Uot 004. 65: 006. 72: 80 Qurbanova Ə. M



Yüklə 127,45 Kb.

tarix04.11.2017
ölçüsü127,45 Kb.


İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

       www.jpis.az                                                                      87 



 

UOT 004.65:006.72:80 

Qurbanova Ə.M. 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

afruz@iit.ab.az 

 

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN DİLİNƏ TERMİNOLOJİ 



TƏHLÜKƏLƏR HAQQINDA 

Məqalədə  “dil  sisteminin  təhlükəsizliyi”  anlayışı  milli  təhlükəsizlik,  informasiya  təhlükəsizliyi, 

dili seçmə müstəqilliyi və dil siyasəti problemləri kontekstində təhlil olunmuşdur. Hazırda gedən 

qloballaşma  prosesinin  dünya  dillərinə  təsiri  və  beynəlxalq  təşkilatlar  tərəfindən  dillərin 

qorunması  ilə  bağlı  bir  sıra  mühüm  sənədlərin  qəbul  olunması  məsələlərinə  toxunulmuşdur. 

Müasir  dövrdə  dünya  dillərinin  terminologiyası  sahəsində  mövcud  problemlər  araşdırılmış  və 

onların  həlli  yolları  müəyyənləşdirilmişdir.  Azərbaycan  dilinin  qorunması  və  inkişafı 

istiqamətində  dövlət  tərəfindən  atılan  addımlar  önə  çəkilmişdir.  Virtual  məkanda  Azərbaycan 

dilinin təsbit olunması və onun terminoloji bazasının qorunması ilə əlaqədar bir sıra tövsiyələr 

verilmişdir. 

Açar sözlər: dil sisteminin təhlükəsizliyi, dil siyasəti, çoxdillilik, birdillilik, beynəlxalq termin. 

Giriş 

XX  əsrin  ikinci  yarısı  və  XXI  əsrin  əvvəlləri  qloballaşmanın  yüksək  səviyyəsi  ilə 

xarakterizə olunur. Bu dünyada  geosiyasi  və sosial-mədəni  vəziyyətin kəskin  dəyişilməsi,  eyni 

zamanda, iqtisadi inkişafın yüksək tempi, istehsalın və texnologiyanın yüksəlişi

 

ilə əlaqədardır.



 

Cəmiyyətin  inkişafının  müasir  mərhələsində  qloballaşma  ümumdünya  iqtisadi,  siyasi  və 

mədəni  inteqrasiya  və  unifikasiya  proseslərini  özündə  əks  etdirir.  Sərhədlərin  açılması  və 

genişlənməsi  xalqların  mədəni  həyatında  əhəmiyyətli  dəyişikliklərə,  mədəniyyətlərarası 

əlaqələrin  genişlənməsinə  səbəb  olmuşdur.  Qloballaşma  prosesinin  və  mədəniyyətlərarası 

kommunikasiyanın sürətlənməsi ilə milli dildə də dəyişikliklər baş verir. İlk növbədə, dəyişiklik 

dilin leksik tərkibinə, əsasən də, milli və xarici sözlərin qarşılıqlı münasibətlərinə aiddir [1].  

Belə  bir  dövrdə  dilin  qorunması,  onun  leksik  tərkibinin  yad  sözlərlə  doldurulmasının 

qarşısının alınması, bu istiqamətdə müəyyən məsələlərin həlli vacibdir. 

Tədqiqat  işində  əsas  məqsəd  qloballaşma  şəraitində  Azərbaycan  dilinin  terminoloji 

bazasına təhlükələrin müəyyənləşdirilməsi və müvafiq təklif və tövsiyələrin verilməsidir. 

Bu  məqsədlə  təhlükəsizliyin  digər  növləri  ilə  yanaşı,  dil  sisteminin,  dilin  təhlükəsizliyi 

müxtəlif aspektlərdən təhlil olunmuşdur. Dil üçün əsas təhlükələr göstərilərək, dil siyasətinin bu 

təhlükələrin aradan qaldırılmasında rolu müəyyənləşdirilmişdir. 

Qloballaşma  prosesinin  dünyadakı  dillərə  təsiri,  dillərin  qorunması  istiqamətində 

YUNESKO  tərəfindən  həyata  keçirilən  bir  sıra  layihə  və  proqramlar,  qəbul  edilən  mühüm 

sənədlər  təhlil  edilmişdir.  Bu  qurumun  tərəfindən  “Dillərin  yaşama  qabiliyyəti  və  yox  olması” 

sənədi  və  “Yox  olmaq  təhlükəsi  altında  olan  dillərin  Atlası”nın  işlənilməsi  dillərin  qorunması 

istiqamətində mühüm addımdır. 

Məqalədə dilin virtual məkanda təsbit olunması dilin qorunması və inkişafı istiqamətində 

əsas  məsələlərdən  biri  kimi  qiymətləndirilərək,  İnternetdə  dillərin  reytinq  cədvəli  verilmişdir. 

Həmçinin  Azərbaycan  dilinin  qorunması  istiqamətində  dövlət  tərəfindən  atılan  addımlar  önə 

çəkilərək, dilimizin istifadə olunma arealının və virtual məkanda yayılmaq imkanlarının kifayət 

qədər geniş olması təhlil edilmişdir.  

Dilin qorunması və inkişafı istiqamətində qarşıda duran vəzifələrin həyata keçirilməsində 

terminologiya  fəaliyyətinin  mühüm  missiya  daşıdığı,  elmi-texniki  tərəqqi  ilə  terminologiyanın 

daim inkişaf etdiyi, yeniləndiyi önə çəkilmiş, son zamanlar dünya dillərinin terminologiyasında 

baş  verən  proseslər  təhlil  olunmuş,  terminologiya  fəaliyyətinə  informasiya  texnologiyaları 

mövqeyindən yanaşmanın zəruriliyi əsaslandırılmışdır. 



İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

88                                                                  www.jpis.az 



 

Azərbaycan  dilinin  tətbiqi,  inkişafı  və  digər  problemlərinin  həlli  istiqamətində  təklif  və 

tövsiyələr verilmişdir. 

Dil sisteminin təhlükəsizliyi 

Təhlükəsizlik termini  altında mürəkkəb sistemin  elə vəziyyəti başa düşülür ki,  bu zaman 

daxili  və  xarici  faktorların  fəaliyyəti  sistemin  pisləşməsinə  və  ya  onun  fəaliyyətinin  və 

inkişafının qeyri-mümkünlüyünə gətirmir. Təhlükəsizlik - şəxsiyyətin, cəmiyyətin, təşkilatın və 

s. mühüm həyati maraqların potensial və real mövcud təhlükələrdən müdafiə olunması və ya belə 

təhlükələrin  olmaması  halıdır.  Təhlükəsizliyin  bir  sıra  növləri  var:  şəxsi

 

təhlükəsizlik,  milli 



təhlükəsizlik,  iqtisadi  təhlükəsizlik,  sosial  təhlükəsizlik,  siyasi  təhlükəsizlik,  ekoloji 

təhlükəsizlik,  informasiya  təhlükəsizliyi,  hərbi  təhlükəsizlik,  beynəlxalq  təhlükəsizlik  və  s.  Dil 

sisteminin,  dilin  təhlükəsizliyi  -  nisbətən  yeni  anlayışdır,  elmi  ədəbiyyatda  sistemli  təsviri 

yoxdur.  Dil  sisteminin  təhlükəsizliyi  anlayışı  çox  hallarda  milli  təhlükəsizlik,  informasiya 

təhlükəsizliyi,  diliseçmə  müstəqilliyi  və  dil  siyasəti  problemləri  kontekstində  müzakirə  olunur 

[2].  Akademik  müzakirələrdə  dil  sisteminin  təhlükəsizliyi  -  ya  müxtəlif  növ  təhlükələr  üçün 

obyekt,  ya  da  təhlükəsizliyin  əldə  edilməsi  (dəstəklənməsi)  üçün  şərtdir.  Başqa  sözlə,  dilin 

özünün  təhlükəsizliyinin  qorunması  ilə  yanaşı,  onun  digər  növ  təhlükəsizliklərin  təmin 

olunmasında rolu da çox əhəmiyyətlidir.  

2001-ci ildə ABŞ-da baş verən 11 sentyabr hadisəsində urdu, hindi və s. dillərdə təcrübəli 

tərcüməçilərin  çatışmazlığı  Nyu-Yorkda  Ümumdünya  ticarət  mərkəzinə  hücumun  qarşısını 

almağa  mane  oldu.  Belə  ki,  dəhşətli  hadisənin  qarşısını  almağa  kömək  edə  biləcək  sənədlərin 

yaxşı tərcümə edilməməsi ABŞ-ın milli təhlükəsizliyinə xətər gətirdi. 

Fransada  1970-1980-ci  illərdə  ingilis  dilinin  qarşısıalınmaz  şəkildə  geniş  yayılması 

cəmiyyət tərəfindən doğma ana dilinin itirilməsi təhlükəsi kimi qarşılandı və 1994-cü ildə fransız 

dilinin qorunması haqqında qanun (J.Tubon qanunu) qəbul olundu. Parisin küçələrindən ingilis 

dilində lövhələrin çıxarılması, hətta ingilis şirkətlərinin adlarının fransız dilinə tərcümə olunması 

qərarı verildi.  

Müxtəlif ölkələrin (regionların) informasiya texnologiyaları və ya informasiya mənbəyinə 

qeyri-bərabər  çıxışı  və  ya  İnternetdə  təqdim  olunan  dili  (dilləri)  bilməməsi  İqtisadi  biliklərə 

əsaslanan cəmiyyət üçün təhlükə informasiya bərabərsizliyi yaradan saəbəblərdən biri sayılır. 

Hazırkı dövrdə dilin qorunması və inkişafı Avropa Birliyinin dil siyasəti kimi elan edilir. 

Bu  sahədə  müvəffəqiyyət  əldə  etməyin  əsas  yolu  birdən  çox  xarici  dilin  öyrənilməsi  və  dil 

öyrənilməsinin yetkin yaşlarda da davam etdirilməsidir. 

Dil üçün əsas təhlükə aşağıdakılardır: 

 



şifahi  və  yazılı  nitqin  xarici  sözlərlə  doldurulması,  belə  ki,  reklamda,  ticarət 

müəssisələrinin  adlarında,  məişətdə  və  peşəkar  ünsiyyətdə,  kütləvi  informasiya 

vasitələrinin  mətnlərində,  həmçinin  ictimai  və  siyasi  xadimlərin  rəsmi  çıxışlarında, 

televiziya  aparıcılarının  nitqində,  elmi  ədəbiyyatda  və  s.  yabançı  sözlərdən  istifadə 

olunması; 

 



nitqin kriminallaşması, nitqin kriminal dünyanın təmsilçiləri üçün xarakterik olan jarqon 

ifadələrlə həddən artıq doldurulması; Həm gənc, həm də yaşlı nəslin nümayəndələrinin, 

bəzən  rəsmi  şəxslərin  nitqlərində  təsadüf  edilir,  əsasən  onlayn  ünsiyyət  zamanı  dəb 

halını alır; 

 

əhalinin savadlılıq səviyyəsi və nitq mədəniyyətinin aşağı düşməsi, bu isə məktəblərdə 



ana dilinin tədrisinin aşağı düşməsi ilə əlaqədardır.  

Yuxarıda  sadalanan  problemlər  ölkənin  milli  birliyinin,  mənəvi  mədəniyyətinin  və 

intellektual potensialının dağılmasına səbəb olur, bu halda dilin təhlükəsizliyinin təmin olunması 

milli təhlükəsizliyin əsas məsələlərindən birinə çevrilir. 

Dil siyasətinin dilin meydana gələn təhlükələrdən qorunmasında böyük rolu var. Bu siyasət 

dövlətdə  və  cəmiyyətdə  dil  sisteminin  problemlərinin  həlli  üzrə  ideoloji  prinsip  və  praktiki 




İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

       www.jpis.az                                                                      89 



 

tədbirlərin məcmusu kimi müəyyən edilir. 

Beləliklə,  dil  sisteminin təhlükəsizliyi  –  çoxölçülü,  kompleks  anlayışdır  və  xüsusiyyətləri 

çox zaman ölkədə sosial linqvistik vəziyyətlə müəyyən olunur. 



Dünya dillərinin mövcud vəziyyəti və istifadə səviyyəsi 

Dünyada gedən qloballaşma prosesinin dünyadakı dillərə təsiri nəticəsində hazırda mövcud 

olan  təxminən  altı  mindən  çox  dilin  yarıdan  çoxu  yox  olmaq  təhlükəsi  ilə  üzləşib  [3].  İlkin 

olaraq,  bu  risk  qrupuna  kiçik  xalqların  dilləri  düşür.  Buna  görə  də  YUNESKO  yox  olmaq 

təhlükəsi ilə üzləşən dillərin ümumi vəziyyətini izləməyi və bu problemlərin aradan qaldırılması 

yollarını  araşdırmağı  qarşıya  məqsəd  qoymuşdur.  Çünki  ən  az  istifadə  olunan  dillər  də,  heç 

şübhəsiz  ki,  öz-özlüyündə  müəyyən  bir  mədəniyyətin  təzahürüdür.  Dünya  ictimaiyyətinin 

diqqətini bu problemə yönəltmək, həmçinin lazımi tədbirlər görmək məqsədilə YUNESKO-nun 

təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il 21 fevral “Beynəlxalq ana dili günü” kimi qeyd edilir.  

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  da  bu  təşəbbüsə  qoşulmuşdur.  Bu  günün  qeyd 

edilməsində əsas məqsəd dil və mədəniyyət müxtəlifliyinin müdafiəsi və qorunmasıdır. 

Bu  istiqamətdə  bir  sıra  sənədlər  –  “Mədəniyyət  müxtəlifliyinin  ümumi  Bəyannaməsi” 

(2001)  [4],  “Qeyri-maddi  mədəniyyət  irsinin  qorunması  üzrə  Konvensiya”  (2003)  [5], 

“Çoxdilliliyin  yayılması və istifadəsi və kiberməkana əlyetərlik üzrə Tövsiyə” (2003) [6] qəbul 

edilmişdir. 

Ümumiyyətlə,  dillər  yaşama  qabiliyyətinə  görə  müxtəlif  qruplara  bölünür.  Bəs  yox  olan 

növləri hansı meyar və prinsiplərə görə aşkarlamaq olar?  

2002-2003-cü  illərdə  YUNESKO  dillərin  yaşam  qabiliyyətinin  təyin  edilməsi  məqsədilə 

metodologiyanın  işlənilməsi  üçün  Beynəlxalq  Linqvistlər  qrupuna  müraciət  etdi.  Yox  olmaq 

təhlükəsi altında olan dillər üzrə ixtisaslaşmış bu ekspertlər qrupu “Dillərin yaşam qabiliyyəti və 

yox  olması”  adlı  sənədin  konsepsiyasını  işlədi.  Bu  və  ya  digər  dil  üzrə  təhlükənin 

qiymətləndirilməsi üçün aşağıdakı 9 meyar müəyyən olunmuşdur [7]: 

1.

 

dilin nəsildən-nəslə ötürülməsi; 



2.

 

cəmiyyətin doğma dilə münasibəti; 



3.

 

dilin istifadə sahəsi; 



4.

 

rəsmi statusu və istifadəsi  daxil olmaqla, verilən dilə münasibətdə dövlət siyasəti;  



5.

 

sənədlərlə əsaslandırmanın forma və keyfiyyəti; 



6.

 

yeni sahələrdə və KİV-də dilin istifadəsi; 



7.

 

dilin öyrənilməsi üçün materialın olması; 



8.

 

dil daşıyıcılarının əhalinin ümumi sayında payı; 



9.

 

dil daşıyıcılarının ümumi sayı. 



Ayrılıqda götürülmüş heç bir meyar hansısa bir dilin vəziyyəti haqqında qətiyyətli mühakimə 

yürütməyə  imkan  vermir.  Dilin  nəsildən-nəslə  ötürülməsi  əsas  sayılır,  digər  heç  bir  meyar  dilin 

qorunmasına  belə  təsir  etmir.  Bu  deyilənlərə  əsaslanaraq,  mütəxəssislər  bütün  mövcud  dilləri  altı 

qrupa  bölmüşlər  (Cədvəl  1).  Bütün  bunlar  YUNESKO  tərəfindən  2003-cü  ildə  qəbul  olunmuş 

““Dillərin yaşama qabiliyyəti və yox olması” adlı sənəddə öz əksini tapmışdır [8]. 

Hazırda mövcud olan dünya dillərindən 2473-ü axırıncı beş qrupa aiddir. Bu problemin daha 

əlverişli öyrənilməsi və həlli üzrə daha səmərəli iş aparılması üçün “Yox olmaq təhlükəsi altında olan 

dillərin  Atlası”  yaradılmışdır  (Şəkil  1).  Atlas  yox  olmaq  təhlükəsi  altında  olan  dillərin  hansı 

regionlarda  olmasını  görməyə  imkan  verir.  Məsələn,  2473  dilin  hamısı  xəritədə  göstərilib,  bu 

layihədən istifadə etməklə qrupların hər birinin ayrı-ayrılıqda coğrafi mövqeyinə baxmaq olar [9].  

Dünya  üzrə  dillərin  ən  çox  sıradan  çıxdığı  regionlar  Avstraliyanın  şimal  hissəsi,  Cənubi 

Amerikanın  mərkəzi,  Oklahoma  və  ABŞ-ın  cənub-qərbi,  Sakit  okeanın  şimal-qərb  hissəsi  və 

Şərqi Sibirdir [10]. 

Bu  problemlərin  həlli  istiqamətində  görülən  tədbirlərdən  biri  də  virtual  məkanda 

mədəniyyət və dil müxtəlifliyinin qorunması məqsədi ilə çoxdilliliyin inkişafının dəstəklənməsi 



İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

90                                                                  www.jpis.az 



 

və stimullaşdırılmasıdır [11]. 

Cədvəl 1. 

Dillərin yaşama qabiliyyəti və yox olması 



Təhlükənin 

dərəcəsi 

Sinif 

Nəsildən nəslə ötürülmə 

Təhlükəsizdir 

Dildə  bütün  əhali  danışır,  dilin  nəsildən  nəslə  ötürülməsi 



kəsilməzdir 

Zəifdir, boşluqlar 

var 



Uşaqların  çoxu  ana  dilində  danışır,  lakin  dil  bəzi  yerlərdə 



məhdudlaşa bilər (məsələn, evdə) 

Yox olmaq təhlükəsi 

var 



Uşaqlar dili evdə ana dili kimi öyrənmirlər 



Yox olmaq 

həddindədir 

Dildə yalnız üçüncü nəslin nümayəndələri (nənə və babalar) 



danışır,  valideyinlər  dili  bilmirlər  və  öz  aralarında  və 

uşaqlarla bu dildə danışmırlar  

Yox olmaq təhlükəsi 

kritik həddədir 

Dilin ən gənc daşıyıcıları nənə və babalardır, onlar ana dilini 



zəif bilirlər və nadir hallarda bu dildən istifadə edirlər 

Yox olmuşdur 

Heç bir daşıyıcısı yoxdur 



Ümumiyyətlə, təbii fəlakətlər nəticəsində hər hansı bir xalqın tamamilə məhv olması, təhsil 

sistemində bu və ya digər səbəbdən doğma dildən yox, digər dildən  istifadə olunması, İKT-nin 

və  İnternetin  inkişafı  nəticəsində  virtual  məkanda  multidildən  monodilə  doğru  prosesin 

sürətlənməsi kimi səbəblər dillərin mövcud olmasına təhlükələr yaradır. 

Hal-hazırda İnternetdə ən çox istifadə olunan ilk 10 dilin reytinq göstəricisinə görə, ingilis 

dili 28,6%, çin dili 23,2%, ispan dili 7,9%, ərəb dili 4,8%, portuqal dili 4,3%, yapon dili 3,9%, 

rus  dili  3,1%,  alman  dili  2,9%,  fransiz  dili  2,8%,  malay  dili  2,7%  təşkil  edir  (Cədvəl  2). 

İnternetdə  istifadə  olunan  digər  dillərin  payına  isə  15,7%  düşür  [12].  Başqa  sözlə,  bu  proses 

zamanı bir neçə geniş istifadə olunan dil daha da böyük arealda yayılır, dünya xalqları arasında 

əsas ünsiyyət vasitəsinə çevrilir, eyni zamanda digər dilləri sıxışdırır. 

XXI  əsrdə  virtual  məkanda  dilləri  gözləyən  bu  problemlərlə  mübarizə  aparmaq,  onların 

həlli  üçün  səmərəli  və  təcili  tədbirlər  görmək  məqsədi  ilə  BMT  Baş  Assambleyası  2008-ci  ili 

Beynəlxalq Dillər İli elan etmişdir [13]. 

Azərbaycan dilinin qorunmasına dövlət qayğısı 

Bəs, Azərbaycan dilinin  qorunması, inkişafı üçün hansı  işlər görülmüş, hal-hazırda hansı 

layihələr həyata keçirilir? Dilimizin inkişaf etdirilməsi üçün bir sıra addımlar atılmışdır. Belə ki, 

ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi olan

 

ümummilli lider Heydər 



Əliyev  tərəfindən  bu  istiqamətdə  mühüm  əhəmiyyətə  malik  sənədlər:  “Dövlət  dilinin  tətbiqi 

işinin  təkmilləşdirilməsi  haqqında”  Fərman  (12  yanvar  2003-cü  il)  [14],  “Azərbaycan 

Respublikası Dövlət  Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” Sərəncam  (4 iyul 

2001-ci  il)  [15],  “Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqında” 

Fərman (9  avqust 2001-ci  il) imzalanmışdır [16]. Eyni  zamanda, ulu  öndər Heydər  Əliyevin  2 

yanvar 2003-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun 

(sentyabr 2002-ci il) [17] qüvvəyə minmiş, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas 

vəzifələri dəqiq müəyyənləşdirilmişdir. 




İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

       www.jpis.az                                                                      91 



 

 

Şəkil 1. Yox olmaq təhlükəsi altında olan dillərin Atlası 



 

Cədvəl 2.  

İnternetdə ən çox istifadə olunan dillər 

İnternetdə 

dillərin ilk 

onluğu 


Dil üzrə internet 

istifadəçiləri 

İnternetin 

yayılması  

(% əhali) 

İnternetdə 

istifadəçilərin artımı 

(2000 - 2013) 

Ümumdünya 

İnternet 

istifadəçiləri  

(%-lə) 


Dildə danışan 

dünya əhalisi 

(2014) 

İngilis 


800,625,314 

58.4% 


468.8% 

28.6% 


1,370,977,116 

Çin 


649,375,491 

46.6% 


1,910.3% 

23.2% 


1,392,320,407 

İspan 


222,406,379 

50.6% 


1,123.3% 

7.9% 


439,320,916 

Ərəb 


135,610,819 

36.9% 


5,296.6% 

4.8% 


367,465,766 

Portuqal 

121,779,703 

46.7% 


1,507.4% 

4.3% 


260,874,775 

Yapon 


109,626,672 

86.2% 


132.9% 

3.9% 


127,103,388 

Rus 


87,476,747 

61.4% 


2,721.8% 

3.1% 


142,470,272 

Alman 


81,139,942 

85.7% 


194.9% 

2.9% 


94,652,582 

Fransız 


78,891,813 

20.9% 


557.5% 

2.8% 


377,424,669 

Malay 


75,459,025 

26.6% 


1,216.9% 

2.7% 


284,105,671 

Dillərin ilk 

onluğu 

2,362,391,905 



48.5% 

696.1% 


84.3% 

4,856,715,562 

Digər dillər 

440,087,029 

19.0% 

585.2 % 


15.7 % 

2,325,143,057 

Dünyada cəmi 

2,802,478,934 

39.0% 

676.3 % 


100.0 % 

7,181,858,619 

 

Azərbaycan  dilinin  qorunması  istiqamətində  aparılan  işlərin  davamı  olaraq  Azərbaycan 



Prezidenti  İlham  Əliyev  tərəfindən  imzalanan  “Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi 

nəşrlərin  həyata  keçirilməsi  haqqında”  Sərəncamda  (12  yanvar  2004-cü  il)  latın  qrafikalı  yeni 

Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap 

olunaraq  istifadəyə  verilməsi  nəzərdə  tutulmuşdur  və  bu  sərəncam  milli  ədəbi  dilin  daha  da 

zənginləşməsi və dilçiliyin əsaslı inkişafı baxımından əhəmiyyətli olmuşdur [18]. Dövlət başçısı 

tərəfindən həmçinin 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın 

tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair  Dövlət  Proqramı"nın 



İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

92                                                                  www.jpis.az 



 

hazırlanması barədə Sərəncam imzalanmışdır [19]. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və 

inkişaf mərhələlərinə elmi-tarixi

 

rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud 



problemlər,  görülməli  olan  tədbirlər  öz  əksini  tapmışdır.  Bu  sənəddə  Azərbaycan  dilində  İnternet 

resurslarının  qıtlığının,  elektron  və  interaktiv  dərsliklərin  yoxluğunun,  Azərbaycan  dilini  öyrənən 

əcnəbidilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsinin, 

Sovet  dövründə  Azərbaycan  dilçilərinin  dünya  elmində  gedən  proseslərdən  təcrid  olunması  ilə 

ölkəmizdə dilçilik  sahəsindəki  nəzərəçarpan boşluğun  hələ də  aradan qaldırılmamasının  narahatlıq 

doğurduğu  qeyd  olunmuşdur.

 

Ölkə


 

Prezidentinin  2013-cü  il  9  aprel  tarixli  Sərəncamı  ilə  təsdiq 

olunmuş  “Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsinə  və 

ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində 

mühüm fəaliyyət sənədidir.

 

Dövlət proqramı 2013-2020-ci illər ərzində mənəviyyatımızın güzgüsü 



olan  ana  dilimizin  saflığının  və  zənginliyinin  qorunması  istiqamətində  bir  sıra  zəruri  tədbirlərin 

həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə 

dövlət qayğısının artırılması,  Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun 

istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə  yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, 

dilçiliyin  aparıcı  istiqamətlərində  fundamental  və  tətbiqi  tədqiqatların  inkişafına  yönəldilmiş 

yaradıcılıq  səylərinin  birləşdirilməsini  və  dilçiliyin  müasir  cəmiyyətin  aktual  problemləri  ilə 

əlaqələndirilməsini nəzərdə tutur. 

Dilin tətbiqi və inkişafına belə yüksək dövlət dəstəyinin mövcudluğu, dilimizin istifadə olunma 

arealının  kifayət  qədər  geniş  olması  onu  qətiyyən  belə  təhlükələrin  gözləmədiyini  göstərir.  Əlavə 

olaraq, virtual məkanda Azərbaycan dili daha da geniş yayılmaq imkanları qazanır.  



Azərbaycanda terminologiya sahəsində mövcud problemlər və onların həlli yolları 

Dilimizin qorunması, saflığının təmin olunması və inkişaf etdirilməsi istiqamətində qarşıda 

duran vəzifələrin həyata keçirilməsində terminologiya fəaliyyəti mühüm missiya daşıyır. Belə ki, 

əvvəllər Azərbaycanda terminoloji mühiti həm dövlət, həm də ictimaiyyət tərəfindən nəzarətdə 

saxlamaq  mümkün  idi.  Bunun  da  bir  sıra  səbəbləri  var  idi.  Həmin  vaxtlar  xarici  dillərdən 

Azərbaycan  dilinə  tərcümə  olunan  çap  materiallarının  sayı  çox  deyildi,  tərcümə  prosesi  ciddi 

şəkildə  nəzarətdə  idi  və  ölkə  daxilində  çap  olunan  materiallar  da  müxtəlif  səviyyəli 

ekspertizadan keçirilirdi. Digər tərəfdən, kütləvi informasiya vasitələrində (televiziyada, radioda 

və s.) verilən materiallar digər tələblərlə yanaşı, həm də terminoloji tələblərə cavab verməli idi, 

dilimizdə yad sözlər işlətmək böyük qəbahət sayılırdı [20].  

Son  zamanlar  ölkəmizdə  xarici  ölkələrə  məxsus  KİV-in  geniş  yayılması,  ən  başlıcası, 

İnternetin cəmiyyətin müxtəlif sferalarına sürətlə nüfuz etməsi, insanların müxtəlif bilik sahələrinə 

aid məlumatlardan istifadə etməsi nəticəsində azərbaycandilli terminoloji mühiti nəzarətdə saxlamaq 

çox  çətin  məsələyə  çevrilib.  Belə  bir  şəraitdə  dilin  terminoloji  bazasını  yad  sözlərdən  qorumaq, 

inkişaf  etdirmək,  bütün  dünya  azərbaycanlılarının  müraciət  etmək  imkanı  olan  bir  onlayn  resurs 

yaratmaq,  yeni  terminlərin  yaradılması  prosesinə  virtual  məkanın  imkanlarından  istifadə  etməklə 

interaktiv forumlar vasitəsilə geniş ictimaiyyəti cəlb etmək və s. mühüm vəzifələrdir. 

Cəmiyyətin bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi 

onun  leksik  səviyyəsi  ilə  bağlıdır.  Leksikanın  əsas  və  ən  fəal  bölmələrindən  biri  olan 

terminologiya elmi-texniki tərəqqi, qloballaşma ilə əlaqədar dəyişir, yenilənir. Beynəlxalq aləmə, 

Avropaya birbaşa çıxış dilin bütün səviyyələri ilə yanaşı, terminologiyaya da təsir göstərir [21].  

Son illər dilin alınma sözlərlə zənginləşməsi də təbii prosesdir. Dünyada elə bir dil yoxdur 

ki,  onun  lüğət  tərkibi  alınma  sözlərlə  zənginləşməsin.  Bu  prosesin  qarşısına  sədd  çəkmək, 

əslində,  inkişafdan  geri  qalmaq  deməkdir.  Amma  dilin  alınma  sözlərlə  lüzumsuz  yerə 

yüklənməsinə  də  yol  vermək  olmaz.  Alınma  sözlər  də  dilin  qrammatik  qayda-qanunlarına 

uyğunlaşmaqla bərabər, anlayışı dəqiq təyin etməlidir. 

Müasir dövrdə dünya dillərinin terminologiyası, ingilis dili istisna olunmaqla, unifikasiya 

olunur.  Bu  proses  xüsusən  informasiya  və  telekommunikasiya  sahəsində  aparılır.  Bu  səbəbdən 

milli  terminoloji  sistemlərin  elmi-texniki,  ictimai-siyasi  və  ya  kütləvi  informasiya  vasitələrinin 



İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

       www.jpis.az                                                                      93 



 

terminologiyası olmasından asılı olmayaraq, “olum və ya ölüm” problemi ortaya çıxır [22]. 

Elmi-informasiya  və  ictimai-siyasi  terminologiya  sahəsində  ən  yaxşı  halda  beynəlxalq 

terminlərə müraciət olunur, pis halda isə daha iri qonşu xalqa və ya ənənəvi dilə müraciət olunur.  

Hökmranlıq edən dillərin doğma dili sıradan çıxarmaq kimi təsirlərindən qaçılması, milli dilin 

elmi  və  ictimai-siyasi  həyatın  bütün  sahələrində  mübadilə  vasitəsinə  çevrilməsi  üçün  dövlət 

tərəfindən hansı addımlar atılmalıdır?  

İnformasiya  vasitələrinin  iqtisadi  qloballaşması  və  texniki  imkanları  şəraitində  ayrı-ayrı 

xalqların dil seçmə xüsusiyyətini qorumaq olarmı? 

Dil  seçmə  müstəqilliyinin  qorunmasına  can  atmaq  lazımdır,  yoxsa  qloballaşma  prosesinin 

mövcud reallıqlarını, bütün dillərdə elmi-texniki, ictimai-siyasi terminologiyanın birləşməsini etiraf 

etmək lazımdır?  

Dünyada ingilis dili və əlavə oaraq bir neçə dil beynəlxaq kommunikasiya və elmi-informasiya 

mübadiləsi  dili  sayılır.  Avropa  və  Asiyanin  inkişaf  etmiş  ölkələrinin  dilləri  olan  fransız,  alman, 

yapon,  çin dilləri belə ingilis dili ilə rəqabət  apara bilmir.  Beləliklə, dünyada terminin  qarşılığının 

seçilməsi məsələsinin həlli üçün iki istiqamət var. Birinci istiqamət  - beynəlxaq terminin milli dilə 

dəyişdirilmədən  gətirilməsi.  İkinci  istiqamət  -  beynəlxaq  terminin  milli  terminlə  tam  əvəzlənməsi. 

Hər  iki  halın  öz  təhlükələri  var.  Azərbaycanın  müvafiq  qurumları,  eləcə  də,  AMEA-nın  müvafiq 

elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin nəticələrinə  görə, xarici dildə olan terminin  Azərbaycan 

dilində  qarşılığının  seçilməsi  istiqamətində  müsbət  işlər  görülür.  Elmi  mətnlərdə  beynəlxalq 

terminlərdən istifadə oluna bilər, lakin geniş istifadədə terminin qarşılığına üstünlük verilir.  

Yuxarıda deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, müasir şəraitdə son elmi naliyyətləri 

əks  etdirən  elmi-informativ  fikrin  inkişafını  təmin  edə  bilməyən  dillər  üçün  ümumi  bir  dildən  – 

beynəlxalq  mübadilə  dilindən  istifadə  etmək  səmərəlidir.  Müasir  dünyada,  bu,  reallıq  kimi  qəbul 

olunmasa da, belədir.  

Hazırkı  dövrdə  hər  hansı  bir  informasiya  əldə  etmək  üçün  əlverişli  vasitə  informasiya 

texnologiyalarıdır.  Bunu  nəzərə  alaraq  İnternet  resursları  daha  da  zənginləşdirilməli,  dilimizin, 

mədəniyyətimizin,  ədəbiyyatımızın,  musiqimizin  qorunması,  inkişafı  və  təbliği  üçün  yeni-yeni 

saytlar yaradılmalıdır.  

2001-ci ildən fəaliyyətə başlayan nəhəng Vikipedia virtual ensiklopediyası hazırda milyonlarla 

informasiya resursunu özündə birləşdirir. Portalda 286 dildə 35 milyon məqalə və 25 milyon şəkil, 

audio-video  materiallar  (Vikipedianın  Commons  anbarında  25  milyon  media-fayl  saxlanılır) 

toplanmışdır. Bu virtual ensiklopediyada qeydiyyatdan keçmiş istifadəçilərin sayı 60 milyona yaxın, 

ümumi istifadəçilərin sayı isə 300 milyondur. Bir ayda, orta hesabla, bütün dünya üzrə həmin portala 

4 milyard müraciət olunur [23]. 

Bu  gün  dünyanın  müxtəlif  ölkələrində  yaşayan  50  milyondan  çox  azərbaycanlı  doğma  ana 

dilimizin inkişafı və bütün dünyada tanınması üçün fəal işlər görməli, onun qorunması üçün əməli 

addımlar atmalıdır.  



Nəticə 

Qeyd  etdiyimiz  kimi,  əvvəllər  dilimiz  qapalı  informasiya  mühitinin  hesabına  qoruna 

bilirdi.  İndi  isə  informasiya  mühiti  açıqdır  və  virtual  məkanda  inteqrasiya  prosesi  gedir.  Belə 

açıq  cəmiyyət  şəraitində  dili  qorumaq  və  inkişaf  etdirmək  çox  çətindir.  Bütün  bu  səbəblərdən 

dilimizi, onun lüğət  tərkibini qorumaq, onun təbii  inkişafına mane olan mənfi  amillərin təsirini 

minimuma endirmək vacibdir. 

Bu  reallıqları  nəzərə  alaraq  Azərbaycan  dilinin  tətbiqi,  inkişafı  və  digər  problemlərinin 

həlli istiqamətində aşağıdakılar tövsiyə olunur: 

 

bu  istiqamətdə  fundamental,  genişmiqyaslı  elmi  tədqiqatların,  təhlillərin  və 



araşdırmaların aparılması; 

 



Azərbaycanın  şəhərlərində,  kənd  və  qəsəbələrində  restoran,  mağaza  və  digər  iaşə  və 

məişət  obyektlərinə  əcnəbi  dildə  adların  verilməsinin  qadağan  edilməsi  ilə  bağlı 

tədbirlərin görülməsi; 



İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

94                                                                  www.jpis.az 



 

 



KİV-də, xüsusən də, televiziya kanallarında çıxışların dilin ədəbi normalarının qorunması və 

zənginləşdirilməsi 

baxımından 

monitorinqdən 

keçirilməsinin 

təmin 


edilməsi 

mexanizmlərinin işlənilməsi; 

 

Azərbaycan dilinin tətbiqinin  genişləndirilməsi və  inkişafı sahəsində vəziyyətin monitorinq 



sisteminin işlənilməsi; 

 



dilin  və  dilçiliyin  müxtəlif  problemləri  ilə  məşğul  olan  müxtəlif  təşkilatlar  arasında 

fəaliyyətin əlaqələndirilməsi; 

 

dövlətin dil siyasətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması; 



 

dilin  əcnəbilər  tərəfindən  öyrənilməsi  üçün  tədris  vəsaitlərinin  və  elektron  resursların 



işlənilməsi; 

 



müvafiq normativ-hüquqi sənədlərin işlənilməsi; 

 



dilin inkişafı, tətbiqinin genişləndirilməsi və təbliği üçün veb.2  texnologiyası əsasında  yeni 

saytların yaradılması; 

 

elm  və  texnikanın  müxtəlif  sahələri  üzrə  terminləri  özündə  əks  etdirən  veb-saytların 



yaradılması və s.  

 

Ədəbiyyat 

1.

 

Долгова  Т.В.  Влияние  процессов  глобализации  на  национальные  языки  и 



интернационализациютерминов, 

17_Dolgova_-_Влияние_процессов_глобализации_на_ национальные_ языки.pdf 

2.

 

Гриценко  Е.С.  Язык  и  безопасность  в  контексте  глобализации.  Научный  журнал 



Власть, М., 2011, № 11, с. 9-11. 

3.

 



Доржиева  М.  80%  языков  мира  находятся  под  реальной  угрозой  исчезновения, 

Великая Эпоха, 2013, http://www.epochtimes.ru/content/view/80047/5/ 

4.

 

Universal  Declaration  on  Cultural  Diversity.  Adopted  by  the  31st  Session  of  the  General 



Conference of UNESCO, Paris, 2 November 2001, 44 p.    

5.

 



Convention for the safeguarding of the intangible cultural heritage, Paris, 17 October 2003, 

http://www.unesdoc.unesco.org/images/0013/001325/132540e.pdf. 

6.

 

Recommendation  concerning  the  Promotion  and  Use  of  Multilingualism  and  Universal 



Access  to  Cyberspace,  The  General  Conference,    Paris,  15  October  2003, 

http://www.portal.unesco.org/ 

7.

 

Methodology 



for 

assessing 

language 

vitality 

and 

endangerment. 



http://www.unesco.org/new/ru/culture/themes/endangered-languages/language-vitality/ 

8.

 



UNESCO  Ad  Hoc  Expert  Group  on    Endangered  Languages.  Language  Vitality  and 

Endangerment. Paris, 10–12 March 2003,  

http://www.unesco.org/new/fileadmin/MULTIMEDIA/HQ/CLT/pdf/Language_vitality_and_

endangerment_EN.pdf 

9.

 

UNESCO 



Interactive 

Atlas 


of 

the 


World’s 

Languages 

in 

Danger, 


http://www.unesco.org/languages-atlas/index.php?hl=en&page=atlasmap 

10.


 

Мир теряет языки, http://www.akzia.ru 

11.

 

Рекомендации  о  развитии  и  использовании  многоязычия  и  всеобщем  доступе  к 



киберпространству, http://www.unesdoc.unesco.org/images/0013/001331/133171r.pdf 

12.


 

http://www.internetworldstats.com 

13.

 

Message  from  Mr  Koïchiro  Matsuura,  Director-General  of  UNESCO,  on  the  occasion  of 



International Mother Language Day, 21 February, 2008, 

 http://www.unesdoc.unesco.org/images/0015/001568/156825e.pdf 

14.

 

"Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında"  Azərbaycan  Respublikası 



Prezidentinin Fərmanı, Bakı şəhəri, 18 iyun 2001-ci il, http://www.president.az 

15.


 

“Azərbaycan  Respublikası  Dövlət  Dil  Komissiyasının  təşkilinin  təsdiq  edilməsi  haqqında” 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı,  Bakı  şəhəri,  4  iyul  2001-ci  il, 



İnformasiya cəmiyyəti problemləri, 2015, №2, 87-95 

 

       www.jpis.az                                                                      95 



 

http://www.president.az 

16.

 

“Azərbaycan  əlifbası  və  Azərbaycan  dili  gününün  təsis  edilməsi  haqqında”  Azərbaycan 



Respublikası Prezidentinin Fərmanı, Bakı şəhəri, 9 avqust 2001-ci il, http://www.president.az 

17.


 

“Dövlət  dili  haqqında”  Qanunun  təsdiqi  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

Fərmanı, Bakı şəhəri, 2 yanvar 2003-cü il, http://www.president.az 

18.


 

“Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında” 

Azərbaycan  Respublikası  Prezidentinin  Sərəncamı,  Bakı  şəhəri,  12  yanvar  2004-cü  il, 

http://www.president.az 

19.

 

“Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə 



dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı, Bakı şəhəri, 23 may 2012-ci il, http://www.president.az 

20.

 

Əliquliyev R.M., Qurbanova Ə.M. Virtual məkanda Azərbaycan dilinin problemləri və həlli 



yolları, Terminologiya məsələləri, Bakı, 2009, s. 11-18. 

21.


 

Sadıqova S.A. Ana dili milli varlığımızın aynasıdır, http://www.xalqqazeti.com 

22.

 

Куранбеков  А.  Проблемы  формирования  научно-технической  терминологии  в 



современном персидском языке // Вопросы филологии, 2003, № 2 (14), с. 16-18. 

23.


 

http://www.wikipedia.org 

 

УДК 004.65:006.72:80 

Гурбанова Афруз М. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

afruz@iit.ab.az 

О терминологических угрозах Азербайджанскому языку в условиях глобализации 

В  статье  понятие  «языковая  безопасность»  обсуждается  в  контексте  проблем 

национальной  безопасности,  информационной  безопасности,  языкового  суверенитета  и 

языковой политики. Были затронуты такие вопросы, как влияние процесса глобализации 

на  языки  мира,  принятие  международными  организациями  ряда  деклараций  и  других 

важных  документов,  направленных  на  защиту  языков  мира.  Рассмотрены  проблемы, 

имеющиеся в настоящее время в области терминологии языков мира, и определены пути 

их решения. Отмечена

 

деятельность государства, направленная на сохранение и развитие 



азербайджанского языка. Даны необходимые рекомендации по определению состояния и 

уровня использования азербайджанского языка и по защите его терминологической базы в 

виртуальном пространстве. 

Ключевые словаязыковая безопасность, языковая политика, моноязычие, национальный 

термин, международный термин.

 

 



Afruz M.Gurbanova   

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

afruz@iit.ab.az 

About the terminology threats of the Azerbaijani language in terms of globalization

 

 

The  article  analyzes  the  “language  system  security”  in  the  context  of  the  national  security, 

information security, freedom of language and language policy problems. The impact of ongoing 

globalization process on the languages, and adoption of a number of important documents on the 

protection  of  languages  by  the  international  organizations  around  the  world  is  mentioned.  The 

existing problems in the terminology of the world languages are defined and their solution ways 

are defined. The article focuses on the measures taken by the government towards the protection 

and  development  of  the  Azerbaijani  language.  Necessary  recommendations  are  given  on  the 

representation  of  the  Azerbaijani  language  in  the  virtual  space  and  the  protection  of  its 

terminology base. 



Key  words:  language  system  security,  language  policy,  multilingual,  monolingual,  national 

terms, international terms.  



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə