Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   2   3   4   5   6   7   8   9   10   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

19 


 

 İlin sonunda konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı Qrupun tətbiq etdiyi 

valyuta mübadiləsi məzənnələri aşağıdakı kimi olmuşdur: 

 

 



31 dekabr  

2013-cü il 

 

31 dekabr 

 2012-ci il 

 

 



 

AZN/1 ABŞ dolları 

0.7845 

0.7850 


AZN/1 Avro 

1.0780 


1.0377 

 

Girov  

 

Qrup  məqsədə  müvafiq  hesab  olunan  hallarda  müştərilərin  öhdəlikləri  müqabilində  girov  alır.  Girov 



adətən  müştəri  əmlakının  həbs  olunmasını  nəzərdə  tutur  və  Qrupa  müştərinin  həm  cari,  həm  də 

gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.  

 

Müsadirə edilmiş girov

 

 

Müsadirə  edilmiş  girov  dedikdə  vaxtı  keçmiş  borclarla  hesablaşma  zamanı  Qrup  tərəfindən  əldə 



edilən  maliyyə  və  qeyri-maliyyə  aktivləri  başa  düşülür.  Aktivlər  əldə  edilən  və  bina  və  avadanlığa, 

digər aktivlər daxilində digər maliyyə aktivlərinə və ya inventara daxil edilən zaman həmin  aktivlərin 

qaytarılması ilə əlaqədar Qrupun niyyəti və aktivlərin məzmunundan asılı olaraq ilkin olaraq  ədalətli 

dəyərdə  tanınır  və  həmin  aktiv  kateqoriyaları  üzrə  mühasibat  uçotu  qaydalarına  əsasən  yenidən 

ölçülür və hesablanır. 

 

Müsadirə edilmiş girov satış dəyəri çıxılmaqla əvvəlki balans dəyəri və ədalətli dəyərdən ən aşağısı 



ilə ölçülür. 

 

Kreditlə bağlı öhdəliklər 



 

Qrup  akreditivlər  və  maliyyə  zəmanətləri  daxil  olmaqla  kreditlə  bağlı  öhdəliklər  qəbul  edir.  Maliyyə 

zəmanətləri  müştərinin  üçüncü  tərəflərə  öz  öhdəliklərini  yetinə  yetirə  bilməməsi  və  borc  kimi  eyni 

kredit  riskini  daşıyan  öhdəliklər  halında  ödəniş  etmək  üçün  qaytarılmaz  təminatları  nəzərdə  tutur. 

Kredit  vermək  üçün maliyyə  zəmanətləri  və  öhdəlikləri  ilkin  olaraq  ədalətli  dəyərdə  tanınır  ki,  bu  da 

alınan  haqqın  məbləği  ilə  isbat  edilir.  Bu  məbləğ  Qrupun  konkret  borc  müqaviləsi  bağlayacağı  və 

verildikdən  qısa  müddət  sonra  krediti  satacağı  ehtimal  edilməyən  halda  kredit  vermə  öhdəliyini 

istisna etməklə, öhdəliyin qüvvədə olduğu müddət ərzində düz xətt əsasında amortizasiya edilir; belə 

kredit öhdəliyi haqları  təxirə  salınır və ilkin tanınma zamanı kreditin balans dəyərinə  daxil  edilir. Hər 

bir  hesabat  dövrünün  sonunda  öhdəliklər  a)  ilkin  tanınma  zamanı  məbləğin  qalan  amortizasiya 

edilməmiş qalığından yüksək və  b) hər hesabat dövrünün sonunda öhdəlik  üzrə hesablaşmaq üçün 

tələb olunan ən yaxşı xərc təxminindən yüksək məbləğlə ölçülür.  

 

Kapital ehtiyatları 

 

Qrupun maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatında kapital (digər məcmu gəlir) 

üzrə  qeyd  edilmiş  ehtiyatlara  satılabilən  investisiya  qiymətli  kağızlarının  ədalətli  dəyərində 

dəyişiklikləri təşkil edən “Satılabilən” ehtiyat daxildir.  

 

Mühüm  mühasibat  uçotu  mühakimələri  və  təxminlərlə  bağlı  qeyri-müəyyənliyin  əsas 

mənbələri 

 

Yuxarıda  əks  olunan  mühasibat  uçotu  qaydalarını  tətbiq  edərkən,  Qrup  rəhbərliyindən  digər 



mənbələrdən  açıq  əldə  edilməsi  mümkün  olmayan  aktiv  və  öhdəliklərin  balans  dəyərinə  dair 

mühakimələr,  hesablamalar  və  təxminlərin  irəli  sürülməsi  tələb  olunur.  Hesablamalar  və  əlaqədar 

təxminlər  keçmiş  təcrübəyə  və  müvafiq  hesab  edilən  digər  amillərə  əsaslanır.  Faktiki  nəticələr  həmin 

təxminlərdən fərqli ola bilər.  

 

Təxminlər  və  əsas  götürülən  fərziyyələr  davamlı  qaydada  təhlil  edilir.  Mühasibat  təxminlərinə  olan 



düzəlişlər,  belə düzəliş  yalnız  onun  baş  verdiyi dövrə təsir göstərdikdə  həmin dövrdə,  cari  və gələcək 

dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gələcək dövrdə tanınır. 




UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

20 


 

Təxminlərlə bağlı qeyri-müəyyənliyin əsas mənbələri  

 

Aşağıda  gələcək  dövrlərə  aid  əsas  fərziyyələr  və  hesabat  dövrünün  sonuna  təxminlərlə  bağlı  qeyri-



müəyyənliyin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans 

dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsi riskini daşıyır. 



 

 

Kreditlərin və debitor borclarının dəyərsizləşməsi 

 

Qrup  dəyərsizləşməni  müəyyən  etmək  məqsədilə  kreditləri  və  debitor  borclarını  mütəmadi  olaraq 



nəzərdən  keçirir.  Qrupun  kreditlər  və  debitor  borcları  portfelində  baş  vermiş  dəyərsizləşmə  üzrə 

zərərin  tanınması  üçün  kreditlərin  dəyərsizləşməsi  üzrə  ehtiyatlar  yaradılır.  Qrup  kredit  və  debitor 

borclarının dəyərsizləşməsi üzrə ehtiyatlara dair mühasibat təxminlərini qeyri-müəyyənliyin mənbəyi 

hesab  edir,  çünki  (i)  onlar  gələcək  cərimə  faiz  dərəcələri  barədə  fərziyyələrin,  eləcə  də 

dəyərsizləşmiş  kreditlər  və  debitor  borcları  ilə  bağlı  potensial  itkilərin  qiymətləndirilməsinin  yaxın 

keçmişdəki  fəaliyyət  nəticələrinə  əsaslanması  səbəbindən  vaxtaşırı  olaraq  dəyişikliklərə  çox  məruz 

qalır və (ii) Qrupun hesabladığı zərər ilə faktiki zərər arasında hər hansı əhəmiyyətli fərq müqabilində 

ondan  gələcək  dövrlərdə  maliyyə  hesabatlarına  əhəmiyyətli  dərəcədə  təsir  göstərə  biləcək 

ehtiyatların qeyd edilməsi tələb oluna bilər.  

 

Borcalanlar maliyyə  çətinlikləri ilə  üzləşdikdə  və  belə  borcalanlara  dair tarixi  məlumat  mənbələri  az 



sayda  olduqda,  Qrup  hər  hansı  dəyərsizləşmə  üzrə  zərərin  məbləğini  hesablamaq  üçün  rəhbərliyin 

mülahizələrindən  istifadə  edir.  Eyni  ilə,  Qrup  keçmiş  fəaliyyət  nəticələri,  keçmiş  müştəri  davranışı, 

qrup  daxilində  borcalanın  ödəniş  etmə  vəziyyətindəki  mənfi  dəyişiklikləri  göstərən  müşahidə  oluna 

bilən  məlumatlar,  eləcə  də  qrup  daxilində  aktiv  üzrə  öhdəliyin  yerinə  yetirilməməsi  halları  ilə  əlaqəli 

olan ölkə və yerli iqtisadi şəraitlərə əsaslanmaqla gələcək  pul axınlarındakı dəyişiklikləri hesablayır. 

Rəhbərlik  kredit  riski  ilə  səciyyələnən  aktivlər  halında  əvvəllər  baş  vermiş  zərər  üzrə  keçmiş 

təcrübəyə  və  kreditlər  qrupunda  olduğu  kimi  dəyərsizləşməyə  dəlalət  edən  obyektiv  sübutlara 

əsaslanan ehtimallardan istifadə edir. Qrup tarixi məlumatlarda əksini tapmamış hazırkı vəziyyətlərin 

qeyd edilməsi məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün 

rəhbərliyin mühakimələrindən istifadə edir.  

 

Konsolidə  edilmiş  maliyyə  hesabatlarında  maliyyə  aktivlərinin  dəyərsizləşməsi  üzrə  ehtiyat 



müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Qrup 

Rusiya  Federasiyasında  belə  şərtlərlə  hansı  dəyişikliklərin  baş  verəcəyini  və  belə  dəyişikliklərin 

gələcək  dövrlərdə  maliyyə  aktivlərinin  dəyərsizləşməsi  üzrə  ehtiyatlara  necə  təsir  göstərəcəyini 

qabaqcadan söyləmək iqtidarında deyil.   

 

31  dekabr  2013-cü  və  2012-ci  il  tarixlərinə  kredit  və  debitor  borclarının  ümumi  məbləği  müvafiq 



olaraq  613,193    min  AZN  və  429,555  min  AZN,  kredit  dəyərsizləşməsi  zərəri  üçün  ehtiyatların 

məbləği isə müvafiq olaraq 17,307 min AZN və 35,303 min AZN təşkil etmişdir.   



  

Maliyyə alətlərinin qiymətləndirilməsi 

 

28  saylı  qeyddə  izah  edildiyi  kimi,  Bank  müəyyən  növl  maliyyə  alətlərinin  ədalətli  dəyərini 

hesablamaq  üçün  müşahidə  oluna  bilən  bazar  məlumatlarına  əsaslanmayan  giriş  məlumatlarından 

ibarət qiymətləndirmə üsullarından istifadə edir. 28 saylı qeyddə maliyyə alətlərinin ədalətli dəyərinin 

müəyyənləşdirilməsində  tətbiq  edilən  əsas  fərziyyələrə  dair  müfəssəl  məlumat,  eləcə  də  belə 

fərziyyələr  üzrə  həssaslıq  təhlilinin  təfərrüatları  göstərilir.  Rəhbərlik  hesab  edir  ki,  tətbiq  olunan 

seçilmiş qiymətləndirmə üsulları və fərziyyələr maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi 

üçün məqsədə uyğundur. 



 

Vergi qanunvericiliyi 

 

Azərbaycan  Respublikasının  vergi,  valyuta  və  gömrük fəaliyyəti  haqqında  qanunvericilikləri  müxtəlif 



formada şərh oluna bilir. 27 saylı qeydə baxın.

 



Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə