Uot- 338. 24; 338. 242 Azərbaycanda qeyri-neft sektoru sahəLƏRİNİN İNKİŞafinin



Yüklə 264,8 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü264,8 Kb.
#68582


Bazar iqtisadiyyatının inkişaf istiqamətləri

Audit№ 1,2017



Kazımova Ə.X.  i.ü.f.d. 

Azərbaycan Dövlət İqtisad Universiteti

UOT- 338.24; 338.242

AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORU SAHƏLƏRİNİN İNKİŞAFININ 

MODELLƏŞDIRILMƏSINDƏ STRATEJİ ASPEKTLƏR

Açar  sözlər:  Azərbaycan,  milli  iqtisadiyyat,  qeyri-neft  sektoru  sahələri,  iqtisadiyyatın 

modelləşdirilməsi, qlobal iqtisadi çağınşlar.



Ключевые  слова:  Азербайджан,  национальная  экономика,  сферы  ненефтяного 

сектора, моделирование экономики, глобальные экономические вызовы.



Кеу  words:  Azerbaijan,  the  national  economy,  the  sphere  of the  non-oil  sector,  the 

modeling of the economy, the global economic process.

Qlobal  iqtisadi  təhlükələrin  artdığı  və  tamamilə  mürəkkəb  xarakter  daşıyan  dünya 

iqtisadi  proseslərinin  transformasiyalanmn  dərinləşdiyi  bir  şəraitdə  milli  iqtisadiyyatın 

davamlı  inkişafı  və  dinamik  artımı  müəyyən  problemlərlə  üzləşir.  İlk  növbədə  əlavə  dəyər 

yarada  bilməyən  iqtisadiyyat  sahələrinin  üstün  olduğu,  dominantlıq  təşkil  etdiyi  milli 

iqtisadiyyat  modelləri  dünya  bazarlarında  konyunkturanın  qeyri-sabitliyi  dövründə  kifayət 

qədər  immunitetə  malik  olmurlar  və  milli  iqtisadiyyatın  inkişafında  çətinliklər  yaranır.  Son 

illərdə  dünya  iqtisadi  proseslərinin  artım  tempinin  zəiflədiyi  və  dünya  maliyyə  böhranının 

neqativ  təsiri  nəticəsində  maliyyə  kredit  sisteminin  dayanıqlılığının pisləşməsindən xammal- 

yönümlü  və  xammal  ixracından  asılı  olan  ölkələrin  iqtisadi  inkişaf  sistemlərində  və 

modellərində  əsaslı  dəyişikliklərin  edilməsinə  və  yeni  mexanizmlərin  hazırlanmasına  ciddi 

ehtiyac yaranmışdır.  Azərbaycan  iqtisadiyyatı  son  10-15  ildə  dinamik  inkişaf tempi nümayiş 

eməsinə baxmayaraq,  2013-2015-ci  illərdə  milli  iqtisadiyyatın  artım  tempində  azalmalar  baş 

vermişdir  və  bu  baxımdan,  ölkə  iqtisadiyyatının  məhsuldar  fəaliyyət  sahələrinin  inkişafının 

modelləşdirilməsi, bunlarla bağlı strateji hədəflərin reallaşdırılması proseslərinin sürətləndiril­

məsi vacib məsələlər kimi həllini gözləyir.

Ölkəmizdə  strateji  yol  xəritələrinin  gerçəkləşdirilməsi  istiqamətində  geniş  miqyaslı 

tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.  06 dekabr 2016-cı il tarixli “Milli iqtisadiyyat 

və  iqtisadiyyatın  əsas  sektorlan  üzrə  strateji  yol  xəritələrinin  təsdiq  edilməsi  haqqında” 

Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanında  qeyd  edilir  ki,  əsası  Azərbaycan 

xalqının  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən  qoyulmuş,  uzunmüddətli  dövr  üçün 

düşünülmüş  iqtisadi  siyasət  ölkədə  makroiqtisadi  sabitlik  və  dinamik  iqtisadi  inkişaf  üçün 

əsaslı  zəmin  yaratmışdır.  Nəticədə  geniş  sahibkarlar  təbəqəsi  fonnalaşmış,  ölkənin  sosial- 

iqtisadi  inkişafında  özəl  sektorun  rolu  daha  da  artmış  və  ümumdünya  iqtisadi  sisteminə 

inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur[l].  Buna görə  də yaranmış şərait­

dən  tam  mənada  faydalanmaq,  tarixi  şansları  dəyərləndirməklə  milli  iqtisadiyyatın  artım 

potensialından  daha  səmərəli  istifadənin  təmin  edilməsi  üçün  strateji  tədbirlərin  həyata 

keçirilməsi  prosesləri  intensivləşdirilməlidir.  Belə  ki,  strateji  yol  xəritələri  heç  də  sadə  bir 

sənəd  deyildir,  bu  sənədlərdə  ölkə  iqtisadiyyatının  mühüm  fəaliyyət  sahələri,  əsasən  qeyri- 

neft sektoru  sahələri  üzrə  inkişafın  prioritet  istiqamətləri  müəyyənləşdirilmiş,  tətbiq edilməsi 

məqbul  hesab  olunan  iqtisadi  inkişaf  təmayülləri  və  təcrübəsindən  istifadə  olunması 

məqsədəuyğun hesab edilən dünya iqtisadi inkişaf modellərinin mühüm aspektləri xarakterizə 

olurımuş,  təhlillər  aparılmış,  müqayisələr  edilmiş,  əsaslandırılmalar  aparılmaqla  prioritet

84



Bazar iqtisadiyyalmm inkişaf istiqamətləri

Audit №  1,2017

fəaliyyət sahələri üzrə strateji hədəflər göstərilmişdir. Strateji yol xəritəsinin yazılmasında 400 

nəfərə  qədər  xarici  və  yerli  ekspert  birbaşa  iştirak  edib.  Bununla yanaşı,  sənədin  yazılması 

üçün  4  min  nəfərlə  150-yə  qədər  görüş  keçirilib.  Yerli  və  xarici  akademik  dairələr,  təhsil 

müəssisələri,  özəl  sektor  və  vətəndaş  cəmiyyətinin  nümayəndələri  tərəfindən  1000-dən  çox 

yazılı  təklif verilib.  Strateji  yol  xəritəsinin  hazırlanmasında Nobel  mükafatçılarından  başla­

mış,  Azərbaycanın  sadə  vətəndaşlanna  qədər  ən  müxtəlif insanlarla  müzakirələr  aparılıb... 

Apanlan  inklüziv  müzakirələr  Strateji  yol  xəritəsinin  həqiqətən  də  mükəmməl  bir  sənəd 

olmasını  təmin  edib[2].  Bu  baxımdan,  milli  iqtisadiyyatın  müxtəlif  sahələri  üzrə  strateji 

hədəflərin  reallaşdıniması  üçün  əlverişli  şərait  və  işgüzar,  məhsuldar  mühitin  formalaşdırıl­

dığım  qeyd  etmək  mümkündür.  Yaxın  perspektivdə,  xüsusilə  qeyri-neft  sektoru  sahələrinin 

inkişafının modelləşdirilməsində  əsaslı  irəliləyişlərin əldə  ediləcəyinə  inam böyükdür,  amma 

bunun üçün milli  iqtisadiyyatın kompleks  və  sistemli  inkişafı,  həm  də  davamlı  iqtisadi  inki­

şafı təmin edilməlidir. Nobel  mükafatı  laureatı  Paul  Kruqmanm fikrincə,  milli  iqtisadiyyatın 

davamlı  inkişafının təmin edilməsi məqsədilə təbii  və iqtisadi  resurslardan istifadənin maksi­

mum  effektivliyi,  bunlarla  bərabər  milli  iqtisadiyyatın  strukturunun  diversifıkasiyalaşdırıl- 

ması,  milli  iqtisadiyyatın  müxtəlif  sahələrinin  fəaliyyətinin  yüksək  texnologiyalar  əsasında 

təkmilləşdirilməsi  bütövlükdə  iqtisadi  inkişafın  sürətlənməsinə  səbəb  ola  bilər  [3,s.9].  Digər 

tərəfdən,  ölkənin  iqtisadi  inkişaf  potensialının  daha  səmərəli  istifadə  edilməsi,  resurs 

potensialı  yüksək  olan  iqtisadiyyat  sahələrinin  inkişafının  sürətləndirilməsi,  milli  iqtisadi 

sistemin  praktiki  mexanizmlərinin  yenilənməsi  son  nəticədə  milli  iqtisadi  inkişaf modelinə 

müsbət  təsir  göstərəcək  və  ölkə  iqtisadiyyatının  manevrlik  qabiliyyətini  artıracaqdır.  Buna 

görə  də,  iqtisadiyyatın  inkişafına,  dinamikliyinə,  ixrac  potensialının  yüksəlməsinə  imkan 

verən  üstün  inkişaf amilləri  nəzərə  alınmalı,  vergilərin  optimallaşdırılması  tədbirləri  həyata 

keçirilməli,  milli  iqtisadiyyatın müxtəlif sahələrinin  inkişafı üçün sabit maliyyə mənbələrinin 

formalaşdırılması  təmin  olunmalı  və  milli  iqtisadiyyatın  davamlı  inkişafına  adekvat  milli 

iqtisadi  siyasət və onun praktiki mexanizmləri  hazırlanaraq həyata keçirilməlidir[4].  Bunlarla 

bərabər,  milli  iqtisadiyyatın  inkişafının  sürətləndirilməsi  və  yeni  mexanizmlərin  tətbiqinin 

reallaşdırılmasına  tələb  olunan  maliyyə  vəsaitləri  balanslaşdırılmış  formada  baxılmalı,  milli 

iqtisadiyyatın əlavə dəyər yarada bilən və ixrac potensialı yüksək olan iqtisadiyyat sahələrinin 

inkişafına  üstünlük  verilməlidir[5].  Azərbaycanın  milli  iqtisadi  inkişaf  modelinin  xüsusiy­

yətlərini nəzərə  alsaq,  bu yuxarıda qeyd  edilənlərə rəğmən belə bir  fikrə  gəlmək olar ki,  son 

illərdə  qlobal iqtisadi  proseslərin təsirindən  ölkəmizin milli  iqtisadiyyatının  strukturunda üzə 

çıxmış zəif istiqamətlər ciddi təhlil  olunmalı, öyrənilməli, araşdırılmalı, hər bir problem üzrə 

müasir iqtisadi çağırışlar  və tələblər nəzərə  alınmaqla  iqtisadi  inkişaf mexanizmləri  hazırlan­

malı,  fəaliyyət  alətləri  yeniləqməli,  bu  sahələrə  yerli  maliyyə  resursları  ilə  bərabər,  xarici 

kapitalın cəlb edilməsinə, həmçinin xarici  investorların bu sahələrə gəlməyinin stimullaşdırıl- 

masına  ciddi  zərurət  qalmaqdadır  [6;7;8].  S.Cefri  bildirir  ki,  milli  iqtisadiyyatın  müxtəlif 

sahələrinin  investisiya  cəlbediciliyinin  təmin  edilməsi  üçün  dəstək  mexanizmləri  obyektiv 

reallıqlara söykənməlidir.  Bu sırada bir sıra mühüm tədbirlərin görülməsinə,  o cümlədən döv­

lətin  özəl  sektora  investisiyalarının  artırılmasına,  biznes-kapital  mühitinin  fəallaşdırılmasına 

və s. tədbirlərin görülməsinə ehtiyac vardır[9]. Eyni zamanda milli iqtisadiyyatın ixracyönüm- 

lü iqtisadiyyat sahələrinin inkişafının intensivləşdirilməsi  üçün,  qarşılıqlı  fəaliyyət elementlə­

rinin  baxılması  və  dəyərləndirilməsi  vacib  amillərdəndir.  Bu  qəbildən  olan  mexanizmlərlə  - 

sahə  və  beynəlxalq  mühit  arasındakı  tarazlıq  mexanizmi,  sahə  və  milli  iqtisadiyyat,  sahə  və 

fəaliyyət  mühiti  arasındakı  tarazlıq  mexanizmləri,  rəqabət  qanununun  hərəkət  və  iqtisadi 

tsikllər mexanizmləri,  multiplikativ mexanizm,  kapitalın  gəlirə çevrilməsi  və  gəlirin kapitala 

çevrilməsi mexanizmi və dövlət tənzimlənməsi mexanizmlərinin təsiri və xüsusiyyətləri daxil-

85



Bazar iqtisadiyyatının inkişaf istiqamətləri

Audit № 1,2017

dirlər[10].  Bu  məsələlər  əvvəldə  qeyd  etdiyimiz  kimi  sistemli  yanaşma  və  ardıcıl  sürətdə 

məqsədli  tədbirlərin reallaşdmlmasmı  tələb edir.  Belə  ki,  davamlı  iqtisadi  inkişaf prosesləri­

nin təşkili, maliyyələşdirilməsi, bunlarla bağlı səmərəli fəaliyyət istiqamətlərinin müəyyənləş­

dirilməsi, həmçinin  dövlət tənzimlənməsi mürəkkəb proseslərdir və bunlarla əlaqədar olaraq 

strateji  aspektlərin ciddi  nəzərə  alınması  vacib  şərtlərdəndir.  Bundan  əlavə,  ölkənin ayn-ayn 

regionlan arasında iqtisadi disporsiya fərqi davamlı iqtisadi inkişaf proseslərində özünü ciddi 

şəkildə  büruzə  verir.  Digər  tərəfdən,  analoji  vəziyyət  investisiya  fəallığı  üçün də  xarakterik- 

dir[ll].  Qeyd  olunan  problemlər  həll  edilmədən  milli  iqtisadiyyatın  davamlı  inkişafına  nail 

olmaq  xeyli  çətinləşər,  ayn-ayn  iqtisadiyyat  sahələrinin  inkişafımn  səmərəli  modelləşdiril­

məsi tədbirləri isə effekt verməz və s.  Eyni zamanda, milli iqtisadiyyat sahələrinin inkişafının 

səmərəli  modelləşdirilməsi  üçün,  milli  iqtisadiyyatıq  inkişafında  ölkənin  resurs  potensialın­

dan, əsas təbii ehtiyatlarından, maddi sərvətlərdən, ümumi şəkildə iqtisadi resurslardan səmə­

rəli  istifadə uzun müddətə proqnozlaşdınlmalı və praktiki tətbiq  alətləri  hazırlanmalı, həyata 

keçirilməlidir  [12].  Xüsusilə,  müasir  dövrdə  dünya  bazarlanndakı  qeyri-sabitlik,  maliyyə 

resurslarına  çıxışın  zəifləməsi,  iri  kapitalın  hərəkətinin  çətinləşməsi,  ölkələrarası  iqtisadi 

əlaqələrdə  vəziyyətin  mürəkkəbləşməsi,  xarici  ticarətin  təşkilinin  modern  mexanizmlərinin 

yaradılmasına  ehtiyacın  yaranması,  innovatik  məhsullann  istehsalının  genişləndirilməsinin 

obyektiv tələb kimi  qalması, yeni yanaşmalar, yeni mexanizmlər, xüsusilə milli iqtisadiyyatın 

inkişafına effektiv  metodoloji  yanaşmalann müəyyənləşdirilməsinə  zərurəti  ortaya çıxarmış­

dır.  Bu  halda,  milli  iqtisadiyyatın  inkişafına təsir  edən  əsas  amillərin  müəyyənləşdrilməsinə 

metodoloji  yanaşma  zamanı  bunlara,  yəni  iqtisadi  artım  və  iqtisadi  inkişaf  anlayışlarının 

müqayisəli  təhlilinə  və  bir-birinə  təsirinə,  iqtisadi  artımın  kəmiyyət  və  keyfiyyətinin  müəy­

yənləşdirilməsinə,  iqtisadi  artımın  dö'/lətin  sosial-iqtisadi  siyasətinin  tərkib  hissəsi  kimi 

olmasına ciddi  fikir verilməsi  məqsədəuyğun hesab  olunur  [13].  Azərbaycan  iqtisadiyyatının 

inkişafında  bu  kimi  problemlərin  və  tendensiyaların  təsirini  araşdıran  A.Hacıyev  bildirir ki, 

müasir  dövrün  əsas  vəzifələri  iqtisadiyyatın  diversifikasiyalaşdırılmasmm  sürətləndirilməsi, 

gələcək illərdə qeyri-neft sektoru sahələrinin neft gəlirlərindən asılı olmayaraq yüksək inkişaf 

tempinin təmin edilməsi, rəqabətqabiliyyətliliyinin artmlması və  ixrac imkanlanmn genişlən­

dirilməsindən ibarətdir[14].

Qeyd edək ki, son dövrlərdə əksər dünya ölkələrində milli iqtisadiyyatın inkişaf model­

lərinin təkmilləşdirilməsi və yenilənməsi prosesləri  sürətlənməkdədir.  Bundan əlavə, regional 

iqtisadi  birliklərin,  dünya ölkələrinin ticarət və kooperasiya əlaqələrinin genişləndirilməsində 

əhəmiyyətli  rol  oynayan  ticarət  sazişlərinin  yenidən  baxılması,  təkmilləşdirilməsi,  daha 

səmərəli  və  qlobal  təhlükələrdən  qoruna  biləcək  iqtisadi  mexanizmlərin,  iqtisadi  sistemin 

təşkilinə  səylər göstərilməkdədir.  Bu proseslər təbiidir, ağır dünya maliyyə  böhranı, dünyada 

baş verən qlobal dəyişikliklər, Avropa Birliyi ölkələri ilə Böyük Britaniya və ABŞ arasındakı 

ənənəvi  azad  ticarət  siyasətindəki  deformasiyalar.  Böyük  Britaniyanın  Avropa  Birliyindən 

çıxması  prosesinin  sürətlənməsi,  ABŞ-m  digər  dünya  ölkələrinə  qarşı  iqtisadi  siyasətindəki 

tendensiyalar,  iri  kredit  və  maliyyə  resurslanna  çıxışın  məhdudlaşması  fonunda  hər  bir 

ölkənin, 

0  cümlədən  Azərbaycanın iqtisadi  siyasətində təkmilləşdirilmələrin aparılması, yeni 

mexanizmlərin hazırlanması  problemləri yaranmışdır. Bunlarla əlaqədar olaraq, bir sıra ümu- 

miləşdirmələr diqqət çəkir və bunlara müvafiq tədbirlərin kompleks  həyata keçirilməsi  təklif 

olunur:


-  Milli  iqtisadi>'yatın  inkişafının  müasir  çağırışlar  və  qlobal  iqtisadi  dəyişikliklər 

fonunda  yeni  mexanizmlər  və  alətlər  hesabına  modelləşdirilməsi  obyektiv  reallıqdan  irəli 

gəlir;

-  .Milli iqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə qeyri-neft sektoru sahələrinin strateji



86


Bazar iqtisadiyyatının inkişaf istiqamətləri

Audit №  1,2017

yol  xəritələrində  nəzərdə  tutulan  strateji  hədəfləri  əsas  götürülməklə,  davamlı  və  sürətli 

inkişafının  təmin  edilməsi  üçün  kompleks  tədbirlərin  görülməsi  reallaşdmlmalı  və  bunlarla 

bağlı bütün strateji aspektlər ciddi dəyərləndirilməlidir;

-  Azərbaycanda  qeyri-neft  sektoru  sahələrinin  inkişafının  səmərəli  modelləşdirilməsi, 

onlann  rəqabətqabiliyətliliyinin,  ixrac potensialının  artıniması  üçün bu  sahələrin  davamlı  və 

etibarlı  maliyyələşdirilməsi  təmin  olunmalı,  xarici  investisiyalann  cəlbinin  sürətləndirilməsi 

məqsədilə  əlavə  tədbirlər  görülməli,  stimullaşdmcı  mexanizmlər  tətbiq  olunmalı,  dünya 

bazarlanna  çıxarılması  üçün  yüksək  standartlara  malik  ixracyönümlü  mal  və  məhsullann 

çeşidi genişləndirilməlidir və s.

Ədəbiyyat siyahısı:

1.  Milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə  Strateji  Yol  Xəritələrinin 

təsdiq  edilməsi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı.  Bakı  şəhəri,  6 

dekabr 2016-cı il. http://www.president.az.

2.  Strateji yol xəritəsi təsdiqləndi, http://www.iqtisadiislahat.org.

3.  Krugman  Paul.  Development,  Geography  and  Economic  Theory.  The  MİT  Press. 

Cambridge, Massachusetts London, England.  1995. -118 p.

4.  Brendan  O.,  Terence  H.,  David  H.,  Patrick  L.  Searching  for the  Inclusive  Growth 

Tax  Grail:  The  Distributional  Impact  of Growth  Enhancing  Tax  Reform  in  Ireland  //The 

Economic  and  Social  Review,  by  Thomson  Reuters,  Web  of  Science  Impact  Factor: 

0,522.VoI. 47, No.  1, Spring, 2016, P.  155-184.

5.  Gerard T., Darragh  F.,  Stephen Me.  A Needs  and  Resources Assessment of Fiscal 

Ecualisation  in  the Irish  Local  Government  System // The  Economic  and  Social  Review,  by 

Thomson Reuters, Web of Science Impact Factor: 0,522. Vol. 46, No. 3, P. 459-484.

6.  Əliyev  Ş.T.  Sumqayıt  sənaye  mərkəzi:  mövcud  potensialdan  istifadə,  modernləş­

dirmə və müasirləşdirmə prioritetləri. Bakı:  «Elm və təhsil», 2012.-196 s.

7.  Алиев  Ш.Т.  Проблемы  и  пути  развития  ненефтяных  секторов  экономики 

Азербайджана  в  нынешних  условиях  //Germany,  Leipzig.  International  Scientific  Confe­

rence economy and society: modem foundation for human development. October 31-th, 2016. 

Proceedings of the Conference. Part I.-P.38-40.

8.  Əliyev  Ş.T.  Milli  iqtisadiyyatın  inkişafının  sürətləndirilməsində  sənaye  klasterlə- 

rinin tətbiqini şərtləndirən amillər //Audit jurnalı, № 4, 2015.-S.73-79.

9.  Сакс Д. Джеффри.  Экономика устойчивого развития, http://www.inosmi.ru.

10.  Щербенко Е.В.  Вопросы экономической теории.  Макроэкономика//Проблемы 

современной экономики, №3(27), 2008. http://www.m-economy.ru.

11.  Мельников  Р.М.  Теория  и  механизм  регулирования  пропорций  пространст­

венного развития национальной экономики. Дисс. д-ра экон. наук. Москва, 2008.-332 с.

12.  Васильева А.С. Обеспечение экономической безопасности устойчивого разви­

тия национального хозяйства России. Дисс. канд. экон. наук. Москва, 2013. -  220 с.

13.  Александрова  Е.Н.  Система  факторов  экономического  роста  национальной 

экономики. Дисс. канд. экон. наук. Краснодар, 2004.-199 с.

14.  Гаджиев  А.В.  Развитие  ненефтяного  сектора  экономики  Азербайджана 

//Журнал Актуальные вопросы экономических наук. Выпуск №50-2, 2016.-С.  86-91.

87



Bazar iqtisadiyyatının inkişaf istiqamətləri

Audit №  1,2017



Kazımova Ə.X.  i.ü.f.d.

Azsrbaycan Dövlət İqtisad Universiteti

X Ü L A S Ə

AZƏRBAYCANDA QEYRİ-NEFT SEKTORU SAHƏLƏRİNİN İNKİŞAFININ 

MODELLƏŞDİRİLMƏSİNDƏ STRATEJİ ASPEKTLƏR

Məqalədə Azərbaycanda qeyri-neft sektoru sahələrinin inkişafınin modelləşdirilməsində 

strateji  aspektlər  tədqiq  olunmuşdur.  Bu  məqsədlə  milli  iqtisadiyyatın  formalaşması  və 

inkişafında  qeyri-neft  sektorun  sahələrin  rolu  üzrə  təhlillər  aparılmışdır.  Qeyri-neft  sektoru 

sahələrin  xüsusiyyətləri  və  mühüm  aspektləri  qiymətləndirilmişdir.  Milli  iqtisadiyyatın 

davamlı inkişafımn təmin edilməsində qeyri-neft sektora sahələrin strateji inkişaf istiqamətləri 

baxılmışdır.

Məqalənin  sonunda  müasir  iqtisadi  çağirişlar  kontekstində  Azərbaycanda  qeyri-neft 

sektoru sahələrinin inkişafinin modelləşdirilməsində strateji aspektlərə dair bir sıra təkliflər və 

tövsiyələr verilmişdir.



Кязимова A.X  д.ф.п.э.

Азербайджанский Государственный 

Экономический  Университет

Р Е З Ю М Е

СТРАТЕГИЧЕСКИЕ АСПЕКТЫ МОДЕЛИРОВАНИЯ РАЗВИТИЯ СФЕРЫ 

НЕНЕФТЯНЫХ СЕКТОРОВ В АЗЕРБАЙДЖАНЕ

В  статье  исследованы  стратегические  аспекты  моделирования  развития  сферы 

ненефтяных секторов в Азербайджане в современных услови<ос.  С этой  целью анализи­

рована  роль  сферы  ненефтяных  секторов  в  формировании  и  развитии  национальной 

экономики.  Оценены важные аспекты и особенности сферы ненефтяных секторов.  Рас­

смотрены  стратегические  направления развития  сферы  ненефтяных  секторов в  обеспе­

чении устойчивого развития национальной экономики.

В  конце  статьи  даны  предложения  и  рекомендации  по  стратегическим  аспектам 

моделирования развития еферы ненефтяных секторов в Азербайджане.

Kazimov АХ.  Dr.Ph.  ofecon.

Azerbaijan State Economic University

S U M M A R Y

STRATEGIC ASPECTS OF MODELING DEVELOPMENT OF SPHERE THE NON­

OIL SECTOR IN AZERBAIJAN

The  sphere  of  the  strategic  aspects  of  modeling  development  the  non-oil  sector  in 

Azerbaijan in modern conditions is explored in the article.  The role of the  sphere of the non­

oil  sectors  in the formation and development of the national  economy  are  analyzed with this 

purpose.  The  important  aspects  and  features  of  the  sphere  o f  the  non-oil  sectors  are 

appreciated.  The  strategic  directions  of development  of the  sphere  of non-oil  sectors  in  the 

sustainable development o f the nati orsal economy are considered.

The  suggestions  and  recommendations  on  the  strategic  aspects  of modeling  develop­



ment of the sphere of non-oil sector in Azerbaijan are given at the end of the article.

88

Yüklə 264,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə