Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

bütövlükdə  III  Respublikanın  tarixi  trayektoriyasmın  kon­

turunu cızmış və əsaslandırmışdır.

1993-cü  il  iyunun  15-də  Heydər  Əliyev  Milli  Məclisd? 

proqram   əhəmiyyətli  nitqlə çıxış  etdi.  O dedi:  «Biz Azərbay­

canda  suveren,  dem okratik  respublika  yaradarkən,  sivil  cə­

miyyət  uğrunda  m übarizə  edərkən...  çalışmalıyıq  ki,  əsrlər 

boyu,  illər  boyu  davam  etmiş  asılı vəziyyətdən  sonra müstə­

qillik  əldə  etmiş  Azərbaycan  özünün  tarixi  nailiyyətlərini, 

özünün  milli  ənənələrini  bütün  dünyaya  nümayiş  etdirsin. 

G üm an  edirəm  ki,  bu  m ənada  Azərbaycanın  böyük  im­

kanları  var -  həm  tarixi,  həm də  müasir  imkanları  və  islam 

dininin  tim salında  dini,  mənəvi)  mənbələri  də  var  -   bütün 

bunlar  məcmu  halda  çox  böyük  baza  yaradır.  Bizim  vəzi­

fəmiz  bütün  bunlardan  səmərəli  istifadə  etməkdir»  (burada 

və  sonrakı  mətndə  bu  kitaba  istinad edəcəyik:  Heydər  Əliy­

ev.  Müstəqilliyimiz  əbədidir.  Birinci  kitab,  iyun,  1993 

may,  1994.  s.10-11).

Alimlərlə  görüşdə  (21  sentyabr  1993-cü  il)  Heydər  Əliy­

ev  son  dərəcə  məzm unlu  nitqlə  çıxış  edərək,  öz  siyasi  stra­

tegiyasının  bütün  ideoloji  aspektlərini  vurğulamışdır:  «Bi­

zim  yolum uz  dem okratiya  yoludur...  siyasi  plüralizm  yolu­

d u r...  biz  A zərbaycanda  çoxpartiyalı  sistem  ...  üçün  şərait 

yaratm alıyıq.  Azərbaycan  müstəqil  dövlət  kimi  öz  vətən­

daşlarının  hüquqlarını  qorum ağı  əsas  vəzifələrindən  biri  he­

sab etməlidir» (Birinci  kitab,  s.  151).

Siyasət və hüquq  sahəsində siyasi modernləşmənin  baza 

anlayışlarını  yüksək  qiymətləndirən,  ümumbəşəri  dəyərlərə 

dərin  hörm ətlə  yanaşan  Prezident  hər  dəfə  bu  məsələlərin 

mədəni  və  mental  şərtlənmiş  olması  mövzusuna  qayıdır. 

Onun  bu  barədə  fikirlərinin  ümumi  mənası  belədir:  ümum­

bəşəri  dəyərləri,  qloballaşm aqda  olan  dünyanı  yalnız  milli 

özünüdərk  prizm asından  alam aq  olar.  Bu elə  bir həqiqətdir 

ki,  onu yaddan  çıxarm aq  fəlakətli  nəticələr verə bilər.  Prezi­

dent  1993-cu  il  avqustun  22-də  gənclərin  qarşısında  çıxış 

edərək  demişdir:  “Əsas  vəzifələrdən  biri  də  gənclərimiz  ara­

sında  vətənpərvərlik  hissini  geniş  təbliğ  etməkdir.  Bu  təkcə 

ona  görə  deyil  ki,  biz  indi  müharibə  aparırıq.  Hər  bir  və­

təndaş  vətənpərvər  olmalıdır.  Əgər  öz  vətənini,  torpağını, 

xalqını  sevməsən,  öz  xalqının  mənəvi  dəyərlərinə  sahib  ol­

masan,  şübhəsiz  ki,  dünyada  başqa  şeyləri  də  qiymətləndirə 

bilməzsən»  (Birinci  kitab,  s.  175).  Belə  bir  həqiqət  Azərbay­

canda bu gün  də öz aktuallığım saxlayır:  mənəvi hakimiyyət 

yabançı  etalonların  idxalına  əsaslanırsa,...  mənəvi  haki­

miyyət bir dəfə əldən  buraxılmışdırsa,  siyasi  hakimiyyət me­

todları  nə  qədər  sərt  və  qətiyyətli  olsa  da,  bu  metodların 

köməyi  ilə  həmin  hakimiyyəti  geri  qaytarm aq  mümkün 

deyil» (Философия истории. M., 2001.  c.  97, 96).

Prezidentin  çıxışlarında mənşə etibarilə Qərbi  Avropaya 

xas  olan  insan  və vətəndaş  hüquqları ideyaları mənəvi mən­

bələrə  qayıdış  ideyası  ilə  uzlaşır:  «Xalqımız öz dininə qayıt­

dı.  İslam  dini  dünyada  öz  tarixi  yerini  tutmuşdur.  Xalqımı­

zın  mənəviyyatına,  qüdrətinə,  zəkasına  islam  dininin  böyük 

təsiri  olmuşdur.  Milli  ənənələrimiz,  mədəniyyətimiz  bir  çox 

hallarda  islam  dini  vasitəsilə  nəsildən-nəslə  keçib,  indi 

böyük  sərvətimiz kimi  bu  günkü nəsillərə çatmışdır» (Birin­

ci kitab,  s.205).

Vətənpərvərlik  və  tarixi  yaddaş  bir-birindən  ayrılmaz­

dır.  Tarixi  yaddaşın  sayəsində  mənəvi  cəhətdən  yetkin  və­

təndaşlar  tərbiyə  etmək  olar 

bu  fikir  dövlətimizin  başçısı­

nın  çıxışlarında  tez-tez  səslənir.  Bununla  bərabər  o,  son  70 

ildə  qazanılmış  tarixi  uğurların  əhəmiyyətini  də  vurğulayır: 

«müstəqil  dövlət  olmaq  üçün  xalqın  gərək  yüksək  mentali­

tet  səviyyəsi  olsun.  Xalqın  mentalitetini  qaldırmaq  isə  bir- 

iki  günün  işi  deyil.  (...)  Tarixi  təhrif  etmək  lazım  deyil. 

1920-ci  ildən  başlayaraq...  Azərbaycan  xalqı  böyük  bir  ta­

rixi  yol  keçmişdir.  Bu dövrdə  xalq yüksəlmiş,  onun  mentali­

teti,  təhsil  səviyyəsi  qalxmışdır»  (Birinci  kitab,  s. 158).  Cəb- 

həçi-müsavatçılara  xas  olan  sovet  tarixinə  münasibətdə  tə­

zahür  edən  nihilizm  yaradıcı  insanı  qəzəbləndirir:  «74  il  ər­

zində buranı  dağıdıblar?.. Yaşadığınız torpaq  da,  ev-eşik də,

68

69




oxuduğunuz,  işlədiyiniz  məktəb  də,  bu  bina  da 

hamısı  74 

il  ərzində yaradılıbdır...  74 il  Azərbaycan  xalqının  tarixidir, 

bizim  tarixim izdir...  Sizin  nə  haqqınız  var  ki,  bu  74  ilin 

üstündən  qara  xətt  çəkirsiniz?»  (Birinci  kitab,  s.191).  Səfər­

bərlik  ideyaları  onun  nitqlərində, milli  sazişin  və  ümumxalq 

həmrəyliyinin  zəruri  olması  barədə  fikirlərində  müxtəlif 

form alarda  səslənir.  Məsələn,  A.Proxanovun  (12  avqust 

1993-cü  il)  «Xalq  cəbhəsinin  iki  əllə  yapışdığı  liberalizm 

ideyası  iflasa  uğradı.  Siz  insanlara  hansı  ideyanı  təklif edə­

cəksiniz?  -   sualm a  prezident  belə  cavab  vermişdir:  «  yalnız 

milli barışıq ideyasını, ayrı heç bir ideyanı yox!  Bunun  daha 

mənası yoxdur  sən hansı  partiyaya  mənsubsan...  bizi dəh­

şətli  həddən  yalnız  ümummilli  barışıq  uzaqlaşdıra  bilər... 

əgər  sən  liberalsansa,  əgər  sən  xalq  cəbhəsinin  üzvüsənsə. 

səni  heç kəs  təqib  etməyəcək...  xalqa xidmət elə,  xalqın  yo­

lunda  özünü  fəda  elə»  (Birinci  kitab,  s.61).  1993-cü  iı 

sentyabrın  28-də  Prezident  əmək  kollektivlərinin  nümayən­

dələri  ilə  görüşdə  demişdi:  «Üzümü  bütün  Azərbaycan  və­

təndaşlarına  tutub  bir  söz demək  istəyirəm:  gəlin çalışaq  ki. 

xalq  birləşsin,  xalq  öz  gücünü  bir  yerə  cəmləşdirsin,  bütün 

vətəndaşlar  bir  olsun,  ağır  vəziyyətdən  əl-ələ  verib  birlikdə 

çıxaq...»  (Birinci  kitab,  s. 187).  Partiyalar  məsələsi  barədə, 

ümumiyyətlə  siyasi  azadlıqlar  məsələsi  barədə  Prezidentin 

çıxışlarında  səfərbərlik  imperativi  səslənir:  «hər  bir  təşkila­

tın  özünə  aid,  özünə  məxsus  proqramı  var,  istiqaməti  var. 

Lakin  hamı  üçün  bir  istiqamət  olmalıdır:  Azərbaycanın 

müstəqilliyini  qorum aq...,  ərazi  bütövlüyünü  qorum aq...., 

siyasi  sabitlik  yaratm aq,  qanun-qayda  yaratmaq»  (Birinci 

kitab,  s.  188).

Prezidentin  obrazlı  müqayisələri  çox  əlamətdardır.  Bə­

zən  onun  lakonik  müqayisələri  real  hadisənin  mahiyyətini, 

onun  mənasını  uzun  uzadı  nəzəri  müddəalardan  daha  yaxşı 

ifadə edir.  1993-cü  il  avqustun  24-də faciəli  Lənkəran  hadi­

sələri  barədə  çıxışında  prezident  demişdi:  «Müstəqil  Azər­

baycan  Respublikası  hələ tutmamış  qatıqdır.  O  gərək  bərki-

70

sin,  möhkəmlənsin...»  (Birinci  kitab,  s.  113).  Sonradan,



1994-cü  ilin  may  ayında  Prezident  apardığı  siyasətin  məz­

mununu səciyyələndirərək daha bir obrazlı  ifadə işlətmişdir: 

«Demək olar ki, biz nazik bir sapın  üstü ilə gedirik».  (Birin­

ci  kitab,  s.592).  Beləliklə,  iki  metaforik  obrazda  hələ  sabit 

qeyri-sabitlik  vəziyyətində  olan  dövləti  -  vəziyyətin  bütün 

aşkar  dramatizmi  də 

elə  bundan  ibarətdir,  -  gözləyən 

ölümcül təhlükələr ifadə olunmuşdur.

Prezidentin  siyasi  nitqinin  struktur  xüsusiyyətlərini 

qeyd  edək.  Bu  nitqdə  fikrin  məntiqi  ardıcıllığı  və  dilin  də­

qiqliyi  ilə  yanaşı,  «həm  -   həm  də»  dəyərlər  sxemi  diqqəti 

cəlb  edir.  Məsələn,  1995-ci  il  noyabrın  24-də  Milli  Məclisin 

birinci  iclasında  çıxış  edən  Prezident  Azərbaycanın  əvvəlki 

üç  Konstitusiyasının  (1921,  1937  və  1978-ci  il  konstitusiya­

larının)  adını  çəkərək  demişdi:  «Biz  bu  gün  tarixi  keçmişi­

mizə  hörmət  edərək,  keçdiyimiz  yolun  nə  qədər  əzab- 

əziyyətli  olduğunu  qeyd  edərək,  eyni  zamanda  xalqımızın 

müstəqilik  yolunda  inamla  irəli  getməsindən  məmnun  ol­

duğumuzu  bildirərək,  buna  görə  də  fəxr  etdiyimizi  bildirə­

rək  yeni  konstitusiyamızın qəbul olunmasım  tarixi  bir  hadi­

sə kimi, böyük bir  bayram kimi qeyd etməyə haqqımız var» 

(Beşinci  kitab,  s.  6). 

Bu  o  deməkdir  ki,  onun  dünya 

görüşündə  Azərbaycan  millətinin  qəhrəman  və  faciəli  keç­

mişi,  dinamik  bu  günü  və  uzaqgörənliklə  təsəvvür  etdiyi 

gələcəyi  harmonik  şəkildə  birləşir.  Bu  işıqlı  gələcəkdə  Azər­

baycan  millətinin  sosial  siyasi  və  mənəvi  idealı  təcəssüm  et­

məlidir.


Heydər  Əliyev  dərhal  dövlət  mexanizmini  «işə  saldı». 

Yaranmış  vəziyyətlə  əlaqədar  onun  nüfuzu  əzmkar  və  qəti 

tədbirlərə  əl  atm asına  imkan  verirdi.  Xalq  da  onu  ürəkdən 

dəstəklədi.  O,  plebisitar  lider  kimi  birbaşa  xalqa  müraciət 

edir.  Heydər  Əliyevin  xalq  qarşısında  çıxışları  onun  «siyasi 

insan»  naturasının  həddini  əks  etdirir.  Bu  insanın  əsas  mo­

tivi  dövlət səviyyəsində qərarlar qəbul edilməsi  sahəsində öz 

imkanlarını  gerçəkləşdirmək  cəhdidir.  Heydər  Əliyev  xalq

71



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə