Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

qeyd  edir  ki,  həmin  ziyalılar  o  dövrün  mütərəqqi  ideyalar] 

ilə  yaşayırdılar.

M odernin  Azərbaycan  layihəsi  20-30-cu illərdə  kamalçı 

Türkiyədə tam  dərinliyi ilə  təzahür  etməyə macal tapmamış 

bir  hadisə  idi,  lakin  bu  layihə  Xoyskinin  və  Usubbəyovur, 

hökumət kabinetlərinin  praktikasında əyani şəkildə mövcud 

idi.  Azərbaycan  dövlətçiliyi  də,  özünün  sələfi  olmuş  Rusiya 

dövlətçiliyi  kimi,  Qərbi  Avropa  dövlətçiliyindən  aşkar 

fərqlənirdi,  çünki  Azərbaycan  dövlətçiliyi  Azərbaycan  xal­

qının  bənzərsiz  milli-mədəni  xüsusiyyətlərini  dərindən  əks 

etdirirdi.

1918-1920-ci  illərdə  Azərbaycanda  milli  dövlətçiliyin 

yaradılması  və  müvafiq  resursların  səfərbər  edilməsi,  inti­

zam,  özünüməhdudlaşdırma,  vətənpərvər  ruh  yüksəkliyi  və 

xarizmatik  liderə ehtiyac kimi  məsələlərin  həllini  tələb edən 

modernləşmə  1993-cü  ildən  başlayaraq  Azərbaycan  Res­

publikasının  rəhbərliyi  tərəfindən  həyata  keçirilən  modern­

ləşməyə çox  oxşayır.  Əlbəttə,  həyat şəraiti və buna müvafiq 

olaraq, modernləşmənin siyasi  metodları da dəyişmişdir:  bu 

gün  ölkədə  vətəndaş  müharibəsi  getmir,  Azərbaycan  Res­

publikası  beynəlxalq  təsisatlar  səviyyəsində  dəstəklənir.  Bu­

na  görə  də  Prezidentin  «Biz  Azərbaycan  Demokratik  Res­

publikasının  sədaqətli  və  layiqli  varisləriyik»  bəyanatının 

proqram  əhəmiyyəti  inkaredilməz tarixi həqiqəti ifadə edir.

Bütün  yuxarıda  deyilənlərlə  əlaqədar,  İlham  Əliyevin 

bəyanatları  çox  xarakterikdir:  «Biz  xarici  şirkətlərə  deyir­

dik:  siz  ayrı-ayrı  şirkətlərin  mənafelərini  müdafiə  edirsiniz, 

biz isə ölkənin  və Azərbaycan xalqının mənafelərini müdafiə 

edirik.  Əgər  siz  səhvə  yol  versəniz  bu,  yalnız  sizin  şirkətin 

bir  layihəsində  özünü  göstərəcək,  lakin  əgər  biz  səhv  etsək, 

bu  səhv  bütün  Azərbaycan  xalqının  mənafeyinə  ziyan  vu­

rar...  Biz  heç  bir  halda,  heç  bir  səhvə  yol  verə  bilmərik». 

İlham  Əliyev  hakimiyyətin  -  ən  mühüm  sosial  kapital  olan 

xalqın  etimadının  doğruldulması  qeydinə  qalan  dövlətçilə­

rin  hakimiyyətinin 

tarixi  məsuliyyət səviyyəsini  də,  mənəvi

44

prioritetləri  də  göstərir.  Hakimiyyətin  özülü  -   tarixin  indiki 



mərhələsində  «yalnız  iqtisadi  inkişaf,  xarici  investisiyaların 

cəlb  edilməsi...  şəraitində  təmin  edilə  biləcək»  real  müstə­

qilliyin  möhkəmlədilməsində  təcəssüm  etmiş  modernləşmə 

proqramının  uğurla  həyata  keçirilməsidir.  (Доклад  первого 

вице-президента  ГНКАР,  депутата  Милли  Меджлиса  Иль­

хама Алиева//Возрождение-ХХ1 век.  1999. №19. с. 10).



6.  XX  yüzilliyin  70-80-ci  illərinin «qabaqcıl  ənənəvi 

cəmiyyət»i

90-cı  illərdə  Prezident  H.Əliyev  öz  nitqlərində  bir  faktı 

dəfələrlə  etiraf  etmişdir  ki,  70-80-ci  illərdə  Azərbaycan 

böyük  uğurlar  qazanmışdır.  80-ci  illərin  ortalarında  res­

publika SSRİ-nin  ən  dinamik  inkişaf edən  müttəfiq  respub­

likalarından biri statusu qazanmışdı.

1969-cu  ildə  Heydər  Əliyev  hakimiyyətə gələndən  sonra 

respublikada  neqativ  hallara  qarşı  fəal  mübarizə  başlandı. 

1969-1985-ci  illər,  səfərbərlik  iqtisadiyyatının  imkanlarım 

əyani  nümayiş  etdirmiş  dəyişikliklərin  miqyasına  görə,  II 

Respublikanın  tarixində 

misilsiz  dövr 

kimi  qalmışdır. 

Azərbaycanın  dövlət  suverenliyinin  və  iqtisadi  müstəqil­

liyinin  bazası məhz həmin illərdə yaradılmışdır.

XX  əsrin  70-80-ci  illərində  Azərbaycanda  möhkəmlən­

miş  və  qərarlaşmış  cəmiyyəti  «qabaqcıl  ənənəvi  cəmiyyət» 

adlandırmaq  olar.  Bu  cəmiyyətə  xas  olan  əsas  cəhətlər 

mənəvi  sahədə  nailiyyətləri  üzvi  və  tarixi  xarakteri,  mənəvi 

dəyərlərin  daxili  bütövlüyü  və  sistemliliyidir.  Qabaqcıl  ənə­

nəvi  cəmiyyətdə  siyasi  münasibətlərin  və  hakimiyyət  sahəsi­

nin  sosial-mədəni  amillərdən  (adət-ənənələr,  mərasimlər, 

mifoloji  strukturlar  və  i.a.)  asılılığı  yüksək  dərəcədə  olur. 

Azərbaycan  cəmiyyəti  də  bu  xarakteristikaya  uyğun  gəlir, 

çünki  burada  sənayeləşmə,  mədəni  tərəqqi  və  şəxsiyyətin 

fərdiliyi  kimi  dəyərlər  qərarlaşmışdır  və  bütün  bunlar  kə-

45



nardan  müdaxilə  edilmədən,  ənənəvi  sivilizasiya  çərçivəsin­

də  baş  vermişdir.  Bir  faktı  xüsusi  qeyd  edək  ki.  90-cı  illərdə 

baş  vermiş  böhranlara  baxmayaraq,  Azərbaycan  öz  iden- 

tikliyi əsasında  modernləşməni davam etdirmək  üçün  zəruri 

potensialını  qoruyub  saxlamışdır.  Vəziyyətə  bu  cür  nikbin 

qiymət  verməyimiz  ona  əsaslanır  ki,  hər  bir  sivilizasiyanın 

öz  daxili  qanunauyğunluqları  ilə  təyin  edilən  bənzərsiz  di­

namikası vardır.  Buna görə də sivilizasiyalar  bir-birinə  q a r­

şılıqlı  təsir  edərkən  bu  prinsipi  rəhbər  tutmaq  lazım dır: 

«Hər  bir  sivilizasiya  öz  məxsusi  fərdiliyini  pozm adan,  ona 

yabançı  olan elementləri  seçmə yolla  qəbul edir»  (Ерасов  Б. 

Выступление 

на 

круглом 


столе 

«Что 


же 

даль- 


ше?»//Осмысливая мировой капитализм. М.,  1997. с. 189).

II  Hissə. AZƏRBAYCAN İDENTİKLİYİNİN 

QO RUNUB SAXLANMASI  PROBLEMİ

1.  Seçim Şəxsiyyət üzərində saxlanır:  Heydər Əliyev

Heydər Əliyev ona  xas  olan analitik təfəkkürlə XX əsrin 

Azərbaycan tarixini dörd mərhələyə bölür:  birinci mərhələ -  

əsrin  əvvəlindən  Oktyabr  inqilabına  qədərki  dövrü  əhatə 

edir.  İkinci  mərhələ  1918-1920-ci  illəri  -  Azərbaycan  De­

mokratik  Respublikasının  mövcud  olduğu  dövrü,  eləcə  də 

formal  baxımdan  suverenlik  əldə etmiş  Azərbaycan  SSR-in 

mövcud  olduğu  1920-1922-ci  illəri  əhatə  edir.  Üçüncü  m ər­

hələ Azərbaycan  SSR-in  federativ dövlətin  tərkibində  möv­

cud  olduğu  dövrdür  (1922-1991-ci  illər).  Nəhayət,  1991 -ei 

ildə başlanmış dördüncü mərhələ.  Azərbaycan Prezidentinin 

İcra  Aparatının  rəhbəri,  Azərbaycan  dövlətçiliyinin  müasir 

nəzəriyyəçisi  Ramiz Mehdiyev göstərir ki,  son  iki  mərhələ 

üçüncü və onun  bilavasitə nəticəsi  olmuş dördüncü  mərhələ 

birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.  Çünki Azərbaycanı 

müstəqil  dövlət  quruculuğuna  gətirib  çıxarmış  yol,  əslində 

1969-cu  ildən  -   Heydər  Əliyev  hakimiyyətə  gəldiyi  vaxtdan 

başlamışdır.

Ramiz  Mehdiyev  milli  dövlət  yaradılması  ideyasının 

həyata  keçirilməsinin  aşağıdakı  mərhələlərini  xüsusi  qeyd 

edir:  1988-1992-ci  illər,  1992-1993-cü  illər,  1993-1995-ci  illər 

və  1995-2003-cü  illər.  1993-1995-ci  illəri  «Müstəqillik  idey­

aları  və  dövlətçilik  uğrunda  «gərgin,  amansız  mübarizələr, 

müstəqillik  və  dövlətçilik  şüurunun  qələbəsi»  mərhələsi» 

kimi  səciyyələndirən  R.Mehdiyev  sonrakı  -   1995-2003-cü 

illəri  əvvəlki  mərhələnin  nəticəsi  olan  «siyasi  müasirlik»  və 

«tammiqyaslı  hüquqi,  demokratik  dövlət  və  vətəndaş  cə­

miyyəti  quruculuğu  mərhələsi»  adlandırır  (Mehdiyev  R. 

Azərbaycanda  müstəqil  dövlət  quruculuğu  təcrübəsi:  uğur­

lar,  problemlər  və perspektivlər.  /Mehdiyev R.  Azərbaycan: 

tarixi irs və müstəqillik  fəlsəfəsi.  Bakı, 2001. s. 254).

46

47




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə