Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə23/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

olunmasını  xahiş  etmişdir.  Ədliyyə  Nazirliyi  göstərirdi  ki, 

bu  təşkilatlar «legitim  hakimiyyətə qarşı çıxışlar etmiş»,  ter­

ror  aktları  törətmilər.  Qismən  hərbiləşdirilmiş  qurum  olan 

«Qardaşlıq»  cəmiyyəti  Əmək  Partiyası  ilə əməkdaşlıq  edir­

di.  M üraciətdə rəsmən bildirilirdi  ki, bu təşkilatların hər  iki­

si  hakimiyyəti  silahlı  yolla ələ keçirməyi  öz qarşılarına  məq­

səd qoymuşdur.

1996-cı  ildə  özünü  Azərbaycanın  Demokratik  Gənclər 

Təşkilatı  adlandıran  qurum un  fəaliyyəti  qadağan  edildi. 

Bununla  əlaqədar,  Ədliyyə  Nazirliyinin  Ali  Məhkəməyə 

müraciətində  bilidirilirdi  ki,  həmin  təşkilat  bədnam  Rövşən 

Cavadov  tərəfindən  yaradılmış  və  «qanunu  pozaraq,  m öv­

cud  quruluşun  əleyhinə  yönəlmiş  siyasi  fəaliyyətlə  məşğul 

olmuşdur».

1996-cı  ilin  may  ayında  İslam  Partyiasımn  rəhbərləri 

həbs  edildi.  Onlar  İranm   xeyrinə  casusluq  etməkdə  və 

«Azərbaycanda  islam  inqilabı  üçün  şərait  yaratmaqda»  gü­

nahlandırılırdılar.  İstintaq  materiallarında  göstərilirdi  ki, 

bu  məqsədlə  respublikanın  çağırış  yaşlı  gənc  vətəndaşları 

qeyri-leqal  yolla  İran a  göndərilir  və  orada  Quranın  əsasla­

rım  öyrənməklə  yanaşı,  həm  də  xüsusi  hərbi  düşərgələrdə 

hazırlıq  keçirdilər.  Azərbaycanın  xüsusi  xidmət  orqanları­

nın  verdiyi  məlumata  görə,  İslam  Partiyasının  fəaliyyəti 

İran  tərəfindən  maliyyələşdirilirdi.  İslam  Partiyasının  rəh­

bərləri  bu  məqsədlə  İran  səfirliyinin  bir  sıra  əməkdaşları  ilə 

əlaqə  saxlayırdılar.  Həmin  əməkdaşlar  ifşa  ediləndən  sonra 

ölkəmizi  tərk  etdilər.  İslam  Partiyasının  yeni  rəhbərliyi 

Azərbaycan  dövlətinə  münasibətdə  loyal  mövqe  tutduğunu 

bəyan etdi.

Rəsul  Quliyevin  fəal  müxalifət  sıralarına  keçməsi  təşviş 

doğuran  hadisə  idi.  Fəxri  yolasalma mərasimlərindən  sonra 

o,  müalicə  olunm aq  adı  ilə  əvvəlcə  Türkiyəyə,  oradan  da 

ABŞ-a  yola  düşdü.  R.Quliyev  Azərbaycanın  hüquq- 

mühafizə  orqanlarının  səlahiyyət  dairələrindən  kənarda 



III 

Respublikanın  iqtidarda  olan  qüvvələrini  planlı  şəkildə lən-

92

qid etməyə başladı.  O  bildirirdi  ki,  guya  Prezident ölkə  iqti­



sadiyyatının  səviyyəsini  qaldırmaq  iqtidarında  deyildir  və 

bunu  necə  etmək  lazım  olduğunu  bilmir.  Belə  çıxırdı  ki, 

guya Quliyev Prezidentdən çox bilir.

Sabiq  spiker  Azərbaycanın  bir  sıra  müxalifətçi  siyasi 

xadimləri  ilə  əlaqələrini  tənzimlədi  və  öz partiyasını  -   teatr- 

laşdırılmış  etiraz  aksiyaları  keçirən  Azərbaycan  Dem okrat 

Partiyasını  (ADP)  yaratdı.  O,  müxalifət  düşərgəsində  ən 

mühüm fiqurdur.  Partiyanın  rəhbərliyində onun  tərəfdarları 

var  və  həqiqi  dövlətçilərə  düşmən  olan  strukturları  o  m a­

liyyələşdirir.

Rəsul  Quliyevin  bu  cür  açıq-aşkar  düşmənçilik  hərə­

kətlərinə  müvafiq  cavab  verildi:  1997-ci  ilin  dekabr  ayında 

Milli  Məclis  onu  deputat  səlahiyyətlərindən  məhrum  etdi, 

hüquq-mühafizə  orqanları  onun  respublika  Prezidentinə 

qarşı  terror aktı hazırlaması barəsində ittiham irəli sürdülər. 

Azərbaycan  m ətbuatında Quliyevin  maliyyə  fırıldaqları  ba­

rədə  məlumatlar  dərc  edildi.  Quliyevin  xarici  ölkələrin 

banklarındakı  hesablarında  bir  neçə  yüz  milyon  dollar 

məhz  bu  əməllər  nəticəsində  vəsait  toplanmışdır.  Çox  gü­

man  ki,  bu  məlumatlar  müxalifətçilərin  qəlblərini  coşdur­

muşdu.

Bu  hadisələr  fonunda 



1997-ci  il  oktyabrın  30-da 

Ə.Elçibəyin  guya  «ölkədəki  bütün  dem okratik  qüvvələri 

birləşdirmək  naminə»  paytaxta  qayıtması  o  qədər  də  əhə­

miyyətli  fakt  deyildi,  çünki  hətta  müxalifət  də  elə  güman 

edirdi  ki,  Ə.Elçibəy sanballı  nüfuz sahibi  deyil.  O,  müsavat- 

çı-cəbhoçilərin  hakimiyyətdə  olduğu  dövrdə  çox  pis  ad  çı­

xarmış siyasətçilərin əhatəsində idi.

16.  Heydər Əliyevin növbəti zəfəri

1995-ci  ilin  parlam ent  seçkiləri,  yeni  Konstitusiyanın 

qəbul  edilməsi  faktları  Azərbaycan  dövlətçiliyinin  forma­

laşmasında  mühüm,  lakin  aralıq  mərhələ idi.  Bu  tarixi  pro­

93



ses  nisbətən  çətin  şəraitdə  gedir.  Çətinliklər  təkcə  ölkəmizin 

«nə  müharibə,  nə  də  sülh»  vəziyyətində  olması,  ərazilərimi­

zin  işğal  edilməsi,  qaçqınlar,  iqtisadiyyatın  bərbad  hala 

düşməsi,  beynəlxalq  mərkəzlərin  Azərbaycan  iqtisadiyyatını 

«qızıl  milyardın»  iqtisadiyyatına  xammal  daşıyıcısı  kimi 

qoşması  qəbilindən  olan  problemlərlə  bitmir.  Bütün  bun­

lardan  əlavə,  ölkədə  özlərini  millətçi  demokratlar  adlandı­

ran  radikal  müxalifətin  infrastrukturu  ilbəil  genişlənməkdə­

dir.

1998-ci  ildə keçirilən prezident seçkilərində bu  müxalifət 



və  ona  müxtəlif qoşm alar -  hüquq-müdafiə  təşkilatlan,  tez- 

tələsik  qondarılmış  «monitorinq»  strukturları  və  hay-küyçü 

mətbuat cəmiyyətdə  müxtəlif qalmaqallar  törədirlər.  Bu  cür 

davranış  xətti  belə bir mühüm  faktı  kölgədə qoymalı  idi  ki, 

həmin  müxalifət  liderləri  hamısının  reytinqini  bir  yerə  cəm ­

ləyib yeganə namizəd  irəli sürəcəkləri  halda belə,  xalq  sevgi­

si  uğrunda  Heydər  Əliyevlə  yarışda  onların  qalib  gəlmək 

şansına  malik  olduqlarını  güman  etmək  ciddi  deyildir.  Bu­

nunla  belə,  biz  əminik  ki,  1993-cü  ildə  keçirilmiş  prezident 

seçkilərindən  bəri  sözün  geniş  mənasında  iki  partiya  a ra ­

sında  -   dövlətçilərlə  «bazarçı»-psevdoliberallar  arasında 

mübarizə gedir.

Xaricdəki qüvvələr qarşısında gizli mənəvi öhdəliklərin? 

görə  həmin  qüvvələrlə  bağlı  olan  müxalifətçi  partiyalar 

məhdud  şüarlar  söyləmək  və yalan  vədlər verməklə  kifayət­

lənirdilər.  Siyasi  azadlıqların  təmin  edilməsi  və  genişləndi­

rilməsi  barədə çağırışlar,  başlıca  olaraq,  yalnız ziyalıların  və 

biznesmenlərin  bir  qismində  əks-səda  doğururdu.  Liberal- 

kom pradorlarm   xüsusi bir canfəşanlıqla  müzakirə etdikləri 

m ətbuatda  senzurun  ləğv  edilməsi,  radio  və  televiziyadan 

istifadə  imkanı,  partiyaların  fəaliyyət  azadlığı  və  digər  pro­

blemlər  bu  insanların  ideoloji  nadanlığını,  həmin  problem­

ləri  aktuallaşdırm ağa  çalışdıqları  ölkənin  mənəvi  mədə­

niyyətindən  bixəbər  olduqlarını  göstərirdi.  Axı  bu  mühaki­

mələrdə  xalqı  xilas  etmək  ideyası  məkrli  bir  şəkildə  fərdi 

özünüifadə ideyası  ilə əvəz edilirdi.

Xalqın  əksəriyyəti  radikalların  «polis  rejimi»  deyə  lə­

nətlədikləri  idarə  edilən  demokratiyaya  üstünlük  verirdi. 

Azərbaycan  cəmiyyətində  şüurun  xüsusi  bir  vəziyyəti  var. 

Sovet dövründən  miras qalmış  bu  vəziyyət xalqın  tərəqqiyə, 

iqtisadi  yüksəlişin  həlledici  əhəmiyyətə  malik  olmasına  ina­

mı  ilə,  sürətli  dəyişikliklərə  uyğunlaşmağa  hazır  olması  ilə 

xarakterizə  olunur,  bu  şərtlə  ki,  ölkədə  «sıx»  həmrəylik 

münasibətlərinin  təməlini  təşkil  edən  güclü,  lakin  ədalətli 

hakimiyyət olsun.

Müxalifətin  iqtidarı  korrupsiyada  ittiham  etməsi  onun 

«müharibəsində»  ən  güclü  istiqamət  idi:  «Respublikada 

korrupsiyanın  artması  göz  qabağındadır»,  «Azərbaycan 

hökuməti  hədsiz dərəcədə  korrupsiyaya qurşanmışdır,  hamı 

da  bilir  ki,  əsas  korrupsiyaçılar  bəzi  yüksəkvəzifəli  şəxslər­

dir».  Müxalifət  qəzetlərində  dərc edilən  bu  tipli  bəyanatlar­

da  yumordan  əsər-əlamət  yox  idi.  Həmin  qəzetlər  dünya 

miqyasında  korrupsiyanın  vəziyyətini  əks  etdirən  cədvəllər 

dərc  edir,  sonra  da,  idman  şərhçilərinə  xas  olan  azartla  hə- 

imn  cədvəldə  ölkəmizin  tutduğu  yeri  göstərirdilər.  Bu  «və­

tənpərvərlər»  heç  fikirləşmirdilər  ki,  onlar  əslində  korrup­

siyanın  çox  geniş  yayıldığı  ölkələrin  rüşvətxorluq  barədə 

broşuralarını  təşviqat  ədəbiyyatı  dilinə  «tərcümə  edirlər». 

Bizim  «ifşaçılar»  bir  faktı  çox  sevdikləri  elektoratdan  gizlə­

dirlər  ki,  onların  verdikləri  rüşvətlərin  məbləği  sivil  ölkələ­

rin  firmalarının  vergi  deklarasiyalarında  rəsmən  «nümay­

əndəlik  xərcləri»  və  sair  məsrəflər  kimi  qələmə  verilir.  Hey­

dər  Əliyev,  əvvəlki  illərdəkindən  fərqli  olaraq,  belələri  ilə 

polemikaya  girişmir,  bu  illər  ərzində  əsasən  uğurla  seçdiyi 

idarəetmə işçilərinin səriştəsinə ümid bəsləyirdi.

Müxalifət  Prezidentin  «sağlamlıq  faktorunu»  əldə  bəlgə 

edərək,  H.Əliyevin  bundan  sonra da  ölkəyə rəhbərlik  etmək 

üçün  fiziki  imkanlarını  şübhə  altına  alırdı.  1998-ci  ilin  yan­

var  ayında  H.Əliyev  10  gündən  artıq  Türkiyədə,  hərbi  qos-

94

95




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə