Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
  1   2   3   4   5   6   7   8   9   ...   35



UOT  328 (479.24)

КВТ 66.61(2)

М54

Elmi  redaktorlar: 



t.c.ıL, prof.  Seyfəddin  Qəndilov

fiLelm.ru  Novruz Məmmədov

Buraxılışa məsul: 



Qafar Əliyev,

informasiya sektorunun müdiri

Elmi məsləhətçilər: 



s.e.n.  Aydın Mirzəzadə

t.e.n.  Lətifə  Məmmədova

Kitaba rəy verənlər:  Vüqar Seyidov



Musa Quliyev  (Urud)

M54 


Məmmədov  M.F.  I ll  Respublika:  milli 

inkişaf modeli  və strategiyası. -   Bakı:  «Elm»  nəşriyyatı, 

2003, - 162s.  (fotoşəkillərlə).

ISBN  5-8066-1579-0

,,0601000000

M--------------

655(07)-03



Qrifli nəşr

©  Məmmədov 

©  «Elm» nəşriyyatı,  2003

"İndi Azərbaycan müstəqil dövlət к т н   yaşayır 

və inkişaf edir"

H eydər Əliyev,

Azərbaycan Respublikasm ın P rezidenti

“Азербайджан уже сформировался как независимое 

государство. Это наше достижение"

Гейдар Алиев,

П резидент  Азербайдж анской Республики


"Azərbaycan  gərək siyasi və iqtisadi cəhətdən 

güclü, dem okratik ölkə olsun"

İlham  Əliyev,

A zərbaycan R espublikasım a Baş naziri

"M ən öz fəaliyyətim də ümumi işə dəstək verməyə 

çalışacağam ...  indiyədək  əldə  olunanların  hamısı 

nəinki qorunub saxlanacaq, həm d ə ...  bu vaxtadək 

əldə etdiyimiz nailiyyətlər daha da artırılacaq"

İlham Əliyev,

Azərbaycan Respublikasının Baş naziri


K ita b  haqqında

Oxucuya  təqdim   olunan  kitab  m üasir  Azərbaycan  döv­

lətçiliyinə həsr  edilmiş,  polemika  xarakterli və  buna görə də 

ənənələrdən  müəyyən  m ənada  kənara  çıxan  informasiyam 

əks etdirir.

«İnsanların  bütün  əzab-əziyyətləri  onların  bilməməsin­

dən daha çox,  yam lm aları  üzündən  baş  verir.  Bizim  bir  şeyi 

bilməməyimiz  guya  həmin  şeyi  bilməyimiz  barədə  tə­

səvvürlərdən  q at-q at  artıq  ziyan  vurur».  Jan-Jak  Russonun 

bu sözləri  Azərbaycanın yaxın  keçmişinə və müasir  tarixinə 

tamamilə  tətbiq  edilə  bilər.  Xalqın  siyasi  təcrübəsi  artdıqca 

Heydər Əliyevin  bu  xalqın  keçmişində  və  bu  günündə  əvəz­

siz  rolu  və  yeri  get-gedə  daha  aşkar  görünür.  Lakin  etiraf 

etməliyik  ki,  bu  barədə  çox  yazmaq  və  çox  bilmək  -   heç  də 

eyni  şeylər  deyil  və  çox  yazmaq  çox  bilməyə  zəmanət  ver­

mir,  onun  mənbəyinə  çevrilmir.  Bizim  fikrimizcə,  Heydər 

Əliyevin siyasi m əharətini, hər bir kon k ret şəraitdə nə etmək 

mümkün  olmasını  hiss  etm ək və bu  im kanı gerçəkləşdirmək 

bacarığını təhlil edən sanballı əsərlər hələ azdır.

Hər  bir  böyük  hərəkat  böyük  üm idlər  doğurur,  lakin 

böyük  ümidlər  də,  öz  növbəsində,  hökm ən  gələcəyin 

müəyyən  m ənada  ideallaşdırılması  ilə  bağlıdır.  XX  yüzil­

liyin  90-cı  illərinin  əvvəllərində  də  belə  oldu.  O  vaxt  qarşı­

dakı  yolun  bu  qədər  enişli-yoxuşlu  olacağını  başa  düşənlər 

az idi.

Tarixi  şəxsiyyətlər  daha  artıq  hörm ətə  layiqdirlər  -   on­



ların  realist portretləri  yaradılmalı  və  bu  portretlər,  hətta ən 

tələbkar,  ən  tənqidi  zəka  sahiblərinin  tələblərini  də  qane  et­

məlidir.  Bir  sözlə,  bizlərdən  hər  birimizin  və  hamımızın  hə­

qiqəti bütün çalarları  ilə dərk etməyimiz  nə qədər çətin p ro ­

ses  olsa  da,  bu,  həyati  zərurətdir.  M üəllif haqlı  olaraq  gös-

5



tərir  ki.  Prezident  Heydər Əliyevin  mənəvi  irsi  müasir  Azər­

baycan  cəmiyyəti  üçün  çox  böyük  əhəmiyyət kəsb edir.  Pre­

zident çıxışlarının və nitqlərinin  mətni,  bu mətnlərə xas  olan 

novatorluq  münasibəti diqqətlə tədqiq və şərh  edilməlidir.

Ölkə  Prezidentinin  fenomenal  şəxsiyyəti,  onun  Azər­

baycanı  beynəlxalq  birliyə  qovuşdurmaq  naminə,  Azərbay­

can  dövlətçiliyini  möhkəmləndirmək  naminə,  dövlətlərarası 

münasibətlərin  bütün  spektrində  keyfiyyətcə  yeni  ab-hava 

yaradılması  naminə  yeritdiyi  çevik  və  praqmatik  siyasət, 

artıq  xeyli  vaxtdır  ki,  bütün  dünyada  siyasətçilərin,  ictima- 

iyyətşünaslarm,  filosofların,  tarixçi  və  sosioloqların  diqqə­

tini cəlb edir.

Heydər  Əliyev  maarifsiz  qüvvə  və  qüvvəsiz  m aarif ara­

sında  ciddi  fərq  olmasını  həmişə  vurğulamışdır.  Prezidentin 

nitqləri  iradə gücünə  güvənən və əzmkarlıq  tələb edən  siyasi 

maarifçilik  nümunələridir.  O,  öz  nitqlərini  həmişə  bu  m əq­

sədə  müvafiq  şəkildə  qurur:  onun  nitqləri  dəqiqlik  və  əsas­

landırılmış  ülvi  fikirlərlə,  nəcib  çağırışlarla  zəngindir.  D öv­

lətçilik şüurunu ifadə edən,  demokratik  etatizmin,  A zərbay­

can  dövlətinin  həqiqətən  uğurlu  yeganə  modelinin 

A zər­

baycan  millətinin  salamat  qalmasına  və  onun  tərəqqisinə 



zəmanət  verən  modelin  yaradıcısının  bütün  çıxışları  məhz 

bu keyfiyyətləri  ilə seçilir.  O, öz fəaliyyətində dövlətin irad ə­

sinin  təntənəsinə  nail  olur:  respublika  vətəndaşları  onun 

bəyan  etdiyi  müstəqillik,  dünyəvi  dövlət,  respublikaçılıq, 

dem okratiya  və  insan  hüquqları,  milli  mənəviyyat  kimi 

dəyərlərin məhsuldar olmasını yəqin edirlər.

Müəllif  Heydər  Əliyevin  nitqlərini  və  çıxışlarını  təhlil 

edərək  əsas  mövzunu 

postsosialist  məkanında  yaradılmış 

yeni  müstəqil  dövlətlər arasında layiqli yer tutmuş Azərbay­

canda  müstəqil  milli  dövlət  strukturunun  qurulması  və  ya­

radılması mexanizmini fərqləndirə bilmişdir.

6

Azərbaycanın  milli  liderlərinin  mənəvi-psixoloji  bənzər­



sizliyi 

məsələsindən 

söhbət 

gedəndə 


hər 

dəfə 


N.Nərimanovun  bir  kəlamı  yada düşür:  «Nəciblik,  mərdlik, 

əzmkarlıq  -   türkdilli  xalqların  xarakterinin  tarixən  yaran­

mış  cizgiləridir».  Heydər  Əliyev  bu  milli  liderlər  arasında 

xüsusi yer  tutur.  Onun  xarakteri  samballı  şəxsiyyətlərə  xas 

olan  keyfiyyətlərlə  -   maneələri  dəf  etmək,  məğlubiyyətləri 

isə  əlavə  qüvvəyə  çevirmək  və  daha  məqsədyönlü  şəkildə 

fəaliyyət göstərmək qabiliyyəti ilə seçilir.

Heydər Əliyevə xas  olan bu məziyyətləri İlham  Əliyevdə 

də  müşahidə  edirik.  Onun  şəxsiyyətində  siyasi  ziyalılıqla 

yanaşı  (fıkrimizcə,  bu  ifadə  müəllifin  çox  uğurlu  tapıntısı­

dır),  sahibkarlıq  fəaliyyəti  təcrübəsi,  dövlət  təfəkkürünün 

bir  hissəsi  olan  peşəkar  diplomatik  təfəkkür  vərdişləri  də 

özünü göstərir.

Müəllif modernləşmə fenomenini  təsvir edərkən göstərir 

ki,  modernləşmə  Azərbaycan  üçün  yeni  hadisə  deyil.  Hey­

dər  Əliyevin  nailiyyətlərindən  biri  də  ondan  ibarətdir  ki,  o, 

dünya  islahatlar  məktəbinin  ən  yaxşı  ənənələrinə  güvən­

məklə  və  bu  halda  Azərbaycanın  öz  milli  identikliyini  qo­

ruyub  saxlamaqla,  milli  modernləşdirmənin  ana  xəttini  iş­

ləyib hazırlamışdır.

Kitabda  icra  hakimiyyətinin  qərarlarına  xüsusi  diqqət 

yetirilir.  Aşkardır  ki,  Azərbaycanda mövcud  olan ənənələrə 

görə,  dövlət  idarəetmə  aparatı  siyasi  sistemin  ən  mühüm 

elementlərindən  biridir,  çünki cəmiyyətin  «sosial  ovqatı» bu 

aparatın  işindən  asılıdır.  Azərbaycan  üçün  eyni  dərəcədə 

ənənəvi  olan  bir  mühüm  məqam  da  ondan  ibarətdir  ki, 

dövlət  aparatının  ictimai  həyata  təsiri  bu  aparatın  sosial 

strukturda  xüsusi  çəkisindən  xeyli  artıqdır.  Müəllif  haqlı 

olaraq  qeyd edir  ki,  azərbaycanlıların öz ümidlərini dövlətin

7



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə