Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

Milli  Məclis  fəaliyyətdə  olan  prezidentlərdən  ikisinə 

Mütəllibova  və  Elçibəyə  qarşı  satqınlıq  etdi:  guya  onların 

tərəfdarları  sayılan  deputatların  işləri  uğurla getməyəndə bu 

deputatlar  həmin  prezidentlərə  xəyanət  etdilər.  Heydər 

Əliyev  yaxşı  bilirdi  ki,  bu  deputat  korpusuna  toplaşmış 

adamlar  istənilən  rejimdə  özlərinə  yer  tapmağa  çalışan  əqi- 

dəsiz  insanlardır.  Ali  Sovetin  o  biri  deputatları  da  belə  idi. 

Prezident  nə  Milli  Məclisi  buraxmaq  qərarına  gəldi,  nə  də 

Ali  Soveti  tam   tərkibdə yenidən çağırdı.  Görünür,  o,  bu or­

qanın  «təbii  ölüm ünü»  gözləməyə  və  bundan  sonra  dövlətə 

zidd xadimlərdən  təmizlənmiş  təməl üzərində parlament qu­

ruculuğuna  başlam ağa  üçtunluk  vermişdi.  Bir  sözlə,  bu 

məclis  1995-ci  ilin  sentyabr  ayında  özünün  hüquqi  səla­

hiyyət  müddəti  başa  çatana  qədər  mövcud  oldu.  Bəlkə  də 

prezident  yeni  parlam enti  xalqın  iradəsini  təcəssüm  etdirən 

qanunların  işlənib  hazırlanması  mexanizmindən  daha  çox, 

ali  məqsədlər  nam inə  onunla  əməkdaşlıq  edən  həmfikir 

dövlətçilərin kadr təşkilatı hesab edirdi.

1995-ci  ilin  m art  ayında  R.Cavadovun  qiyamı  yatırılan­

dan  sonra  milli  təmərküzləşmə  ideyası  adlandırıla  biləcək 

bir  ovqat  yaranm ışdı.  Bu  ovqatın  ideya  mahiyyəti  barədə 

həvəslə  danışanlar  çox  olub.  Martın  17-də  hələ  XTPD 

(Xüsusi  Təyinatlı  Polis  Dəstəsi)  bazasının  dövrəsində  atəş 

səsləri  eşidiləndə  prezidentin  yanında  müşavirə  keçirilirdi. 

Bu,  açıq  aksiya  idi:  müxalifətin  dövlətə  zidd  fəaliyyətinin 

ifşa  edildiyi  müşavirə  televiziya  kanalları  ilə  translyasiya 

edilirdi.  Senzura  müvəqqəti  gücləndirilmişdi.  1994-cü  ilin 

payızından  etibarən  məcburi  tədbir  kimi  fövqalədə  vəziyyət 

rejimi  tətbiq edildi.  Lakin  fövqəladə vəziyyət tətbiq edilməsi 

ilə  bağlı  əvvəlki praktikalardan  fərqli  olaraq  bu  dəfə  həmin 

tədbirin  görülməsi  üçün  ciddi  mənəvi  əsaslar  vardı.  Mart 

ayında  fövqəladə vəziyyət  rejiminin  müddəti  daha  2  ay artı­

rıldı.

Dövlət  m ətbuatı  və  ieleviziyası  Prezidentin  kursunun 



izah  edilməsi  və  radikal  müxalifətin  dövlətə  zidd  bir  qüvvə

80

kimi  pislənməsi  kompaniyasını  genişləndirdi.  Prezident  hə­



min  açıq  müşavirədə  xatırlatdı  ki,  o,  qarşıdakı  seçkilərin, 

yəni  xalqın  prezidentə  və  onun  kursuna  etimad  ifadə  etmə­

sini  təmin  edən  seçkilərin  demokratik  şəkildə  keçirilməsinin 

qarantıdır.

1995-ci  ilin  yazından  etibarən  Milli  Məclisə  seçkilərlə 

bağlı  kompaniya  başlandı.  Noyabrın  12-ə  təyin  edilmiş  seç­

kilərə  hazırlıq  siyasi  ehtirasların  coşması  ilə  müşayiət  olu­

nurdu.  Elçibəylə  bağlı hadisələr, avantürist cəbhəçilərin,  xa­

rici  ölkələrdən  dəstək  alan  partiya  funksionerlərinin  bir  ne­

çəsinin  tutulub  saxlanması  və həbs  edilməsi,  dövlət əleyhinə 

cinayətlər  törətmiş  şəxslərin  barəsində  məhkəmə  hökmləri  -  

dövlətin  öz  mövcudluğunu  qoruyub  saxlamaq  üçün 

gördüyü  tədbirlər  ən  ümumi  şəkildə  desək,  bunlardan  iba­

rətdir.  Qeyd  etməliyik  ki,  hər  bir  siyasi  sistemin  böhransız 

inkişaf etməsi  üçün  öz  normaları  var  və  bu  norm alar  siste­

min  düşmənlərinin  fəaliyyətinə daim  nəzarət  olunmasını  tə­

ləb  edir.  Azərbaycan  gerçəkliyinə  xas  olan  hərbi-fövqəladə 

şəraitdə,  millətin «bir yerə cəmləşdiyi» vaxtda bu norma sərt 

olmaya  bilməz.

Seçkilərə  hazırlıq  son  dərəcə  gərgin  sosial-iqtisadi  şəra­

itdə  həyata  keçirilirdi.  Çeçenistanda  birinci  müharibə gedir­

di.  Rusiya  Azərbaycanla  sərhədi  bağlamışdı.  Onu  da  qeyd 

edək  ki,  həmin  dövrdə  «Torkvil  qanunu»  deyilən  qanunun 

təsirinin  ilk  əlamətləri  müşahidə  olunurdu.  Həmin  qanuna 

görə  ümumi  vəziyyətin  sabitləşməsi  xalqın  hakimiyyətə 

ümidlərinin və tələblərinin  artm asına stimul yaranır.



10.  Demokratiyanın kəmiyyəti və keyfiyyəti

1995-ci  ilin  əvvəllərində ölkədə 45-dən çox  siyasi partiya 

və  təşkilat  rəsmi  və  qeyri-rəsmi  şəkildə  fəaliyyət  göstərirdi. 

Lakin  onların  çoxu  əhalinin  əhəmiyyətli  hissəsinin  mənafe­

lərini  əks  etdirmədiklərinə  baxmayaraq,  xarici  fondlardan 

dəstək  alır  və  öz  məqsədlərini  güdərək  fəal  iş  aparırdılar.

81



Çox-partiyalı  sistemin  yaranması  Avropa  standartlarına 

uyğun  siyasi  modernləşmə  məcrasında  baş  verirdi.  M a­

hiyyət  etibarilə  bu  vəziyyət  qondarm a  novatorluq  təsiri 

bağışlayırdı,  çünki  o,  başqa  cəmiyyətlərin  və  xalqların 

zövqlərini  mexaniki şəkildə Azərbaycana  tətbiq  etmək  cəhdi 

idi.  45  partiyadan  yalnız  Yeni  Azərbaycan  Partiyası  -  peşə­

kar  siyasi  menecerləri  (idarəçilər  sinfini)  öz  sıralarında 

cəmləşdirmiş  bu  partiya  Prezidentin  niyyətlərini  şüurlu  şə­

kildə  və  intizamla  həyata  keçirirdi.  Yeni  Azərbaycan  Par­

tiyası  bu  işləri  obyektiv  fakt  üzrə,  öz  üzvlərinin  hər  hansı 

hissəsinin  karyerist,  tam ahkar  mülahizələrindən  asılı  ol­

mayaraq həyata keçirirdi.

Kommunist  partiyalarını  da  dövlətçilər  partiyalarına 

aid  etmək  olar.  Məsələn,  Azərbaycan  Kommunist  Partiyası 

(sədr  R.Əhmədov)  bu  gün  də əmindir  ki,  o,  kommunist ide­

allarının  bərpa  edilməsi  uğrunda  mübarizə  aparır.  Lakin 

faktiki  olaraq  bu  partiya  Prezidentin  dəstəyinə  güvənərək 

müasir  Azərbaycan  dövlətçiliyinin  möhkəmlənməsinə  xid­

mət edir.  M əhz  həmin  illərdə prezidentin  kursuna prinsipcə 

loyal  olduqlarını  bildirən  bir  neçə  az  saylı  partiya  form a­

laşmışdı.  Onları  instinktiv  dövlətçilər  hesab  etmək  olardı. 

Bir  qədər  sanballı  görünmək  xatirinə  «alyanslar»  şəklində 

birləşən  bu  kiçik  partiyaların  mövcud  olması  belə  bir  fikir 

doğurur  ki,  partiya 

ikinci  dərəcəli  subyektdir.  Siyasətin 

birinci  dərəcəli  subyekti  isə mühüm dövlət məsələləri  barədə 

öz  vəhdətini  dərk  edən  və bu irimiqyaslı  mənafeləri  birlikdə 

müdafiə etməyə hazır  olan  bir  qrup  nüfuzlu  insandır.  Əgər 

belə  bir  qrup  yoxdrsa,  partiyanın  mövcudluğu  yalnız  imita- 

siya  edilir,  çünki  indiki  partiyaların  hamısı  personlaşdıııl- 

mışdır:  onlar  ambisiyalı  populyar  xadmin  ətrafında  form a­

laşmışdır.

Azərbaycandakı  partiyaların  böyük  əksəriyyəti  sistem- 

dənkənar  müxalifətdir,  onun  potensialı  xarici  fondlar  tərə­

findən  maliyyələşdirilir.  Özlərini  «milli  demokratlar»  ad­

landıran  bu  cür  partiyalar  öz  hərəkətləri  ilə  belə  bir  fikrə

düşməyə əsas  verirlər  ki,  onlar  heç  vaxt  dem okrat  olmayıb­

lar, daxilən onlara xas olmuş  millilik  keyfiyyəti  isə  subsidiy­

aların  təsiri  ilə,  necə  deyərlər,  buxarlanmışdır.  Belə partiya­

lar  yerinə  yetirdikləri  ideoloji  rola  görə  vasitəçi  partiyalar­

dır.  Çünki  onlar  kor-koranə  qərbləşməni  «düzgün» 

modernləşmə  kimi  qələmə  verərək  onu  ölkəyə  zorla  qəbul 

etdirməyə  çalışırlar.  Azərbaycan  tarixində  özlərinin  rolu 

barədə siyasi uydurm alarından asılı olmayaraq onlar hamısı 

Azərbaycanda  təqribən  eyni  işlə  məşğuldurlar:  onu

«tamamlayıcı  iqtisadiyyat»  ölkəsinə,  xalis  xammal  ölkəsinə 

özünün  elmi,  yüksək  texnologiyaları  olmayan, 

adi 


kütlədən  ibarət  bir  cəmiyyətə  çevirmək  istəyirlər.  Əlbəttə, 

əgər onlar hakimiyyət sükanını ələ keçirə bilsələr.



1 1 . 1995-ci ilin Milli Məclisi: 

dövlətçiliyi müdafiə edilən legitim qurum

1995-ci  il  yayın  axırlarında  parlamentə  seçkilər 

haqqında qanun layihəsi Milli  Məclisə təqdim edildi.  Həmin 

layihədə  müəyyən 

edilmişdir  ki, 

Milli 


Məclis 

125 


deputatdan  ibarət  olacaq.  Onlardan  100-ü  m ajoritar  seçki 

dairələrində,  25-i  isə  partiya  siyahıları  üzrə  seçiləcəkdir. 

Dövlətçilərin  ideoloqları  partiyaları  süni  qurum lar  hesab 

edirdilər.  Buna  görə  də  seçkiləri  m ajoritar  dairələr  üzrə  ke­

çirmək  təklif olunurdu.  Qərb sivilizasiyasının  nailiyyətlərini 

seçmə  yolla  tətbiq  etmək  faktı  bu  məsələdə  özünü  göstər­

mişdi.  Daha  sonra  məlum  kompromis  formula  işlənib  ha­

zırlandı.H

1995-ci  il  noyabrın  12-də  Milli  Məclisə  seçkilər  və  yeni 

Konstitusiyaya  dair  referendum  keçirildi.  Noyabrın  19-da 

MSK  (Mərkəzi  Seçki  Komissiyası)  seçkiyə  rəsmon  yekun 

vurdu:  səsvermədə  3,5  milyon  nəfər  və  ya  səsvermə  hüqu­

quna  malik  olan  vətəndaşların  86,0%-i  iştirak  etmişdir.  Səs­

vermədə  iştirak  edənlərin  92%-i  birinci  Konstitusiyanı  bəy­

əndiyini  bildirmişdir. 

III 

Respublikanın  siyasi  həyatında

82

83



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə