Şəxsiyyətlərarası münsibətlərin
defisiti
Bu problem fokusu pasiyentlə şəxslərarası
münsibətlərin kasadlığı qeyd olunarkən müəyyən
olunur. Şəxslərarası münasibətlər defisiti həm
kəmiyyət, həm keyfiyyət baxımından ola bilər.
Birinci halda pasiyent ünsiyyət dairsəsinin
məhdudluğunu qeyd edir. Şəxsiyyətlərarası
defisitin keyfiyyət xarakteri daşıdığı hallarda
pasient kifayət sayda insanlarla ünsiyyətini qeyd
etsə də, həmin münasibətlərin emosional
bağlılığı olmayan, daha çox formal və səthi
olması üzə çıxır.
Şəxslərarası defisitin etioloji
faktorları
Şəxslərarası münasibətlər defisiti çoxfaktorlu
fenomendir. Bu problemə gətirən səbəblər
arasında psixobioloji faktorları qeyd etmək
lazımdır. Burada genetik meylliyi, erkən psixi
inkişaf amillərini və s gəstərmək olar.
Bununla yanaşı, depressiv xəstələrin
interpersonal sfersasının göstərilən problem
fokusu psixi pozuntuların nəticəsi ola bilər. (
Depressiya, distimiya, sosial fobiya,
posttravmatik pozuntu, təşvişli şəxsiyyət
pozuntusu )
Şəxslərarası münasibətlər defisitinin
xüsusiyyətləri
Aşağı özünüqiymətləndirmə və özünə
inamın olmaması
Günahkarlıq hissi
Sosial mühitə qeyri-adekvatlıq hissi
Hisslərin və istəklərin boğulması
Sosial izolyasiya
Sosial riskin qəbul edilməsindən çəkinmə
Müalicənin məqsədləri
1. Şəxslərarası ünsiyyət vərdişlərinin
yaxşılaşdırılması və sosial aktivliyin
rəğbətləndirilməsi vasitəsilə pasientin sosial
izolyasını azaltmaq
2. Özünəinam və özünəqiymət hissini
yüksəltmək
3. Pasiyentə mövcud cari münsibətlərini
möhkəmlətməkdə kömək etmək
4. Pasiyentə yeni şəxslərarası münasibətlər
tapmaqda və onları qurmaqda yardım etmək
Terapiyada
yerinə yetirilməli olan
məsələlər
Pasiyentlə onun əhəmiyyət kəsb edən keçmiş
münasibətlərinin həm pozitiv,
həm də neqativ
təcrübə daxil olmaqla icmalını aparmaq və onları
müzakirə etmək
Pasiyentin keçmiş münasibətlərinin mənf və
müsbət tərəflərini öyrənmək və onları
müzakirə
etmək
Pasiyentin hər hansı cari şəxslərarası münasibətləri
barəsində mənfi və müsbət emosiyalarını
öyrənmək və onunla müzakirə etmək
Sosial vərdişlərin inkişafına yardım etmək
(əvvəlkilərin bərpası və yenilərin mənimsənilməsi)