Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

12 


 

Alınma  dəyəri  ilə  qeyd  edilən  maliyyə  aktivləri  halında  isə,  ehtimal  olunan  zərərin  bütün  məbləği 

aktivin  balans  dəyəri  ilə  bənzər  maliyyə  aktivləri  üçün  tətbiq  olunan  cari  bazar  gəlirlilik  norması 

dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri arasındakı 

fərqlə ölçülür. Belə ehtimal olunan zərər sonrakı dövrlərdə əvəzləşdirilmir. 

 

Maliyyə aktivinin balans dəyəri, belə dəyərin ehtiyatlar hesabına azalmasını nəzərdə tutulan verilmiş 



kreditlər və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal 

olunan  zərəri  məbləğində  azaldılır.  Müştərilərə  verilmiş  kreditlər  və  ya  debitor  borcu  yığıla  bilməz 

hesab  edildikdə,  belə  məbləğlər  ehtiyatlar  hesabına  qarşı  silinir.  Əvvəl  silinmiş  məbləğlərin  sonrakı 

bərpası ehtiyatlar hesabına köçürülür. Ehtiyatlar hesabının balans məbləğindəki dəyişikliklər mənfəət 

və zərər müddəalarında tanınır.  

 

Şərtləri təkrar razılaşdırılmış kreditlər  

 

Mümkün olan hallarda Qrup girovun mənimsənilməsi əvəzinə kredit şərtlərinin təkrar razılaşdırılması 



məqsədini  güdür.  Bu  ödəniş  müddətinin  uzadılması  və  yeni  kredit  şərtlərinin  razılaşdırılmasını 

nəzərdə tuta bilər. Şərtlər yenidən razılaşdırıldıqda, hər hansı dəyərsizləşmə şərtlərdə dəyişikliklərin 

edilməsindən  əvvəl  hesablanmış  ilkin  effektiv  faiz  dərəcəsindən  istifadə  etməklə  ölçülür  və  kredit 

vaxtı  ötmüş  hesab  edilmir.  Rəhbərlik  bütün  kriteriyaların  tələblərinin  yerinə  yetirildiyini  və  gələcək 

ödənişlərin  baş  tutacağını  təmin  etmək  məqsədilə  şərtləri  təkrar  razılaşdırılmış  kreditləri  nəzərdən 

keçirir.  Kreditlərin  ilkin  effektiv  faiz  dərəcəsindən  istifadə  etməklə  hesablanan  fərdi  və  birgə 

dəyərsizləşmə qiymətləndirilməsinin obyekti olmaqda davam edir. 

 

Kreditlərin və avansların silinməsi  

 

Kreditlər  və  avanslar  yığıla  bilməz  hesab  edildikdə  ehtimal  olunan  zərəri  üçün  ehtiyatlara  qarşı 



hesabdan  silinir.  Rəhbərlik  Qrupa  ödənilməli  olan  borcların  yığılması  üçün  bütün  mümkün 

vasitələrdən  istifadə  etdikdən  və  Qrup  saxladığı  bütün  girov  vəsaitləri  satdıqdan  sonra  kreditlər  və 

avanslar  hesabdan  silinir.  Əvvəllər  hesabdan  silinmiş  məbləğlərin  sonradan  bərpa  edilməsi 

ödənişlərin  qaytarılması  dövründə  mənfəət  və  zərər  haqqında  konsolidə  edilmiş  hesabatda  maliyyə 

aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir.  

 

Maliyyə aktivlərinin tanınmasının dayandırılması  

 

Maliyyə  aktivinin  tanınması  (və  ya,  müvafiq  halda  maliyyə  aktivinin  bir  hissəsi  və  ya  oxşar  maliyyə 



aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda dayandırılır: 

 

 



Aktivdən pul vəsaiti hərəkətini əldə etmək hüququnun müddəti başa çatdıqda; 

 

Qrup  aktivdən  pul  vəsaitini  almaq  hüququnu  köçürmüş  və  ya  saxlamış,  lakin  “köçürmə 



razılaşması”  vasitəsilə  üçüncü  tərəfə  maddi  yubanma  olmadan  həmin  vəsaitləri  tam  ödəmək 

öhdəliyini üzərinə götürmüşsə; və 

 

Qrup  aktivin  bütün  risk  və  mükafatlarını  ya  (a)  köçürmüş,  ya  da  (b)  köçürməmiş  və  ya 



saxlamamış 

olduğu, 


lakin 

akivin 


üzərində 

nəzarətini 

köçürmüş 

olduğu 


halda. 

 

Maliyyə aktivinin tanınması ötürüldüyü və tanınmanın dayandırılmasına ötürmənin tətbiq edildiyi zaman 



dayandırılır.  Köçürmə  ilə  a)  Qrupun  aktivin  pul  vəsaitini  əldə  etməsi  üçün  müqavilə  hüquqlarını 

ötürməsi  və  ya  b)  aktivin  pul  vəsaitini  alması  hüququnu  saxlaması,  lakin  həmin  vəsaiti  üçüncü  tərəfə 

ödəməsi öhdəliyini daşıması tələb olunur. Köçürmədən sonar, Qrup köçürülmüş aktivə sahibliyin  risk 

və  mükafatlarını  saxlaması  səviyyəsini  yenidən  qiymətləndirir.  Əgər  bütün  risk  və  mükafatlar  əsaslı 

şəkildə  saxlanılmışsa,  aktiv  balansda  qalmış  olur.  Əgər  bütün  risk  və  mükafatlar  əsaslı 

köçürülmüşsə,  aktivin  tanınması  dayandırılır.  Əgər  bütün  risk  və  mükafatlar  əsaslı  şəkildə  nə 

saxlanılmış,  nə  də  köçürülmüşsə,  Qrup  aktivin  üzərində  nəzarəti  saxlayıb  saxlamamasını 

qiymətləndirir.  Əgər  nəzarəti  saxlamayıbsa,  aktivin  tanınması  dayandırılır.  Qrupun  aktiv  üzərində 

nəzarəti saxladığı hallarda, davamlı fəaliyyəti müddətində aktivin tanınmasını davam etdirir. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

13 


 

Maliyyə öhdəlikləri və buraxılmış kapital alətlər  

 

Borc və ya kapital qismində təsnifləndirmə 

 

Borc  və  kapital  alətləri  müqavilə  şərtləri,  habelə  maliyyə  öhdəliyi  və  kapital  alətlərinə  verilmiş  tərifə 



əsasən maliyyə öhdəlikləri yaxud da kapital müddəası kimi təsnif edilir. 

 

Kapital alətləri 

 

Kapital  aləti  bütün  öhdəliklər  çıxıldıqdan  sonra  müəssisənin  aktivlərinə  qarşı  qalan  pay  hüququnu 



təsdiqləyən  hər  hansı  müqavilədir.  Qrup  tərəfindən  buraxılmış  kapital  alətləri  birbaşa  buraxılış 

xərcləri çıxılmaqla əldə edilmiş vəsaitlər kimi tanınır.  

 

Qrupun öz kapital alətini yenidən alması birbaşa olaraq kapitalda tanınır və çıxılır. Qrupun öz kapital 



alətlərinin  alışı,  satışı,  buraxılması  və  ya  ləğvi  üzrə  heç  bir  mənfəət  və  ya  zərər  gəlir  və  ya  zərərdə 

tanınmır.  



 

Maliyyə öhdəlikləri  

 

Maliyyə öhdəlikləri “digər maliyyə öhdəlikləri” kimi təsnif edilir.  



 

Digər maliyyə öhdəlikləri  

 

Digər  maliyyə  öhdəlikləri,  o  cümlədən  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankındakı  depozitlar 



alətlər,  digər  bankların  və  müştərilərin  depozitləri,  dövlət  qurumları  və  xarici  kredit  institutlarından 

alınmış kreditlər və digər öhdəliklər ilkin anda əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyərlə ölçülür.  

 

Digər maliyyə öhdəlikləri sonradan effektiv faiz metodu istifadə edilməklə və faiz xərcləri effektiv gəlir 



əsasında tanınmaqla amortizasiya olunmuş dəyərlə ölçülür. 

 

Effektiv  faiz  metodu  maliyyə  öhdəliyinin  amortizasiya  olunmuş  dəyərinin  hesablanması  və  faiz 



xərclərinin  müvafiq  dövr  üzrə  bölüşdürülməsi  üsuludur.  Effektiv  faiz  dərəcəsi  təxmin  edilən  gələcək 

nağd  pul  ödəmələrini  maliyyə  öhdəliyinin  güman  edilən  müddəti  yaxud  (məqsədəmüvafiq  hallarda) 

daha  qısa  müddət  ərzində  ilkin  tanınma  zamanı  xalis  balans  dəyərinə  dəqiqliklə  diskontlaşdıran 

dərəcədir.

 

 

Maliyə öhdəliklərinin tanınmasının dayandırılması 



 

Qrup  ödəniş  öhdəliyini  yerinə  yetirərsə,  belə  öhdəlik  ləğv  olunarsa  yaxud  müddəti  başa  çatarsa  və 

yalnız  belə  olan  hallarda  maliyyə  öhdəliyinin  tanınmasını  dayandırır.  Mövcud  maliyyə  öhdəliyi  tam 

başqa  şərtlərlə  eyni  kreditorun  təqdim  etdiyi  digər  öhdəliklə  əvəzlənərsə,  yaxud  mövcud  öhdəliyə 

əhəmiyyətli  düzəlişlər  edilərsə,  belə  əvəzləmə  və  ya  düzəliş  ilkin  öhdəliyin  tanınmasının 

dayandırılması  və  yeni  öhdəliyin  tanınması  kimi  qəbul  edilir.  Tanınması  dayandırılmış  maliyyə 

öhdəliyinin  balans  dəyəri  və  nəzəri  olaraq  ödənilmiş  və  ödəniləcək  məbləğlər  arasındakı  fərq 

mənfəət və zərər uçotunda tanınır.  

 

Derivativ maliyyə alətləri  

 

Qrup valyuta mübadiləsi ilə bağlı riskləri tənzimləmək məqsədilə xarici valyuta üzrə müxtəlif derivativ 



forvard müqavilələrini bağlayır.  

 

Derivativlər derivativ müqaviləsinin bağlanıldığı tarixdə  ilkin olaraq  uçotda ədalətli dəyərlə tanınır və 



sonradan onların  dövrün  sonuna olan ədalətli dəyərinə qarşı təkrar ölçülür. Nəticədə  yaranmış gəlir 

və ya zərər dərhal mənfəət və zərər hesabatında tanınır.  




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə