Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Sözügedən  dövrün  siyasi  qiyməti  belədir.  Bu dövr  təkcə 

dövlətçilərin  hakimiyyətinin  möhkəmlənməsi  və  hüquqi, 

demokratik  dövlətin  və  vətəndaş  cəmiyyətinin  qurulması 

dövrü  deyildi...  Prezidentin  seçdiyi  yolun  konseptual  zəng­

inliyi  onun  bütün  çıxışlarında  nəzərə çarpır.  Onun  hərəkət­

lərinin  məntiqi,  xalqın  qarşısında  ən  mühüm  mövzularda 

çıxışlarının  xarakteri  bu  fəaliyyət  xəttini  «Heydər  Əliyev 

layihəsi»  adlandırmağa əsas  verir.  Millətin  rəhbərinin  həyat 

təcrübəsini  və «miqyasını» dərindən  dərk  etməyə  qadir olan 

görkəmli  şəxsiyyətlər  bu  fikri  təsdiq  edir.  «Heydər  Əliyev - 

siyasi cəhətdən  əzmkar, məntiqi təfəkkürə malik  intellektual 

şəxsiyyət  olub,  öz  fikrini  dinləyiciyə  qısa  müddətdə  çatdır­

mağı  bacarır,  bir  sözlə,  o,  şəksiz  liderdir»  (Z.Bjezinski). 

«Heydər  Əliyev 

bizim  dövrün  yetişdirdiyi  unikal  dövlət 

xadimlərindən  biridir,  Heydər  Əliyev  özünün  mühüm  hadi­

sələrlə  zəngin  olan  bütün  həyatı  boyu  daim  öz  xalqı  haq­

qında,  öz  Vətəni  haqqında  düşünmüş,  Azərbaycanın 

müstəqilliyinin  möhkəmlənməsi  və  öz  xalqının  səadəti  na­

minə  çalışmışdır.  Azərbaycandan  ötrü  ən  çətin  vaxtlarda 

Heydər  Əliyev  Vətəni  xilas  etmək  üçün  misilsiz  fədakarlıq 

göstərmişdir.  O,  ölkəni  bir sıra bəlalardan xilas etmiş  dövlət 

başçısıdır» (İ.Doğramacı).

Heydər  Əliyev  nadir  zəkaya  və  xarakterə  malik  dövlət 

xadimidir.  Bu  keyfiyyətlər  praktikadan  irəli  gəlmiş  və 

onunla  şərtlənmişdir,  yəni  onlar  xalis  akademik  xarakter 

daşımır.  O,  əsl  dövlət  adamıdır  və  dövlət  adamı  olmaqla, 

sözlərində  və  hərəkətlərində  çox  konkretdir.  Heydər  Əliye­

vin şəxsiyyətində ümumbəşəri  dəyərlər Azərbaycan tarixinin 

son  200 ili  ərzində  bu  millətin  görkəmli övladlarının  bir  ne­

çə  nəsli  tərəfindən  işlənib  hazırlanmış  Azərbaycan  maarif­

çilik  idealları ilə  qaynayıb-qarışmışdır.

Biz  Heydər  Əliyevin  tərcümeyi-halını  yazmaq  niyyətin­

də  deyilik,  lakin  istənilən  siyasi  araşdırmada  dahi  şəx­

siyyətlərin  bioqrafiyası  və  tarix  problemlərinə,  eləcə  də 

konkret  sosial  struktur  çərçivəsində  bioqrafiyalarla  tarixin

kəsişməsi  məqamlarına 

toxunmaq  zəruridir.  Bioqrafiya, 

tarix,  siyasət  və  cəmiyyət 

modernləşdirmə  problemlərinin 

öyrənilməsində başlanğıc nöqtələrdir.

İndiki  halda  bizi  həqiqi  milli  dövlətin  formalaşma  mən­

bələri,  Heydər  Əliyevin  adı  ilə  ayrılmaz  şəkildə  bağlı  olan 

hadisələr  m araqlandırır.  Milli  dövlətçilik  konsepsiyasının 

yaradılmasına,  müstəqil  Azərbaycanın  formalaşmasına  və 

deməli,  Azərbaycanın  dirçəlişinin  nəzəriyyə  və  praktikasına 

Heydər  Əliyevin  töhfələrinin  öyrənilməsi  -   mənəvi  əhə­

miyyət kəsb edən  məsələdir.  İlk  növbədə Azərbaycan dövlə­

tinin  möhkəmlənməsini  nəzərdə  tutan  milli  marağın  dərin 

mənasını  aydın  təsəvvür  etsək,  bu  barədə  başqa  fikir  ola 

bilməz.  Milli  dirçəliş  ideyaları  Heydər  Əliyevin  əsərlərində 

və  çıxışlarında  sistemli  şəkildə  açıqlanır.  Bu  ideyalar  onun 

sözləri  ilə  ifadə  edildikdə  daha  asanlıqla  dərk  edilir.  Azər­

baycan  mənəviyyatı zəminində kök salmış m üasir üzvi,  milli 

dövlətin  tarixi  1993-cü  ilin  iyun  ayından  başlanır.  Məhz 

həmin  vaxtdan  etibarən  xaos  və  vesternləşmə  proseslərinin 

entropiyası  zəifləməkdədir.  «Yalnız  1993-cü  ilin  yayında 

Heydər  Əliyev  hakimiyyətə  gələndən  sonra  vəziyyət  yaxşı­

lığa  doğru  dəyişməyə  başladı.  Vətəndaş  müharibəsinin  q ar­

şısı  alındı» (İlham Əliyev).

1993-cü  ilin  yay-payız  aylarında  Heydər  Əliyev  özünün 

bir sıra  çıxışlarında Azərbaycan  dövlətinin,  onun  siyasi  qu­

ruluşunun  islahatı  ilə  bağlı  vəzifələrin  konturunu  cızmışdır. 

Bu  islahatların  məzmununu  nəzərdən  keçirsək,  həmin  vəzi­

fələri  siyasi  modernləşmə  vəzifələri  adlandıra  bilərik.  Bu­

raya  icra  hakimiyyəti,  qanunverici  və  məhkəmə hakimiyyəti 

təsisatlarının  fəaliyyətinin  intensivləşdirilməsi,  əhalinin  və­

təndaş  fəallığının  artması,  hakimiyyətin  demokratikləşməsi, 

yəni  hakimiyyətin  müyəssərliyi,  açıqlığı  və  şəffaflığı,  döv­

lətin  və cəmiyyətin  ümumi  vəzifələri  barədə  mənəvi  konsen­

susun  yaranması  vəzifələri aiddir.

48

49




2.  Heydər  Əliyev:  «Böyük» siyasətə qayıtmaq zərurətini 

həyat diktə edir

1991-1993-cü  illərdə  mütəllibovçu,  sonra  isə  cəbhəçi- 

müsavatçı  «dövlət  xadimləri»  özlərinin  neqativ  nümunəsin­

də  şəxsiyyət  amilinin  əhəmiyyətini  nümayiş  etdirdilər.  İndi 

biz bilirik  ki,  m üvafiq  şəxsiyyət  təminatı  olmadan  keçirilən 

radikal  islahatlar ənənələrin  və əmək  motivasiyalarmın  ara­

dan  qalxması  ilə,  istehsalatın  bərbad  hala  düşməsi  və  işsiz­

liyin  artm ası,  həyat  səviyyəsinin  aşağı  düşməsi,  cəmiyyətdə 

insanların  əmlak  vəziyyətinə  görə  misli  görünməmiş  təbə­

qələşmə yaranm asına və s. mənfi hallara gətirib çıxarır.

Lakin  bundan  əvvəlki  hadisələr  ardıcıllığı  da  real 

müstəqillik  əldə  edilməsi  baxımından 

elə  bir  əhəmiyyət 

kəsb etmirdi:  hər şey  mərkəzdə,  M oskvada həll edilir,  rusiy­

alı  yenidənqurmaçı  dem okratlar  «real  sosializm»  adlanan 

totalitarizm ə  son  qoymaq  xətti  seçmiş  partiya  aparatının 

qeyri  aşkar  dəstəyinə  güvənərək,  get-gedə  zəifləməkdə  olan 

dövlətin taleyini həll edirdilər.

M əlum olduğu  kimi,  1982-ci ilin noyabr ayında H.  Əliy­

ev  A ndropovun  təşəbbüsü  ilə  M oskvaya  dəvət  edildi.  O, 

SSRİ  N azirlər  Sovetinin  sədri,  Brejnev  dövrünün  heronto- 

kratı  Tixonovun  birinci  müavini  təyin  edildi.  H.Əliyev  elə 

bir  dövrdə  Sov.  İK P  MK-nın  Siyasi  Bürosunun  üzvu  ol­

muşdu  ki,  həmin  dövrdə  bu  mühitdə  şəxsi  münasibətlərə 

əsaslanan xırdaçılıq siyasəti baş  alıb gedir, çox şey «konkret 

vəziyyətlə»  əlaqələndirilirdi.  Bununla  belə,  dövlət  pirami­

dasının  zirvəsində  azərbaycanlının  olması,  haqlı  olaraq, 

SSRİ  xalqları  birliyində  Azərbaycan  xalqının  sanballı  nai­

liyyətlərinin  rəmzi  kimi  qəbul  edilirdi:  Heydər Əliyev  SSRİ- 

də  bu  cür  yüksək  dövlət  rəhbəri  pilləsinə  qalxmış  yeganə 

azərbaycanlı  idi.  H.Əliyev  M oskvada  olduğu  illərdə  çox 

yüksək  nüfuz  qazanmışdı.  O nun  adma  on  minlərlə  məktub 

ünvanlanırdı,  sadə  insanların  onunla  hər  bir  görüşü  bu  in­

sanlar  üçün  əlam ətdar  hadisəyə  çevrilirdi.  Bu  da  aydındır:

qərarlar  qəbul  edilərkən  şəxsi  və  korporativ  məmur  məna­

felərinə  deyil,  dövlətin  mənafeyinə  və  vicdan  amilinə  əsas­

lanmaq  lazım  olmasına  adət  etmiş  insanlar  Əliyevin  sima­

sında  bütöv  bir  şəxsiyyət,  dövlətin  mənafelərinə  zidd  olan 

xudbinlik  hallarına  qarşı  amansız  mövqe  tutan  bir  dövlət 

xadimi görürdülər.

Heydər  Əliyev  Sov.  İKP  MK-nın  Siyasi  Bürosunda  ya­

ranmış  mənəvi-psixoloji  ab-hava  barədə  söhbət  açarkən, 

həmin  mühitdə  işgüzarlığın  və  onun  ayrılmaz  tərkib  hissəsi 

olan  daha  bir keyfiyyətin 

insanların  bir-birinə münasibət­

lərində və davranışında səmimiyyətin  itirilmiş  olmasına dair 

əyani  misallar  gətirərək,  deyirdi:  «Mən  -   Siyasi  Büronun 

üzvüyəm...  Sovet  İttifaqına  rəhbərlik  edən  10-11  nəfərdən 

biriyəm...  Bir  dəfə  Kremldə,  özümün  iş  kabinetimdə  ol­

duğum vaxt qəflətən ürəyim məni narahat etməyə başladı və 

məni  xəstəxanaya  apardılar...  On  gün  keçdi,  iyirmi  gün 

keçdi,  amma  iş  yoldaşlarımdan  heç  biri  mənimlə  m araq­

lanmadı.  Bir  ay  keçəndən  sonra  Baş  nazir  Rıjkov  mənim 

yanıma  gəldi...  Baş  katib Qorbaçov  isə bircə  dəfə də  olsun, 

telefonla  zəng  etm ədi...»  -   «...Sovet  İttifaqına  rəhbərlik 

edən  insanlar bir-birinə bu dərəcədə laqeyd idilər».

Şəxsiyyətinin  miqyasına  görə,  dövlətçilik  zəkası  və  əz­

mkarlıq  baxımından,  O.Bismarkla  müqayisə  edilə  biləcək 

H.  Əliyevin  Siyasi  Bürodan  kənarlaşdırılması  onun  «Litera- 

tuı naya qazeta»ya verdiyi,  əlamətdar «Qoy ədalət zəfər çal­

sın»  sərlövhəli  müsahibəsini  xatırlayan  və  qiymətləndirən 

bütün  insanlardan  ö trü   əsl  faciə  oldu.  M.Qorbaçovıın 

nüfuzlu  agenti  A.Yakovlevin  qurması  əsasında  H.Əliyevin 

dövlət  vəzifəsindən  kənarlaşdırılmasını  bu  gün  biz  Qorba- 

çovun  həqiqi  dövlət  xadimlərinə  -   Romanov,  Qrişin,  Usti­

nov,  Qromıko və başqaları  kimi,  ona mane olan  və ya mane 

ola  biləcək  insanlara divan  tutması  kimi  qiymətləndirə  bilə­

rik.  1994-cü  ildə  «Rossiyskaya  qazeta»ya  müsahibəsində 

«1987-ci  ildə  SSRİ  rəhbərliyi  ilə,  o  cümlədən  Qorbaçovla 

ciddi  ixtilaflar  ucbatından  Siyasi  Büronun  tərkibindən  çı­

50

51



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə