Uot 004. 75 Ələkbərov R. Q



Yüklə 113,37 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü113,37 Kb.
#6015


İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

       www.jpit.az                                                                      3 



UOT 004.75 

Ələkbərov R.Q.

1

, Həşimov M.A.

2

 

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

1

rashid@iit.ab.az, 



2

mhashimov@ iit.ab.az 



BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ 

SAHƏLƏRİ  

Məqalədə  bulud  texnologiyalarının  müasir  vəziyyəti,  modelləri  və  xidmətləri  təhlil  edilmişdir. 

Bulud  texnologiyaları  əsasında  həlli  nəzərdə  tutulan  bir  sıra  mürəkkəb  məsələlər  müəyyən 

edilmiş, hesablama və yaddaş resurslarından səmərəli istifadə problemləri tədqiq edilmişdir. 

Açar sözlər: cloud computing, hesablama və yaddaş resursları, e-hökumət, cloud xidmətləri. 

Giriş 

Kompüter  şəbəkələri  əsasında  mürəkkəb  məsələlərin  həlli  üçün  paylanmış  hesablama 

sistemlərinin yaradılmasında bulud texnologiyalarından (cloud computing) geniş istifadə olunur. 

Böyük  hesablama  və  yaddaş  resurslarına  malik  olan  bu  cür  sistemlər  yüksək  sürətli  əlaqə 

kanalına malik  olan kompüter şəbəkələri əsasında  yaradılır. Yüksək sürətli  əlaqə kanallarından 

istifadə etməklə, müxtəlif təşkilat  və  müəssisələrin istifadəçilərinin  cloud  computing sisteminin 

xidmətlərindən istifadəsi iqtisadi cəhətdən daha sərfəlidir.  

Aparılan  tədqiqatlar  göstərir  ki,  fərdi  kompüterin  imkanlarının  25–30%-i  və  verilənlərin 

emalı  mərkəzlərinin  (VEM)  resurslarının  70–80%-i  istifadə  edilir.  Belə  olan  təqdirdə  fərdi 

kompüterlərin  və  VEM-in  istifadəsiz  qalan  hesablama  və  yaddaş  resurslarından  mürəkkəb 

məsələlərin həllində istifadə etmək olar. 

Şəbəkə  mühitində  bulud  texnologiyaları  əsasında  paylanmış  hesablama  sistemlərinin 

yaradılması 

Cloud  computing  kompüter  texnologiyalarının  infrastrukturunun  və  proqram  təminatının 

bilavasitə  şəbəkə  mühitində  yaradılmasını  və  istifadə  edilməsini  təmin  edir.  Bu  texnologiyanın 

köməyi  ilə  istifadəçinin  məlumatları  bulud  sistemlərində  saxlanılır,  emal  edilir,  emal 

proqramlarının  işə  salınması  və  nəticələrə  baxılması  təmin  edilir.  Bulud  texnologiyalarının 

infrastrukturu,  kompüterlərin  hesablama  və  yaddaş  resurslarının  klasterləşməsi  və 

virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emalını və yadda saxlanmasını təmin 

edir. 


Bu  texnologiya  kommunikasiya  şəbəkələrinə  qoşulmuş  çoxsaylı  kompüterlərin  daxil 

olduğu hesablama konsepsiyalarının müxtəlif növlərini əhatə edir və şəbəkə üzərində qoşulmuş 

çoxsaylı kompüterdə eyni zamanda proqramı işə salmaq imkanına malik paylanmış hesablamaya 

bənzəyir.  Bulud  texnologiyası  əsasən  böyük  həcmli  hesablamaların  həlli  üçün  resursların 

paylanmasına əsaslanır.  

Bulud  texnologiyası  müəssisələrdə  yerləşən  server  kompüterlərinin  yaddaş  sisteminin  və 

proqram  resurslarının  buludlar  üzərinə  köçürülməsini  təmin  edir,  yəni  onların  ümumi  qrup 

halında birləşdirilməsinə imkan verir. Ümumilikdə, bu texnologiya istifadəçinin tələbinə uyğun 

olaraq onu öz daxili resursları hesabına hesablama və yaddaş resursları ilə təmin edir. 

Aparılan  tədqiqatlar  göstərir  ki,  müəssisələr  bulud  texnologiyalarından  istifadə  etsələr, 

böyük məsrəf xərcləri tələb edən VEM-in yaradılması üçün tələb olunan kompüterlərin, yaddaş 

sistemlərinin  və  proqram  təminatlarının  alınıb-quraşdırılmasına  ehtiyac  yaranmayacaq.  Bu 

texnologiyadan  istifadə  edən  böyük  kompaniyaların  proqram-texniki  avadanlıqların  alınmasına 

və elektrik enerjisinə sərf etdikləri xərcləri, ekspertlərin fikrincə, beş dəfə azalmış olur.  

Bir çox ekspertlər bulud texnologiyasının  yaxın beş ildə informasiya texnologiyaları  (İT) 

infrastrukturunu  yenidən  formalaşdıracağını  qeyd  edirlər.  Bu  texnologiyanın  köməyi  ilə 

istifadəçilər  müxtəlif  kompüter  avadanlıqları  (fərdi  kompüter,  noutbuk,  smartfonlar  və  s.), 



İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

4                                                                  www.jpit.az 



İnternet vasitəsi ilə “bulud” xidmətindən (hesablama resursları, proqram  təminatı, verilənlər və 

s.)  geniş  istifadə  edəcəklər.  Gartner  Group  analitikləri  informasiya  texnologiyalarının  bir  çox 

hissəsinin 5–7 il ərzində bulud texnologiyalarına keçiriləcəyini proqnozlaşdıraraq, onu gələcəyin 

ən perspektivli strateji texnologiyası adlandırırlar. Onların qiymətləndirməsinə görə, 2016-ci ildə 

bulud texnologiyaları bazarının həcmi 200 milyard dollara çatdırılacaq [1]. 

İnformasiya  texnologiyalari  üzrə  bazarı  təhlil  və  tədqiq  edən  analitik  mərkəz  

(IDS–International  Data  Corporation,  Freminqem,  Massaçusets,  ABŞ)  2014-cü  ildə  təqdim 

etdiyi  proqnozlara  görə,  bulud  texnologiyalarının  yaradılmasına  sərf  olunan  xərclər  56.6 

milyarddan (2014-cü il) 127.5 milyard (2018-ci  il) dollaradək artacaq (şəkil 1). 2017-ci  ildə  İT 

sahəsində sərf ediləcək illik xərclərin 17%-i “bulud texnologiyaları”nın payına düşəcək [2]. 

 

 

 



 

 

      



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 Şəkil 1.

 

Bulud texnologiyalarının yaradılmasına sərf olunan xərclərin dinamikası  



 

Bulud  texnologiyaları  sahəsində  rəqabət  pulsuz  xidmətlərin  ortaya  çıxmasına  səbəb 

olmuşdur. Microsoft və Google rəqib şirkətləri məhz bu yolla fəaliyyət göstərirlər. Hər iki şirkət 

sənədlərlə  işləməyə  imkan  verən  bir  sıra  xidmətlər  təqdim  etmişdir.  Google  –  Google  Docs



Microsoft şirkəti isə Office Web Apps xidmətini təklif etmişdir [3]. 

Bu halda hər iki xidmət poçt (birinci halda Gmail və ikinci Hotmail) və fayl saxlama ilə sıx 

əlaqəlidir. Belə ki, istifadəçi adi offline mühitdən online mühitə köçürülür. Həm Google, həm də 

Microsoft  öz  online  xidmətlərinin  dəstəyini  həm  masaüstü  komputerlərə,  həm  də  mobil 

proqramlaşdırma mühitinə inteqrasiya edir (qeyd edək ki, Google Android əməliyyat sistemini, 



Microsoft isə Windows Phone 7 yaratmışdır). Oxşar konsepsiyanı (bir qədər fərqli vurğu ilə) hər 

iki şirkətin əsas rəqibi olan Apple şirkəti təbliğ edir. Söhbət MobileMe adlı xidmətdən gedir. Bu 

servisə  e-poçt,  təqvim,  ünvan  kitabçası,  fayl  anbarı,  foto  albom  və  itmiş  iPhone-nun 

aşkarlanması üçün alət daxildir. Bundan əlavə, Apple (Mac OS X ilə çalışan) kompüter, telefon, 



iPod və iPad-də İnternet xidmət və proqram dəstinin qarşılıqlı əlaqəsini elə səviyyədə təmin edir 

2014

 

2018

 

$ 127.5

 

$ 56.6

 

 

 



 

 

 



 

 

 



 

Platforma xidmət kimi 

Proqram təminatı xidmət kimi 

İnfrastuktur xidmət 

kimi 

120

 

 



 

 

100

 

 

 

80

 

 

 

 

60

 

  

 

 

40

 

 

 

 



20

 

 

 

 

 

0

 



İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

       www.jpit.az                                                                      5 



ki,  artıq  brauzerin  istifadəsinə  ehtiyac  qalmır.  Mac,  iPhone  və  iPad-da  tanış  proqramlarla 

işlədiyiniz halda, bütün məlumatlar onlarda deyil, bulud sistemlərdə saxlanılır [3]. 

Bulud texnologiyasında istifadəçiləri cəlb edən  əsas üç faktoru qeyd etmək olar: 

 



hesablama  resurslarının  sonsuz  imkanları,  yəni  istifadəçilərin  lazımi  resursların 

əvvəlcədən sifarişindən və proqnozlaşdırılmasından azad olması; 

 

layihələrin ilkin mərhələlərində böyük xərclərin olmaması; 



 

faktiki xidmətə görə ödəmə (pay-as-you-go). 



Bulud texnologiyalarının üstünlükləri: 

 



bütün istifadəçilər üçün İnternet olan hər bir yerdən hər hansı bir kompüter vasitəsi ilə 

resursları əldə etmək imkanının olması; 

 

istifadəçilərin  veb-interfeys  vasitəsilə  proqramdan  istifadə  etməsi  üçün  daha  böyük 



yaddaş  və  disk,  bahalı  kompüter  almağa  ehtiyac  yoxdur.  Həmçinin  CD  və  DVD 

qurğuları  üçün  də  heç  bir  ehtiyac  qalmır,  çünki  bütün  informasiya  və  proqramlar 

"bulud"da  qalır.  İstifadəçilər  adi  kompüterdən  və  noutbukdan  daha  yığcam  və  rahat 

netbuklara keçə bilər; 

 

sənədlər  "bulud"da  saxlanıldıqda,  istənilən  zaman  və  istənilən  yerdə  onlardan 



istifadəçilər  istifadə  edə  bilər.  İnternet  varsa,  unudulmuş  fayl  deyilən  bir  şey  artıq 

yoxdur – onlar həmişə yaddaşdadır; 

 

verilənlər  "bulud"da  saxlanıldıqda,  onların  nüsxəsi  avtomatik  olaraq  bəzən  müxtəlif 



qitələrdə  yerləşən  bir  çox  serverlər  arasında  paylanır.  Fərdi  kompüter  oğurlandıqda, 

istifadəçi  dəyərli  məlumatı  itirmir,  o,  həmin  məlumatları  hər  hansı  digər  kompüterdə 

yenidən əldə edə bilər; 

 



data  mərkəzlər  virtual  maşınların  fəaliyyətinin  fasiləsiz  dəstəklənməsini  təmin  edən 

peşəkar  mütəxəssislər  tərəfindən  idarə  olunur.  Tətbiqin  bir  çox  nüsxələrə  bölünməsi 

səbəbindən  fiziki  maşın  sıradan  çıxsa  belə,  onun  işi  davam  edəcək.  Bu,  sistemin 

etibarlılığının yüksək səviyyədə olduğunu bildirir; 

 

hesablama  resursları  qeyri-məhduddur  (yaddaş,  prosessor,  disk)  və  "bulud" 



miqyaslana  bilər  və  elastik  ola  bilər,  yəni  resurslar  ayrılır  və  lazım  olduğu  miqdarda 

ixrac olunur. 

Bulud texnologiyalarının çatışmayan cəhətləri: 

 



bulud  xidməti  göstərən  kompaniyalardan  istifadəçinin  verilənlərinin  saxlanması 

asılılığı; 

 

əlaqə kanallarının etibarlılığı, təhlükəsizliyi məsələləri



 

bu sahədə keyfiyyətli xidmətə zəmanət verən metodlar və standartlar işlənməmişdir; 



 

istifadəçinin kompüteri daimi İnternet şəbəkəsinə qoşulmuş vəziyyətdə olmalıdır; 



 

əlaqə kanalının sürəti yüksək olmalıdır; 



 

bəzi  proqramların  yerinə  yetirilməsi  həmin  proqramların  lokal  kompüterlərdə  yerinə 



yetirilməsindən çox vaxt apara bilər və s. 

Bulud texnologiyalarının modelləri və xidmətləri 

Bulud sistemi təyinatına görə 4 yerə ayrılır [4, 5]: 

 

ümumi təyinatlı buludlar; 



 

özəl (xüsusi) təyinatlı buludlar; 



 

qrup təyinatlı buludlar; 



 

hibrid buludlar. 



Ümumi təyinatlı buludlar – bu xidmətin istifadəçisi istənilən şirkət və istifadəçi ola bilər, 

istifadə  qiymətinə  görə  münasib  olan,  digər  hesablama  sistemlərində  həlli  mümkün  olmayan 

məsələlərin  həllini,  böyük  miqyaslanma  imkanlı  veb-saytların  və  ya  biznes-sistemlərinin 

yaradılmasını  təklif  edir.  Məsələn,  Amazon  EC2  və  Simple  Storage  Service  (S3),  Google 



Apps/Docs, Salesforce.comMicrosoft Office Web onlayn servislərini göstərə bilərik. 


İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

6                                                                  www.jpit.az 



Özəl  (xüsusi)  təyinatlı  buludlar  –  özəl  bulud,  yalnız  bir  təşkilat  üçün  istifadə  və  idarə 

edilir.  Buna  görə  də,  yalnız  təşkilat  daxilində  hər  kəs  məlumatdan,  xidmətlərdən  və 

proqramlardan istifadə  edə  bilər.

 

Qrup təyinatlı buludlar – ümumi maraqları eyni olan bir sıra təşkilatlar üçün istifadə edilir. 

Bu bulud bir yaxud bir neçə təşkilat arasında paylana bilər, lakin əsas mahiyyət ondan ibarətdir 

ki, onlardan tələb olunan iş eynidir və istifadəçilər eyni missiyanı, strategiyanı, təhlükəsizliyi və 

sürəti tələb edirlər. 

 Hibrid  buludlar  –  bir  və  daha  artıq  buludun  birləşməsindən  meydana  çıxan  modeldir 

(ictimai, xüsusi və kollektiv). Bu, bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə 

olunan mühitdir. 

Bulud texnologiyaları istifadəçilərə 10-a yaxın xidmət təklif edir [6]: 

 

verilənlərin yadda saxlanması xidmət kimi (Storage-as-a-service), lazımi disk fəzasının 



sorğu üzrə təqdim edilməsidir. Bu resurs uzaq məsafədə yerləşə bilər və istifadəçilərə verilənləri 

yadda saxlamaq üçün yaddaş resursları təklif edir. 

 

verilənlər  bazası  xidmət  kimi  (Database-as-a-service)  verilənlər  bankı  və  bazasına 



məsafədən  girişin  təqdim  edilməsi  imkanını  yaradır.  İstifadəçi  üçün  bu  verilənlər  bazası  lokal 

şəbəkələrdə yerləşən baza kimi görünür. 

 

informasiya  xidmət  kimi  (İnformation-as-a-service)  verilənlərə  interfeys  vasitəsi  ilə 



məsafədən girişi nəzərdə tutur. Bu birja verilənləri, kredit informasiyası, ünvanların yoxlanılması 

və identifikasiyası ola bilər. 

 

təhlükəsizlik  xidmət  kimi  (Security-as-a-service)  təhlükəsizlik  xidmətlərinin  İnternet 



vasitəsilə  təqdim  edilməsidir.  Təhlükəsizlik  strukturunun  lokal  qurulmasına  baxmayaraq,  bəzi 

xidmətlər  uzaqdan  reallaşdırılır,  məsələn,  identifikasiya  və  sertifikasiya,  generasiya,  giriş 

açarlarının saxlanması və ötürülməsi. 

 



idarəetmə xidmət kimi (Management/governance-as-a-service) digər bulud-xidmətlərin 

uzaqdan  idarə  edilməsidir.  Buraya  virtuallaşdırma,  girişin  idarə  edilməsi,  müəyyən  siyasətlərin 

(məsələn, təhlükəsizlik) reallaşdırılması daxildir, biznes xidmətlərin təşkilini həyata keçirir. 

 



testləşmə xidmət kimi (Testing-as-a-service) veb-serverlər daxil olmaqla, müxtəlif növ 

servislərin lokal və ya uzaqdan testləşdirmə imkanının təqdim edilməsidir. 

Hal-hazırda bulud sistemində ən çox istifadə olunan  xidmətlər aşağıdakılardır: 

 



İnfrastruktur  xidmət  kimi  (IaaS  –  Infrastructure  as  a  service).  İnfrastrukturun 

yaradılması  prosesini  həyata  keçirir.  IaaS  səviyyəsi  infrastrukturun  (hesablama  resursları  və 

yaddaş  sistemini)  icarəyə  götürməsi  servisini  həyata  keçirməyə  imkan  verir.  Bu  resurslara 

zəmanətli  hesablama  və  yaddaş  resursları  verən  virtual  serverlərdən  başqa,  verilənlərin  yaddaş 

sisteminə  yüksək sürətlə  daxil olmaq imkanı  yaradan  əlaqə  kanalları da  daxildir. Qısaca desək, 

bu  səviyyədə  məsələlərin  həlli  üçün  kompüter  infrastrukturu  yaradılır.  Mövcud  olan  IaaS 

xidmətinə misal  olaraq, Amazon S3 (Simple Storage Service), Amazon Elastic Computer  Cloud 

(EC2), IBM Blue Cloud və s. göstərmək olar [6]. Bu servisdən istifadə etmək üçün uyğun Web-

brauzeri istifadəçi öz kompüterinə yükləyir və məsələnin həlli üçün buludlara müraciət edir. 

IaaS üç əsas komponentdən ibarətdir [3]: 

1.

 



Texniki  təminat  (server,  verilənləri  saxlama  sistemləri,  müştəri  sistemləri,  şəbəkə 

avadanlıqları); 

2.

 

Əməliyyat  sistemləri  və  sistem  proqram  təminatı  (virtuallaşdırma  və  avtomatlaşdırma 



vasitələri, əsas resursların idarə edilməsi); 

3.

 



Əlaqələndirici proqram təminatı (məsələn, sistemin idarə edilməsi). 

IaaS  virtuallaşdırma  texnologiyasına  əsaslanır  və  istifadəçinin  tələblərinə  müvafiq  olaraq 

resursları  hissələrə  bölmək  imkanı  verir,  bununla  da  mövcud  hesablama  imkanlarının 

istifadəsinin  səmərəliliyini  artırır.  Bu  halda  istifadəçi  disk  həcmini  və  digər  resursları  ona 

işləmək  üçün  zəruri  olan  miqdarda  sərf  edir.  Bundan  başqa,  IaaS  istifadəçiyə  bütün  nəzarət 

funksiyalarını  vahid  bir  platformada  təqdim  edir.  İstifadəçinin  işi  strukturu  idarə  etmək  deyil, 




İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

       www.jpit.az                                                                      7 



əməliyyat sisteminə, yaradılmış proqrama nəzarət etməkdir. 

 



Platforma  xidmət  kimi  (PaaS  –  Platform  as  a  service)  istifadəçilər  tərəfindən  virtual 

serverlərdə  (fiziki  serverlərdən  təşkil  olunan)  yerləşən  əməliyyat  sistemlərindən  və  xüsusi 

proqram  əlavələrindən  (Apache,  My  SQL  və  s.)  istifadə  edilməsinə  imkan  yaradan  virtual 

platformadır.  PaaS  servisinə  misal  olaraq,  IBM  IT  Factory,  Google  App  Engine,  Force.com 

xidmətlərini göstərə bilərik.  

Bu  xidmət  növündə  istifadəçinin  bulud  infrastrukturu  üzrə  satın  alınmış  funksional 

proqramları  yerləşdirmək  hüququ  vardır.  Burada  da  istifadəçi  şəbəkə,  server  kimi  bulud 

strukturunu idarə etmir və yoxlamır. O sadəcə, burada quraşdırdığı funksional proqrama nəzarət 

edir.  Veb-tətbiqlərin  yaradılması,  sınaqdan  keçirilməsi,  yerləşdirilməsi  və  dəstəklənməsi  üçün 

vahid  bir  platforma  kimi  PaaS  bütün  əməliyyatları  vahid  inteqrasiya  olunmuş  mühitdə  təmin 

edir, bununla da ayrı-ayrı mərhələlərdə müxtəlif mühitlərin dəstəklənməsinə sərf edilən xərcləri 

aradan qaldırır [7]. 

 

Proqram  təminatı  xidmət  kimi    (SaaS  –  Software  as  a  service)  istifadəçiləri  proqram 



təminatı  ilə  təmin  edir.  Bu  səviyyədə  istifadə  olunan  proqramlara  misal  olaraq,  Microsoft 

“Software Services” (e-mail, video konfrans), Google Apps, Google Docs və s. göstərmək olar. 

İstifadəçi  ona  lazım  olan  proqram  əlavələrinin  rezident  hissəsini  öz  kompüterinə  yükləmədən 

şəbəkə  kanallarının  köməyi  ilə  bulud  texnologiyalarına  müraciət  edir.  Proqram  əlavələri  SaaS 

xidməti verən təchizatçının serverində işləyir və istifadəçiyə hesablamaların nəticəsini göndərir. 

Beləliklə, istifadəçi proqram təminatını almır və lazım gələndə ondan məsələnin həllində istifadə 

edir və istifadəyə görə uyğun pul ödəyir. 



SaaS  konsepsiyasına  əsasən,  istifadəçi  bir  məhsulu  satın  alaraq  onun  üçün  ödəniş  etmir, 

onu  kirayəyə  götürür.  Bundan  başqa,  o,  məhz  ona  lazım  olan  funksiyalardan  istifadə  edir. 

Məsələn,  bir  proqram  sizə  ildə  bir  dəfə  lazım  olur.  Bu  proqramdan  bundan  çox  istifadə  etmək 

niyyətində  deyilsiniz. Beləliklə, lazımsız proqramın sizin  kompüterinizdə yer tutmasına  ehtiyac 

qalmır. SaaS məntiqi WaaS (WaaS – iş yeri xidmət kimi) anlayışına əsaslanmışdır. Yəni, müştəri 

proqram təminatı ilə işləmək üçün tam təmin olunmuş virtual iş yeri ilə təchiz olunur [8]. 



Bulud texnologiyaları əsasında həlli nəzərdə tutulan mürəkkəb məsələlər 

Hal-hazırda  bulud  texnologiyaları  VEM-in  resurslarından  daha  səmərəli  istifadə  etmək 

üçün ən perspektivli texnologiya hesab olunur. 

VEM-də  həll  olunan  məsələlərin  xarakteristikalarının  analizi  göstərir  ki,  onları  elmin  iki 

istiqamətinə aid etmək olar: nəzəri və tətbiqi. 

Nəzəri elm sahəsində həlli nəzərdə tutulan mürəkkəb məsələlər: 

 

perspektiv elektron imza alqoritmlərinin analizi; 



 

simmetrik şifrələmə alqoritmlərinin qiymətləndirilməsi; 



 

neft-qaz yataqlarının işlənməsi proseslərinin modelləşdirilməsi



 

seysmoloji sahədə riyazi modellərin tədqiqi; 



 

yeni kimyəvi maddələrin və dərman preparatlarının alınması; 



 

ifrat  dərəcədə  mürəkkəb  (iqtisadi,  kosmik  tədqiqatlar,  kimyəvi,  fiziki  və  s)  məsələlərin 



həlli; 

 



yüksək  enerji  fizikasında  aparılan  eksperimentlər  üçün  informasiya  infrastrukturunun 

yaradılması ; 

 

korporativ  informasiya   fəzalarında   sənədlərin  intellektual  analizi (Text mining) və s. 



Tətbiqi elm sahəsində həlli nəzərdə tutulan mürəkkəb məsələlər: 

 



GİS  texnologiyası  əsasında  daşınmaz  əmlakın  kadastr  sisteminin  (ortofoto,  rəqəmli 

kadastr, topoqrafik xəritələr) yaradılması; 

 

əhalinin dövlət reyestri məsələsi; 



 

vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı; 



 

notariat sənədlərinin elektron məlumat bankı; 




İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

8                                                                  www.jpit.az 



 

fundamental Elmi Elektron kitabxananın yaradılması; 



 

humanitar elm sahələri üzrə elektron məlumat bazasının yaradılması; 



 

məlumat-axtarış sistemləri və s. 



Aparılan  tədqiqatlar  göstərir  ki,  VEM-də  həlli  nəzərdə  tutulan  mürəkkəb  məsələləri 

tiplərinə  görə  iki  böyük  sinfə  bölmək  olar:  böyük  hesablama  resursu  və  böyük  yaddaş  resursu 

tələb edən məsələlər. 

Böyük hesablama resursları tələb edən mürəkkəb məsələlər: 

 

Coğrafi ərazilərin aerokosmik təsvirlərinin qəbulu, emalı və arxivləşdirilməsi; 



 

“Elektron  hökumət”  (“E-hökumət”)  proqramı  tərkibində  dünya  təcrübəsinə  əsaslanaraq,     



“Elektron elm” layihəsinin yaradılması; 

 



GİS  texnologiyaları  əsasında  dəniz  və  okeanların  hidrometeoroloji  və  fiziki-coğrafi 

modellərinin yaradılması; 

 

atmosferdə  iqlim proseslərinin riyazi modellərinin qurulması və tədqiqi



 

korporativ  informasiya   fəzalarında   sənədlərin   intellektual  analizi (Text mining); 



 

xəstəliklərin diaqnostikası; 



 

böyük yaddaş resursları tələb edən  mürəkkəb məsələlər: 

 

elektron arxivin yaradılması; 



 

biometrik texnologiyalar əsasında biometrik eyniləşdirmə sisteminin yaradılması; 



 

ekologiya və təbii sərvətlər üzrə Monitorinq Bankının yaradılması; 



 

əhalinin siyahıya alınması; 



 

informasiyanın arxivləşdirilməsi; 



 

elektron atlasın yaradılması. 



Yuxarıda qeyd olunan mürəkkəb məsələlərin həllində VEM-in resurslarından daha səmərəli 

istifadə etmək üçün əsas tələblərdən biri onların optimal paylanmasını təmin etməkdir. Hal-hazırda 

dünyada  bulud  texnologiyalarının  köməyi  ilə  VEM-in  hesablama  və  yaddaş  resurslarından 

səmərəli  istifadə  etmək  istiqamətində  intensiv  tədqiqat  işləri  aparılır.  Böyük  hesablamalar  və 

yaddaş resurslarına malik olan belə sistemlər  yüksək sürətli əlaqə kanalına malik olan kompüter 

şəbəkələri əsasında yaradılır. Bulud texnologiyası imkan verir ki, təşkilatların emal mərkəzlərinin  

hesablama və yaddaş resurslarındann daha səmərəli istifadə edilsin.  

Bulud  texnologiyaları  əsasında  VEM-də  hesablama  və  yaddaş  resurslarının  istifadəçilər 

arasında paylanmasında meydana çıxan bəzi problemlərə nəzər salaq. 

VEM-də  yaddaşın  optimal  paylanması  –  bulud  texnologiyası  fiziki  resursları  (məsələn, 

prosessor və disk yaddaş fəzasını) miqyaslaşdırmaq, İnternet vasitəsi ilə bu resurslardan istifadə 

etmək imkanları verir. Bu halda, məlumatların emalı və  yadda saxlanması prosesinə bir xidmət 

növü  kimi  baxılır.  Qeyd  edilən  xidmətin  köməyi  ilə  emal  mərkəzlərində  yaddaş  resurslarının 

optimal paylanmasını təmin etməklə hər hansı bir məqsəd üçün ayrılmış yaddaş resursu yaddaş 

qurğusunda  tam  olaraq  istifadə  olunduğu  qədər  yer  tutacaq.  Beləliklə,  resurslar  yalnız  istifadə 

olunduğu qədər ayrılır və israf olunmur. Resursun bu formada paylanması həm bulud provayder, 

həm  də  istifadəçi  üçün  sərfəlidir.  Belə  ki,  istifadəçi  sifariş  etdiyi  resursun  deyil,  sadəcə  faktiki 

istifadə  etdiyi  resursun  pulunu  ödəyəcək.  Provayder  isə  həm  əlavə  avadanlığın  alınması  və 

qurulması kimi izafi xərclərdən azad olacaq, həm də eyni xidmət müqabilində daha aşağı qiymət 

təklif edə bilər ki, bu da daha çox istifadəçinin bu tip xidmətlərə cəlb olunmasına gətirib çıxarır. 

VEM-də  istifadəçilərə  hesablama  resurslarının    paylanması.  Məlumdur  ki,  VEM-in 

hesablama resurslarından istifadə etmək istifadəçilərin vaxtlarına qənaət etməklə bərabər onların 

məsələlərinin keyfiyyətli həllini təmin edir.  Bu zaman həm istifadəçilər, həm də VEM iqtisadi 

səmərə əldə etmiş olurlar. İstifadəçilərin əldə etdikləri səmərə işin vaxtında və keyfiyyətli yerinə 

yetirilməsi  ilə  əlaqədardır.  Bu  səmərə  bəzən  dəqiq  rəqəmlərlə  ifadə  edilmir.  Lakin  təcrübə 

göstərir ki, bir çox hallarda bəzi məsələlərin həlli üçün VEM-in hesablama güclərindən istifadə 

alternativi olmayan bir yol sayılır. VEM-dən istifadə etməyə başlandıqdan bəri optimallaşdırma 

və səmərəlilik ön plana çıxmışdır. Optimallaşdırma və səmərəlilik əsasında VEM-in hesablama 




İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

       www.jpit.az                                                                      9 



resurslarının daha mükəmməl paylanması yeni istifadəçilərə istənilən an hesablama resurslarının 

ayrılması problemini aradan qaldırmış olur. 

Son dövrlərdə bulud texnologiyalarının bir çox sahələrdə (e-hökümət, e-təhsil, e-kitabxana, 

e-elm və s.) tətbiq edilməsi şəbəkə resurslarının daha səmərəli istifadə olunmasına imkan verir. 



Bulud  texnologiyalarının  elektron  hökümət  sistemində  tətbiqi.  Son  dövrlərdə  şirkətlər  və 

coxsaylı  istifadəçilər  elektron  hökumət  xidmətlərindən  geniş  istifadə  edirlər.  Bu  isə  elektron 

hökumətin  müasir  texnologiyalar  əsasında  davamlı  inkişafını  tələb  edir.  Digər  tərəfdən 

təşkilatların  öz  şəbəkə  infrastrukturlarını  genişləndirmək  üçün  istifadə  etdkləri  kompüter  və 

şəbəkə  avadanlıqlarının  qiymətləri  və  bu  strukturu  işçi  vəziyyətdə  saxlamaq  üçün  sərf  edilən 

xərclərin məbləği daim yüksəlir. Bununla əlaqədər böyük şirkətlər mövcud resurslardan istifadə 

edərək, xərcləri azaltmaq üçün geniş tədqiqat işləri aparır və bu tədqiqatlarda öz tələblərini təmin 

etmək  üçün  yeni  həll  yolları  axtarırlar.  Aparılan  tədqiqatların  analizi  göstərir  ki,  şəbəkə 

resurslarından maksimum faydalanmaq üçün bulud texnologiyalarından istifadə etmək lazımdır. 

Bu  texnologiya  şəbəkə  resurslarından  və  İnternet  xidmətlərindən  səmərəli  istifadə  edilməsinə 

təminat verir.  

Elektron  hökumət  sistemində  elektron  xidmətlərin  sayının  sürətlə  artması,  dövlət 

strukturları  arasında  məlumat  mübadiləsinin  genişlənməsinə  və  mürəkkəbliyinə  gətirib  çıxarır. 

Dövlət idarələri və təşkilatlarına məxsus VEM-in olması, onların müxtəlif platformalar üzərində 

qurulması,  çoxsaylı  əməliyyat  sistemlərindən  istifadə  üçün  mühəndis  və  proqramçı  qruplarının 

olmasını  və  bu  avadanlıqların  daim  işçi  vəziyyətdə  saxlanmasını  tələb  edir  və  bu  da  böyük 

maliyyə  xərcləri  tələb  edir.  Eyni  zamanda  VEM-in  müxtəlif  platformalardan  və  əməliyyat 

sistemlərindən  istifadə  etməsi  onların  bir-birinə  inteqrasiya  olunmasını  çətinləşdirir.  Deyilən 

problemlərin aradan qaldırılması və istifadəçilərə daha keyfiyyətli xidmətin təşkil edilməsi üçün 

bulud texnologiyalardan istifadə olunması təklif olunur. 



Bulud  texnologiyalarının  elektron  kitabxana  sistemində  tətbiqi.  Qeyd  edilən  bulud 

texnologiyalarının  elektron  kitabxanaların  yaradılmasında  istifadə  edilməsini  yeni  bir  mərhələ 

kimi qeyd etmək olar, bu da öz növbəsində daha geniş tutumlu verilənlər bazasının yaradılması, 

şəbəkə  üzərindən  informasiyanın  paylanması,  həmçinin  istifadəçilərə  yeni  növ  xidmətlərlərin 

təqdim edilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi və məsrəf xərclərinin azaldılması 

kimi məsələlərin həllində köməklik etmiş olacaq. 

Ötən  əsrin  ortalarında  elektron  kitabxanalarda  informasiya  saxlayıcısı  kimi  floppi 

disklərdən geniş istifadə olunurdu, bu isə böyük həcmli məlumatların arxivləşdirilməsinə imkan 

vermirdi.  Son  dövrlərdə  isə  bir  çox  sənədlər  və  məlumatlar  rəqəmsallaşdırılaraq  “bulud” 

sistemlərdə  saxlanılır.  Hal-hazırda  elektron  kitabxanaların  fondunun  formalaşmasında  və 

həmçinin,  xidmətlərin  təşkil  edilməsində  bulud  texnologiyalarından  geniş  istifadə  olunur.  Əsas 

məqsədlərdən biri bulud texnologiyalarına əsaslanan yaddaşda  məlumatların və metaverilənlərin 

toplanması və avtomatlaşdırılmış idarəetmə sisteminin də bulud mühitində yaradılmasıdır.  

Nəticə 

Məqalədə  bulud  texnologiyalarının  müasir  vəziyyəti,  modelləri,  üstünlükləri  və 

xidmətlərinin təhlili aparılmış və bu texnologiyaların köməyi ilə VEM-in resurslarından istifadə 

edərək,  həlli  nəzərə  tutulan  bir  çox  mürəkkəb  məsələlər  analiz  olunmuşdur.  Bu  məsələlərin 

həllində  VEM-in  hesablama  və  yaddaş  resurslarından  maksimum  faydalanmaq  üçün  bulud 

texnologiyalarını  tətbiq  etməklə  resursların  optimal  paylanmısını  təmin  etmək  lazımdır.  Bulud 

texnologiyalarını  e-hökümət  və  e-kitabxana  sistemində  tətbiq  etməklə  isə  xidmət  keyfiyyətinin 

yüksəldilməsinə,  xərclərin  azaldılmasına,  xidmətlərin  inteqrasiyasına  nail  olmaq,  kitabxana, 

arxiv,  muzey  və  s.  əlaqəli  mənbələrdən  resursları  əldə  edib  təyinatı  üzrə  mərkəzləşdirilmiş 

emalını, arxivləşdirilməsini, qorunmasını və s. təşkil etmək olar.  



 

 


İnformasiya texnologiyaları problemləri, 2016, №1, 3–10 

 

10                                                                  www.jpit.az 



Minnətdarlıq  

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə 

yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1. 

 

Ədəbiyyat 

1.

 



www2.itif.org/2013-cloud-computing-costs.pdf 

2.

 



www.idc.com/getdoc.jsp?containerId=prUS25219014 

3.

 



Введение в облачные вычисления, www.intuit.ru/studies/courses/673/529/ lecture/11913. 

4.

 



Alguliyev R.M., Alekperov R.K. Cloud Computing: Modern State, Problems and Prospects // 

Telecommunications and Radio Engineering, 2013, vol.72, no.3, pp. 255-266. 

5.

 

Mell  P.,  Grance  T.  The  NIST  definition  of  cloud  computing,  2010,  www.nist.gov/itl/ 



cloud/upload/cloud-def-v15.pdf 

6.

 



Ələkbərov  R.Q.,  Həşimov  M.A.  AzScienceNet  şəbəkəsində  cloud  computing 

texnologiyalarının tətbiqi perspektivləri haqqında // İnformasiya texnologiyaları problemləri, 2012, 

№2, s.30–36. 

7.

 



Ələkbərov  R.Q.,  Həşimov  M.A.,  Mustafayev  T.İ.  Cloud  computing  xidmətinin  təhlükəsızlik 

məsələləri və onların həlli yolları // İnformasiya texnologiyaları problemləri, 2014, №2, s. 33–39. 

8.

 

Soleimanian F., Hashemi S. Security Challenges in Cloud computing with More Emphasis on 



Trust and Privacy // International Journal of Scientific & Technology Research, 2012, vol.1, 

no.6, pp.49–54. 

 

УДК 004.75 

Алекперов Рашид Г.

1

, Гашимов Мамед А.

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

1

rashid@iit.ab.az ,



2

mhashimov@iit.ab.az 



Технологии cloud computing: cервисы, проблемы и области применения 

В  статье  проанализированы  современное  состояние,  модели  и  услуги  технологий 

облачных вычислений. Определен ряд сложных задач,  решение которых предполагается 

осуществить  на  основе  технологий  облачных  вычислений.    Исследованы  проблемы 

эффективного  использования вычислительных ресурсов и ресурсов памяти.  

Ключевые  слова:  облачные  вычисления,  память  и  вычислительные  ресурсы, 

распределенные системы, э-государство, облачные сервисы. 

 

Rashid G. Alakbarov



1

, Mammad A. Hashimov

2

 

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan 

1

rashid@iit.ab.az ,



2

mhashimov@iit.ab.az 



Cloud computing technologies: services, problems and application areas

 

The  paper  analyzes  the  state  of  the  art  of  cloud  computing  technologies,  models  and  services. 

Several  classes of  computationally hard problems,  which are solved by  cloud  technologies, are 

determined. Effective usage of computational and storage resources are studied.



 

Keywords:  cloud  computing,  computational  and  storage  resources,  distributed  systems,  

e-government, cloud services. 

 

 


Yüklə 113,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə