Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

xandan»  ta  1990-cı  ilə qədər  siyasi  fəaliyyətlə məşğul  olma­

dığım  qeyd  edən  Heydər  Əliyev  o  dövrü  xatırlayaraq  deyir: 

«Moskvada  məndən  ötrü  dözülməz  şərait  yaradılmışdı:  əs­

lində  mən  cəmiyyətdən  təcrid  edilmişdim,  ciddi  nəzarət  al­

tında,  ev  dustağı  kimi  saxlanırdım ...»  O,  Qorbaçovun  kur­

sunu  mənasız,  düşünülməmiş,  əsassız  və  «anlaşılmaz»  bir 

kurs  kimi  xarakterizə  edirdi.  Ölkəni  məhvə  doğru  aparan 

proseslərin  miqyasını və istiqamətini düzgün  qiymətləndirən 

uzaqgörən  insanlar  sayca  çox  deyildi  və  bu  uzaqgörən  in­

sanlardan biri məhz Heydər Əliyev idi.

1990-cı  il  yanvarın  21-də  Heydər  Əliyev  Azərbaycan 

SSR-in  M oskvadakı  daimi  nümayəndəliyində  bəyanat  verə­

rək  Bakıda  baş  vermiş  faciənin  səbəblərini  göstərmişdi: 

DQMV-də  bu  hadsələri  qabaqlaya  biləcək  «zəruri  tədbirlər 

görülməmişdi».  H.Əliyev  bu  faciənin  əsas  təqsirkarını  da 

göstərmişdi.  Bu  təqsirkar  -   taleyi  şəxsiyyətindən  daha  geniş 

miqyaslı  olan  Ə.Vəzı'rov  deyildi,  təqsirkar  -  xalq  arasında 

«xallı  Mikayıl»  deyilən  M .Qorbaçov  idi.  Sonradan  Heydər 

Əliyev  cəbhəçilərlə  polemika  zamanı  deyəcək:  «Meydanda 

toplaşan  adam ların  əksəriyyəti  oraya yalnız və yalnız Qara­

bağ məsələsinin ədalətli  həllinə  nail  olmaq  üçün gəlirdi.  Bu­

na  görə  do  bu,  ümumxalq  hərəkatı  idi».  H.Əliyev  xalqın 

siyasi  potensialını,  mübarizə,  sabitlik,  hakimiyyət,  güclü 

dövlət  və  liderlik  anlayışlarının  xalqın  təsəvvüründəki  mə­

nasını  ham ıdan  yaxşı  qiymətləndirirdi.  Ümumxalq  hərəka­

tının  ideoloji  m əzm unu  ayrıca  bir  söhbətin  mövzusudur. 

Fövqəlmilli  ideologiyalar  sürətlə  puç  olanda  ideoloji  va­

kuumun  yaranm ası  labüddür.  Bircə  anda  «əhaliyə»  çevril­

miş  xalq  kütlələrinin  birgə yaşaması  və  hər  biri ayrıca  isteh­

kamı  xatırladan  minlərlə  şəhər  və  kəndlərə  dağılışmaması 

üçün  milli  ideologiya  əsasında  bu  birgəyaşayışı  əsaslandır­

m aq  və möhkəmlətmək  üçün həmin  vakuumu dərhal  və hər 

yerdə  vulqar  millətçilik  ideologiyası  ilə  doldurmağa  çalı­

şırlar.  Millətçiliyin  yaranması  üçün  iki  amil  lazımdır:  ideo­

loji  vakuum  və  milli  ideyanın  daşıyıcısı  olan  sosial  təbəqə.

52

Azərbaycanda  bu  rolu  ziyalılar  yerinə  yetirirdi:  idarəçilərin 



(keçmiş partiya və sovet işçilərinin)  şəxsində dövlət ziyalıları 

və  siyasi  fəaliyyət  təcrübəsinə malik  olmayan  yaradıcı  ziya­

lılar.  H.Əliyev  millətçiliyin  mahiyyətini  aydınlaşdırdı,  öz 

əməli  fəaliyyəti  ilə bu terminə siyasi məna verdi:  millətçilik -  

milli  ideyanın  qorunması  üzərində  cəmləşmiş  ideya  və  hiss­

lərin  bir-biri  ilə  nisbi  ədaqəli  sistemidir.  O,  Elçibəyə  xas 

olan  şovinist  etnokratizmi  rədd  etdi,  millətçi  separatizmi 

darmadağın  etdi  və  bununla  da  milli  azlıqların  dövlətə  zidd 

hərəkətlərinin  qarşısını aldı.

H.Əliyevin  yenidən  böyük  siyasətə  qoşulması  zaman 

etibarilə  1990-cı ilin payızına təsadüf edir.  Həmin  dövrdə  o, 

xalqın iradəsi  ilə hesablaşaraq Naxçıvan  MSSR-in Ali  Sove­

tinə daxil  oldu.  Bizim  fıkrimizcə  bu,  düşünülmüş  addım  idi. 

Xalqın  çağırışlarına  məhəl  qoymadan  hakimiyyət  sükanına 

qayıtmaq 

istəməmiş 

Roma 

im peratoru 



Diokletianın 

düşdüyü  mənəvi  vəziyyəti  Heydər  Əliyevə  tətbiq  etməyi  tə­

səvvürə  gətirmək  mümkün  deyil.  Siyasət 

riskli  fəaliyyət 

növüdür.  İnsanlar  öz  talelərini,  millətin,  dövlətin  taleyini 

siyasətlə  həll  edir,  özlərinin  cəmiyyətdəki  statusunu  siyasət 

yolu  ilə dəyişirlər.  M ahir idarəetmə  işçisi  olan  Heydər  Əliy­

ev  də  siyasəti  insanın  imkanlarının  təşkil  edilməsi  uğrunda 

mübarizə  kimi  başa  düşür.  Onun  parlaq  dövlət  fəaliyyəti 

onun  motivlərini bu cür izah etməyə əsas verir.  Biz cəsarətlə 

belə bir fərziyyə söyləyə bilərik  ki,  hələ  o vaxt 

1990-cı  ildə 

diletantlıq  edərək  «hakimiyyəti oğurlayanlara» onun  m üna­

sibəti  müəyyən  mənada  Bismarkın  aşağıdakı  fikirləri  ilə 

səsləşir:  «sükanı  tam ahkar,  «novarum  rerum  cupidi»Iarin 

(yeniliklərə can  atanların)  və  düşüncəsiz  kütlələri  aldatmaq 

qabiliyyətinə  ən  yüksək  səviyyədə  yiyələnmiş  natiqlərin 

əlində  olan  dövlət  həmişə  çox  sürətlə  (burada:  fəlakətli  şə­

kildə.  -   müəllifin  qeydi)  inkişafa məhkum  olacaqdır.  Bu  isə 

dövlət  kimi  böyük  bir  qurumun  bütün  orqanizminə  ciddi 

ziyan  vurmaya  bilməz»  (Бисмарк  О.  Мысли  и  воспомина­

ния.  В трех томах. Т.И. М.,  1940, с.56).

53



Dövlət  adamı,  vətənpərvər,  etatist,  sözün  geniş  məna­

sında  xalqçı  öz şəxsi  incikliklərini  dövlətin  mənayefindən  və 

mənəvi  borc  hissindən  uca  tuta  bilməz.  Buna  görə  də  Hey­

dər Əliyevin  siyasətə -  «böyük  siyasətə» qayıtması  tamamilə 

qanunauyğundur.  Burada  biz  «böyük»  və  «kiçik»  siyasət 

arasında  fərq  qoymalıyıq.  Kiçik  siyasət  -   status  quo-nun 

bərpa  edilməsi  siyasətidir.  Kiçik  siyasət  -  cari  siyasətdir.  O, 

cəmiyyətin  təşkilinin  mövcud  siyasi  formatına  yerləşir,  hal­

buki,  böyük  siyasət -  transformasiya tipli siyasətdir.

H.Əliyev  mövcud  qaydaları  bərpa  etmək  siyasəti  sahə­

sində çox böyük  təcrübəyə malik  idi.  Bu yerdə bir qeyd-şərt 

etməliyik:  onun  əvvəlki  fəaliyyəti  heç  də  gerçəkliyin  xalis 

təkrar istehsalı  deyildi.  O  vaxtdan  neçə  illər keçəndən  sonra 

biz  başa  düşmüşük  ki,  1969-cu  il  iyulun  14-də  Azərbaycan 

tarixində  yeni  era  başlanmışdır:  Heydər  Əliyevin  Azərbay­

cana  rəhbər  seçilməsi  siyasi  rəhbərlərin  dəyişdirilməsi  kimi 

adi  prosedurun  hüdudlarından  kənara  çıxırdı.  Bu  hadisə 

ölkəmizin  müasir  tarixində  yeni,  hadisələrlə  çox  zəngin  bir 

eranın  başlanğıcı  oldu.  Məhz  həmin  gündən  etibarən  Azər­

baycanlıların  tarixi  həyatının  (yəni  milli  ruh  sahəsində  zə­

fərlərlə  dolu  həyatın)  təşkilati  və  mənəvi  əsasları  yaradıl­

mağa  başlandı.  Bu  həyatın  tərkib  hissələri  plan-direktiv  iq­

tisadiyyat  koordinatlarında  sürətli  inkişafın  həyata  keçiril­

məsi,  milli  özünü  ifadənin  bütün  formalarının  stimullaşdı- 

rılması,  milli  mənlik  şüurunun  güclənməsi.  Sosial-  iqtisadi 

inkişafa  verilmiş  yeni  təkan,  bəlkə  də  Azərbaycan  cəmiyyə­

tinin  milli  mənlik  şüurunun  dirçəldilməsi,  milli  köklərə 

qayıdış  istiqamətində Azərbaycan  cəmiyyətinin  təkamülünü 

kölgədə  qoyurdu.  Lakin  məhz  buna  görə  həmin  prosesin 

nəticəsi  -   mənəvi  müstəqillik  əldə  edilməsi  daha da qanuna­

uyğundur.

H.Əliyev  öz  həyatının  bu yeni  mərhələsində  böyük  siy­

asət  «yaratm ağa»  başladı.  Bu  siyasət  elə  «imkanlar  pəncə­

rəsi»  yaradır  ki,  böyük  şəxsiyyətlər  tərəfindən  idarə  edilən 

insanlar  yeni  təsisatların  təməlini  qoymağa,  ictimai  həyatın

54

yeni  təşkilinin  prosedur  və  normativ  əsaslarını  yaratmağa 



qadir  olur.  O  vaxt  çox  cüzi  sayda  adam  başa  düşürdü  ki, 

hakimiyyətin  təşkili  məsələsində  xalqm  iradəsini  ifadə  et­

məyin  yeni  tipini  həyata  keçirmək  missiyası  məhz  Heydər 

Əliyevin  üzərinə düşmüşdür.  Hegelin  təbirincə desək,  mənə­

vi  pozğunluq  və ehtirasların  kor-koranə qızışması şəraitində 

nicat tapmağın  zəruri  yolunu seçmək  lazım idi.  Axı  «mütəl- 

libovçularla»  cəhbəçilər  arasında  qarşıdurma  şəraitində  h a­

kimiyyətin  oğurlanması  və  hakimiyyət  məkanının  parça­

lanması Azərbaycanın bir dövlət qurum u və ölkə kimi məh­

vinə gətirib çıxara bilərdi.

1990-1991-ci  illərdə  dövrün  ən  ümdə  məsələləri ilə  bağlı 

Heydər  Əliyevin  proqram   xarakterli  çıxışları  respublikada 

milyonlarla  insanın  qəlbində  çox  güclü  ümid  hissi  doğur­

muşdu.  Deputat  Heydər  Əliyevin  hər  bir  çıxışı  milyonlarla 

soydaşımızın  qəlbində  əks  səda  doğururdu.  Halbuki,  ölkə­

nin  o vaxtkı  rəhbərləri -  Mütəllibov və onun  ətrafındakı  in­

sanlar  barədə bunu demək  heç cür mümkün  deyildir.  O nlar 

öz gələcəkləri  üçün  narahat olur və əsəbiləşirdilər.  H.Əliyev 

1990-cı  ilin  aprel  ayında  Respublika  Ali  Sovetinin  sessiya­

sındakı  çıxışında açıq  demişdi:  «Həqiqəti  isə desək  yeni  İtti­

faq  müqaviləsinin  layihəsi  əvvəlkindən  də  yararsızdır.  Yeni 

bir  ittifaqa  girməyi  Azərbaycan  xalqı  üçün  rəva  bilmirəm. 

Azərbaycanın  tam  istiqlaliyyət,  azadlıq,  iqtisadi  və  siyasi 

müstəqillik  yolu  ilə  getməsinin  tərəfdarıyam.  Azərbaycan 

xalqı  artıq  bu yola çıxmışdır.  Azərbaycan  Respublikası iqti­

sadi  və  siyasi  müstəqillik  yolu  ilə  getməli,  tam   istiqlaliyyət 

uğrunda  mübarizə  aparmalıdır»  (D eputat  Heydər  Əliyevin 

sessiyada  çıxışı.  //Səs.  1990.  №8.  s.  5).  SSRİ-nin  qorunub 

saxlanması  məqsədilə  təşkil  edilmiş  referendumu  Naxçıvan 

Muxtar  Respublikasında  boykot  etmişdilər,  Azərbaycan 

Demokratik  Respublikasının  üçrəngli  bayrağı  ilk  dəfə  bu­

rada  dövlət  bayrağı  kimi  qəbul  edilmişdi.  Keçmiş  SSRİ-nin 

bütün  hərbi  birləşmələri  Naxçıvan  ərazisindən  çıxarılmışdı.

55



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə