Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə1/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
  1   2   3   4   5   6   7   8   9   ...   37










UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR   

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 



 



1. 

ÜMUMİ MƏLUMAT

 

 

Unibank  Kommersiya  Bankı  ASC  (“Bank”)  və  onun  törəmə  müəssisələri  (birlikdə  “Qrup”  adlandırılır) 



üçün  31  dekabr  2013-cü  il  tarixinə  bitən  il  üzrə  hazırkı  konsolidə  edilmiş  maliyyə  hesabatları  Maliyyə 

Hesabatlarının Beynəlxalq Standartlarına (“MBHS”) uyğun hazırlanmışdır.   

 

Bank  Azərbaycan  Respublikasında  təsis  olunub  və  bu  ölkədə  fəaliyyət  göstərir.  Bank  Azərbaycan 



Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  açıq  səhmdar  cəmiyyətidir.  31  dekabr 

2013-cü  il  tarixinə  Bankın  son  nəzarətçi  tərəfi  cənab  Eldar  Qəribovdur  (31  dekabr  2012-ci  il  üzrə: 

cənab Eldar Qəribov). 

 

Unileasing  şirkəti  (“Unileasing”)17  iyun  2004-cü  il  tarixində  Azərbaycan  Respublikası  Ədliyyə 



Nazirliyində dövlət qeydiyyatından keçmişdir. Şirkət 2004-cü ilin avqust ayında fəaliyyətə başlamışdır 

və səhmlərinin 66.7%-i Banka məxsusdur. 

 

23  yanvar  2008-ci  ildə  Bank  tam  sahiblik  etdiyi  müəssisəsini,  Unicapital  Məhdud  Məsuliyyətli 



Cəmiyyətini  (“Unicapital”)  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyində  dövlət  qeydiyyatından 

keçirmişdir. Şirkət 2008-ci ilin fevral ayında fəaliyyətə başlamışdır.  Şirkətin əsas fəaliyyəti müştərilər 

adından  səhm  portfelinin  idarə  edilməsi  və  Azərbaycan  Respublikası  qiymətli  kağızlar  bazarında 

sərmayə xidmətlərinin göstərilməsindən ibarətdir. 

 

Əsas  fəaliyyət.  Bankın  əsas  fəaliyyəti  Azərbaycan  Respublikasında  kommersiya  və  pərakəndə 

bankçılıq  əməliyyatlarının  aparılmasından  ibarətdir.  Bank  1992-ci  ildən  Azərbaycan  Respublikası 

Mərkəzi Bankı (“ARMB”) tərəfindən verilmiş ümumi bank lisenziyası əsasında fəaliyyət göstərir.  

 

Bank 29 dekabr 2006-cı il tarixli “Fiziki şəxslərin əmanətlərinin sığortalanması haqqında” Azərbaycan 



Respublikasının  Qanununda  nəzərdə  tutulan  əmanətlərin  sığortalanması  üzrə  dövlət  proqramında 

iştirak  edir.  Dövlət  Əmanətlərin  Sığortalanması  Fondu  aşağıdakı  qaydada  fərdi  depozitlərin  100% 

ödənilməsinə zəmanət verir: 1 yanvar 2010-cu  ildən – 30,000  AZN-ə qədər. müvafiq limitdən yuxarı 

hər hansı məbləğ sığorta edilmir. 31 dekabr 2013-cü il tarixinə Bankın Azərbaycan Respublikasında 

32 filialı olmuşdur (31 dekabr 2012-ci il üzrə: 29 filial). Bankın hüquqi ünvanı aşağıdakı kimidir:  

R. Behbudov küçəsi 55, AZ1022 Azərbaycan Respublikası, Bakı şəhəri. 

 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 



 



2. 

MÜHÜM MÜHASİBAT UÇOTU QAYDALARI  

 

Uyğunluq haqqında bəyanat 



 

Bu  konsolidə  edilmiş  maliyyə  hesabatları  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları  Şurası 

(“MUBSŞ”)  tərəfindən  buraxılmış  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarına  və  Beynəlxalq 

Maliyyə  Hesabatlarının  Şərhi  Komitəsi  (“BMHŞK”)  tərəfindən  verilmiş  şərhlərə  müvafiq  olaraq 

hazırlanmışdır. 

 

Təqdimat meyarlarının digər əsasları 

 

Bu  konsolidə  edilmiş  maliyyə  hesabatları  Qrupun  gələcəkdə  fasiləsizlik  prinsipinə  uyğun  olaraq 



fəaliyyətini davam etdirə biləcəyi ehtimalı əsasında hazırlanmışdır.  

 

Bu  konsolidə  edilmiş  maliyyə  hesabatları,  başqa  qeydlər  olmazsa,  min  Azərbaycan  manatı  (AZN)  ilə 



təqdim olunur. Konsolidə edilmiş maliyyə hesabatları aşağıda göstərilən mühasibat uçotu qaydalarında 

izah  edildiyi  kimi  yenidənqiymətləndirmə  məbləği  və  ya  ədalətli  dəyər  ilə  ölçülmüş  maliyyə  alətləri 

istisna  olunmaqla,  ilkin  dəyər  əsasında  tərtib  edilmişdir.  Tarixi  dəyər  adətən  aktivlərin  mübadiləsi 

əvəzində əldə olunan vəsaitlərin ədalətli dəyərinə bərabərdir. 

 

Ədalətli  dəyər,  müşahidə  edilə  bilən  və  ya  digər  qiymətləndirmə  üsulundan  istifadə  etməklə 



hesablanmış  olmasından  asılı  olmayaraq,  ölçmə  tarixində  bazar  iştirakçıları  arasında  adi  əməliyyat 

çərçivəsində aktivin satışından alınan və ya öhdəliyin ötürülməsi üçün ödənilən qiymətdir. Hər hansı 

aktivin  və  ya  öhdəliyin  ədalətli  dəyərinin  hesablanmasında  Qrup,  ölçmə  tarixində  belə  aktiv  və  ya 

öhdəliyin  qiymətini  müəyyən  edərkən  bazar  iştirakçılarının  nəzərə  ala  biləcəkləri  xüsusiyyətləri 

nəzərə alır. Ölçmə və/və ya bu konsolidə edilmiş maliyyə hesabatlarında açıqlama məqsədilə ədalətli 

dəyər MHBS 2-yə daxil olan pay alətləri əsasında ödəmə əməliyyatları, MUBS 17-yə daxil olan lizinq 

əməliyyatları, eləcə də ədalətli dəyər ölçülməsinə  oxşar olan, lakin ədalətli dəyər olmayan ölçmələr, 

məsələn,  MUBS  2-də  qeyd  edilən  xalis  satış  dəyəri  və  ya  MUBS  36-da  qeyd  edilən  istifadə  dəyəri 

kimi ölçmələr istisna olmaqla müəyyən edilir. 

 

Bundan əlavə, maliyyə hesabatı məqsədilə ədalətli dəyər ölçmələri ədalətli dəyər ölçmələri üçün giriş 



məlumatlarının müşahidə edilə bilmə dərəcəsindən və bütövlükdə ədalətli dəyər ölçmələri üçün giriş 

məlumatlarının  əhəmiyyətliliyindən  asılı  olaraq  Səviyyə  1,  2,  3  kimi  təsnifləndirilir.  Bu  səviyyələr 

aşağıdakılardır: 

 

  Səviyyə 1 – Giriş məlumatları, ölçmə tarixində müəssisənin istifadə edə biləcəyi, fəal bazarda eyni 

aktiv və öhdəliklər üçün təyin edilən (düzəliş edilməmiş) qiymətlərdir; 

  Səviyyə  2  –  Giriş  məlumatları,  Səviyyə  1-yə  daxil  olan  təyin  edilmiş  qiymətlər  istisna  olmaqla, 

birbaşa və  ya dolayısı ilə aktiv və öhdəliklər üzrə müşahidə edilə  bilən giriş məlumatlarıdır; və 

Səviyyə 3 – Giriş məlumatları aktiv və ya öhdəlilər üzrə müşahidə edilə bilən giriş məlumatlardır 

 

Bank  və  onun  Azərbaycan  Respublikasında  qeydiyyata  alınmış  konsolidə  olunmuş  şirkətləri 



mühasibat  uçotu  qeydlərini  yerli  mühasibat  uçotu  metodlarına  uyğun  aparır.  Bu  konsolidə  edilmiş 

maliyyə  hesabatları  qanunvericilik  tələblərinə  cavab  verən  mühasibat  uçotu  qeydləri  əsasında 

hazırlanmış və MHBS-ə uyğunlaşdırılmışdır.  

 

Bank  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatını  likvidlik  ardıcıllığı  ilə  geniş  şəkildə 



təqdim edir. Hesabat tarixindən sonra 12 ay ərzində (cari) və hesabat tarixindən sonra 12 aydan çox 

müddət  (uzunmüddətli)  ərzində  ödəniləcək  məbləğlər  və  ya  hesablaşmalar  üzrə  təhlil  25  saylı 

qeyddə göstərilir.  

 

Əməliyyat  valyutası.  Qrupun müəssisələrinin hər birinin maliyyə hesabatlarına daxil olan maddələr 

müəssisənin  fəaliyyət  göstərdiyi  əsas  iqtisadi  mühitdəki  valyuta  məzənnəsindən  (“Azərbaycan 

manatı”)  istifadə  etməklə  ölçülür.  Qrupun  ana  müəssisəsinin  əməliyyat  valyutası  Azərbaycan 

manatıdır ("AZN"). Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edildiyi valyuta manatdır. 

Başqa  cür  qeyd  edilən  hallar  istisna  olmaqla,  bütün  rəqəmlər  min  Azərbaycan  manatına 

uyğunlaşdırılaraq yuvarlaqlaşdırılır.   



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə