Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

15 


 

Svoplar.  Svoplar  faiz  dərəcəsi,  xarici  valyuta  dərəcəsi  və  ya  pay  alətləri  indeksi  kimi  əsas 

göstəricilərin  hərəkəti  ilə  bağlı  olaraq,  müəyyən  edilmiş  şərti  məbləğlər  əsasında  müəyyən  müddət 

ərzində  qarşılıqlı  şəkildə  çoxsaylı  ödənişlərin  həyata  keçirilməsi  üçün  iki  tərəf  arasında  olan 

razılaşmalardır.  

 

Faiz dərəcəsi svopları, müvafiq olaraq  sabit faiz dərəcəsinin ödənilməsi və ya alınması qarşılığında 



bank  tərəfindən  üzən  faiz  dərəcəsinin  alınması  və  ya  ödənilməsi  ilə  bağlı  Qrupun  digər  maliyyə 

təşkilatları ilə  bağladığı  müqavilələrə  aiddir.  Ödənişlər adətən  bir  tərəfin  digər  tərəfə  ödədiyi fərq  ilə 

bir-birinə qarşı əvəzləşdirilir. 

 

Valyuta  svopu,  Qrupun  müəyyən  edilmiş  məbləği  bir  valyutada  ödəməsinə  və  müəyyən  edilmiş 

məbləği  digər  valyutada  almasına  aid  edilir.  Valyuta  svopları  əsasən  brutto  hesablaşma  ilə  həyata 

keçirilir.  



 

Kredit  öhdəliklərinin  yerinə  yetirilməməsi  üzrə  svoplar  şərti  məbləğlər  əsasında  müəyyən  edilmiş 

kredit  halları  ilə  bağlı  ödənişlərin  həyata  keçirilməsi  üçün  iki  tərəf  arasında  olan  razılaşmalardır. 

Qrup, svop üzrə əsas təminatla əlaqədar qarşı tərəfin öz öhdəliyini yerinə yetirməmə riskini azalmaq 

məqsədilə  monoklinal  sığorta  şirkətləri  və  banklardan  kredit  öhdəliklərinin  yerinə  yetirilməməsi  üzrə 

svoplar əldə edir. 



 

Pul  vəsaitləri  və  pul  vəsaitlərinin  ekvivalentləri. Pul vəsaitləri və onların ekvivalentləri kassadakı 

nağd  vəsaitlərdən,  ilk  ödəniş  müddəti  90  gündən  az  olan  və  ya  90  gün  olan  Azərbaycan 

Respublikası Mərkəzi Bankındakı müxbir hesablar və müddətli depozitlər üzrə sərbəst qalıqlardan, o 

cümlədən banklardan və kredit təşkilatlarından alınacaq ilk ödəniş müddəti 90 gündən az olan və ya 

90 gün olan və müqavilə öhdəliklərindən azad məbləğlərdən ibarətdir. 

 

ARMB-də saxlanılan məcburi ehtiyatlar 

 

ARMB-də  saxlanılan  məcburi  ehtiyatlar  uçotda  amortizasiya  edilmiş  dəyərlə  göstərilir  və  faiz 



hesablanmayan  məcburi  ehtiyatları  əks  etdirir  ki,  onlar  da  Qrupun  gündəlik  əməliyyatlarını 

maliyyələşdirmək  üçün  nəzərdə  tutulmamışdır.  Bu  səbəbdən  də  pul  vəsaitlərinin  hərəkəti  haqqında 

konsolidə edilmiş hesabatda onlara pul vəsaitləri və onların ekvivalentləri kimi baxılmır. 

 

Lizinq  Lizinqlər o zaman maliyyə lizinqləri kimi təsnifləndirilir  ki, belə lizinq şərtlərinə görə mülkiyyət 

hüququ üzrə bütün risk və mükafatlar əsas etibarilə icarəçiyə ötürülür. Bütün digər lizinqlər əməliyyat 

lizinqləri kimi təsnifləndirilir.  

 

Qrup,  icarəyə  verən  kimi  İcarəyə  götürənlər  tərəfindən  maliyyə  lizinqləri  üzrə  ödəniləcək  vəsaitlər 

Qrupun lizinqlərə qoyulan xalis investisiyalarının məbləği debitor borcları kimi uçotda tanınır. Maliyyə 

lizinqi  gəliri,  Qrupun  lizinqlərlə  bağlı  qalan  xalis  investisiyaları  üzrə  gəlirin  sabit  dövri  normasını  əks 

etdirmək üçün hesabat dövrləri üzrə bölüşdürülür.  

 

Əməliyyat  lizinqləri  ilə  bağlı  gəlirlər  müvafiq  lizinqin  müddəti  üzrə  düz  xətt  metodu  ilə  tanınır. 



Əməliyyat  lizinqi  razılaşmasının  bağlanması  və  rəsmiləşdirilməsi ilə  bağlı  ilkin  birbaşa  xərclər  lizinq 

subyekti olan aktivlərin balans dəyərinə əlavə edilir və lizinq müddətində düz xətt metodu ilə tanınır.  



 

Bina və avadanlıqlar  

 

Bina  və  avadanlıqlar  hər  hansı  yığılmış  amortizasiya  və  ehtiyac  yaranarsa,  dəyərsizləşmə  üzrə 



zərərlər çıxılmaqla, ilkin dəyərdə uçota alınır. 

 

Kiçik  həcmli  təmir  və  istismar  xərcləri  çəkildiyi  zaman  xərcə  silinir.  Binalar  və  avadanlıqların  əsas 



hissələrinin əvəz edilməsi xərcləri əvəz edilmiş hissələrin tanınması dayandırıldıqda kapitallaşdırılır.  


UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

16 


 

Amortizasiya 

 

Torpaq  və  başa  çatdırılmamış  tikintilər  üçün  amortizasiya  hesablanmır.  Digər  əsas  vəsaitlər  üzrə 

amortizasiya  düz  xətt  metoduna  əsasən,  yəni  əsas  vəsaitlərin  aşağıda  göstərilən  təxmini  faydalı 

istismar  müddəti  ərzində  aşağıdakı  illik köhnəlmə  dərəcələrini  tətbiq  etməklə  aktivlərin  ilkin  dəyərini 

onların qalıq dəyərinədək azaltmaqla hesablanır: 

 

 



Qalıq dəyəri 

Faydalı istismar müddəti 

Binalar 


40 il 


Ofis və kompüter avadanlıqları  

10% 


5 il 

Mebel, qurğular və sair avadanlıqlar 

10% 

5 - 7 il 



İcarəyə götürülmüş aktivlərin yaxşılaşdırılması  

0% 


müvafiq lizinq müqaviləsinin 

müddəti ərzində 

 

 

Aktiv faydalı istismar müddətinin  sonunda  nəzərdə  tutulan  vəziyyətə  uyğun  olduqda,  onun  satışı  ilə 



bağlı  ehtimal  olunan  xərclər  cıxıldıqdan  sonra,  Qrup  tərəfindən  həmin  aktivin  satışından  əldə  oluna 

biləcək  qiymətləndirilmiş  məbləğ  aktivin  qalıq  dəyəridir.  Aktivlərin  qalıq  dəyəri  və

  faydalı 

istismar 

müddəti hər hesabat dövrünün sonunda nəzərdən keçirilir və lazım olduqda düzəlişlər edilir. 

 

 

Balans  dəyəri  ilə  gəlirləri  müqayisə  etməklə  müəyyən  edilmiş  satış  üzrə  gəlirlər  və  zərərlər  il  üzrə 

mənfəət və ya zərər hesablarında (digər əməliyyat gəlirləri və ya xərcləri hissəsində) tanınır.  

 

Əmlak  və  avadanlıqlar  hesabdan  silindikdə  və  ya  onların  davamlı  istifadəsi  artıq  iqtisadi  fayda 



gətirmədikdə,  belə  aktivlərin  tanınması  dayandırılır.  Əmlak  və  avadanlıq  vasitələrinin  satılaraq 

hesabdan  silinməsi  və  ya  istismardan  çıxarılmasından  irəli  gələn  hər  hansı  gəlir  və  ya  zərər  belə 

aktivlərin  balans  dəyəri  ilə  satışdan  əldə  olunmuş  gəlirlər  arasında  fərq  kimi  müəyyən  edilir  və 

mənfəət və ya zərər hesabında tanınır. 

 

Qeyri-maddi aktivlər  

 

Ayrı-ayrılıqda alınmış qeyri-maddi aktivlər 

 

Müəyyən  istismar  müddəti  olan  ayrı-ayrılıqda  alınmış  qeyri-maddi  aktivlər  yığılmış  köhnəlmə  və 

yığılmış  dəyərsizləşmə  zərəri  çıxılmaqla  ilkin  dəyər  ilə  uçotda  qeyd  edilir.  Köhnəlmə  aktivin  təxmin 

edilən faydalı istismar müddəti ərzində düz xətt metodundan istifadə etməklə uçotda tanınır. Təxmin 

edilən faydalı istismar müddəti və köhnəlmə metodu perspektiv əsaslarla uçota alınan təxminlərdəki 

hər hansı dəyişikliklərin təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlil edilir. 

 

Qeyri-maddi aktivlərin tanınmasının dayandırılması  

 

Qeyri-maddi  aktivlər  satılaraq  hesabdan  silindikdə,  yaxud  onların  sonrakı  istismarı  və  ya  satılması 

gələcəkdə  iqtisadi  mənfəət  gətirmədikdə,  belə  aktivlərin  tanınması  dayandırılır.  Qeyri-maddi 

aktivlərin tanınmasının dayandırılmasından yaranan gəlir və ya zərər, belə aktivlərin balans dəyəri ilə 

satışdan  əldə  olunan  xalis  gəlir  məbləği  arasındakı  fərq  kimi  ölçülür  və  aktivin  tanınması 

dayandırıldığı zaman mənfəət və ya zərər hesabında tanınır.  



 

Qudvil istisna olmaqla, maddi və qeyri-maddi aktivlərin dəyərsizləşməsi 

 

Qrup  maddi  və  qeyri-maddi  aktivlərin  dəyərsizləşmə  zərərinə  məruz  qalıb-qalmadığını 



müəyyənləşdirmək  üçün  hər  hesabat  dövrünün  sonunda  belə  aktivlərin  balans  dəyərini  təhlil  edir. 

Dəyərsizləşmənin  baş  verdiyinə  dəlalət  edən  hər  hansı  hallar  mövcud  olarsa,  dəyərsizləşmə  üzrə 

zərərin  (əgər  varsa)  həcmini  müəyyən  etmək  üçün  aktivin  bərpa  dəyəri  hesablanır.  Aktivin  fərdi 

hallarda  bərpa  dəyərini  hesablamaq  mümkün  olmazsa,  Qrup  belə  aktivin  aid  olduğu  gəlir  gətirən 

aktivlər  qrupunun  bərpa  dəyərini  müəyyən  edir.  Aktivin  yerləşdirilməsinə  müvafiq  və  ardıcıllığı 

gözlənilən  əsaslar  müəyyən  edildiyi  hallarda,  korporativ  aktivlər  də  fərdi  gəlir  gətirən  aktivlər 

qrupunda  yerləşdirilə  bilər,  yaxud  əks  halda,  müvafiq  qaydada  və  ardıcıllığı  gözlənilməklə 

yerləşdirilmə əsasları müəyyən edilmiş ən kiçik gəlir gətirən aktivlər qrupunda yer alır.  




Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə