Unix aşağıdakıları özündə birləşdirir



Yüklə 118,37 Kb.
səhifə3/3
tarix08.08.2018
ölçüsü118,37 Kb.
#61313
növüYazı
1   2   3

Linux nədir?



Əməliyyat sistemidir
Əməliyyat sistemi (ƏS) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.

Pulsuzdur
Əlbəttə ki, əgər istəyirsinizsə, siz dükana gedib Linuxun distributivlərindən ibarət disklər toplusu ala bilərsiniz. Lakin, buna ehtiyac yoxdur. Linuxu internetdən tamamilə pulsuz və qanuni şəkildə endirə bilərsiniz.
Başa düşürəm, bu tamamilə pulsuz başa gəlmir. Çünki, siz kompüter, yazmaq üçün CD-ROM disk almalısız, internet və elektrik enerjisi üçün pul ödəməlisiz :) Lakin, distributiv özü tamamilə pulsuzdur.
Çoxları başa düşmürlər ki, ƏS necə ola bilər ki, pulsuz olsun və nəyə görə? Bunu aydınlaşdıraq.
Məsələn, televiziya proqramları pulsuzdur və bu heç kimi təəccübləndirmir. İstənilən şəxs televizor ala, adi antena quraşdıra və bir neçə kanala pulsuz şəkildə baxa bilər. Linux üçün də belədir. Deyə bilərsiz ki: “Mən reklama baxmaqla, televiziyaya pul vermiş oluram və ya televiziya elə düşünür ki, mən onların reklamlarına baxıram.” Haqlısız, bu, Linux üçün də keçərlidir. Siz Linuxdan istifadə etməklə Linuxu hazırlayanlara sanki, pul ödəmiş olursunuz. Bu faktdır ki, Liuxu istifadə etməklə siz onu reklam etmiş olursunuz.

Açıq kodludur
Kod dedikdə, proqramın proqramçı tərəfindən hər hansı bir proqramlaşdırma dilində yazılmış, ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra insanın başa düşdüyü bu kodlar yerinə yetirilən proqrama çevrilir. Bu proqram – kompüterin başa düşəcəyi, lakin, proqramistin başa düşmədiyi dildə yazılmış, kompüter üçün təlimatlar yığımıdır (“əks çevirmə” imkanı məhdudlaşdırılıb). Hələ ki ƏS bazarında bağlı kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya məqsədli bu ƏS-lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı şəkildə gizlədirlər. Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu kodların hansısa hissələrini istifadə edə bilərlər. Və ya onlar özləri başqa kodlardan istifadə edir və bunu gizlətmək istəyirlər :) Başqa bir səbəb də bu ola bilər ki, bu proqramlarda səhvlər taparlar və bunu hamı bilər :) (səhvlər bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla bağlıdır). İstənilən halda məşhur ƏS-lərinin kodları bağlıdır. Bağlı kodlu proqramları almaqla, siz sanki torbada bir pişik almış olursunuz :)
Linux və onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada proqramçıların çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları düzəldir, üzərində işləyir və test edirlər.

Unix əsaslıdır
UNIX – bu çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər hazırlanmış populyar ƏS-lərinin əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS, Solaris, UnixWare, FreeBSD, OpenBSD, NetBSD. Unix əsasında Apple meyvə şirkətinin fərdi kompüterləri olan makintoşlar üçün ƏS-ləri hazırlanmışdır. Unix və Unix-əsaslı sistemlər bank serverləri, interner-ruterlər, tədqiqat maşınları, hesablama klasterləri və başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada etibarlılıq və məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur. Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları ilə bağlı problem yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır.
Linuxda “ənənəvi” Unixə olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə eyni yox, tamhüquqlu şəkildə Unix-əsaslı demək olar.

Bir neçə “yaxın əlaqəli” məhsulun təqdim olunması
Qeyd etdiyimiz kimi Linux – yalnız bir ƏS deyil, ƏS-ləri qrupunudur (distributivlər). Onların arasında ən məşhur olanlarını əlifba sırası ilə aşağıda qeyd etmişəm:
Debian
Fedora
Gentoo
Ubuntu

Linuxun distributvlərinin tam siyahısını internetdə axtarış etməklə tapa bilərsiniz. Uzunçuluq olmasın deyə burada hamısını qeyd etməmişəm. Linuxun müxtəlif distributivləri arasındakı fərqi izah etmək üçün Linux-un hansı distributivini seçməli? mövzusuna baxa bilərsiniz.



Niyə Linux?

Linux – fərdi kompüterlər və serverlər üçün ƏS-dir. Lixun bəzi fərqli xüsusiyyətləri - pulsuz, etibarlı, təhlükəsiz, universal və məhsuldar olması, onun biznesdə də ideal seçim olduğunu göstərir.



1. Pulsuz olması
Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.

2. Etibarlılıq
Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur. Məsələn, tutaq ki, siz Windows ƏS-də bəzi işlər görmüsüz, lakin, yaddaşda saxlamamısız. Sistemdə nə isə səhv olur, sistem yenidən işə düşməli olur və ya sistemin işi yarımçıq qalır. Bu zaman sizin yaddaşda saxlamadığınız fayllar itir. Bu cəhətdən Linux çox etibarlıdır. Yəni, Linuxda bu cür problemlər olmur.

3. Təhlükəsizlik
Kompüter virusları - icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat sistemində olan imkanlardan istifadə edən əmrlər ardıcıllığıdır. Bunu hamı belə bilir. Lakin, yaxşı olar ki, Windows virusları deyəsiz :) Çünki, həmin viruslar Windows ƏS altında işləyən kompüterlərdə işləyir :) Linuxu seçməklə siz kompüter viruslarını tamamilə unuda bilərsiz və həmçinin, heç bir antivirusa ehtiyacınız olmayacaq. Çünki, Linux təhlükəsizdir.

4. Universallıq
Microsoft şirkəti öz gəlirlərini maksimim dərəcədə artırmaq üçün Windows sistemini müxtəlif paketlərdə yayırlar: professional istifadəçilər üçün, ev kompüterləri üçün, serverlər üçün, korporativ klientlər üçün və s. Bu, istehlakçılar üçün əhəmiyyətli dərəcədə əlavə xərclər yaradır. Linuxdan istifadə etməklə siz bu xərclərdən azad olacaqsız. Linuxun hər hansı distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilərsiniz.

5. Məhsuldarlıq
Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.

Linux-un tarixi

1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün kiçik bir ƏS yaratdılar. Bu ƏS-nə UNIX adını verdilər. Lakin, AT&T şirkətinin planında bu ƏS-nin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi.


Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu ƏS-dən istifadə edirdilər və bir-birləri ilə bu ƏS vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi.
Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi satıldı.
Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var. Onlardan ən çox tanınanları aşağıdakılardır:
· Solaris (əvvəllər SunOS adlanırdı). Bu ƏS – SUN Microsystems-ə məxsudur;
· IBM şirkətinə məxsus olan AIX;
· DEC şirkətinə məxsus olan DEC Unix;
· SCO UnixWare və s.
Yuxarıda adları qeyd olunan ƏS-lərinin hamısı kommersiya məqsədlidir və onların çoxu yüksək qiymətə malikdir. Onlar müxtəlif arxitekturalarda işləyirlər (Intel, Sparc, Alpha, PowerPC və b.).
Lakin, hal-hazırda Unix-əsaslı ƏS-lərindən ən çox maraq cəlb edənləri açıq kodlu ƏS-ləridir. Bu sistemlərdən biri də Linuxdur.
Linux – əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir.
1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün yaradılmış məhdud analoqudur.
1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın əksər proqramçıları bu ƏS-nin üzərində işləməyə başladılar və Linux ƏS inkişaf etməyə başladı.
Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz ƏS-dir. Lakin, GNU layihəsi çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, GNU Unix deyil deməkdir.
Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF) hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.

Linux-un tərkibi



Linux-un nüvəsi:
Nüvə - ƏS-nin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və perfieriya qurğularının idarə olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə müqayisədə, operativ yaddaşın böyük həcminin dəstəklənməsi üçün, nüvə operativ yaddaşın səhifələrini sərt diskdə yerləşdirməklə, adaptiv yaddaşdan istifadə etməyə imkan verir.
Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
GNU utilitləri:
Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i ilə işləmək mümkün deyil.
X Window:
Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə şəklində menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME kimi qrafik vasitələr multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
DOS və Windows interfeysləri:
Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə yetirməyə imkan verir.
Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır. Onlardan ən çox tanınanı Wine-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir. Wine, həmçinin, Linuxun distributivlərinin çoxunda var.
Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir. Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman bəzi tənzimləmələr etmək lazımdır.
Şəbəkəni dəstəkləməsi:
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir.
TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi protokolları dəstəkləyir.
24 25 26 27 28 29 30 29 30 31
Yüklə 118,37 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə