Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

16 


 

Qeyri-maddi aktivlərin tanınmasının dayandırılması  

 

Qeyri-maddi  aktivlər  satılaraq  hesabdan  silindikdə  yaxud  onların  sonrakı  istismarı  və  ya  satılması 



gələcəkdə  iqtisadi  mənfəət  gətirmədikdə,  belə  aktivlərin  tanınması  dayandırılır.  Qeyri-maddi 

aktivlərin  tanınmasının  dayandırılmasından  yaranan  mənfəət  və  ya  zərər,  belə  aktivlərin  balans 

dəyəri  ilə  satışdan  əldə  olunan  xalis  gəlir  məbləği  arasındakı  fərq  kimi  ölçülür  və  aktivin  tanınması 

dayandırıldığı zaman mənfəət və zərər hesabatında tanınır.  



 

Qeyri-maliyyə aktivlərinin dəyərsizləşməsi  

 

Hər  hesabat  müddətinin  sonunda  Qrup  maddi  və  istismar  ömrü  müəyyən  olunmuş  qeyri-maddi 



aktivlərin  dəyərsizləşməyə  uğrayaraq  qiymətlərinin  düşüb  –  düşmədiyini  müəyyənləşdirmək  üçün 

belə aktivlərin balans dəyərini təhlil edir. Dəyərsizləşmənin baş verdiyinə sübut edən hər hansı hallar 

mövcud olarsa, dəyərsizləşmə üzrə zərərin (əgər varsa) həcmini müəyyən etmək üçün aktivin bərpa 

dəyəri  hesablanır.  Aktivin  fərdi  hallarda  bərpa  dəyərini  hesablamaq  mümkün  olmazsa,  Qrup  belə 

aktivin  aid  olduğu  gəlir  gətirən  aktivlər  qrupunun  bərpa  dəyərini  müəyyən  edir.  Aktivin 

yerləşdirilməsinə  müvafiq  və  ardıcıllığı  gözlənilən  əsaslar  müəyyən  edildiyi  hallarda,  korporativ 

aktivlər,  həmçinin,  fərdi  gəlir  gətirən  aktivlər  qrupunda  yerləşdirilə  bilər  yaxud,  başqa  cür,  müvafiq 

qaydada  və  ardıcıllığı  gözlənilməklə  yerləşdirilmə  əsasları  müəyyən  edilmiş  ən  kiçik  gəlir  gətirən 

aktivlər qrupunda yer alır.   

 

Müddətsiz  istismar  ömrü  olan  qeyri-maddi  aktivlər  və istismara  hələ  verilməmiş  qeyri-maddi  aktivlər 

ən  azı  ildə  bir  dəfə  və  dəyərsizləşmənin  baş  verdiyini  göstərən  hallar  müşahidə  olunduqda 

dəyərsizləşmə testindən keçirilir.  

 

Bərpa  dəyəri  satış  ilə  bağlı  xərclər  və  istismar  dəyəri  çıxılmaqla  ədalətli  dəyərin  daha  yüksək 



olanıdır.  İstismar  dəyərini  qiymətləndirərkən  təxmin  edilən  gələcək  dövrlərin  pul  hərəkəti  pulun  vaxt 

üzrə  dəyərinin  və  gələcək  pul  hərəkəti  ilə  bağlı  təxminlərə  düzəliş  edilməmiş  aktiv  üçün  səciyyəvi 

olan  risklərin  hazırkı  bazar  qiymətləndirilməsini  özündə  əks  etdirən  vergiyə  qədərki  diskont 

dərəcəsindən istifadə etməklə cari dəyərinə diskontlaşdırılılır.  

  

Aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun)  bərpa  dəyərinin  onun  balans  dəyərindən  az  olduğu 



hesablanarsa,  belə  aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun)  balans  dəyəri  bərpa  dəyərinə  kimi 

azaldılır.  Ehtimal  olunan  zərəri  yenidən  qiymətləndirmədən  irəli  gələn  azalma  kimi  hesab  edildiyi  hal 

olaraq  müvafiq  aktiv  uçotda  yenidən  qiymətləndirilmiş  dəyərdə  əks  olunmayana  qədər,  belə  zərər 

dərhal mənfəət və zərər hesabatında tanınır.  

 

Dəyərsizləşmə  üzrə  zərər  sonradan  əvəzləşdirilərsə,  aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun) 



balans dəyəri hesablanmasına düzəliş verilmiş bərpa dəyərinə qədər artırılır, bu şərtlə ki, artırılmış belə 

balans  dəyəri  aktivin  (yaxud  gəlir  gətirən  aktivlər  qrupunun)  dəyərsizləşmənin  tanınmadığı  keçmiş 

illərdə  müəyyən  edilmiş  balans  dəyərindən  artıq  olmasın.  Dəyərsizləşmə  üzrə  zərərin 

yenidənqiymətləndirmədən  irəli  gələn  artım  kimi  hesab  edilyi  hal  olaraq  müvafiq  aktiv 

yenidənqiymətləndirilmiş  dəyərlə  uçotda  əks  edilməyənə  qədər,  belə  zərərin  əvəzləşdirilməsi  dərhal 

mənfəət və zərər hesabatında tanınır.  



 

Vergitutma 

 

Mənfəət vergisi xərcləri ödənilməli olan cari vergi və təxirə salınmış vergidən ibarətdir.  



 

Cari vergi  

 

Ödənilməli olan cari vergi il üzrə vergiyə cəlb olunan mənfəət əsasında  tutulur. Vergiyə cəlb olunan 



mənfəət  digər  illərdə  vergiyə  cəlb  olunmuş  yaxud  gəlirdən  çıxarılan  və  heç  vaxt  vergiyə  cəlb 

olunmayan  yaxud  gəlirdən  çıxarılmayan  gəlir  və  xərclər  müddəaları  ilə  əlaqədar  konsolidə  edilmiş 

mənfəət və zərər haqqında hesabatda əksini tapmış mənfəətdən fərqlənir. Qrupun cari vergi ilə bağlı 

öhdəliyi  hesabat  dövrünün  sonuna  qanuni  qüvvəsinə  minmiş  və  ya  tam  həcmdə  minmiş  vergi 

dərəcələrindən istifadə etməklə hesablanır. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

17 


 

Təxirə salınmış vergi 

 

Təxirə  salınmış  vergi  konsolidə  edilmiş  maliyyə  hesabatlarında  əks  olunan  aktiv  və  öhdəliklərin 



balans  dəyəri  ilə  vergiyə  cəlb  olunan  mənfəətin  hesablanmasında  istifadə  edilən  müvafiq  vergi 

bazası  arasındakı  müvəqqəti  fərq  əsasında  tanınır.  Təxirə  salınmış  vergi  öhdəlikləri,  ümumi  hal 

olaraq,  vergiyə  cəlb  olunan  bütün  müvəqqəti  fərqlər  üçün  tanınır.  Təxirə  salınmış  vergi  aktivləri, 

ümumi hal olaraq, gəlirdən çıxarılan bütün müvəqqəti fərqlər üçün tanınır bu şərtlə ki, belə müvəqqəti 

fərqlərin  hesaba  alınması  üçün  gələcəkdə  vergiyə  cəlb  olunacaq  mənfəətin  əldə  olunması  ehtimal 

edilsin. Müvəqqəti fərqlər qudvildən yaxud da nə vergiyə cəlb olunan mənfəətə, nə də ki, uçotda əks 

olunmuş  mənfəətə  təsir  göstərən  əməliyyatlar  üzrə  digər  aktiv  və  öhdəliklərin  ilkin  tanınmasından 

(müəssisə  birləşmələri  istisna  edilməklə)  irəli  gələrsə,  təxirə  salınmış  vergi  aktivləri  və  öhdəlikləri 

uçotda tanınmır.  

 

Qrupun  müvəqqəti  fərqlərin  əksinə  nəzarət  etmək  qabiliyyəti  olduğu  halı  və  müvəqqəti  fərqin 

proqnozlaşdırıla bilən gələcəkdə dəyişilməməsi ehtimal olunan hallar istisna olmaqla, təxirə salınmış 

vergi  öhdəlikləri  törəmə  müəssisələrlə  bağlı  vergiyə  cəlb  olunan  müvəqqəti  fərqlər  üçün  tanınır. 

İnvestisiya və faizlərlə əlaqəli tutula bilən müvəqqəti fərqlərdən yaranan təxirə salınmış vergi aktivləri 

yalnız  o  halda  tanınır  ki,  müvəqqəti  fərq  güzəştlərindən  istifadə  olunması  üçün  yetərli  vergiyə  cəlb 

olunan gəlirin ehtimal olunduğu dərəcə və ehtimal halı və bu gəlirin proqnozlaşdırıla bilən gələcəkdə 

dəyişilməsi gözlənilsin.

 

 

Təxirə salınmış vergi aktivlərinin balans dəyəri hər hesabat dövrünün sonunda təhlili edilir və aktivin 



bütün  və  ya  müəyyən  hissəsinin  bərpa  olunması  üçün  yetərli  mənfəətin  yaranacağı  ehtimal 

edilməyən həddə qədər azaldılır. 

 

Təxirə  salınmış vergi aktivləri və öhdəlikləri hesabat dövrünün sonuna qanuni qüvvəsinə minmiş və 



ya  qismən  minmiş  vergi  dərəcələrinə  (və  vergi  qanunlarına)  əsaslanmaqla  aktivin  satıldığı  və  ya 

öhdəliyin  yerinə  yetirildiyi  dövrdə  tətbiq  olunacağı  gözlənilən  vergi  dərəcəsi  ilə  ölçülür.  Təxirə 

salınmış  vergi  aktivləri  və  öhdəliklərinin  ölçülməsi  Qrup  hesabat  dövrünün  sonunda  aktiv  və 

öhdəliklərin  balans  dəyərini  bərpa  edəcəyi  və  ya  ödəcəyini  gözlədiyi  halda  yarana  biləcək  vergi 

nəticələrini özündə əks etdirir. 

 

İl üzrə cari və təxirə salınmış vergi  

 

Cari  və  təxirə  salınmış  vergi  digər  məcmu  gəlirlər  haqqında  hesabatda  yaxud  birbaşa  olaraq 



kapitalda  göstərilən  müddəalarla  bağlı  olduğu  və,  nəticə  etibarı  ilə,  müvafiq  olaraq  digər  məcmu 

gəlirlər  və  ya  birbaşa  kapital  bəndi  kimi  tanındığı  hallar  isitsna  edilməklə,  mənfəət  və  zərər 

hesabatında tanınır.  

 

Əməliyyat vergiləri  

 

Azərbaycan Respublikasında Qrupun fəaliyyəti ilə əlaqədar olaraq hesablanan bir sıra digər vergilər 



tətbiq  edilir.  Belə  vergilər  əməliyyat  xərcləri  müddəası  olaraq  məcmu  gəlirlər  haqqında  konsolidə 

edilmiş hesabata daxil edilir.  



 

Ehtiyatlar  

 

Ehtiyatlar  Qrupun  keçmişdə  baş  vermiş  hadisənin  nəticəsi  olaraq    hazırda  öhdəliyi  (hüquqi  yaxud 



konstruktiv) olduqda tanınır; bu zaman Qrupun öhdəliyin yerinə yetirilməsinin tələb olunacağı ehtimal 

edilir və öhdəlik məbləği etibarlı şəkildə hesablana bilir.  

 

Ehtiyatlar  kimi  tanınan  məbləğ  öhdəliklə  bağlı  risk  və  qeyri-müəyyənlikləri  nəzərə  almaqla  hesabat 



dövrünün  sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin  ən düzgün 

hesablanmasıdır.  Ehtiyat  ayırmaları  hazırkı  öhdəliyin  yerinə  yetirilməsi  üçün  hesablanmış  pul 

vəsaitləri  hərəkətinə  istinad  etməklə  ölçülərsə,  onun  balans  dəyəri  (pulun  vaxt  üzrə  dəyərinin  təsiri 

əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyərinə bərabər olur.  




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə