Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə19/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

təsəvvür  edək  ki,  1993-cü  ilin  yayında  ölkəni  böhranlı  və­

ziyyətə  gətirib  çıxarmış  adam lar  yenidən  hakimiyyətə  qayı­

dıblar.  Bu halda Azərbaycan  xalqına kim zəmanət verə bilər 

ki, ölkə yenidən  bu vəziyyətə düşməyəcək,  çətin anda  onlar 

hərəsi  bir  tərəfə  qaçmayacaq?»  (Выступление  И.Алиева  на 

форуме  молодежи//  Возрождение  -   XXI  век.  1999.  №  13. 

с. 14).

S.Hüseynov  və  R.Cavadovla  bağlı  hadisələrdən  sonra 



anarxiyaya  və 

özbaşınalığa 

son  qoyulanda 

diqqətli 

müasirlərimizin  nəzərindən  belə  bir  fakt  qaçm adı  ki, 

Prezidentin  qələbəsi  bəzi  yeni  hadisələrə  aydınlıq  gətirdi. 

Artıq  1995-ci  ilin  baharında  mövcud  iqtidarı  Mütəllibovun 

və  cəbhəçilərin  praktiki  idarəetmə 

kadrları  ilə  səthi 

müqayisə  edəndə  görünürdü  ki,  Əliyevin  yetişdirdiyi  siyasi 

elitanın  əzmi,  onun  fəallıq  fəlsəfəsi  yeni  sosial-iqtisadi 

reallıqların  yaranmasına,  tranzisiya  (keçid)  prosesinin 

özünün  müqəddəratına  həlledici  təsir  göstərir.  Qeyd  etmək 

yerinə  düşərdi  ki,  bu  mövzu  xarici  ölkələrdə  siyasi  savad 

kurslarında  elmi  dərəcə almış  nəzəriyyəçiləri  siyasi  sistemin 

«özü-özünü  idarə  edən  institutlarının  imkanlarına  inanan, 

güya  bu  sistemin  cəmiyyətdə  və  dövlətdə  yaranan 

problemləri 

avtomatik 

həll 


edəcəyini 

güman 


edən 

müxalifətlə iqtidarın  ideya və  mənəvi-psixoloji fərqlərini  üzə 

çıxarır.  O  vaxtdan  bir  neçə  il  keçib.  İndi  görürük  ki. 

Prezident dövlətçiliyi  möhkəmlətmək  naminə geniş  miqyaslı 

güc metodlarına  və  təzyiqə əl  atmalı  olmamışdır.  Bu  siyasət 

ona  görə  uğurlu  oldu  ki,  Azərbaycanda  tarixən  yaranmış 

dövlətçilik  var,  onun  matrisi  ənənəvi  və  üzvi  matrisdir. 

Y.Evolanm  təbirincə desək:  «Dövlət o  halda üzvi dövlət  he­

sab  edilir  ki,  öz  təbiətinə  görə,  mahiyyəti  etibarilə  onun 

müxtəlif hissələrinə forma kəsb etdirən  müəyyən  ideyanı  əks 

etdirən  mərkəz  olsun;  parçalanma  və  ayrıca  bir  şəxsin  «öz- 

başnalığı»  belə  dövlətə  yabançıdır,  onun  tərkib  hissələrin­

dən hər  biri...  öz funksiyasını yerinə yetirir və daxilən  tamla 

bağlıdır.  Bizim  nəzərdən  keçirdiyimiz  sistemin  mahiyyəti

məhz  bundan  ibarətdir:  bu  sistemi  şəxsi  mənafelərin  nizam­

sız şəkildə toqquşduğu  elementlərin  adi cəmi və ya  məcmu­

su  deyil,  bir-biri  ilə  qarşılıqlı  əlaqəli  və  mənəvi  cəhətdən 

vəhdət  təşkil  edən  bir  tamdır»  (Эвола  Ю.  Люди  и  руины. 

Julius  Evola.  Les  hommes  au  milielu  des  Ruines.  /  Pardes: 

Parigi-Puiseaux,  1984.  Пер.  с  франц.  В.  Ванюшкиной. 

