Unicef newsletter Jan-March Aze pub



Yüklə 105,92 Kb.
Pdf görüntüsü
tarix05.06.2018
ölçüsü105,92 Kb.
#47494


Yanvar-Mart 2009 

1 Sayı 


Bu qədər mühüm hadisələrlə 

dolu bu il ideyaların həyata 

keçdiyi xüsusi bir zamandır. 

Odur ki, gəlin bütün uşaqlar üçün 

yararlı Azərbaycan yaratmaq 

ideyasının bu “Uşaq ili”ndə 

həyata keçməyə başlamasını arzu 

edək. 


Hörmətlə,  

UNICEF-in Azərbaycandakı 

nümayəndəsini 

əvəz edən 

Məhəmməd Bendris Ələmi 

UNICEF-in Azərbaycandakı 

nümayəndəliyinin rəhbərindən 

“Dünyada uşaqların vəziyyəti” hesabatı 

Azərbaycanda təqdim edildi 

Əziz dostlar! 

Bu il bizim hamımız, beynəlxalq 

ictimaiyyət, hökumət və vətəndaş 

cəmiyyəti üçün ölkədə  uşaqların 

vəziyyətinin yaxşılaşdırılması 

məqsədilə birgə  səylərimizin 

artırılması baxımından tarixi bir 

imkan açır. Azərbaycan Respub-

likasının Prezidenti cənab  İlham 

Əliyev tərəfindən 2009-cu ilin 

“Uşaq ili” elan olunması 

uşaqların və  gənclərin həyatını 

dəyişmək məqsədilə bütün 

mövcud resurslardan istifadə 

etmək üçün daha bir əla im-

kandır.  

Azərbaycan mühüm transforma-

siya və islahatlar dövrünü 

yaşayır. Bu, neftlə  zəngin olan 

Azərbaycanda təhlükəyə daha 

çox məruz qalan qruplar, 

xüsusilə  də  uşaqlar üçün daha 

etibarlı müdafiə  təmin etməklə 

ölkəni beynəlxalq standartlara 

yaxınlaşdıracaq. 

İndi bizim 

əlimizə 


uşaqlara sərmayə 

qoyaraq təkcə onlar üçün deyil, 

bütövlükdə ölkə üçün parlaq 

gələcək təmin etmək kimi qızıl 

fürsət düşmüşdür. Uşaqlara indi 

sərmayə qoymaq yaxın 

gələcəkdə  zəngin və firavan 

olmaq, habelə ixtisaslı  işçi 

qüvvəsinə  əsaslanan möhkəm və 

dayanıqlı iqtisadiyyata malik 

olmaq üçün hazırlıq görmək 

deməkdir. 

2009-cu ildə dünyada ən çox 

ratifikasiya edilən insan hüqu-

qlarına dair sənədin, BMT-nin 

Uşaq Hüquqları Konvensiyasının 

20 illik yubileyi qeyd olunur. Bu 

il Azərbaycanda uşaq hüquqları 

ilə bağlı mühüm bir ildir belə ki, 

Azərbaycan hökuməti BMT-nin 

Uşaq Hüquqları Komitəsinə 

Uşaq Hüquqları Konvensiyasının 

həyata keçirilməsi ilə  əlaqədar 

növbəti dövri hesabatını  təqdim 

etməyə hazırlaşır. Ümid edirik ki, 

bu hesabatda və onunla birlikdə 

qeyri-hökumət təşkilatlarının 

təqdim etdiyi alternativ hesa-

batda Azərbaycanda uşaq hüqu-

qlarının qorunması  və  təşviq 

edilməsi istiqamətində 

əldə 


edilən irəliləyişlər öz əksini 

tapacaqdır. 

istiqamətində göstərilən birgə 

səyləri təqdir etdilər. “Dünyada 

uşaqların vəziyyəti” hesabatı ana 

və  uşaq sağlamlığını yaxşılaşdır-

maq məqsədilə düşünülmüş ad-

dımlar atan Azərbaycan üçün 

əhəmiyyətlidir, cənab  Ələmi 

jurnalistlərə belə dedi. Əlamətdar 

haldır ki, UNICEF və 

Azərbaycan hökuməti möhkəm 

əməkdaşlıq və 

tərəfdaşlıq 

şəraitində bir araya gələrək, bu 

hesabatı təqdim etdi. 



Səh. 2 

UNICEF və Azərbaycan Respub-

likasının Səhiyyə Nazirliyi Bakı 

şəhərində birgə  mətbuat kon-

fransı keçirərək, UNICEF-in 

qlobal nəşri olan “Dünyada 

uşaqların vəziyyəti 2009” hesa-

batını  təqdim etdi. Hesabatın 

təqdim edilməsi Azərbaycan 

hökumətinin “Uşaq ili” 

çərçivəsində ana və yeni doğul-

muşlar arasında ölüm hallarının 

azaldılması istiqamətində 

göstərdiyi səylərin artırılması ilə 

bir vaxta təsadüf edir. 

Çap və elektron kütləvi informa-

siya vasitələrinin 

nümayəndələrinin də qatıldığı 

mətbuat konfransı 2009-cu il 

yanvarın 27-də keçirildi. UNI-

CEF-in Azərbaycandakı 

nümayəndəsi Məhəmməd Ben-

dris  Ələmi və  Səhiyyə Nazirinin 

müavini, Professor Sənan 

Kərimov diqqəti ana və  uşaq 

sağlamlığına yönəldən builki 

hesabatı 

təqdim edərək, 

Azərbaycanda son illər ana və 

uşaq ölümünün azaldılması 



2009-cu ilin ilk 

rübündə UNICEF-in 

tədbirləri 

•  UNICEF-in “Dünyada 

uşaqların vəziyyəti” hesa-

batının təqdimatı  

•  Yod Çatışmazlığı 

Xəstəliklərinə dair dəyirmi 

masa  

•  İmmunlaşdırmaya dair milli 



konfrans  

•  Valideynlərin 

maarifləndirilməsində re-

gional təlimçilərin təlimi  

•  Hakimlər və prokurorlara 

yuvenal ədliyyə sahəsində 

təlim 

•  Bakı Dövlət Universiteti və 



Qafqaz Universiteti ilə 

anlaşma memorandumu  

•  Ombudsman aparatının 

əməkdaşlarına uşaqlara 

qarşı zorakılıq sahəsində 

təlim 


Bu 

sayımızda: 

UNICEF Azərbaycan 

nümayəndəliyinin 

rəhbərindən 

Dünyada uşaqların 

vəziyyəti” hesabatı 

Azərbaycanda təqdim 

edildi 

1-2 

Uşaq Hüquqları 

Komitəsinə hesabat 

tərtib edilir 



Fəal təlim: hədəfimiz 

daha çox məktəbdir 

Azərbaycanda DSS–in 

nəticələri açıqlandı: 

bəzi rəqəmlər 

təxirəsalınmaz tədbirlər 

tələb edir 



UNICEF AZƏRBAYCAN  

İNFORMASİYA BÜLLETENİ 



Hesabatda inkişaf etmiş  və inkişaf 

etməkdə olan ölkələr arasında aydın 

fərq qoyulur və etiraf edilir ki, yox-

sul ölkələrdə yaşayanların ölmək 

təhlükəsi daha yüksəkdir.  

“Dünyanın daha az inkişaf etmiş 

ölkələrində yaşayan qadınların 

doğuş  və ya hamiləliklə bağlı  ağır-

laşmalardan həlak olmaq ehtimalı 

inkişaf etmiş ölkələrdəki qadınlarla 

müqayisədə 300 dəfə çoxdur. İnk-

işaf etməkdə olan ölkədə dünyaya 

gələn uşağın isə birinci ay tələf 

olmaq ehtimalı inkişaf etmiş 

ölkədəki uşaqla müqayisədə az qala 

14 dəfə çoxdur”, hər il nəşr edilərək 

uşaqlarla bağlı  əsas məsələləri önə 

çəkən “Dünyada uşaqların 

vəziyyəti” hesabatında belə deyilir. 

“İnkişaf etməkdə olan ölkələrin bir 

çoxunun son 15 ildə  uşaqların sağ 

qalması göstəricisini 27% artıraraq 

çox gözəl irəliləyiş  əldə etməsinə 

baxmayaraq, ana ölümünün azaldıl-

ması sahəsində daha az tərəqqi ol-

muşdur.  

Minilliyin  İnkişaf Məqsədləri üçün 

baza ili olan 1990-cı ildən bəri 

təxminən 10 milyon qadın hamiləlik 

və doğuşla bağlı  ağırlaşmalardan 

dünyasını  dəyişmiş, təqribən 4 

milyon uşaq isə  hər il doğuşdan 

sonrakı 28 gün ərzində tələf olmuş-

dur.  


Bütün dünyada hamiləlik və doğuşla 

bağlı ağırlaşmalardan irəli gələn ana 

ölümü hallarının təqribən 99%-i 

inkişaf etməkdə olan ölkələrin pay-

ına düşür, ana olmaq isə qadınların 

sağlamlığı üçün ən ciddi təhlükə 

olaraq qalır”, hesabatda belə deyilir. 

Həm analar, həm də onların 

körpələri doğuşdan sonrakı günlər 

və  həftələrdə  təhlükəyə daha çox 

məruz qalır: bu, doğuşdan sonra baş 

çəkmə, düzgün gigiyena, ana və 

uşaq sağlamlığına təhlükə törədən 

əlamətlər haqqında məsləhətlərin 

verilməsi kimi həyati  əhəmiyyətli 

tədbirlər üçün çox mühüm bir 

dövrdür. 

“Ana və uşaqların sağlamlığı tamlıq 

təşkil edir və belə  nəzərdən 

keçirilməlidir. Sağlam ana sağlam 

uşaq deməkdir”, Professor Sənan 

Kərimov jurnalistlərə belə dedi. 

UNICEF yeni praktikanın sınaqdan 

keçirilməsini, səhiyyə  işçilərinin 

yeni doğulmuşların reanimasiyası və 

onlara zəruri qayğı sahəsində  təlim 

verilməsini dəstəkləməklə  Səhiyyə 

Nazirliyinə perinatal qayğı 

sistemində islahatlar aparılması ilə 

bağlı hərtərəfli konsepsiyanın hazır-

lanmasında texniki yardım göstərir.  

Azərbaycan hökuməti ölkədə yeddi 

perinatal mərkəz açmağı planlaş-

dırır. Onların biri keçən il Gəncə 

şəhərində açılmışdır. Mərkəzlərin 

ana və yeni doğulmuş körpələrin 

sağlamlıq vəziyyətini yaxşılaşdıra-

cağı güman edilir. 

UNICEF Səhiyyə Nazirliyinə  həm 

də Sovet dövründən qalma diri 

doğuş meyarlarından Ümumdünya 

Səhiyyə  Təşkilatının diri doğuşun 

tərifinə keçməyə, habelə yod çatış-

mazlığı 


xəstəliklərinin aradan 

qaldırılmasına nail olmağa və  İİV/

QİÇS-ə qarşı mübarizə aparmağa 

kömək edir. 

2000-ci ildən bəri Azərbaycan uşaq 

ölümünün azaldılmasında 

nəzərəçarpacaq irəliləyiş əldə etmiş-

dir. UNICEF-in 2007-ci ildə 

Azərbaycan üzrə verdiyi pro-

qnozlara görə, hər 1,000 diri doğuşa 

bir yaşınadək uşaq ölümü 34, beş 

yaşınadək uşaq ölümü isə 39 ol-

muşdu. Rəsmi statistikada bu 

rəqəmlər azdır: bu da onu göstərir 

ki, rəsmi rəqəmlərdə  və sorğu 

məlumatlarında müxtəlif me-

todologiyalardan istifadə olunur.  

“Anaların və onların yeni doğulmuş 

körpələrinin həyatlarının xilas 

edilməsi təkcə tibbi müdaxilə  tələb 

etmir. Bu, həm də qadınlara 

səlahiyyət verən və onların hüqu-

qlarına hörmət edən mühitin 

yaradılmasını  tələb edir”, Cənab 

Ələmi mətbuat konfransında belə 

deyərək, qadınlara daha yaxşı 

şəraitin yaradılmasına çağırdı. 

“Dünyada uşaqların vəziyyəti” 

Səh. 2 

1 Sayı 


Əsas fakt və rəqəmlər 

• 

Beş yaşadək uşaq ölümü 



(2007) – hər 1,000 diri 

doğuşa 39 

• 

Körpə ölümü (2007) – hər 



1,000 diri doğuşa 34 

• 

Ana ölümü (2007) – hər 



100,000 diri doğuşa 36  

• 

Beş yaşadək uşaqlar aras-



ında qısaboyluluq (2006) - 

25% 


• 

Yalnız ana südü ilə qi-

dalandırma faizi (2006) - 

12% 


• 

Adekvat şəkildə yodlaş-

dırılmış duzdan istifadə 

edən ailələr (2006) – 54% 

• 

6-59 aylıq anemiyalı 



uşaqlar  (2006) – 39% 

• 

15-49 yaşlı anemiyalı 



qadınıar (2006) - 37% 

• 

İIV-in yayılması - 2009-cu il 



aprelində 1,944 nəfər 

• 

QİÇS haqqında ətraflı 



bilikləri olan 15-24 yaşlı 

gənclər (2006) – 5% 

• 

QİÇS haqqında eşidən və 



QİÇS ilə yaşayan insanları 

qəbul edən 15-49 yaşlı 

kişilər (2006) - 1% 

Davamlı və ardıcıl qayğı 

 



Səh. 3 

1 Sayı 


UNICEF-in missiyası  uşaq hüqu-

qlarının qorunmasını  təşviq etmək, 

uşaqların 

əsas ehtiyaclarının 

ödənilməsinə yardım etmək və 

onların tam potensiala çatmaq im-

kanlarını genişləndirməkdir. UNI-

CEF bu yöndə  Uşaq Hüquqları 

Konvensiyasının (UHK) müddəa və 

prinsiplərini rəhbər tutur. 

 

UHK silsilə insan hüquqları – 



mülki, mədəni, iqtisadi, siyasi və 

sosial hüquqları özündə birləşdirən 

ilk məcburi hüquqi qüvvəyə malik 

beynəlxalq sənəddir. Konvensiya 

bu hüquqları 54 Maddədə  və iki 

fakültativ protokolda əks etdirir. 

Orada bütün dünyada uşaqlara 

məxsus  əsas insan hüquqları – sağ 

qalmaq, tam inkişaf etmək, zərərli 

təsirlərdən, təhqir və istismardan 

qorunmaq, ailədə, mədəni və sosial 

həyatda tam iştirak hüquqları 

təşəkkül tapmışdır. Konvensiyanın 

dörd təməl prinsipi ayrı-seçkiliyin 

aradan qaldırılması; uşağın ən yaxşı 

maraqlarına sadiqlik; yaşamaq, sağ 

qalmaq və inkişaf hüququ; 

uşaqların fikirlərinə hörmətdir.  

Azərbaycan Respublikası UHK-ni 

Sovet 


İttifaqının süqutu ilə 

müstəqilliyin əldə edilməsindən bir 

müddət sonra, 1992-ci il iyulun 21-

də ratifikasiya etmişdir. 

Azərbaycan Uşaq Hüquqları 

Komitəsinə ilk dövri hesabatını 

1997-ci ildə, ikinci dövri hesabatını 

isə 2005-ci ildə  təqdim etmişdi. 

Artıq Azərbaycan hökuməti bu ilin 

payızında 2006-2009-cu illəri əhatə 

edən müştərək üçüncü və dördüncü 

hesabatını Komitəyə təqdim etməyə 

hazırlaşır. Azərbaycan hökumətinin 

uşaq hüquqlarını prioritetləşdirmək 

məqsədilə  qəbul etdiyi bir sıra 

qanunverici və proqram tədbirlərini 

alqışlayan Uşaq Hüquqları 

Komitəsi öz Yekun Tövsiyələrində 

bununla belə  uşaqlar üçün büdcə 

vəsaitinin ayrılması, küçə  uşaqları, 

uşaqların ümumi sağlamlıq 

vəziyyəti, yetkinlik yaşına çatma-

yanlara dair ədalət mühakiməsinin 

həyata keçirilməsi sahələrində nara-

hatlıqların qaldığından 

təəssüfləndiyini bildirilmişdi. 

Komitənin xüsusi narahatlığı ondan 

ibarət idi ki, əlilliyi olan, qaçqın və 

məcburi köçkün uşaqlara, habelə 

İİV/QİÇS ilə yaşayan uşaqlara qarşı 

ayrı-seçkiliyin müəyyən formaları 

mövcuddur, uşağın  ən yaxşı 

maraqları prinsipi isə xüsusilə 

təhlükəyə  məruz qalan uşaqlara 

münasibətdə heç də  həmişə  həyata 

keçirilmir. Komitə 

həmçinin 

uşaqlara qarşı müxtəlif yerlərdə 

zorakılıq, alçaldıcı  və qeyri-insani 

cəza və kobud rəftardan istifadə ilə 

bağlı 

məlumatlardan 



təəssüfləndiyini bildirmişdi. 

Ailə, Qadın və  Uşaq Problemləri 

üzrə Dövlət Komitəsi (AQUPDK) 

bu hesabatın hazırlanması üçün 

mərkəzi icra hakimiyyəti orqanı 

təyin edilmişdir. Hökumət UNI-

CEF-dən hesabatın hazırlanması 

üçün beynəlxalq təcrübəni təmin 

etməyi xahiş etmişdir. 

UHK-nin həyata keçirilməsində 

hökumətin əsas tərəfdaşı olan UNI-

CEF AQUPDK-ya məlumatların 

yığılması  və hesabat layihəsinin 

hazırlanması üçün adekvat me-

todologiyanın yaradılması üzrə 

məsləhətlər vermək məqsədilə 

təcrübəli beynəlxalq məsləhətçi 

dəvət etdi. Bu məsləhət xidmətləri 

çərçivəsində 

Uşaq Hüquqları 

Komitəsinin Azərbaycan üzrə ver-

diyi Yekun Tövsiyələr nəzərdən 

keçirildi, müxtəlif dövlət qurum-

larından UHK-nin həyata 

keçirilməsinə dair məlumatlar  əldə 

edildi, AQUPDK-in əməkdaşları, 

hesabatın hazırlanması üzrə 

əlaqələndirici  şəxslər və  vətəndaş 

cəmiyyətinin nümayəndələri üçün 

treninqlər keçirildi. 

Paralel olaraq UNICEF, BMT-nin 

İnsan Hüquqları üzrə Ali Komissar-

lığı, Açıq Cəmiyyət  İnstitutu – 

Yardım Fondu və Save the Children 

(Uşaqların Xilası) alyansı 

Azərbaycanda vətəndaş  cəmiyyəti 

təşkilatlarına Uşaq Hüquqları 

Komitəsinə alternativ hesabat 

təqdim etməyə imkan yaradan birgə 

layihə  həyata keçirir. Alternativ 

hesabat qeyri-hökumət təşkilatları 

(QHT) kimi müstəqil mənbələrdən 

bitərəf məlumatlar almağa kömək 

edəcək. 


Uşaq Hüquqları Komitəsinə hesabat tərtib edilir 

Əsas fakt və 

rəqəmlər 

• 

Müəssisələrdə olan 



uşaqların sayı (2008) – 

14,500 


• 

Əlilliyi olan uşaqların sayı 

(2006) – 48,500 

• 

Qaçqın və məcburi 



köçkünlərin sayı  – 1 

milyon 


• 

Qaçqın və məcburi köçkün 

uşaqlar - 330,000 

• 

Mina təhlükəsi ilə üzləşən 



insanlar - 500,000 

UHK  ən çox qəbul edilən 

beynəlxalq sənəddir. 1989-cu il 

noyabrın 20-də qəbul edildikdən 

sonra Konvensiya ABŞ  və So-

mali istisna olmaqla bütün 

dövlətlər tərəfindən ratifikasiya 

edilmişdir. 

Konvensiyanın həyata 

keçirilməsinə müstəqil 

ekspertlərdən ibarət qrup – 

Uşaq Hüquqları Komitəsi 

nəzarət edir. Komitə eyni 

zamanda Konvensiyanın 

uşaqların silahlı münaqişələrdə 

iştirakına və  uşaq alveri, uşaq 

fahişəliyi və uşaq pornoqrafiyas-

ına dair iki fakültativ protokol-

unun da həyata keçirilməsinə 

nəzarət edir. 

Konvensiyaya qoşulan bütün 

dövlətlər orada müəyyən edilmiş 

hüquqların necə 

həyata 


keçirilməsinə dair Komitəyə 

müntəzəm hesabatlar 

verməlidir. Dövlətlər Konvensi-

yaya qoşulduqdan iki il sonra ilk 

hesabatını  təqdim etməli, daha 

sonra hər beş ildən bir hesabat 

verməlidir. Komitə 

təqdim 


edilmiş 

hər bir hesabatı 

nəzərdən keçirir, öz narahatlıq 

və  təkliflərini “Yekun tövsiyələr” 

formasında Konvensiyaya qo-

şulmuş dövlətə təqdim edir. 




Səh. 4 

1 Sayı 


Azərbaycanın müxtəlif yerlərindən 

gələn məktəb müəllimləri bu ilin 

aprelində Bakıda Azərbaycan 

Müəllimlər  İnstitutunun akt zalında 

UNICEF-in dəstəklədiyi fəal təlim 

proqramının tətbiq edilməsinə dair 

ilk təlimçilərin təlimi kurslarında 

iştirak etmişdir. 

Əvvəllər fəal təlimə dair treninq 

keçən bir neçə  təlimçi artıq öz 

həmkarlarına bu müasir tədris meto-

dunun 


əsaslarını öyrədirlər. 

Müəllimlər etiraf edir ki, yeni təlim 

üsulu sovet dövründən qalan köhnə 

tədris metodunu daha maraqlı  və 

cəlbedici edir. 

“Siz fəal təlimin inkişaf etdirilməsi 

və onun ümumi tədris üsuluna 

çevrilməsi baxımından 

Azərbaycanda aparılan təhsil isla-

hatlarının önündəsiniz”, UNICEF-in 

Azərbaycandakı nümayəndəsini 

əvəz edən Məhəmməd Bendris 

Ələmi kursun dinləyicilərinə belə 

dedi. “Sizin məqsədi  ən yaxşı 

beynəlxalq təcrübənin 

Azərbaycanda tətbiq edilməsi olan 

bu mühüm islahatlara sadiqliyinizi 

və töhfələrinizi yüksək 

qiymətləndiririk”, o bildirdi. 

“Biz ümid edirik ki, siz yolunuzdakı 

bütün maneələri dəf edərək, bu 

effektiv metodu öyrənəcək və onu 

öz işinizdə  tətbiq edəcəksiniz”, 

Təhsil Nazirliyinin Strateji təhlil və 

planlaşdırma 

şöbəsinin müdiri 

Fərzəli Qədirov iştirakçılara belə 

dedi. 


Fəal təlim proqramı Azərbaycanda 

2000-ci ildə UNICEF-in beş ibtidai 

sinif məktəbində sınaq layihələrinin 

həyata keçirməsi ilə başladı. Həmin 

məktəblərdə 

uşaqların 

əsas 

düşünmə bacarıqları, onların iştirak 



etmək və özlərini ifadə etmək 

qabiliyyətini təkmilləşdirmək 

məqsədilə qrup işi və  şagird 

təqdimatları kimi müasir üsullar 

tətbiq olunmuşdur. Bu üsullar gen-

der məsələlərinə dair həssas olan və 

uşaqların yaşadığı müasir dünyaya 

uyğun dərsliklərin yazılması ilə 

dəstəkləndi. 

Daha sonra fəal təlim təhsil islahat-

larına, 2008-ci ildə müəllim 

hazırlığı  və ixtisasartırma tədris 

proqramlarına daxil edildi. UNICEF 

fəal təlimin bütün dərsliklərə, 

müəllim və şagird vəsaitlərinə daxil 

edilməsini təmin etmək üçün 

dərsliklərin hazırlanmasını 

dəstəklədi. 

Proqramın məqsədi məktəbəqədər 

və ibtidai təhsili möhkəmləndirmək, 

uşaqların tədris prosesində iştirakını 

artırmaqla, keyfiyyətli və  səmərəli 

təhsilə çıxışı artırmaqdır. 

Fəal təlim sağlamlıq və müdafiə, 

valideyn və icmaların iştirakı, gen-

der həssaslığı və inklüzivliyi özündə 

birləşdirən “Məktəb uşağının dos-

tudur” adlı təhsil modelinin effektiv 

tərkib hissəsidir. 

Müəllimlər təsdiq edirlər ki, yeni 

metod  şagirdlərin iştirak və qar-

şılıqlı  əlaqə olmadan əyləşərək 

müəllimə qulaq asdıqları köhnə, 

sovet dövründən miras qalmış meto-

dundan qat-qat təsirlidir. 

“Əvvəllər uşaqlar obyekt kimi 

idilər, indi isə onlar bizim 

tərəfdaşlarımızdır və bizə dost kimi 

baxırlar. Onlar daha sərbəstdirlər və 

fikirlərini azad ifadə edirlər”, 

Dağlıq Qarabağın yaxınlığında 

cəbhə  xəttində yerləşən Füzuli 

rayonunda UNICEF-in sınaq 

məktəbində  işləyən müəllimlərdən 

biri belə deyir. 

“Dərslərdə cüt-cüt və ya qruplarda 

işləmək və bir-birinə kömək etmək 

necə  də asan və gözəldir. Bu, can-

sıxıcı  iş olan həmişə oturub 

müəllimə qulaq asmaqdan xeyli 

yaxşıdır”, bir şagird bizə belə de-

mişdi. 


Fəal təlim Azərbaycan 

məktəblərində yayıldıqca, 

valideynlər də məktəbin idarə olun-

masına cəlb edilir, valideyn-

müəllim birlikləri yaradılır. Bu 

birliklər dərslərdə  iştirak edərək, 

ümumi nəzarət həyata keçirir. 

Valideynlərin iştirakından savayı 

şagirdlər də özləri ilə bağlı 

məsələlər və  qərarları  məktəb 

parlamentlərində müzakirə edirlər. 

Onlar öz məktəblərində  şagird 

nailiyyətlərini, davamiyyəti, iştirakı 

və  uşaqların qorunmasını yoxlayır-

lar. Bir çox məktəbdə  şagirdlərin 

fikirlərini və narahatlıqlarını 

öyrənmək üçün rəy və  təklif qutu-

larından da istifadə edilir. 

Fəal təlim UNICEF-in 

Azərbaycanın təhsil sahəsində  ən 

uğurlu təşəbbüsü olmaqla, hər bir 

şagirdin tədris prosesində  fəal işti-

rakı üçün geniş imkanlar açmışdır. 

Artıq UNICEF və onun əsas 

tərəfdaşı olan Təhsil Nazirliyinin 

qarşısında duran vəzifə  fəal təlimin 

Azərbaycan məktəblərində  əsas 

yanaşma olmasını təmin etməkdir. 



Fəal təlim: hədəfimiz daha çox məktəbdir 

Əsas fakt və 

rəqəmlər  

 

• 

Bütün məktəblərin ümumi 



sayı—4538, o cümlədən 

1169 şəhər, 3369 kənd 

yerlərində 

• 

Məktəbəqədər 



müəssisələrin ümumi sayı 

—1653, o cümlədən 935 

şəhər, 718 kənd yerlərində 

• 

Məktəbəqədər təhsilə cəld 



edilmiş 3-6 yaşlı uşaqlar —

22.9% 


• 

Əsas təhsildə ümumi qey-

diyyat əmsalı —99.6% 

• 

Yuxarı orta təhsildə ümumi 



qeydiyyat əmsalı —66.6% 

“Əvvəllər uşaqlar obyekt kimi 

idilər, indi isə onlar bizim 

tərəfdaşlarımızdır və bizə dost 

kimi baxırlar. Onlar daha 

sərbəstdirlər və fikirlərini azad 

ifadə edirlər”.  

Sınaq məktəbin müəllimimi 

“Dərslərdə cüt-cüt və ya qru-

plarda işləmək və bir-birinə 

kömək etmək necə  də asan və 

gözəldir. Bu, cansıxıcı  iş olan 

həmişə oturub müəllimə qulaq 

asmaqdan xeyli yaxşıdır”. 




Azərbaycanda DSS-in nəticələri açıqlandı: bəzi 

rəqəmlər təxirəsalınmaz tədbirlər tələb edir. 

2008-ci ildə Azərbaycanda baş verən  əlamətdar hadisələrdən biri də  əhali və 

sağlamlıqla bağlı əsas məlumatlar təmin edən milli təmsilçilik sorğusu – Demo-

qrafiya və Sağlamlıq Sorğusunun nəticələrinin açıqlanması oldu. 

Demoqrafiya və Sağlamlıq Sorğusu və ya AzDSS USAID və UNICEF-in, 

habelə Macro İnternational İnc. Şirkətinin dəstəyi ilə Azərbaycan Respublikası-

nın Dövlət Statistika Komitəsi tərəfindən 2006-cı ildə aparılmışdı. Onun 

məqsədi ölkədə  həyata keçirilən müxtəlif sosial siyasət və proqramların hazır-

lanması, monitorinqi və qiymətləndirilməsi üçün qiymətli məlumatlar təmin 

etməkdir. 

7,180 ailəni  əhatə edən AzDSS kişilərin anketini də özündə birləşdirən azsaylı 

sorğulardan biri olaraq, 15-49 yaşlı 8,444 qadın və 15-59 yaşlı 2,558 kişi aras-

ında keçirilmişdir. Sorğuda ailə xarakteristikası, fertillik, ailə planlaşdırması, 

abort, körpə və uşaq ölümü, uşaq sağlamlığı, uşaqların inkişafı və erkən uşaqlıq 

dövründə tərbiyə, qidalanma, İİV/QİÇS ilə bağlı biliklər, münasibət və davranış, 

reproduktiv sağlamlıq, böyüklərin sağlamlığı, məişət zorakılığı  və qadınlara 

səlahiyyətlərin verilməsi kimi sahələrə aid 100 göstərici üzrə məlumatlar toplan-

mışdır. Sorğu həm də ona görə özünəməxsusdur ki, orada məlumatlar mümkün 

qədər iqtisadi regionlar, yaşayış tipi, rifah statusu, anaların təhsili, yaş və digər 

mühüm xarakteristikalar üzrə bölünmüşdür. 

Sorğunun nəticələri ölkənin Minilliyin İnkişaf Məqsədlərinə  və Yoxsulluğun 

Azaldılması  və Davamlı  İnkişaf üzrə Dövlət Proqramındakı  məqsədlərə nail 

olunması istiqamətində  əldə etdiyi irəliləyişin izlənməsində mühüm rol oynay-

acaq. AzDSS demoqrafiya və  səhiyyə göstəricilərindən ibarət beynəlxalq 

məlumatlar bazasının genişlənməsinə də öz töhfəsini verir. 

Sorğuda Azərbaycanda həyata dair maraqlı faktlar öz əksini tapmışdır. Uşaqların 

doğum qeydiyyatı  əmsalı 90%-dən çoxdur: onların 94%-i qeydiyyata alınıb, 

88%-inin isə doğum haqqında  şəhadətnaməsi var. Lakin körpələrdə bu əmsal 

90%-dən aşağıdır, 0-11 aylıq uşaqların isə  cəmi 75%-inin doğum haqqında 

şəhadətnaməsi var. 

Yeni doğulma dövründə körpələr arasında ölüm halları xüsusi narahatlıq doğu-

rur. Körpə ölümünün böyük bir hissəsi (65%) məhz neonatal dövrdə baş verir. 

Buna doğuş arasında interval və anaların təhsili kimi amillər təsir edir. 

Peyvəndlə bağlı sorğu məlumatlarında deyilir ki, 19-28 aylıq körpələrin 60% 

bütün tövsiyə edilən peyvəndləri qəbul etmişdir. Yeni doğulmuşların 85% faizi 

ana südü ilə qidalanır, lakin yalnız ana südü ilə qidalandırma  əmsalı  hələ ar-

zuolunan səviyyədə olmayaraq, altı aya qədər uşaqların yalnız 12%-ini əhatə 

edir. Amma bəlkə  də  ən çox təlaş doğuran nəticə odur ki, uşaqların üçdə-bir 

hissəsində anemiya var, 25%-inin boyu yaşına görə kiçik, 8%-inin isə  çəkisi 

yaşına görə azdır, o cümlədən 7%-ində çəkinin yaşa görə kəskin azlığı müşahidə 

olunur. 

Azərbaycan yod çatışmazlığı xəstəliklərinin tam aradan qaldırılmasına yaxındır 

belə ki, hazırda ölkədə ailələrin böyük bir hissəsi – 94.6%-i yodlaşdırılmış duz-

dan istifadə edir. Müqayisə üçün deyək ki, bu rəqəm 2000-ci ildə  cəmi 41.3% 

idi. Lakin Azərbaycanda ailələrin yalnız 53.8%-i adekvat şəkildə yodlaşdırılmış 

duzdan istifadə edir və bu, Ümumdünya Səhiyyə  Təşkilatının, BMT-nin Uşaq 

Fondunun (UNICEF) və Yod Çatışmazlığı  Xəstəliklərinə Beynəlxalq Nəzarət 

Şurasının tövsiyə etdiyi rəqəmdən xeyli azdır. 

Azərbaycanda fertillik əmsalı 2-dir. Bu o deməkdir ki, iqtisadi regionlar üzrə 

bəzi fərqlər olmaqla azərbaycanlı qadın öz həyatı  ərzində dünyaya iki uşaq 

gətirir. Sorğunun digər nəticəsi isə erkən nikahlarla bağlıdır – 15-19 yaşlı 

qızların 6%-i ya anadır, yaxud da ilk dəfədir ki, hamilədir. Azərbaycan kimi 

müsəlman ölkəsi üçün kifayət qədər təəccüblü olan digər bir fakt odur ki, qad-

ınların 38%-i ən azı bir dəfə abort edib, onların 71%-i isə birdən daha çox abort 

edib. Baş verən doğuş hallarının 89%-i bacarıqlı tibbi personalın iştirakı ilə 

keçirilib. 

İİV/QİÇS üzrə biliklərlə əlaqədar məlumatlar da mühümdür. AZDSS-də deyilir 

ki, qadınların 65%-i, kişilərin isə 77%-i QİÇS haqqında eşitmişdir. İİV ilə bağlı 

rüsvayçılıq damğası  və ya stiqma yüksəkdir: qadınların yalnız 20%-i, kişilərin 

isə 8%-i QİÇS-ə yoluxmuş satıcıdan tərəvəz ala biləcəyini demişdi. Kişilərin 

24%-i sorğudan  əvvəlki bir il ərzində yüksək riskli cinsi əlaqəyə girmişdi. 

Böyüklərin 40%-dən az bir hissəsi İİV-ə harada yoxlanmağı bilir. Gənclərin az 

qismi İİV haqqında ətraflı biliklərə malikdir.  

Rəyi soruşulan qadınların 13%-i zorakılığa məruz qalmışdır. Belə halların 50%-

ində zorakılıq qadınların həyat yoldaşları tərəfindən törədilmişdir. Qadınların 3 

faizi demişdi ki, onlar ilk dəfə cinsi əlaqəyə məcburi girmişdilər, lakin narahatlıq 

doğuran odur ki, fiziki və ya cinsi zorakılığa məruz qaldığını bildirən qadınların 

58%-i kömək üçün kənara müraciət etməmiş, yalnız öz ailələrinə üz tutmuş və 

ya daxili qohumluq əlaqələrindən istifadə etmişdir.  

İNFORMASİYA BÜLLETENİ HAQQINDA: 

Bu informasiya bülleteni UNICEF-in Azərbaycanda fəaliyyəti 

haqqında məlumatlılığı artırmaq məqsədi ilə tərtib edilmişdir. 

ABUNƏ 

Bu bülleteninin sizə göndərilməsini və ya göndərilməməsini 

istəyirsinizsə, Əli Verdiyevə (averdiyev@unicef.org) e-mail ilə 

müraciət etməyinizi xahiş edirik. 



ŞƏRHLƏR VƏ MƏZMUN 

Biz bu bülleten, onun məzmunu və formatına dair sizing fikir və  

rəylərinizi bilmək istərdik. Fikirlərinizi və təkliflərinizi Əli Verdiyevə 

(averdiyev@unicef.org) və ya Sirac Mahmudova 

(smahmudov@unicef.org) göndərməyinizi xahiş edirik. 

Yuxarı 

Qarabağ

 

Kəlbəcər-Laçın

 

Gəncə-Qazax

 

Şəki-Zaqatala

 

Bakı

 

Quba-Xaçmaz

 

Dağlıq Şir-

van

 

Abşeron

 

Lənkəran

 

Aran

 

Naxçıvan MR

 

Faiz



 

2.2  2.3


 

2.4 - 4.1

 

4.2 - 11.0



 

11.1 - 14.7



 

Mәlumat yoxdur



 

Regionlar üzrə uşaqlarda boy azlığı 

Yüklə 105,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə