artıq ənənəyə çevrilmiş bir hal -- seçki prosedurlarının şəffaf
və düzgün olması barədə mübahisələr və etiraz manifesta-
siyaları başlıca məsələdə bizi bir daha inandırır: A zərbay
canda seçkilər səslərin «partiyalar üzrə» süni yolla xırda-
lanmasına əsaslanmırsa və plebisit deyildirsə, yəni dövlətin
proqram ına etimad məsələsini «lehinə» - «əleyhinə» prinsipi
üzrə səsə qoyulm ursa bu seçkilər «təbii deyildir». Bu yerdə
sayı milyardı keçmiş çinlilərlə bağlı bir faktı xatırlatmaq is
tərdim: həmin ölkədə bir partiyanın olması onların planetdə
liderliyə doğru irəliləməsinə «mane olmur». İlk baxışda bu
na tam zidd olan başqa bir faktı da xatırlatmaq yerinə düşər
- Fransa Milli Cəbhə partiyasının lideri Le Pen prezident
seçkilərində ikinci mərhələyə çıxmışdır. ABŞ-da «istebliş-
ment» deyilən sistemə daxil olmayan siyasətçinin gözlənil
məz qələbəsi m ətbuatda və televiziyada çox böyük bir iste-
rikaya səbəb olmuşdur. Deyə bilərsiniz ki, bu iki xalqm
praktikası arasında ortaq cəhət nədir? - ortaq cəhət hər iki
cəmiyyətdə hökm sürən norm alar və qaydalar
islebliş-
ment olmasıdır. Çində formal cəhətdən çoxsaylı xırda ma
rginal partiyaların olmasına baxmayaraq bir «isteblişmen-
tar» partiyanın
hökm ranlıq etməsi
normal hal sayılır.
Fransada bir neçə «isteblişmentar» partiya və çoxlu m argi
nal partiyalar olduğu şəraitdə həmin bir neçə «isteblişmen
tar» partiyanın hökm ranlıq etməsi normal hal sayılır. Hər
iki ölkədə marginalların irəli çıxması dövlət orqanizminin
sarsılmasına gətirib çıxara bilər və belə halda tanklar siyasə
tə «daxil olur» (Pekin, 1989-cu il, Moskva, 1993-cü il) və ya
isteblişment əleyhdarlarını sakitləşdirmək üçün tankların
siyasətdən çıxarılacağı vəd edilir.
Görünür, MDB-nin
Azərbaycandakı ekspertləri xalqm siyasi psixologiyasına
kifayət qədər yaxşı bələd idilər: onlar
seçkilərdə qeydə
almmış xırda pozuntu hallarına əhəmiyyət vermədilər və
seçkiləri
«Azərbaycanın
demokratikləşməsi
yolunda
mühüm addaım » kimi qiymətləndirdilər. Müsəlman alə
mindən
olan
müşahidəçilər 92,0%rəqəminə hörmətlə
84
yanaşdılar, lakin Avropa Şurasından olan müşahidəçilərin
fikri başqa idi.
Noyabrın 13-də onlar qeyd etdilər ki, seçkilərin
gedişində «ciddi pozuntular və qanundan kənara çıxma
halları olmuşdur», missiyanın rəhbəri C.Bomel isə demişdi:
«Bu cür qeyri-demokratik seçkilərdən sonra Azərbaycan
Avropa Şurasına qəbul edilə bilməz». Şərqi Avropa
Demokratiya İnstitutunun
(ABŞ) direktoru
İ.Lasota
seçkiləri «on ədalətsiz və demokratiya ilə identifikasiya edilə
bilməyəcək»
seçkilər
kimi
qiymətləndirilmişdi.
Bu
eqosentrik
tənqiddə
ən
çox diqqəti
cəlb
edən
-
«identifikasiya» sözüdür. Belə çıxır ki, guya demokratiya
bir etalon kimi, yalnız dünyanın müəyyən hissəsində
mövcuddur. Beləliklə, radikal müxalifət sıralarında olan
həmvətənlilərimizi saymasaq, ən uzaqgörən və vicdanlı
azərbaycanlılar bəzi
qərb siyasətçilərinin
və ictimai
xadimlərin ikili standartlarını bəlkə də birinci dəfə gördülər
və bunu lazımınca qiymətləndirdilər. Bununla belə, Azər
baycan demokratiya yolunda inamla irəliləyirdi.
12. Tarixi inkişaf marşrutları haqqında mülahizələr
Belə bir faktı qeyd etmək istərdik ki, bir sıra sosioloqlar
tərəfindən kəşf edilmiş həqiqət Heydər Əliyevin və onun da
vamçılarının dövlətçilik fəaliyyətində öz əksini tapır. Avro
padan kənarda yerləşən ölkələrin inkişaf təcrübəsi müxtəlif
modernləşmə m arşrutlarının (modernləşmə «qapılarının»)
mövcud olmasının qanunauyğunluğunu təsdiq edir. Radi
kal müxalifət isə praktiki olaraq bu həqiqəti təkzib edərək,
milli bənzərsizliyi «totalitarizmin və avtoritarizmin tör-
töküntüsü» adlandırır. Prezident islahatların gedişində sosi
al-mədəni amillərin (ənənələrin, etiqadların, əqidələrin,
adətlərin, zövqlərin) rolunu dəfələrlə vurğulamışdır. Bu hə
qiqətlərin məhz Prezidentin dilindən səslənməsi həm prakti
ki, həm də nəzəri əhəmiyyət kəsb edir. Doğrudan da, Hey-
85
dor Əliyevin fəaliyyət kursunun xalq tərəfindən dəstəklən
məsi fenomeninin özü adi siyasi faktdan daha artıq əhə
miyyətə malik olub, sürətli və harmonik inkişaf naminə sə
fərbərliyin açıq form alarına ümid bəsləməyə imkan verən
hərəkətverici qüvvədir (amildir).
Heydər Əliyevin siyasəti endogen və ekzogen proseslərə
xas olan amillərin daim nəzərə alınmasına əsaslanır. Sadə
dildə desək, bu halda iki qüvvə «işləyir» - sosial-mədəni
elementlər (xalqın öz rəhbərinin xarizmasına inamı və
ümumi tərəqqi naminə çətinliklərə dözməyə hazır olması ı
şəklində təzahür edən daxili (endogen) qüvvə və Böyük
Pulları və Böyük İradəni akkumilyasiya edən beynəlxalq
təşkilatlardan bəhrələnən iradi təkanlar şəklində təzahür
edən xarici (ekzogen) qüvvə - Pax Americana xas olan sər:
reallıqlar belədir.
13. 1995-ci il Konstitusiyası «güclü dövlətin»
təcəssümü kimi
1995-ci il noyabrın 12-də parlament seçkiləri ilə eyn
zamanda Azərbaycan Respublikasının Konstitusiyasına
dair referendum keçirildi. Bu Konstitusiyanın layihəsi Hey
dər Əliyevin sədr olduğu Konstitusiya Komissiyası tərəfin
dən işlənib hazırlanmış və hamılıqla müzakirə edilmək üçün
oktyabrın 15-də dərc edilmişdi. Konstitusiya Komissiyası
nın qərarına müvafiq olaraq, onun işçi qrupu Komissiyaya
daxil olan təklif və əlavələri təhlil etməli və Konstitusiya
layihəsinin yaxşılaşdırılmış variantını müzakirə olunmaq
üçün oktyabrın 30-da Komissiyaya təqdim etməli idi. Prezi
dent bu K onstitusiyanı «Azərbaycanın keçdiyi yolun mənti
qi yekunu» adlandırdı və onu tarixi nailiyyət kimi qiymət
ləndirərək bildirdi ki, məhz bu Konstitusiya «Azərbaycamı:
ərazi bütövlüyünü və müstəqilliyini təmin etməyə qadirdir».
K onstitusiyada bəyan edilir ki, xalq ölkədə hakimiyy?
tin yeganə mənbəyidir. Azərbaycanın demokratik, dünyəvi
və unitar respublika olması qeyd edilir. Prezident dövlətin
rəhbəri
olmaqla,
ölkənin
müstəqilliyinin
və
ərazi
bütövlüyünün müdafiəsi ona həvalə edilir, o, ölkənin Silahlı
Qüvvələrinin Ali Baş Komandanıdır. Nazirlər Kabineti Pre
zidentin icra orqanıdır. Sənəddə Milli Məclisin qanunveri
cilik vəzifələri, prezidentin icra hakimiyyətinin və məhkəmə
orqanlarının hüquqi səlahiyyətinin hədləri təsbit olunur,
Konstitusiya Məhkəməsinin yurisdiksiyası müəyyən edilir.
Konstitusiya ölkənin hər bir vətəndaşının azadlığına,
mülkiyyət hüququna, əmək və istirahət hüququna, seçki
hüququna, sosial təhlükəsizliyinə və dini etiqad azadlığına
təminat verir, müəyyən edir ki, Azərbaycan Respublikasın
da dövlət dili Azərbaycan dilidir. Kostitusiyada vətəndaşla
rın əsas vəzifələri də təsbit edilmişdir: vətənə sədaqət, dövlət
rəmzlərinə hörmət, ölkənin müdafiəsi.
Konstitusiya «güclü dövlət» ideyasının (B.Topornin) tə
cəssümü oldu. Bu terminin işlədilməsi dövlətimizin faktiki
vəziyyətini nəzəri səviyyədə göstərməyə imkan verir. «Güclü
dövlət real səmərəli demokratiyaya, vətəndaş cəmiyyəti ilə
konstruktiv əməkdaşlığa əsaslanaraq qurulmuş dövlətdir.
Dövlətin idarə edilməsi təkcə idarəetmənin bölünməsi əsa
sında deyil, həm də hakimiyyətin bütün şaxələrinin əmək
daşlığı və qarşılıqlı əlaqələri əsasında qurulur, çünki prakti
ki olaraq bütün məsələlərin həlli bu cür qarşılıqlı əlaqələrin
olmasını tələb edir» (Российское государство и право на
рубеже тысячелетий (Всероссийская научная конферен
ция). Выступление академика Б.Топорнина. // Государство
и право. 2000. №7. с.5). Ölkəmizin tarixi də bu fikri təsdiq
edərək göstərir ki, dövlət başçısının güclü rola malik olması
həmişə dövlət hakimiyyəti sisteminin inkişafına kömək el
mişdir.
1995-ci ilin axırlarında Azərbaycanda sabitlik bərqərar
olmuşdu, prezident hakimiyyəti ölkədə siyasi vəziyyətə nə
zarət edirdi. Ekstremist mübarizə formalarına, separatçıla
rın silahlı çıxışlarını təşkil etməyə ümid bəsləyənlərin şansla-
86
87