/http://www.nationalism.ore/vvv).  «Şəxsi  mənafelərin  nizam­

sız  şəkildə  toqquşduğu  elementlərin»  bu  məcmusu  -   Hey­

dər Əliyevə meydan oxuyan insanların müxalifətçi  birliyidir, 

onlar  «başqa»  dövlətçiliyin  obrazları,  əlləri  qana  batmış, 

qiyamlar  və  çevrilişlər  təşkil  etmiş,  özlərinin  xuntaları  və 

qorilla-prezidentləri  olan  elementlərdir.  Məhz  Prezidentin 

sayəsində,  onun  təcrübəli  idarəçi  kadrlar korpusunun  sayə­

sində Azərbaycan  prinsip etibari  ilə millətin qarşısında siya­

si  modernləşmə  məsələlərini  qoymağa  qabil  olan  sivil  döv­

lədər sırasında qaldı.



8.  «Legitimlik» informasiya müharibəsini ört-basdır edən 

vasitə kimi

Radikal  müxalifət  bir  qədər  çaşqınlıqdan  sonra  infor- 

masiya-psixoloji  müharibəyə  başladı.  Bu  müharibənin  dai­

mi  mövzuları  «demokratiya»,  «vətəndaş  cəmiyyəti»,  «legi­

timlik»,  «düzgün  seçkilər»,  «avtoritarizmin  tənqidi»  möv­

zuları  idi.  Radikal  müxalifətin  qəzetləri  demokratiya  və  in­

san  hüquqları  barədə hər gün  ritual  boşboğazlıq edirdi.

Onlar  sanki  Karl  Marksın  ifadə  etdiyi  aşağıdakı 

qaydaya  əməl  edirdilər:  «İndi  mətbuatın  birinci  vəzifəsi 

mövcud  siyasi  quruluşun  bütün  təməlini  dağıtmaqdır» 

(Маркс  К.  и  Энгельс Ф., Соч.  Т.6, с.  345).

Bizim  hüquq  və  azadlıq  pərəstişkarları  «Marksist  lenin­

çi»  plutokratik  liberalizmdən  başqa  heç  bir  tənqid  barədə, 

deyəsən  heç  eşitməyiblər,  üstəlik  onu  da  yalançı  və  doqma­

tik  tənqid  kimi  damğalayıblar.  Əslində  isə  «hər  şey  yüksək

76

77




zəkaya  malik  olan  az  sayda  insanlar  tərəfindən  həll  edilir, 

bəlkə də  bu  adam ların  adı  çox  məşhur deyil,  lakin  ikinci  də­

rəcəli  siyasətçilərin,  ritorlann  və  tribunların,  deputatların  və 

jurnalistlərin,  əyalət  nümayəndələrinin  böyük  əksəriyyəti 

cəmiyyətin  ən  aşağı  təbəqələrində  xalqın  öz  müqəddəratını 

təyin  etməsi  barədə  illüziyanı  dəstəkləməkdən  başqa  heç  nə 

etmir»  (Шпенглер  О.  Закат  Европы.  Новосибирск,  1993.  с. 

74).  Çox  qısa  m üddətdə  müxtəlif  fondlar  tərəfindən 

maliyyələşdirilən  radikal  müxalifətin  ideolji  bazası  Qərbdə 

gedən  proseslərdən  get-gedə daha çox uzaqlaşır. 90-cı  illərin 

əvvəllərində  bunu  bağışlamaq  olardı,  çünki  o  vaxt  çoxları 

bilmirdi  ki,  M DB-də  keçid dövrü  liberal  Qərb dem okratiy­

alarının  transformasiyası  ilə  eyni  vaxta  düşmüşdür.  Sovet 

cəmiyyətinin  dem okratik  hissəsinin  can  atdığı  bir  sıra  məq­

sədlər (hakimiyyət bölgüsü, çoxpartiyalılıq,  BMT üzvlərinin 

suverenliyinə  hörmət  və  s.)  90-cı  illərin  ikinci  yarısından 

etibarən  Qərbdə  sürətlə  qiymətdən  düşür.  Dünya 

«qızıl 


milyarda»  daxil  olmayan  xalqlara  münasibətdə  polis,  oli- 

qarxiya və  həmin  xalqlara  qarşı  düşmən  mövqe  tu tan   döv­

lətə  çevrilir.  Lakin 

həqiqi  vətənpərvərlər  üçün  xəcalət 

sayılmalı  hadisələr  hələ  bu  gün  də  müxalifəti  ruhlandı- 

rırlSöhbət  ondan  gedir  ki,  Qərbin  «soyuq  müharibədə»  qə­

ləbəsi  onun  strateji  təfəkkürünün  ifrat  dərəcədə  bəsitləşmo- 

sinə  maarifçilərin  belə  bir  özündənrazı  mifinin  dirçəlməsinə 

şərait  yaratm ışdır  ki,  guya  qərb  iqtisadiyyatına  müvafiq  in­

san  təbii  (sivil)  insan,  digər  lokal  sivilizasiyalara mənsub  in­

san  tipləri  isə  süni  insanlardır.  Müxalifətin  ideoloji  savad­

dan  məhrum  olan  əllamələrinin  doqmatik  məntiqinə  görə 

o rta  Azərbaycanlı  tam   dəyərli  insan  deyil,  çünki  o,  özünün 

siyasi  psixologiyasına  görə  Avropalıya  və  Amerikalıya  ox­

şamır  və  əgər  belə  insan  özünün  (bu  məqamı  xüsusi 

vurğulayırıq)  vətəndaş  bonzərsizliyinco  inadkarlıq  edirsə  o, 

ikiqat 

nifrətə 


layiqdir. 

Halbuki, 

«sosioloji 

qanuna­


uyğunluqlar  (cəmiyyətin  fəaliyyət  qaydaları.  -   müəllifin 

qeydi) aksiom a qüvvəsinə  malik deyildir və bir cəmiyyətdən

78

digərinə  keçid zamanı  dəyişərək  geniş  mədəni  kontekstdən 



asılıdır»  (Портянкин  Б.А.  Размышления  о  микро-  и 

макросоциологии  //Социологические  исследования.  1992. 

№1. с.  116).

9.  «Cırtdan» Milli Məclisin sonu

Qanunvericilik  hakimiyyətinin  dəyişməsi,  onun  fun­

ksional  və  kadr  səviyyədə  keyfiyyətcə  dəyişməsi  III  Res­

publikanın  siyasi  modernləşməsində  mühüm  mərhələ  oldu. 

Məlum  olduğu  kimi  1993-cü  ilin  yayında  Milli  Məclis  -  

1991-ci  ilin  noyabr  ayında  hakimiyyətlə  radikal  müxalifət­

çilərin  qızğm  çəkişməlri  nəticəsində  yaranmış  bu  cırtdan 

parlament  əsl  mübarizə  meydanına  çevrilmişdir.  Azərbay­

can  SSR  Ali  Sovetinin  cəsədi  üzərində  qurulmuş,  Mütəlli- 

bovçu  nomenklaturla  kütlə  içərisindən  və  çayxanalardan 

çıxmış  siyasətçilərin  dinc  yanaşı  yaşamaq  praktikasından 

doğulmuş bu  m utant  müvəqqəti bir  orqan  kimi  nəzərdə  tu­

tulmuşdur.  Form al  baxımdan  həmin  məclis  yeni  dövlətin 

ilk  milli  parlamentinə  seçkilərin  vaxtından  əvvəl  hazırlan­

ması  ilə  məşğul  olmalı  idi.  Onun  bütün  tarixi  fraksiyalar 

arasında  çəkişmələrlə  doludur:  «Yarımların»  heç  biri  sıx 

birləşmiş  qrup  deyildi,  hərçənd  Milli  Məclisin  «nomenkla- 

tur»  hissəsi  daha  intizamlı  idi.  «Demokratik»  hissə  isə  yeni 

struktura  kooptasiya  edəndən  sonra  elə  ilk  günlərdən  baş­

layaraq  şöhrətpərəstlik  zəminində  mübarizələr  onu  didib 

dağıdırdı.  Az  sonra  «demokratlar»  cərgəsi  onların  buraya 

təyin  edilməsi  təşəbbüsünü  irəli  sürmüş  AXC  lideri 

Ə.FJçibəyin  ən  barışmaz  düşmənlərinə  çevrildi.  Belə  «Milli 

Məclis»  hakimiyyətin  diqqət  əlamətlərinə çox  həssas  m üna­

sibət  bildirirdi,  onu  asanlıqla  idarə  etməyə  imkan  verən  sə­

bəblərdən  biri  do  bu  idi  ki,  Prezidentlər  dövlət  vəzifələrinə 

öz  tərəfdarlarından  10-15  nəfəri  təyin  etmişdi.  Xüsusi  əhə­

miyyət kəsb  edən  iclaslarda  bu  deputatlar  icra  hakimiyyəti­

nin  qərarlarına intizamlı şəkildə səs verirdilər.

79



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə