Union we Unite We Succeed



Yüklə 294,29 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix08.04.2018
ölçüsü294,29 Kb.
#36636
  1   2   3   4   5   6   7   8   9   ...   14


AZERBAIJAN

ENGINEERS

UNION

We Unite We Succeed

November,2016



Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək.

Lütfi Zadə



3

Bakı Mühəndislik Universitetinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye 

müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla 

işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir 

tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana 

çıxarmışdır. Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin 

təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin 

etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 

32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Ali təhsilin bütün səviyyələri üzrə 

mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata 

keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti 

yaradılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci 

hissəsi ilə yaradılmış Bakı Mühəndislik Universitetinin nizamnaməsinin layihəsini iki 

ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin

2.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb üç ay müddətində 

Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu 

Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. mərkəzi icra 

hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay 

müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.5. Bakı Mühəndislik Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi və 

texniki təminatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin; 2.6. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti 



Bakı şəhəri, 8 noyabr 2016-cı il. 


4

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının III iclasının vaxtı məlum oldu

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının gələn ilin fevral ayında keçiriləcək növbəti iclası layihənin vaxtında yekunlaşması üçün tərəflərin 

səylərinin koordinasiyasına fayda verəcək”, – deyə N.Əliyev qeyd edib. 

O, İtaliyanın əvvəlki iclaslarda iştirakını yüksək qiymətləndirib. Nazir Transadriatik qaz boru kəməri (TAP) layihəsini İtaliya ilə enerji 

əməkdaşlığının proriteti kimi səciyyələndirərək, layihənin reallaşdırılması ilə bağlı ortaya çıxan çətinliklərin hökumətlərin dəstəyi ilə yoluna 

qoyulduğunu və vəziyyətin daim nəzarətdə saxlandığını diqqətə çatdırıb. İtaliyalı nazir Paolo Centiloni ölkəsinin TAP- la bağlı mühüm öhdəlik 

götürdüyünü deyərək, Azərbaycan təbii qazının 2020-ci ildə Avropa bazarlarına çatdırılması üçün hökumət səviyyəsində dəstək veriləcəyini 

vəd edib. 


5

SOCAR prezidenti TEKFEN rəhbərliyini qəbul edib

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev "TEKFEN 

Holding"in yaradılmasının 60-cı ildönümü münasibəti ilə 

Holdinqin İdarə Heyətinin sədri Murat Gigin və “TEKFEN 

İnşaat”ın prezidenti Levent Kafkaslını qəbul edib. SOCAR-

dan "Report"a daxil olan məlumata görə, "TEKFEN" 

şirkətinin təkcə Türkiyədə deyil, bütün türk dünyasında və 

dünya miqyasında yaxşı tanındığını söyləyən R.Abdullayev 

şirkətin Azərbaycanda da uğurla fəaliyyət göstərdiyini 

qeyd edib. 20 il bundan əvvəl Azərbaycanda fəaliyyətə 

başlamış "TEKFEN"in həyata keçirdiyi layihələrdən 

danışan M.Gigin və L.Kafkaslı bu dövrdə daim Dövlət Neft 

Şirkətinin qayğı və dəstəyini gördüklərini söyləyib, buna 

görə təşəkkürlərini bildiriblər. SOCAR-ın prezidenti R. 

Abdullayev "TEKFEN Holding"in yaradılmasının 60-cı 

ildönümü münasibəti ilə onları təbrik edib, Holdinqin 

əmək kollektivinə gələcək fəaliyyətlərində daha böyük 

uğurlar arzulayıb. 

© Aynur Əliyeva - Report.az


CNPC Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlığın genişlənməsində maraqlıdır

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq 

Abdullayev Bakıda səfərdə olan Çin iş adamlarından ibarət geniş tərkibli 

nümayəndə heyətini qəbul edib. SOCAR-dan "Report"a daxil olan xəbərə 

əsasən, nümayəndə heyətində təmsil olunan Çin Milli Neft 

Korporasiyasının (CNPC), bu ölkənin maliyyə institutlarının, bank və 

fondlarının, investisiya və sığorta şirkətlərinin nümayəndələrini səmimi 

salamlayan R.Abdullayev Azərbaycan və Çin arasında ikitərəfli 

münasibətlərin uğurla inkişaf etdiyini, enerji sektorunun bir çox 

sahələrində faydalı əməkdaşlığın qurulduğunu vurğulayıb, Çin şirkətləri 

və maliyyə institutları ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıqdan 

danışıb. Bu əməkdaşlığı Azərbaycan və Çin arasında dostluq və 

beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm 

töhfə adlandıran SOCAR prezidenti CNPC rəhbərliyi ilə Pekində və 

Bakıdakı son görüşləri xatırlayıb və çıxarılan qərarların əhəmiyyətini 

vurğulayıb. 

CNPC-nin İdarə Heyətinin üzvü Vanq Şi Honq səmimi qəbul üçün təşəkkürünü bildirib, SOCAR-ın yeni ofisində ilk dəfə olduğunu söyləyərək bu 

münasibətlə R.Abdullayevi təbrik edib, SOCAR-a yeni inzibati binasında uğurlar arzulayıb. O, SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda 

Qaz Emalı və Kimyası Kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib 

mərhələ adlandırıb, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd edib. Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya 

şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan V. Ş. Honq Azərbaycana bugünkü səfərin də bunun göstəricisi olduğunu bildirib. 

Qonaq təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığı daha da genişləndirməyə, SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməyə 

maraqlı olduğunu diqqətə çatdırıb.

© Aynur Əliyeva - Report.az

6


Yüklə 294,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə