Ünvanlı dövlət sosial yardım



Yüklə 18,01 Kb.
tarix26.10.2017
ölçüsü18,01 Kb.

Ünvanlı dövlət sosial yardımı
1.Hansı ailələr ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirlər?

Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən(ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
2.Ehtiyac meyarı nə deməkdir?

Ehtiyac meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir.



3.Sosial yardım hansı müddətə təyin edilir?

Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən, 1 il müddətinə təyin olunur.


4.Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir?

  • Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində yaşayanlar);i

  • Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

  • Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

  • Axtarışda olan şəxslər;

  • Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;

  • Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla.


5. Sosial yardım almaq üçün hansı sənədlər tələb edilir?

  • Ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

  • Ailə tərkibi haqqında yaşayış yerindən arayış;

  • Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti;

  • Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti;

  • Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış;

  • Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment, kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında işləyənlərin qazancı və s.) barədə aidiyyəti orqanın arayışı;

  • Ailəyə və ya hər hansı ailə üzvünə məxsus torpaq sahəsi və onun ölçüsü haqqında müvafiq şəhadətnamə;

  • Ailə üzvlərindən hər hansı birinin ali, orta-ixtisas və ya ilk peşə-ixtisas təhsili alması barədə təhsil müəssisəsinin arayışı;

  • Məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə məhkəmə qərarının surəti;

  • Ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq orqanın arayışı;

  • Ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı;

  • Ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı;

  • Səlahiyyətli şəxs tərəfindən ailəni təmsil edən şəxsə sosial yardım təyin edilməsi üçün tələb olunan bütün sənədlərin təqdim edilməsi barədə bildiriş verilir.


6. Sosial yardımın təyin olunması və verilməsi üçün hansı qaydalar tətbiq edilir?

Sosial yardım ailənin yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən təyin edilir. Rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzində sosial yardımın təyin edilməsi üçün sənədləri sosial yardımlar üzrə səlahiyyətli şəxslər qəbul edir, ailənin gəlir və əmlakı haqqında məlumatları təsdiq edilmiş müvafiq formalar üzrə doldurur və komissiyanın müzakirəsinə hazırlayır. Sosial yardımın təyin edilməsi barədə sənədlərə komissiya tərəfindən 10 gün müddətində baxılır, sosial yardımın təyin edilməsi və ya sosial yardımın təyin edilməsindən imtina olunması barədə, təqdim edilmiş sənədlər üzrə məlumatların yoxlanılması zərurəti yarandığı hallarda isə sənədlərə baxılması müddətini daha 10 gün müddətinə uzatmaqla məlumatların yerində yoxlanılması barədə qərar çıxarılır.


7.Hansı hallarda sosial yardımın təyin olunmasından imtina edilir?

  • Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və ya alqı-satqı etdikdə;

  • Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla);

  • Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda;

  • Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər);

  • Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə. həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir;

  • Sosial yardımın təyin olunmasından imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir.


8.Sosial yardım necə ödənilir?

Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya rabitə şöbəsi) vasitəsilə ödənilir.



i


: alac -> transpfiles
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> İntellektual hazırlıq
transpfiles -> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Onunla razılaşdırmaq bacarığını, müəyyən edilmiş qaydalara riayət etmək, qruplarda çalışmaq, ünsiyyətin, özünü- qiymətləndirmənin formalaşmasına kömək edir
transpfiles -> Microsoft Word Booklet 9 Pensiya doc
transpfiles -> Qanun nə deyir? Bunu hamı bilməlidir!
transpfiles -> 10 Азярбайъан ширкятляри цчцн Ишгцзар Етика Кодексляри
transpfiles -> Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun
transpfiles -> Microsoft Word Booklet 10 Labour doc


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə