Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

11 


 

 

Qrupa məxsus olan və aktiv bazarda alınıb-satılan listinq subyekti olan səhmlər və geri alınan notlara 

satılabilən investisiyalar kimi təsnifləşdirilir və ədalətli dəyərlə ölçülür.  Həmçinin, Qrup aktiv bazarda 

alınıb-satılmayan,  lakin  satılabilən  maliyyə  aktivləri  və  öhdəlikləri  kimi  təsnifləşdirilən  və  ədalətli 

dəyərlə  qeyd  olunan  (çünki  Qrupun  rəhbərliyi  hesab  edir  ki,  ədalətli  dəyər  düzgün  şəkildə  ölçülə 

bilər) listinq subyekti olmayan investisiyalara sahibdir. Ədalətli dəyər qeyd edilmiş qaydada müəyyən 

edilir  (28  saylı  Qeyd).  Mənfəət  və  ya  zərərdə  tanınan  müvvəqqəti  olmayan  dəyərsizləşmə  zərəri, 

effektiv  faiz  metodu  ilə  hesablanan faizlər,  dividend  gəliri  və  monetar  aktivlər ilə  bağlı  xarici  valyuta 

əməliyyatları üzrə mənfəət və zərər istisna olmaqla, ədalətli dəyərin dəyişməsi üzrə yaranan gəlir və 

zərər  digər  məcmu  mənfəətdə  tanınır  və  yenidən  qiymətləndirilməsi  üzrə  ehtiyatda  toplanır. 

İnvestisiyanın  silindiyi  və  ya  dəyərsizləşdiyi  halda  investisiyaların  yenidən  qiymətləndirilməsi  üzrə 

ehtiyatda yığılmış məcmu gəlir və zərər mənfəət və zərər kimi yenidən təsnifləşdirilir. 



 

Xarici  valyutada  olan  monetar  satılabilən  aktivlər  həmin  valyutada  müəyyən  edilir  və  hesabat 

dövrünün  sonuna  olan  məzənnə  ilə  ifadə  olunur.  Mənfəət  və  zərərdə  tanınmış  xarici  valyuta 

əməliyyatları  üzrə  gəlir  və  zərər  monetar  aktivin  amortizasiya  olunmuş  dəyəri  əsasında  müəyyən 

edilir. Digər xarici valyuta əməliyyatları üzrə gəlir və zərər digər məcmu mənfəətdə tanınır. 

 

Fəal  bazarda  qiyməti  bəyan  edilməmiş  və  ədalətli  dəyəri  düzgün  ölçülə  bilməyən  satılabilən  kapital 



investisiyaları  hər  hesabat  dövrünün  sonunda  müəyyən  olunmuş  hər  hansı  ehtimal  olunan 

dəyərsizləşmə zərəri çıxılmaqla ilkin dəyərlə ölçülür. 



 

Kreditlər və debitor borcları 

 

Sabit  və  ya  müəyyən  oluna  bilən  ödənişləri  olan  və  fəal  bazarda  qiyməti  bəyan  edilməmiş  ticarət 

debitor borcları, kreditlər və digər debitor borcları “kreditlər və debitor borcları” kimi təsnif edilir. Kreditlər 

və debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra 

amortizasiya  olunmuş  dəyərdə  ölçülür.  Faiz  gəliri,  faizin  tanınması  cüzi  əhəmiyyət  kəsb  etdiyi  halda 

qısa-müddətli debitor borcları istisna edilməklə, effektiv faiz dərəcəsini tətbiq etməklə uçotda tanınır.

 

 

Qiymətli  kağızlar  üzrə  repo  və  əks-repo  razılaşmaları  və  qiymətli  kağızlar  şəklində  kredit 

vermə  əməliyyatları.  Qrup, adi fəaliyyəti zamanı maliyyə aktivlərinin satışı və geri alışı (“repo”) ilə 

bağlı, eləcə də maliyyə aktivlərinin alışı və geri satışına (“əks-repo”) dair razılaşmalar bağlayır. Repo 

və əks-repo razılaşmaları Qrup tərəfindən xəzinənin idarə edilməsi üçün istifadə edilir.  

 

Repo  razılaşması,  maliyyə  aktivinin  nağd  vəsait  və  ya  digər  ödəniş  müqabilində,  eləcə  də  maliyyə 

aktivlərinin  gələcəkdə  faizlə  birgə  ödənilmiş  nağd  vəsaitə  və  ya  digər  ödənişə  bərabər  məbləğlə 

yenidən alınması üçün paralel öhdəliyin digər tərəfə ötürülməsidir. Belə razılaşmalar maliyyələşdirmə 

əməliyyatları kimi uçota alınır. Repo razılaşması əsasında satılmış maliyyə aktivləri konsolidə edilmiş 

maliyyə hesabatlarında qeyd edilir, belə razılaşmalara əsasən alınmış ödənişlər isə bankdakı depozit 

alətləri çərçivəsində alınmış təminatlı depozitlər kimi uçota daxil edilir.  

 

Əks-repo  razılaşmaları  əsasında  alınmış  aktivlər  konsolidə  edilmiş  maliyyə  hesabatlarında  qiymətli 

kağızlar və digər aktivlər ilə təmin edilmiş depozitlər kimi yerləşdirilmiş vəsaitlər olaraq qeyd edilir və 

banklardan alınacaq vəsaitlər və/və ya müştərilərə verilmiş kreditlər üzrə təsnifləşdirilir.  



 

Qrupun  qiymətli  kağızların  yenidən  alınması  üzrə  bağladığı  razılaşmalara  və  apardığı  qiymətli 

kağızlar şəklində kredit vermə əməliyyatlarına əsasən Qrup adi bazar təcrübəsinə uyğun olaraq girov 

alır və ya girovu ötürür. Azərbaycan Respublikasında və digər MDB ölkələrində repo əməliyyatlarının 

standart  şərtlərinə  əsasən  girovu  qəbul  edən  tərəf,  əməliyyat  bitdikdə  ekvivalent  qiymətli  kağızları 

qaytarmaq şərtilə həmin girovu satmaq və ya təkrar girov qoymaq hüququna malikdir.  



 

Qiymətli kağızların qarşı tərəflərə ötürülməsi yalnız mülkiyyət hüququ ilə  bağlı risk və mükafatlar da 

ötürüldüyü halda maliyyə vəziyyəti haqqında hesabatda əks olunur. 



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

12 


 

Maliyyə aktivlərinin dəyərsizləşməsi 

 

Maliyyə  aktivlər  dəyərsizləşmənin  müəyyən  edilməsi  məqsədilə  hər  hesabat  dövrünün  sonunda 



qiymətləndirilir.  Maliyyə  aktivinin  ilkin  tanınmasından  sonra  baş  vermiş  bir  və  ya  bir  neçə  hadisə 

nəticəsində investisiyaların  gələcək pul hərəkətinin təsirə məruz qaldığını isbat edən obyektiv sübut 

yaranarsa, maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.   

 

Listinq subyekti olan və olmayan satılabilən kimi təsnifləşdirilmiş kapital investisiyaları üçün təminatın 



ədalətli  dəyərinin  onun  öz  dəyərindən  əhəmiyyətli  və  ya  uzun  müddət  davam  edən  azalması 

dəyərsizləşmə üçün əsas ola bilər. 

 

Bütün digər maliyyə aktivləri üçün, dəyərsizləşməni göstərən amillərə aşağıdakılar aid ola bilər



 

 



Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud  

 

Əsas  borc  məbləği  və  ya  faizlərin  vaxtında  ödənilməməsi  və  ya  ödəmə  öhdəliyinin  yerinə 



yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması; və ya  

 

Borcalanın  müflisliyə  uğrayacağı  və  ya  maliyyə  strukturunun  yenidən  təşkil  edəcəyi  güman 



olunduqda; yaxud da 

 

Maliyyə  çətinlikləri  səbəbindən  qeyd  olunan  maliyyə  aktivinin  təqdim  edildiyi  fəal  bazar 



məkanlarının yox olması. 

 

Kreditlər  və  debitor  borcları  kimi  müəyyən  maliyyə  aktivi  kateqoriyaları  halında,  ayrı-ayrılıqda 



dəyərsizləşməyəcəyi  müəyyən  edilən  aktivlər,  əlavə  olaraq,  dəyərsizləşmənin  müəyyən  olunması 

məqsədilə  kollektiv  şəkildə  təhlil  edilir.  Kreditlər  və  debitor  borcları  portfelinin  dəyərsizləşdiyini 

göstərən  obyektiv  sübutlara  Qrupun  ödənişlərin  yığılması  ilə  bağlı  keçmiş  təcrübəsi,  portfeldə  vaxtı 

gecikdirilən  ödəmələrin  sayının  artması,  eləcə  də  debitor  borcu  öhdəliyinin  yerinə  yetirilməməsi  ilə 

əlaqələndirilən yerli və ya ölkə iqtisadi şəraitlərində müşahidə olunan dəyişikliklər aid edilə bilər.  

 

Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri halında, uçotda tanınmış ehtimal olunan 

dəyərsizləşmə  zərərinin  məbləği  aktivin  balans  dəyəri  ilə  maliyyə  aktivinin  ilkin  effektiv  faiz 

dərəcəsində  diskontlaşdırılmış  təxmin  edilən  gələcək  pul  vəsaiti  hərəkətinin  cari  dəyəri  arasındakı 

fərqdən ibarətdir.  

 

İlkin  dəyəri  ilə  qeyd  edilən  maliyyə  aktivləri  halında  isə,  ehtimal  olunan  dəyərsizləşmə  zərərinin 



məbləği  aktivin  balans  dəyəri  ilə  bənzər  maliyyə  aktivləri  üçün  tətbiq  olunan  cari  bazar  gəlirlilik 

norması  dərəcəsində  diskontlaşdırılmış  təxmin  edilən  gələcək  pul  vəsaitləri  hərəkətinin  cari  dəyəri 

arasındakı fərqlə ölçülür. Belə dəyərsizləşmə zərəri sonrakı dövrlərdə əvəzləşdirilmir.  

 

Maliyyə  aktivinin  balans  dəyəri,  belə  dəyərin  ehtiyatlar  hesabına  azalmasını  nəzərdə  tutan  kreditlər 



və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal olunan 

dəyərsizləşmə  zərəri  məbləğində  azaldılır.  Kreditlər  və  ya  debitor  borcu  ümidsiz  borc  hesab 

edildikdə,  belə  məbləğlər  ehtiyatlar  hesabına  qarşı  silinir.  Əvvəllər  silinmiş  məbləğlərin  daha  sonra 

qaytarılması  ehtiyat  hesabına  kreditləşdirilir.  Ehtiyatlar  hesabının  balans  məbləğindəki  dəyişikliklər 

məcmu mənfəət haqqında konsolidə edilmiş hesabatda tanınır. 

 

Satılabilən maliyyə aktivlərinin dəyərsizləşməsi zamanı digər məcmu mənfəət üzrə tanınmış məcmu 



gəlir və ya zərərlər dövr üzrə mənfəət və ya zərər şəklində yenidən təsnifləşdirilir. 

 

Amortizasiya olunmuş dəyərlə ölçülən aktivlər halında, sonrakı dövrdə ehtimal olunan dəyərsizləşmə 

zərəri azalarsa  və bu azalmanın dəyərsizləşmənin uçotda tanındığı andan sonra baş vermiş hadisə 

ilə  obyektiv  şəkildə  əlaqələndirilə  bilərsə,  bundan  qabaq  uçotda  tanınmış  ehtimal  olunan 

dəyərsizləşmə  zərəri  mənfəət  və  ya  zərər  hesabına  əvəzləşdirilir,  bu  şərtlə  ki,  dəyərsizləşmənin 

əvəzləşdirildiyi  tarixdə  investisiyanın  balans  məbləği  dəyərsizləşmə  uçotda  tanınmadığı  təqdirdə 

amortizasiya dəyərindən artıq olmasın.  



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə