Unibank kommersiya banki 31 dekabr 2013-CÜ İl tariXİNƏ BİTƏN İL ÜZRƏ



Yüklə 3,53 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix17.09.2018
ölçüsü3,53 Mb.
#69062
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

23 


 

MHBS  11-in  tətbiqinin  təsiri.

 

MHBS  11  Birgə  müəssisələrdə  iştirak  payları  haqqında  MUBS  31-i 



əvəz edir və Birgə Nəzarət edilən Müəssisələr - Sahibkarlar tərəfindən Qeyri-Monetar Yardımlar adlı 

müvafiq şərhdə göstərilən qayda MUBS 28-ə (2011-ci ildə düzəliş edilmiş) daxil edilmişdir. MHBS 11 

iki  və  ya  daha  artıq  tərəfin  nəzarətinin  olduğu  birgə  razılaşmanın  təsnifləndirilmə  və  uçota  alınma 

qaydasını  nəzərdə  tutur.  MHBS  11-ə  əsasən  birgə  razılaşmaların  yalnız  iki  növü  vardır  –  birgə 

əməliyyatlar  və  birgə  müəssisələr.  MHBS  11  üzrə  birgə  razılaşmaların  təsnifatı  birgə  razılaşma 

tərəflərinin  hüquq  və  öhdəliklərinə  əsasən,  razılaşmaların  strukturunu,  hüquqi  formalarını,  belə 

tərəflər  arasında  razılaşdırılmış  şərtləri,  eləcə  də  müvafiq  hallarda  digər  fakt  və  vəziyyətləri  nəzərə 

almaqla  müəyyən  edilir.  Birgə  əməliyyat,  razılaşma  üzrə  birgə  nəzarətə  malik  tərəflərə  (birgə 

payçılar)  belə  razılaşma  ilə  əlaqədar  aktivlər  üzrə  hüquqlar  və  öhdəliklər  verən  birgə  razılaşmadır. 

Birgə müəssisə, razılaşma üzrə birgə nəzarətə malik tərəflərə (birgə sahibkarlar) razılaşma ilə bağlı 

xalis  aktivlərə  hüquq  verən  birgə  razılaşmadır.  Əvvəllər  MUBS  31  birgə  razılaşmaların  üç  növünü 

nəzərdə  tuturdu  –  birgə  nəzarət  edilən  müəssisələr,  birgə  nəzarət  edilən  əməliyyatlar  və  birgə 

nəzarət  edilən  aktivlər.  MUBS  31  üzrə  birgə  razılaşmaların  təsnifatı  başlıca  olaraq  razılaşmanın 

hüquqi  formasın  əsasında  müəyyən  edilmişdir  (məs.,  ayrıca  müəssisə  üzrə  müəyyən  edilmiş  birgə 

razılaşma birgə nəzarət edilən müəssisə kimi uçota alınmışdır).  

 

Birgə  müəssisələrin  və  əməliyyatların  ilkin  və  sonrakı  uçotu  fərqlənir.  Birgə  müəssisələrə 



investisiyalar  iştirak  payı  metodu  ilə  tanınır  (proporsional  konsolidasiya  metoduna  artıq  icazə 

verilmir). Birgə əməliyyatlara investisiyaların uçot qaydası  isə hər birgə  payçının öz aktivlərini (eləcə 

də  birgə  sahib  olduğu  aktivlər  üzrə  hissəsini),  öz  öhdəliklərini  (eləcə  də  birgə  götürülmüş  öhdəliklər 

üzrə  hissəsini),  öz  gəlirini  (eləcə  də  birgə  əməliyyat  məhsulunun  satışından  əldə  eidlən  gəlir  üzrə 

hissəsini) və öz xərclərini (eləcə də birgə çəkilmiş xərclər üzrə hissəsini) tanınmasından ibarətdir. Hər 

birgə  payçı  birgə  əməliyyatdakı  payı  ilə  bağlı  aktiv  və  öhdəlikləri,  gəlir  və  xərcləri  tətbiq  edilən 

standartlara uyğun uçota alır.   

 

Rəhbərlik  Qrupun  birgə  razılaşmalara  investisiyalarının  təsnifatını  MHBS  11-in  tələblərinə  uyğun 



olaraq təhlil etmiş və qiymətləndirmişdir.  

 

MHBS  12-nin  tətbiqinin  təsiri.  MHBS  12  açıqlamalarla  bağlı  yeni  standartdır  və  törəmə 

müəssisələr,  birgə  razılaşmalar,  asılı  müəssisələr  və/və  ya  konsolidə  edilməmiş  strukturlu 

müəssisələrdə  payları  olan  müəssisələrə  aid  edilir.  Ümumilikdə  MHBS  12-nin  tətbiqi  konsolidə 

edilmiş maliyyə hesabatlarında daha geniş açıqlamaların verilməsi ilə nəticələnmişdir.  

 

Maliyyə Alətləri: Məlumatın Açıqlanması haqqında MHBS 7-yə düzəlişlər. Qrup bu il Açıqlamalar 

- Maliyyə  aktivlərinin köçürülməsi haqqında MHBS 7-yə  edilmiş düzəlişləri tətbiq etmişdir. Düzəlişlər 

maliyyə aktivlərinin köçürülməsi zamanı yaranacaq risklərlə bağlı daha yüksək şəffaflığı təmin etmək 

üçün maliyyə aktivlərinin köçürülməsi əməliyyatları üzrə açıqlama tələblərini artırır.  

 

Maliyyə  hesabatlarının  təqdimatı  haqqında  MUBS  1-ə  düzəlişlər  (2011-ci  ilin  iyun  ayında 



düzəliş  edilmiş).  Qrup  Digər  Məcmu  Mənfəət  Maddələrinin  Təqdimatı  adlı  MUBS  1-ə  düzəlişləri 

qüvvəyə  minmə  tarixindən  əvvəl  (1  iyul  2012-ci il  tarixindən  başlayan  və  ondan  sonrakı  illik  dövrlər 

üçün) tətbiq etmişdir. Düzəliş məcmu mənfəət haqqında hesabatda tələb olunan açıqlama dərəcəsini 

artırır. 

 

Bu  düzəlişin  təsiri  məcmu  mənfəət  haqqında  hesabatdakı  müvafiq  maddələrin  aid  edildiyi  MHBS-a 



müvafiq  olaraq  sonradan  mənfəət  və  ya  zərər  kimi  yenidən  təsnifləşdirilməyəcək  maddələrlə 

sonradan mənfəət və ya zərər kimi yenidən təsnifləşdiriləcək maddələrin təhlilindən ibarət olmuşdur. 

Maliyyə  hesabatlarına  da  mənfəət  vergisinin  eyni  əsasda  təhlili  məqsədilə  düzəlişlər  edilmişdir. 

Düzəlişlər  retrospektiv  qaydada  tətbiq  edilmişdir  və  buna  görə  də  dəyişikliyi  əks  etdirmək  üçün 

məcmu  mənfəət  maddələri  yenilənmiş  şəkildə  təqdim  edilmişdir.  Yuxarıda  qeyd  edilən  təqdimat 

dəyişiklikləri istisna  olmaqla,  MUBS  1-ə  düzəlişlərin  tətbiqi  mənfəət  və  ya  zərərə,  məcmu  mənfəətə 

və cəmi məcmu mənfəət təsir göstərməmişdir.  



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2013-CÜ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ  

KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARINA QEYDLƏR  (DAVAMI) 

(Başqa qeydlər olmazsa min Azərbaycan Manatı ilə) 

24 


 

MHBS  13  -  Ədalətli  dəyərin  ölçülməsi.  Qrup  MHBS  13-ü  ilk  dəfə  bu  il  tətbiq  etmişdir.  MHBS  13 

ədalətli  dəyərin  ölçülməsi  və  açıqlanması  üçün  vahid  qaydaları  müəyyən  edir.  MHBS  13-ün  əhatə 

dairəsi  genişdir;  ədalətli  dəyərin  ölçülməsi  tələbləri  həm  maliyyə,  həm  də  qeyri-maliyyə  alətləri 

maddələrinə  şamil  olunur  ki,  bununla  əlaqədar  digər  MHBS-lər  Pay  Alətləri  əsasında  ödəmə  adlı 

MHBS  2-yə daxil olan pay alətləri üzrə ödəmə əməliyyatları, İcarə haqqında  MUBS 17-yə daxil olan  

icarə əməliyyatları və ədalətli dəyərin ölçülməsinə oxşar olan lakin ədalətli  dəyər ölçülməsi olmayan 

qiymətləndirmələr  (məsələn,  ehtiyatların  qiymətləndirilməsi  məqsədilə  xalis  satış  dəyəri  və  ya 

dəyərsizləşmənin qiymətləndirilməsi üçün istismar dəyəri) istisna olmaqla ədalətli dəyərin ölçülməsini 

və onunla bağlı açıqlamaları tələb edir və ya buna icazə verir  

 

MHBS  13  ədalətli  dəyəri  hazırkı  bazar  şəraitində  qiymətləndirmə  tarixinə  əsas  (və  ya  ən  üstün) 



bazarda düzgün təşkil olunmuş əməliyyat üzrə aktivin satılmasından əldə oluna bilən və ya öhdəliyin 

ötürülməsi  üçün  ödənilmiş  qiymət  kimi  müəyyən  edir  MHBS  13  əsasında  ədalətli  dəyər  qiymətin 

bilavasitə  müşahidə  olunmasından  və  ya  digər  qiymətləndirmə  vasitəsini  istifadə  etməklə 

hesablanmasından  asılı  olmayaraq  çıxış  qiymətidir.  Həmçinin  MHBS  13-ə  geniş  açıqlama  tələbləri 

daxildir.   

 

MHBS  13  -  1  yanvar  2013-cü  il  tarixindən  etibarən  keçmiş  dövrlərə  aid  etməklə  tətbiqi  tələb  edir. 



Bundan əlavə, müəssisələrə verilmiş xüsusi  keçid müddəaları bu standartı  ilk dəfə tətbiq etməzdən 

əvvəlki dövrlər üçün təqdim olunan  müqayisəli məlumatda  bu standartda müəyyən olunan açıqlama 

tələblərinin  onlar  tərəfindən  tətbiq  edilməsinə  ehtiyac  olmadığını  müəyyən  edir.  Bu  keçid 

müddəalarına əsasən Qrup 2012-ci il müqayisəli dövrü üçün MHBS 13 ilə tələb olunan hər hansı yeni 

açıqlamalar  verməmişdir.    Əlavə  açıqlamalardan  başqa,  MHBS  13-ün  tətbiqi  konsolidə  edilmiş 

maliyyə hesabatlarında tanınmış məbləğlərə hər hanası mühüm təsir göstərməmişdir.  



 

Maliyyə hesabatlarının təqdimatı haqqında MUBS 1-ə düzəlişlər (2009-2011-ci illəri əhatə edən 

və 2012-ci ilin may ayında buraxılmış MHBS-lərə illik təkmilləşmələrin bir hissəsi kimi) 

 

2009-2011-ci  illəri  əhatə  edən  illik  təkmilləşmələr  çərçivəsində  MHBS-lərə  çoxlu  sayda  düzəlişlər 

edilmişdir.  Qrupa  aid  olan  düzəlişlərə  keçmiş  dövrün  əvvəlinə  (maliyyə  vəziyyəti  haqqında  üçüncü 

hesabat)  maliyyə  vəziyyəti  haqqında  hesabatın  və  aidiyyəti  qeydlərin  təqdim  olunma  vaxtı  ilə  bağlı  

MUBS  1-ə  edilmiş  düzəlişlər  daxildir.  Düzəlişlər  maliyyə  vəziyyəti  haqqında  üçüncü  hesabatın  (a) 

müəssisə  mühasibat  uçotunu  keçmiş  dövrlərə  aid  etməklə  tətbiq  etdikdə  və  ya  maliyyə 

hesabatlarındakı  maddələri  keçmiş  dövrlərə  aid  etməklə  yenidən  bəyan  etdikdə  və  ya  yenidən 

təsnifləndirdikdə  və  (b)  keçmiş  dövrlərə  aid  olunan  tətbiq,  yenidən  bəyannamə  və  ya  yenidən 

təsnifləndirmə maliyyə  vəziyyəti haqqında üçüncü hesabatdakı məlumata mühüm təsir etdikdə tələb 

olunduğunu müəyyən edir. Düzəlişlər aidiyyəti qeydlərin maliyyə vəziyyəti haqqında üçüncü hesabata 

əlavə edilməsi tələbinin olmadığını müəyyən edir.  

 

Buraxılmış, lakin hələ qüvvəyə minməmiş yeni və düzəliş edilmiş MHBS-lər    

 

Qrup  buraxılmış  lakin  hələ  qüvvəyə  minməmiş  aşağıdakı  yeni  və  düzəliş  edilmiş  MHBS-ləri  tətbiq 



etməmişdir:    

 

MHBS 9 Maliyyə alətləri 



MHBS  9-un  İcbari  qüvvəyə  minmə  tarixi  və  Keçid  Açıqlamaları  haqqında  MHBS  9  və  MHBS  7-yə 

düzəlişlər



İnvestisiya müəssisələri

 

haqqında MHBS 10, MHBS 12 və MUBS 27-yə düzəlişlər



1 

Maliyyə aktivlərinin və Maliyyə öhdəliklərinin əvəzləşdirilməsi haqqında MUBS 32-yə düzəlişlər

1

 

Aktivlərin dəyərsizləşməsi

 

MUBS 36-ya düzəlişlər





Maliyyə Alətləri: Tanınma və Ölçülmə

 

haqqında MUBS 39-a düzəlişlər





İcbari ödənişlər

 

haqqında MHBSKŞ 21-ə düzəlişlər



1

 

 

1



 

Daha  erkən  tətbiqinə  icazə  verilməklə,  1  yanvar  2014-cü  il tarixdə  başlayan  və  ya  ondan  sonrakı 

illik dövrlər üçün qüvvədədir. Əgər dəyişikliklər gözlənilirsə, onların təsirini açıqlayın.   

2

 Daha erkən tətbiqinə icazə verilməklə, 1 yanvar 2015-ci il tarixdə başlayan və ya ondan sonrakı illik 



dövrlər üçün qüvvədədir. Əgər dəyişikliklər gözlənilirsə, onların təsirini açıqlayın.  


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə