Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 



 



Əvəzləşdirmə.  Maliyyə  aktivləri  və  maliyyə  öhdəlikləri  yalnız  uçotda  tanınmış  məbləğlərin 

əvəzləşdirilməsi  üçün  qanuni  hüquq  mövcud  olduqda  və  xalis  məbləğ  əsasında  hesablaşmalar 

aparılması, yaxud eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulduqda 

qarşılıqlı  əvəzləşdirilir,  xalis  məbləğ  isə  maliyyə  vəziyyəti  haqqında  konsolidə  edilmiş  hesabatda 

açıqlanır.  Gəlir  və  xərclər  hər  hansı  bir  mühasibat  uçotu  standartları  və  ya  şərhlərində  və  Qrupun 

mühasibat  uçotu  qaydalarında  xüsusi  olaraq  açıqlanması  tələb  və  qəbul  olunmadığı  halda  məcmu 

mənfəət haqqında konsolidə edilmiş hesabatda əvəzləşdirilmir.  

 

Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır. 



 

Konsolidasiyanın əsasları 

Hazırki  konsolidə  edilmiş  maliyyə  hesabatlarına  Bankın  və  Bank  tərəfindən  nəzarət  edilən 

müəssisələrin  (onun  struktur  müəssisələri),  eləcə  də  onun  törəmə  müəssisələrinin  maliyyə 

hesabatları daxildir. Nəzarət aşağıdakı hallarda həyata keçirilir: 

 

  Bank investisiya qoyulan müəssisə üzərində səlahiyyətə malik olduqda; 



  Bank investisiya qoyulan müəssisə  ilə iş  birliyindən gəlir əldə etdikdə və ya belə gəlirlərə hüquqa 

malik olduqda;  

  Bank gəlirlərə təsir etmək üçün öz səlahiyyətindən istifadə etmək qabiliyyətinə malik olduqda.  

 

Bank,  fakt  və  mövcud  vəziyyətlərin  nəzarətin  yuxarıda  qeyd  olunan  üç  elementindən  birinə  və  ya 



daha  çoxuna  dəyişiklər  edildiyini  göstərdiyi  təqdirdə,  investisiya  qoyulan  müəssisəyə  nəzarət  edib-

etməməsini yenidən qiymətləndirir.   

 

Mənfəət və ya zərər və digər məcmu mənfəətin hər bir komponenti Bankın səhmdarlarına və qeyri-



nəzarət paylarına aid edilir. Törəmə müəssisələrin cəmi məcmu mənfəəti, hətta qeyri-nəzarət payları 

üzrə balansda kəsirin yaransa belə, Bankın səhmdarlarına və qeyri-nəzarət paylarına aid edilir. 

 

Tələb  olunduqda,  törəmə  müəssisələrin  mühasibat  uçotu  qaydalarının  Qrupun  digər  üzvlərinin  tətbiq 



etdiyi  qaydalara  uyğunlaşdırılması  üçün  belə  törəmə  müəssisələrin  maliyyə  hesabatlarına  düzəlişlər 

edilir.  

 

Bütün qrupdaxili əməliyyatlar və qalıqlar konsolidasiya zamanı ləğv olunur.  



 

Qeyri-nəzarət payları 

 

Qeyri-nəzarət payları Bankın birbaşa və ya dolayısı ilə sahib olmadığı törəmə müəssisələrinin mənfəət 



və ya zərərinin, habelə xalis aktivlərinin bir hissəsidir.   

 

Qeyri-nəzarət  payları  məcmu  mənfəət  haqqında  konsolidə  edilmiş  hesabatda,  eləcə  də  maliyyə 



vəziyyəti haqqında konsolidə edilmiş hesabatda ana müəssisənin səhmdar kapitalından ayrıca kapital 

üzrə göstərilir.  

 

 

Faiz gəlirinin tanınması  



 

Maliyyə aktivi üzrə faiz gəliri iqtisadi mənfəətin Qrupa daxil olması ehtimalı olduqda və gəlir məbləğinin 

etibarlı qiymətləndirilməsi mümkün olduqda tanınır. Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə 

etməklə hesablama metodu ilə uçot əsasında tanınır. Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə 

öhdəliyinin  (yaxud  maliyyə  aktivləri  və  ya  öhdəlikləri  qrupunun)  amortizasiya  olunmuş  dəyərinin 

hesablanması və faiz gəliri, yaxud faiz xərcinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur.  

 

Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət 



ərzində hesablanmış gələcək nağd pul daxilolmalarını (o cümlədən effektiv faiz dərəcəsinin ayrılmaz 

hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqlar, əməliyyat xərcləri və digər 

mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdıran 

dərəcədir.  




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

10 


 

Maliyyə  aktivi,  yaxud  analoji  maliyyə  aktivləri  qrupu  ehtimal  olunan  dəyərsizləşmə  zərərinin  baş 

verməsi nəticəsində hesabdan  silinərsə (qismən), faiz  gəliri bundan  sonra dəyərsizləşmə  üzrə  zərərin 

ölçülərini  müəyyən  etmək  məqsədilə  gələcək  pul  vəsaitləri  hərəkətinin  diskontlaşdırılması  üçün  tətbiq 

edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.  

 

Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir. 



 

Gəlirin tanınması – digər  

 

Haqq və komissiya gəlirinin tanınması 



 

Kreditlərin  verilməsinə  görə  komissiya  haqları  birbaşa  xərclər  ilə  birlikdə  təxirə  salınır  və  kredit  üzrə 

effektiv  faiz  dərəcəsinə  düzəliş  kimi  uçotda  tanınır.  Kreditin  ayrılmasının  xüsusi  kredit  razılaşmasının 

bağlanmasına  gətirib  çıxaracağı  ehtimal  edilən  hallarda,  kreditin  alınmasına  görə  komissiya  haqqı 

birbaşa xərclər ilə birlikdə təxirə salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi 

uçotda tanınır. Kreditin ayrılmasının xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnməsi  ehtimal 

edilmədiyi  hallarda,  kreditin  alınmasına  görə  komissiya haqqı  kreditin  verilmə müddətinin  qalan  dövrü 

üzrə mənfəət və zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa 

çatarsa,  belə  öhdəliyə  görə  komissiya  haqqı  müddət  başa  çatdığı  anda  mənfəət  və  zərərdə  tanınır. 

Kredit xidməti haqları xidmətlərin yerinə yetirildiyi təqdirdə gəlirlər kimi uçotda tanınır.  

 

Sindikasiya  başa çatdığı  zaman kredit  sindikasiyası  üzrə haqlar mənfəət  və  ya  zərərdə  tanınır. Bütün 



digər komissiya haqları yalnız xidmətlər göstərildikdən sonra tanınır. 

 

Maliyyə alətləri 

 

Qrup  maliyyə  aləti  üzrə  müqavilə  öhdəliyinə  tərəf  olduğu  halda,  maliyyə  aktivləri  və  öhdəlikləri 



maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır. Maliyyə aktivləri və öhdəliklərinin adi 

alqı-satqısı prosesləri  hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır. Adi alqı və ya 

satqı,  bazarda  hər  hansı  qayda  və  ya  razılaşma  ilə  müəyyən  edilmiş  vaxt  çərçivəsində  aktivlərin 

təqdim edilməsini tələb edən maliyyə aktivi alqı-satqısıdır. 

 

Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərlə ölçülür. Maliyyə aktivləri və maliyyə 



öhdəliklərinin  alınması  və  buraxılmasına  birbaşa  aidiyyəti  olan  əməliyyat  xərcləri  (ədalətli  dəyəri 

mənfəət və ya zərərdə tanınan maliyyə aktivləri və maliyyə öhdəlikləri istisna edilməklə) uçotda ilkin 

tanınma anında maliyyə aktivləri, yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərinə əlavə 

edilir və ya bu dəyərdən çıxılır.   

 

Maliyyə aktivləri və ya öhdəliklərinin mənfəət və ya zərərdə tanınan ədalətli dəyərlə alınmasına birbaşa 



aidiyyəti olan əməliyyat xərcləri dərhal mənfəət və ya zərərdə tanınır.  

 

Maliyyə aktivləri 

 

Maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalar üzrə təsnif edilir: “Ödəniş müddətinə qədər saxlanılan” 



investisiyalar,  “satılabilən”  (SB)  maliyyə  aktivləri  və  “kreditlər  və  debitor  borcları”.  Təsnifləşdirmə 

maliyyə alətinin mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma zamanı müəyyən olunur.  



 

Satılabilən maliyyə aktivləri 

 

Satılabilən maliyyə aktivləri satılabilən kimi müəyyən edilmiş  yaxud da  (a) kreditlər və debitor borcları, 



(b)  ödəmə  müddətinə  qədər  saxlanılan  investisiyalar  və  ya  (c)  ƏDMZ  tanınan  maliyyə  aktivləri  kimi 

təsnif olunmayan qeyri-derivativlərdir.  




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə