Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

14 


 

Pul vəsaitləri və onların ekvivalentləri 

 

Pul vəsaitləri və onların ekvivalentləri pul vəsaitlərinin əvvəlcədən məlum olan məbləğinə asan 



çevrilə bilən və dəyərin cüzi dəyişməsi kimi riskə məruz qalan qoyuluşlardır. Overnayt depozitlər 

istisna olmaqla, bütün qısamüddətli banklararası yerləşdirmələr digər banklardan alınacaq vəsaitlərə 

daxil edilir. Məhdudlaşdırılmış məbləğlər pul vəsaitləri və onların ekvivalentlərindən çıxarılır. Pul 

vəsaitləri və onların ekvivalentləri amortizasiya edilmiş dəyərlə əks etdirilir. 

 

ARMB-də yerləşdirilmiş məcburi ehtiyatlar  

ARMB-də  manatla  və  xarici  valyutada  yerləşdirilmiş  məcburi  ehtiyatlar  maya  dəyərində  qeydə 

alınmaqla,  Qrupun  gündəlik  əməliyyatlarını  maliyyələşdirmək  üçün  nəzərdə  tutulmayan  məcburi 

ehtiyat  depozitlərini  əks  etdirir  və  bu  səbəbdən  konsolidasiya  edilmiş  pul  vəsaitlərinin  hərəkəti 

hesabatının tərtib edilməsi məqsədilə pul vəsaitləri və onların ekvivalentlərinə aid edilmir.  

Digər banklardan alınacaq vəsaitlər  

Digər banklardan alınacaq vəsaitlər təsbit edilmiş və ya müəyyən edilə bilən tarixlərdə kvotasız qeyri-

derivativ  vəsaitlərini  alqı  satqı  etmək  niyyəti  olmadan  Qrup  tərəfindən  müxbir  banklara  avans 

şəklində  nağd  pul  verildiyi  zaman  uçota  alınır.  Digər  banklardan  alınacaq  vəsaitlər  amortizasiya 

edilmiş dəyərlə əks etdirilir.  

 

İcarə  

 

İcarənin şərtləri sahibliyin bütün risk və mükafatlarını icarədara ötürdüyü zaman icarə maliyyə icarəsi 



kimi təsnifləndirilir. Bütün digər icarələr əməliyyat icarəsi kimi təsnifləndirilir.  

 

Əməliyyat lizinqi  

Qrup  lizinqalan  qismində  çıxış  etdikdə  və  lizinq  obyektlərinin  mülkiyyət  hüququ  ilə  əlaqədar  risk  və 

gəlirlər lizinqverən tərəfindən Qrupa ötürülmədikdə, əməliyyat lizinqi müqavilələri üzrə cəmi ödənişlər 

lizinqin  müddəti  ərzində  düz  xətt  metoduna  əsasən  mənfəət  və  ya  zərərə  (icarə  xərcləri  kimi)  aid 

edilir. 

 

Aktivlər  əməliyyat  lizinqinə  verildikdə  alınacaq  lizinq  ödənişləri  lizinqin  müddəti  ərzində  düz  xətt 



metodundan istifadə etməklə lizinq gəliri kimi uçota alınır. 

 

Maliyyə lizinqi üzrə debitor borcları 

 

Qrup lizinqverən qismində çıxış etdikdə və lizinq obyektlərinin mülkiyyət hüququ ilə əlaqədar risk və 



gəlirlər  lizinqalana  ötürüldükdə,  lizinqə  verilən  aktivlər  maliyyə  lizinqi  üzrə  debitor  borcları  kimi 

göstərilir  və  gələcək  lizinq  ödənişlərinin  diskont  edilmiş  dəyərində  qeydə  alınır.  Maliyyə  lizinqi  üzrə 

debitor  borcları  ilkin  olaraq  lizinq  müqaviləsinin  bağlanma  tarixində  (lizinq  müqaviləsinin  bağlanma 

tarixi lizinq müqaviləsinin bağlanma tarixi və ya lizinq münasibətləri üzrə iştirakçılar tərəfindən lizinqin 

əsas  şərtlərinin  təsdiqlənmə  tarixidir,  bu  tarixlərin  hansının  daha  tez  baş  verməsindən  asılı  olaraq) 

müəyyən edilən diskont dərəcəsinə əsasən lizinq münasibətlərinin yarandığı tarixdə qeydə alınır. 

 

Debitor  borc  məbləği  ilə  gələcək  lizinq  ödənişlərinin  diskont  edilmiş  dəyəri  arasındakı  fərq  əldə 



edilməmiş  maliyyə  gəlirlərini  əks  etdirir.  Bu  gəlirlər  lizinq  müqaviləsinin  qüvvədə  olduğu  ümumi 

müddət ərzində daimi gəlirlilik normasını əks etdirən xalis investisiya metodundan (vergidən əvvəlki) 

istifadə  etməklə,  lizinq  müddəti  ərzində  qeydə  alınır.  Birbaşa  olaraq  lizinq  münasibətlərinin  təşkil 

edilməsi ilə əlaqədar olan əlavə xərclər Qrupun bəzi törəmə müəssisələrinin lizinqverən-istehsalçı və 

ya lizinqverən-diler qismində çıxış etdiyi hallar istisna olmaqla (bu halda belə xərclər təxirəsalınmaz 

nağd  hesablaşmanı  əks  etdirən  satışlarda  olduğu  kimi,  satış  nəticələrinə  aid  edilir),  maliyyə  lizinqi 

üzrə debitor borcların ilkin məbləğinə daxil edilir və lizinq  dövründə qeydə  alınmış  gəlirlərin həcmini 

azaldır.  Lizinqdən  əldə  edilən  maliyyə  gəlirləri il  üzrə  mənfəət  və  ya  zərərdə  sair  əməliyyat  gəlirləri 

kimi qeydə alınır. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

15 


 

Bina və avadanlıqlar 

 

Bina  və  avadanlıqlar  hər  hansı  yığılmış  amortizasiya  və  ehtiyac  yaranarsa,  dəyərsizləşmə  üzrə 

zərərlər çıxılmaqla, ilkin dəyərdə uçota alınır. 

 

Kiçik  həcmli  təmir  və  istismar  xərcləri  çəkildiyi  zaman  xərcə  silinir.  Binalar  və  avadanlıqların  əsas 

hissələrinin əvəz edilməsi xərcləri əvəz edilmiş hissələrin tanınması dayandırıldıqda kapitallaşdırılır. 

 

Rəhbərlik,  hər  bir  hesabat  dövrünün  sonunda  əsas  vəsaitlər  üzrə  dəyərsizləşmə  əlamətlərinin 



mövcud  olub-olmadığını  qiymətləndirir.  Əgər  bu  cür  əlamətlər  mövcud  olarsa,  rəhbərlik  bərpa 

dəyərini  təxmin  edir.  Aktivin  bərpa  dəyəri  onun  satışı  üzrə  məsrəflər  çıxılmaqla,  ədalətli  dəyəri  və 

istifadə  dəyərindən  daha  yüksək  olan  dəyəridir.  Aktivin  balans  dəyəri  onun  bərpa  dəyərinə  qədər 

azaldılır  və  dəyərsizləşmə  üzrə  zərər  il  üzrə  mənfəət  və  ya  zərərə  aid  edilir.  Aktivin  satışı  üzrə 

məsrəflər çıxılmaqla ədalətli dəyəri və ya onun istifadə dəyərini qiymətləndirmək üçün istifadə edilmiş 

təxminlərdə  dəyişiklik  baş  verdiyi  təqdirdə,  əvvəlki  illərdə  tanınmış  dəyərsizləşmə  üzrə  zərər  ləğv 

edilir. 

 

Binalar  və  avadanlıqların  satışından  yaranan  mənfəət və  ya  zərər,  gəlirin  məbləği ilə  balans  dəyəri 



arasındakı fərq kimi müəyyən edilir və il üzrə mənfəət və ya zərərə daxil edilir (sair əməliyyat gəlirləri 

və ya xərclərinin tərkibində) əks etdirilir. 

 

Amortizasiya 

 

Torpaq və başa çatdırılmamış tikintilər üçün amortizasiya hesablanmır. Digər əsas vəsaitlər üzrə 

amortizasiya düz xətt metoduna əsasən, yəni əsas vəsaitlərin aşağıda göstərilən təxmini faydalı 

xidmət müddəti ərzində aşağıdakı illik köhnəlmə dərəcələrini tətbiq etməklə aktivlərin ilkin dəyərini 

onların qalıq dəyərinədək azaltmaqla hesablanır. İstisna hal olaraq icarəyə götürülmüş aktivlərin 

yaxşılaşdırılması üzrə amortizasiya azalan balans metodu ilə hesablanır:

  

 

 



Qalıq dəyəri 

Faydalı xidmət müddəti 

Binalar  

40 il 



Ofis və kompüter avadanlıqları 

10% 


5 il 

Mebel, qurğular və sair avadanlıqlar 

10% 

5 - 7 il 



İcarəyə götürülmüş aktivlərin yaxşılaşdırılması 

0% 


müvafiq lizinq müqaviləsinin 

müddəti ərzində 

 

 

Aktiv  faydalı  istifadə  muddətinin  sonunda  nəzərdə  tutulan  vəziyyətə  uyğun  olduqda,  onun  satışı  ilə 



bağlı  ehtimal  olunan  xərclər  cıxıldıqdan  sonra,  Qrup  tərəfindən  əldə  oluna  biləcək  qiymətləndirilmiş 

məbləğ aktivin qalıq dəyəridir. Aktivlərin qalıq dəyəri və faydalı xidmət müddəti hər hesabat dövrünün 

sonunda nəzərdən keçirilir və lazım olduqda dəyişdirilir.  

 

Qeyri-maddi aktivlər 

 

Ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər  

 

Müəyyən  istismar  ömrü  olan  ayrı-ayrılıqda  alınmış  qeyri-maddi  aktivlər  yığılmış  amortizasiya  və 



yığılmış  ehtimal  olunan  zərər  çıxılmaqla  ilkin  maya  dəyəri  ilə  uçotda  qeyd  edilir.  Köhnəlmə  aktivin 

təxmin  edilən  faydalı  istismar  ömrü  ərzində  düz  xətt  metodundan  istifadə  etməklə  uçotda  tanınır. 

Təxmin  edilən  faydalı  istismar  ömrü  və  amortizasiya  metodu  perspektiv  əsaslarla  uçota  alınan 

təxminlərdəki  hər  hansı  dəyişikliklərin  təsiri  nəzərə  alınmaqla  hər  hesabat  dövrünün  sonunda  təhlil 

edilir.  



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə