Universitetin Elmi Şurası



Yüklə 39.08 Kb.
tarix14.09.2018
ölçüsü39.08 Kb.

Universitetin Elmi Şurası

 

        Universitetə ümumi rəhbərlik millət vəkili prof. G.H.Məmmədovanın başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın tərkibinə rektor, prorektorlar, elmi katib, dekanlar,  şöbə müdirləri,  həmkarlar və tələbə təşkilatlarının nümayəndələri  daxildir. Elmi Şuranın digər üzvləri hər bir fakültənin professor- müəllim heyətinin və elmi işçilərinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir.



          Elmi Şura AzMİU-nun Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır.  Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor və dosent elmi adlarının verilməsi isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.

            Elmi Şurada  universitetin inkişaf proqramı təsdiq edilir, hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatı dinlənilir. Vaxtaşırı prorektorların rəhbərlik etdikləri struktur bölmələrinin fəaliyyəti barədə, dekanların tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatları dinlənilir və  universitetin fəaliyyəti  ilə bağlı digər məsələlərə baxılır.

 

Linklər:


Elmi şuranın üzvlərinin siyahısı

2013/2014-cü tədris ili üçün Elmi Şuranın illik iş planı

 

 

 



 

 

 



 

 

 



2013/2014-cü tədris ili üçün

AzMİU-nun  Elmi Şurasının illk işi

P L A N I

 

                             23 oktyabr 2013-cü il



 

1.     Yeni tədris ili üçün tərtib edilmiş Elmi Şuranın

iş planının müazakirəsi və təsdiqi.                                     Elmi katib

 

2.     Yeni tədris ilində AzMİU-ya bakalavr, magistra-              dos.S.Əliyev



tura pilləsinə və kollecə qəbulun nəticələri.                          dos.R.Bayramov

                                                                                         dos.İ.Çobanzadə

3.      Müsabiqə işləri.

 

                                   13 noyabr 2013-cü il(növbədənkənar)



 

1.     Universitetin akreditasiya və attestasiyanın

keçirilməsinə hazırlıq vəziyyəti.                                             Prof.F.Cəfərov

 

                                           27 noyabr 2013-cü il



1.     Yay imtahan sessiyasinın nəticələri və tədris

prosesinin müasir beynəlxalq standartlara                            TŞ-nin müdiri

uyğunlaşdırılması istiqamətində görüləcək işlər                   S.Məmmədov

barədə


2.     Müsabiqə işləri.

          

 

                                  25 dekabr 2013-cü il



 

1.     Universitetin istehsalatla əlaqələrinin

və təcrübə prosesinin vəziyyəti və təkmilləşdi-

rilməsi istiqamətində vəzifələr barədə                                    N.Kərimov

2.     2013/2014-cü tədris ilinin 1 yarısında

Elmi Şuranın qərarlarının yerinə yetirilməsi                      Elmi katib

barədə                                                                               N.Aslanova

3.     Müsabiqə işləri

  

 

                     26 fevral 2014-cü il



 

1.     Rektorluğun 2013-cü ildə fəaliyyəti

barədə hesabat                                                               Rektor

                                                                          prof.G.H.Məmmədova

2.     AzMİU-nun 2013-cü il üzrə maliyyə-

təsərrüfat fəaliyyəti barədə hesabat.                             Baş mühasib

        

                                       26 mart 2014-cü il

1.     Universitetin Avropa təhsil məkanında

inteqrasiyası baxımından beynəlxalq əlaqələrin

rolu və qarşıda duran vəzifələr.                                 Prof.N.Abdullayev

2.     Gənclərin dövlətçilik və vətənpərvərlik tərbiyəsi

istiqamətində görülmüş işlər barədə.                      dos.T.Qasımov

3.     Müsabiqə işləri.

 

                                                                  2 aprel 2014 –cü il



1.     Tikuinti-İqtisad fakültəsinin dekanı ,

dos.R.Qəribovun 1 illik fəaliyyəti barədə

hesabat.

2.     İnşaat –Texnologiya fakültəsinin dekanı,

dos.T.Haqverdiyevanın 1 illik fəaliyyəti barədə

hesabat.


3.     Müsabiqə işləri.

 

                                       30 aprel 2014-cü il



1.     Universitetdə aparılan elmi-tədqiqat işlərinin

aktuallığı, səmərəliliyi və müasir istehsalatın

tələblərinə uyğunluğu barədə.

2.     Mexanika İnformasiya texnologiyaları  fakültəsinin

Dekanı,  dos.A.Qasımovun 1 illik fəaliyyəti barədə

hesabat.


3.     Universitetdə gənclərin intelektual fəaliyyətə cəlb

edilməsi, asudə vaxtın səmərəli təşkil olunması üzrə

görülmüş işlər barədə.

 

                                                                                 29 may 2014-cü il



 

1.     Mütəxəssis hazırlığının keyfiyyətinə nəzarət sistemi

və onun təkmilləşdirilməsi istiqamətində vəzifələr

barədə.                                                                   dos.F.Cəfərov

2.     ST və MKS fakültəsinin dekanı, dos.Zmusayevin

1 illik fəaliyyəti barədə hesabat.

3.     Müsabiqə işləri.

 

                          8 iyul 2014-cü il



1.     Sessiyanın ilkin nəticələri, buraxılış işlərinin             TŞ-nin müd.

və magistr dissertasiyalarının müdafiəsi barədə     dos.S.Məmmədov

2.     2013/2014-cü tədris ilinin 11 yarısında Elmi

Şuranın qərarlarının yerinə yetirilməsi                        Elmi katib

3.     Memarlıq fakültəsinin dekanı, dos.Z.Məmmədo-

vanın 1 illik fəaliyyəti barədə hesabat.

4.     İnşaat fakültəsinin dekanı,dos.H.Məmmədovun

1 illik fəaliyyəti barədə hesabat.



5.     Müsabiqə işləri.

 


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə