Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   2   3   4   5   6   7   8   9   10   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

18 


 

Ehtiyatların  yerləşdirilməsi  üçün  tələb  olunan  müəyyən  və  ya  bütün  iqtisadi  mənfəətin  kənar  qurum 

tərəfindən  bərpa  ediləcəyi  gözlənilirsə,  bu  vəsaitin  qaytarılması  və  alınacaq  belə  vəsaitlərin  düzgün 

qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi tanınır.  

 

Şərti aktiv və öhdəliklər 

 

Şərti  öhdəliklər  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatda  tanınmır,  lakin,  onların 



yerinə  yetirilməsi  ilə  bağlı  xərclərin  yaranmasına  ehtimallar  reallıqdan  uzaq  olmayana  qədər  belə 

öhdəliklər  açıqlanmalıdır.  Şərti  aktivlər  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatlarda 

tanınmır, lakin, onlarla bağlı iqtisadi mənfəətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır. 

 

Xarici valyutalar  

 

Hər  bir  fərdi  qrup  müəssisəsinin  maliyyə  hesabatları  hazırlanarkən,  müəssisənin  əməliyyat 



valyutasından  başqa  digər  valyuta  (xarici  valyutalar)  ilə  aparılan  əməliyyatlar  belə  əməliyyatların 

aparıldığı tarixdə üstünlük  təşkil edən  mübadilə məzənnələri ilə  qeydə alınır. Hər hesabat dövrünün 

sonunda,  xarici  valyuta  ilə  ifadə  olunmuş  monetar  müddəaların  valyuta  mövqeyi  ədalətli  dəyərin 

müəyyən  olunduğu  tarixdə  üstünlük  təşkil  edən  məzənnə  ilə  təkrar  qiymətləndirilir.  Xarici  valyutada 

ədalətli  dəyər  ilə  uçota  alınmış  qeyri-monetar  müddəalarin  valyuta  mövqeyi  ədalətli  dəyərin 

müəyyənləşdirildiyi tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlkin dəyərlə xarici 

valyutada ölçülmüş qeyri-monetar müddəaların valyuta mövqeyi təkrar qiymətləndirilir.  

 

Aşağıdakı  hallar  istisna  olmaqla,  monitar  müddəalar  üzrə  məzənnə  fərqləri  baş  verdiyi  müddət 



ərzində mənfəət və ya zərərdə tanınır: 

 

 



Gələcək produktiv istifadə üçün tikilidə olan aktivlərə dair xarici valyuta kreditləri üzrə məzənnə 

fərqləri,  hansı  ki,  həmin  xarici  valyuta  kreditləri  ilə  bağlı  faiz  xərclərinə  düzəliş  kimi  hesab 

edildikdə həmin aktivlərin xərcinə daxil edilir; 

 

Müəyyən  xarici  valyuta  risklərinə  qarşı  müdafiə  vasitələrini  təmin  etmək  məqsədilə  bağlanmış 



sövdələşmələr üzrə məzənnə fərqləri; və 

 

İlkin  olaraq  digər  məcmu  gəlirdə  tanınan  və  monitar  müddəların  ödənilməsi  üzrə  kapitaldan 



mənfəət  və  ya  zərərə  yenidən  təsnifləndirilən,  hesablaşması  nə  planlaşdırılan,  nə  də  baş 

verməsi  ehtimal  edilən  (buna  görə  xarici  əməliyyatda  xalis  investisiyanın  bir  hissəsini  təşkil 

edərək)  xarici  əməliyyata  ödəniləcək  və  ya  bu  əməliyyatdan  alınacaq  monitar  müddəalar  üzrə 

məzənnə fərqləri.  

 

Konsolidə  edilmiş  maliyyə  hesabatlarının  təqdim  edilməsi  məqsədləri  üçün,  Qrupun  xarici 



əməliyyatlarının  aktiv  və  öhdəlikləri  hər  bir  hesabat  dövrünün  sonunda  üstün  olan  məzənnə 

dərəcəsindən  istifadə  etməklə  manata  çevrilir.  Sövdələşmə  tarixlərində  məzənnə  dərəcələrinin 

istifadə  olunduğu  müddət  ərzində  məzənnə  dərəcələri  əhəmiyyətli  şəkildə  tərəddüd  etməyincə 

mənfəət  və  zərər  müddəaları  müddət  üzrə  orta  valyuta  məzənnəsinə  çevrilir.  Hər    hansı  yaranan 

məzənnə  fərqləri  digər  məcmu  gəlirdə  tanınır  və  kapitalda  toplanır  (müvafiq  halda  qeyri-nəzarət 

paylarına aid olan).  

 

Qrup  tərəfindən  konsolidə  edilmiş  maliyyə  hesabatlarına  ilin  sonunda  istifadə  olunan  məzənnə 



fərqləri aşağıdakı şəkildədir: 

 

 



31 dekabr  

2011-ci il 

 

31 dekabr  

2010-cu il 

 

 



 

Manat/1 ABŞ dolları 

0.7865 

0.7979 


Manat/1 Avro 

1.0178 


1.0560 

 

 



Girov  

 

Qrup  məqsədəmüvafiq  hesab  edildiyi  hallarda  müştərilərin  öhdəlikləri  müqabilində  girov  alır.  Girov 



adətən  müştəri  əmlakının  həbs  olunmasını  nəzərdə  tutur  və  Qrupa  müştərinin  həm  cari,  həm  də 

gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.  




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

19 


 

Müsadirə edilmiş girov 

 

Müsadirə  edilmiş  girov  dedikdə  vaxti  keçmiş  borclarla  hesablaşmaqda  Qrup  tərəfindən  əldə  edilən 



maliyyə  və  qeyri-maliyyə  aktivlər  başa  düşülür.  Aktivlər  əldə  edilən  və  bina  və  avadanlığa,  digər 

aktivlər  daxilində  digər  maliyyə  aktivlərinə  və  ya  inventara  daxil  edilən  zaman  həmin  aktivlərin 

qaytarılması ilə əlaqədar Qrupun niyyəti və aktivlərin məzmunundan asılı olaraq ilkin olaraq  ədalətli 

dəyərdə  tanınır  və  həmin  aktiv  kateqoriyaları  üzrə  mühasibat  uçotu  qaydalarına  əsasən  yenidən 

ölçülür və hesablanır.  

 

Kreditlə bağlı öhdəliklər  



 

Qrup  akreditivlər  və  maliyyə  zəmanətləri  daxil  olmaqla  kredit  öhdəliklərini  bağlayır.  Maliyyə 

zəmanətləri  müştərinin  üçüncü  tərəflərə  öz  öhdəliklərini  yetinə  yetirə  bilməməsi  və  borc  kimi  eyni 

kredit  riskini  daşıyan  öhdəliklər  halında  ödəniş  etmək  üçün  qaytarılmaz  təminatları  nəzərdə  tutur. 

Kredit  vermək  üçün maliyyə  zəmanətləri  və  öhdəlikləri  ilkin  olaraq  ədalətli  dəyərdə  tanınır  ki,  bu  da 

alınan  haqqın  məbləği  ilə  isbat  edilir.  Bu  həcm  Qrupun  konkret  borc  müqaviləsi  bağlayacağı  və 

verildikdən  qısa  müddət  sonra  krediti  satacağı  gözlənilməyən  və  ehtimal  edilməyən  halda  kredit 

vermə  öhdəliyini  istisna  etməklə,  öhdəliyin  xidmət  müddəti  boyu  düz  xətt  əsasında  amortizasiya 

edilir.  Belə  kredit  öhdəliyi  haqqları  ilkin  tanınmada  təxirə  salınır  və  kreditin  balans  dəyərinə  daxil 

edilir.  Hər  bir  hesabat  dövrünün  sonunda  öhdəliklər  a)ilkin  tanınmada  məbləğin  qalan  amortizasiya 

edilməmiş  balansından  yuxarı  və  b)  hər  bir  hesabat  dövrünün  sonunda  öhdəlik  üzrə  hesablaşmaq 

üçün tələb olunan ən yaxşı xərc hesablamasında ölçülür. 



 

Kapital ehtiyatlar  

 

Qrupun maliyyə vəziyyəti barədə hesabatında kapitalda (digər məcmu gəlir) qeyd edilmiş ehtiyatlara 

satıla bilən investisiya qiymətli kağızlarının ədalətli dəyərində dəyişiklikləri təşkil edən “Satıla bilən” 

ehtiyat daxildir. 

 

Mühüm mühasibat mülahizələri və qeyri-müəyyən təxminlərin əsas mənbələri  

 

Yuxarıda təsvir  edilən  Qrupun  mühasibat  uçotunun tətbiqində  direktorlardan  digər  mənbələrdən  hazır 



aşkar  edilməyən  aktiv  və  öhdəliklərin  balans  dəyəri  barədə  mülahizələr,  təxminlər  və  fərziyyələr 

aparmaq tələb olunur. Belə təxminlər və əlaqədar mülahizələr tarixi təcrübəyə və müvafiq olması hesab 

edilən digər faktorlara əsaslanır. Faktiki nəticələr bu hesablamalardan fərqli ola bilər. 

 

Təxminlərə  və  əsas  mülahizələrə  daimi  əsasda  baxılır.  Mühasibat  uçotu  hesablamalarına  düzəlişlər 



düzəlişin  yalnız  həmin  müddətə  təsir  göstərdiyi  zaman  və  ya  düzəlişin  cari  və  gələcək  müddətə  təsir 

etdiyi zaman düzəliş və gələcək müddətlərdə mülahizəyə düzəliş edilən dövrdə tanınır.  



 

Qeyri-müəyyən təxminlərin əsas mənbələri  

 

Aşağıdakılar  növbəti  maliyyə  ilində  aktiv  və  öhdəliklərin  balans  dəyərinə  maddi  düzəlişlə  nəticələnən 



əhəmiyyətli  riski  daşıyan  hesabat  dövrünün  sonunda  gələcəyə  dair  əsas  mülahizələr  və  digər  əsas 

qeyri-müəyyən təxmin mənbələridir. 




Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə