467 


 

4,666 


Digər  

87 


 

 



 

 

 



Cəmi 

39,223 

 

47,504 

 

 

29.  MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ 



 

Ədalətli dəyər məcburi satış və ya ləğvetmə halları istisna olmaqla, maraqlı tərəflər arasında cari 

əməliyyat zamanı maliyyə alətinin mübadilə edilə bildiyi məbləği əks etdirir.  

 

Ədalətli dəyəri balans dəyərinə yaxın olan aktivlər  

 

Qısa – müddətli ödəmə dövrü (3 aydan az) olan maliyyə aktivləri və öhdəliklər halında belə ehtimal 



edilir ki, onların balans dəyəri ədalətli dəyərinə yaxındır. Belə ehtimal tələb olunanadək depozitlərə 

və ödəniş müddəti müəyyən olunmamış əmanət hesablarına da qarşı tətbiq olunur.  




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə