Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

pilalda  müalicə  olundu,  həmin  ilin  aprel  ayında  ABŞ-da 

səfərdə  olarkən  orada  xəstəxanada  yatmalı  oldu.  Bu,  Azər­

baycan  elitasının  müəyyən  qismi  üçün  əsl  sınaq  dövrü  idi. 

Müxalifətin  kəskin  təzyiqi  şəraitində  Yeni Azərbaycan  Par­

tiyasının  bir  neçə  üzvünün  bu  partiyadan  çıxması  elita  sıra­

larında  parçalanm a  barədə  şayiələrin  güclənməsinə  səbəb 

oldu.  1998-ci  il  yanvarın  22-də  Avropa  Şurası  Parlament 

Assambleyasının 

(AŞPA) 

məruzəçiləri 



J.Bomel 

və 


C.Kolerfayt  Bakıya  gəldilər.  Bu  məmurlara  tapşırıq  veril­

mişdi  ki,  Azərbaycanda insan  hüquqlarının  vəziyyəti  barədə 

yekun  sənəd  hazırlasınlar.  Prezident  onlara  bildirdi  ki, 

Azərbaycan  qanunvericiliyi  yaxın  2-3  ildə  Avropa  stan­

dartlarına 

maksimal  dərəcədə  yaxınlaşdırılacaqdır  (bax: 

Ə.Həsənov.  Azərbaycanın  ABŞ  və  Avropa  dövlətləri  ilə 

münasibətləri  (1991-1996).  Bakı,  2000).

Yanvarın  29-da  Prezident  Azərbaycan  Respublikası  ilə 

Avropa  Şurası  arasında  əməkdaşlığın  gücləndirilməsi  təd­

birləri  barədə  sərəncam imzaladı.  Sərəncama  əsasən,  Prezi­

dent yanında  hüquqi  islahatlar komissiyasına  tapşırılırdı  ki, 

AŞPA  ekspertlərinin  köməyi  ilə  Polis  haqqında,  Prokuror­

luq  haqqında,  Vəkillik  haqqında,  N otariat  haqqında,  Bələ­

diyyələrin  statusu  haqqında  və  s.  qanun  layihələrinin  «es­

kizlərini»  hazırlasın,  Cinayət  Məcəlləsinin,  Cinayət-proses­

sual Məcəllənin və Mülki-prosessual Məcəllənin  Avropa  öl­

kələrində qəbul  edilmiş standartlara  müvafiqliyi  təmin  edil­

sin.  Fevralın  6-da  Prezident  «Azərbaycanda  ölüm  hökm ü­

nün  ləğv  edilməsi  haqqında»  öz  müraciətini  Milli  Məclisə 

göndərdi,  fevralın  22-də  isə  «İnsan  və  vətəndaş  hüquqları­

nın və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər  haq­

qında»  Fərm an  imzaladı.  1998-ci  il  aprelin  27-də  Preziden­

tin  İcra  Aparatı  «Azərbaycan  Respublikasının  Prezidenti­

nin  seçkiləri  haqqında»  qanun  layihəsini  Milli  Məclisə  təq­

dim  etdi.  Qızğın  debatların  gedişində  (mayın  1-dən  iyulun 

9-dək)  müxalifət həmin  qanun  laiyhəsinə  ultimativ  formada 

bir neçə düzəliş  təklif etdi və hədə-qorxu gəldi ki,  həmin  dü-

96

zəlışlər  qəbul  edilməyəcəyi  təqdirdə  müxalifət  seçkiləri  boy­



kot edəcəkdir.

Bu  layihə  ABŞ  Milli  Demokratiya  İnstitutunda  və 

ATƏT-də  ekspertizadan  keçdi.  ATƏT  ekspertlərinin  fikrin­

cə,  «əgər  seçkilər  haqqında  qanun  peşəkarlıqla,  qərəzsiz  və 

vicdanla  tətbiq  edilsə,  bildirilmiş  iradlar  Mərkəzi  Seçki  Ko­

missiyasının  təlimatlarında və qaydalarında öz əksini tapsa, 

Azərbaycanda  qarşıdakı  prezident  seçkilərini  ATƏT-in  tə­

ləblərinə  müvafiq  şəraitdə  keçirmək  üçün  zəruri şərait  ya­

radılacaqdır.  Layihənin  59  maddəsindən  32-nə  düzəlişlər  və 

dəqiqləşdirmələr  edildikdən  sonra  Milli  Məclis  «Azərbay­

can  Respublikasının  Prezidentinin  seçkiləri  haqqında»  Qa­

nunu  qəbul  etdi.  Lakin  müxalifət  gərginliyi  artırm aq  stra­

tegiyasım  həyata  keçirməkdə  idi.  Ə.Elçibəy,  İ.Qəmbər, 

L.Şövkət,  İ.İsmayılov  və  R.Quliyev  müxalifətin  iqtidarla 

qeyri-bərabər  şəraitdə  qoyulmasını  iddia  edərək,  bəyanat 

verdilər:  «mürtəce  qanunlar  əsasında  keçirilən  seçkilərə 

boykot elan edirik».

«Çağ»  qəzetinin  redaksiyasında  baş  vermiş  insident  gö­

stərdi  ki,  müxalifət  sıralarında  polemikanı  küçələrə  yönəl­

tmək  barədə  Fikirləşirlər.  Sonrakı  hadisələr  göstərdi  ki,  bu 

əhval-ruhiyyə  çox  qısa  bir  vaxtda  hər  şeyə  hazır  olan  insan 

kütlələri  şəklində  maddiləşmişdi.  Gərginlik  strategiyası  ra­

dikal  müxalifətçilər üçün çox  sərfəli  idi,  çünki  onlar gözləy­

irdilər  ki,  müəyyən  strukturlar  bu  məsələlərə  kənardan 

müdaxilə edəcək  və onlar  iqtidarın  daxili  enerjisini  tükəndi- 

rəcəklər.  Məlum  olduğu  kimi,  Belqradda  bu  strategiyadan 

istifadə  edilmiş,  orada  bacarıqla  istiqamətləndirilən  etiraz 

dalğası  ölkənin  qanuni  hakimiyyətini  devirmişdi.  Lakin  nə­

zərə almaq  lazımdır ki,  1998-ci  ildə  baş  vermiş  kəsikn  siyasi 

münaqişələr iqtidarda olan  elitanın  «zərbəni  dəf etmək» qa­

biliyyətinə səmərəli  təsir göstərmişdi.  Bundan əlavə, müxali­

fətin  hücumları  iqtidar  nümayəndələrinin  beynində  mo­

dernləşmə  ilə  bağlı  belə  bir  həqiqətin  kök  salmasına  şərait 

yaratmışdı:  siyasi  münaqişələr,  əgər onlar qanun  çərçivəsin­

97



də baş  verirsə, partiyalar arasında, siyasi qruplar,  siniflər və 

dövlətlər  arasında  hakimiyyət  məsələləri  ilə  əlaqədar  olan 

qarşılıqlı  münasibətlərin  normal, adi formasıdır.

Vəziyyətin  dinamizmi  intuisiyaya  və  təcrübəyə  əsasla­

nan operativ qərarlar qəbul  edilməsini tələb edirdi.

İyulun  6-da  Heydər Əliyev  seçkilərə beynəlxalq  müşahi­

dəçilərin  dəvət  edilməsi  barədə  sərəncam  imzaladı.  Prezi­

dent seçkilərin  geniş  müşahidə edilməsini  «demokratik  dəyi­

şikliklər  prosesinin  və vətəndaşların seçki  hüquqlarının  həy­

ata  keçirilməsində  mühüm  addım»  sayırdı.  Buna  görə  də  o, 

Azərbaycan  Konstitusiyasını  və  «Azərbaycan  Respublikası­

nın  Prezidentinin  seçkiləri  haqqında»  Qanunu  rəhbər  tuta­

raq seçkilərin  gedişinin müşahidə edilməsi  üçün  Milli  Məcli­

sə 


«beynəlxalq  parlamentlərarası  təşkilatların  və  xarici 

ölkələrin  parlamentlərinin  nümayəndələrini»;  Mərkəzi  Seçki 

Komissiyasına 

«xarici  ölkələrin  seçki  komissiyalarının 

nümayəndələrini»;  Xarici  İşlər  Nazirliyinə  -  «beynəlxalq 

təşkilatların  nümayəndələrini»  dəvət  etməyi  təklif edir  (Ба­

кинский  рабочий.  1998,  10 июля).

Bundan  sonra Prezident növbəti təşəbbüsünü  irəli  sürdü 

-  iyulun  10-da  Milli  Məclis  Seçkilər  haqqında  Qanuna  yeni 

düzəlişləri  qəbul  etdi.  Lakin  prezident  vəzifəsinə  5  namizə­

din  şəxsində  müxalifət  iyulun  14-də  bəyan  etdi  ki,  onların 

seçkiləri  boykot  etmək  barədə  qərarı  qüvodo  qalır.  «Demo­

kratik  Konqres»-in  sədrlər şurası  isə siyasi  partiyaların  qey­

diyyata  alınması,  siyasi  senzurun  ləğv  edilməsi;  prezident­

liyə  namizədliyi  ehtimal  edilən  şəxslərin  (əlbəttə,  Rəsul  Qu­

liyev  nəzərdə  tutulurdu)  barəsində  cinayət  işlərinə  xitam 

verilməsi və s.  yeni tələblər irəli surdu.

1998-ci  il  iyunun  sonunda  iqtidar  nümayəndələri  müxa­

lifətlə  birbaşa dialoq  keçirilməsini təklif etdilər.  Bu  praktika 

sonrakı  dövrdə də davam  etdirildi.  Bir məqamı  xüsusi  qeyd 

edək  ki,  bu  təşəbbüsün  özü  idarəetmə  üslubunun  «kütləvi 

siyasət»  deyilən  fenomenə doğru  təkamül  etməsini,  eləcə də 

Prezident  Heydər  Əliyevin  dövlət  aparatının  yüksək  siyasi

fəaliyyət  qabiliyyətinin  təzahürü  olan  bilik  və  təcrübənin 

akkumulyasiya  olunmasını  təsdiq  edirdi.  Bu  cür  görüşlərin 

birincisi  avqustun  3-də  keçirildi.  Dövlət  İcra  Hakimiyyəti 

Prezidentin  İcra  aparatının  rəhbəri  R.Mehdiyevin,  şöbə 

müdirləri  F.Ələsgərovun,  Ş.Əliyevin  və  Ə.Həsənovun  şəx­

sində  təmsil  edilmişdi.  Müxalifət  öz  əvvəlki  tələblərini  yenə 

təkrar  etdi  və  daha  iki  yeni  tələb  irəli  sürdü  -   MSK  paritet- 

lik  əsasında  (iqtidar-mııxalifət)  formalaşdırılmalı,  namizəd­

lərin  dəstəklənməsi  üçün  imza  toplanması  müddətləri  ırtı- 

rılıuılıdır.  Bu  tələblər  qəbul  edildi.  Avqustun  4-də  keçirilən 

ikinci  görüşdə  iqtidar  nümayəndələri  bildirdilər  ki,  onlar 

MSK-da  Prezident  kvotasından  4 yeri  demokratik  hərəkat­

ları  təmsil  edən  partiyalara  verməyə  hazırdırlar,  Milli  Məc­

lis  isə  öz  kvotasından  onlara  daha  bir  yer  verməyə  hazırdır. 

İqtidar  nümayəndələri  imza  toplanması  müddətinin  10  gün 

uzadılmasına  razılıq  verdilər.  İqtidarın  bu  diplomatik  pıiy- 

omu  uğurlu  oldu,  çünki  sonralar  -   müxalifət  yeni  tələblər 

irəli  sürəndə  çoxları  başa  düşdü  ki,  «demokratlar»ın  məq­

sədi  -   əsəbləri  gərginləşdirmək,  destruktivlik  səviyyəsini  ar­

tırmaq  və  nəticə  etibarilə,  seçkiləri  qeyri-legitim  hesab  et­

məkdir.


Prezident  vəziyyəti  tam  aydınlaşdırmaq  üçün  1998-ci  il 

avqustun  4-də  Ə.Eliçibəyə,  L.Şövkətə  və  İ.Qəmbərə  mək­

tubla  müraciət  etdi.  M əktubda  deyilirdi:  «mən  Azərbaycan- 

nın  Prezidenti  kimi,  növbəti  prezident  seçkilərənin  keçiril­

məsində  öz  məsuliyyətimi  dərindən  başa  düşərək  bildirirəm 

ki,  sizin  nümayəndələrinizə  bizim  təqdim  etdiyimiz  şərtlər 

qüvvədə  qalır.  Guman  edirəm  ki,  siz  də,  siyasi  partiyaların 

liderləri  kimi,  mənim  bu  dəvətimə  Azərbaycanın  ümumxalq 

milli  mənafeyi  məsələsi  və dövlətimiz  üçün  taleyüklü  məsələ 

kimi  yanaşacaqsınız»  (Azərbaycan.  1998,  6  avqust).  Prezi­

dent  seçkilərin  «taleyüklü»  olmasını  başa  düşdüyünü  əməli 

işlə  də  sübut  etməyə  hazır  olduğunu  təsdiq  etmək  üçün  av­

qustun  7-də  Azərbaycanın  mətbuat  orqanları  üzərində  sen- 

zurun  ləğv edilməsi  barədə  Fərman  imzaladı.  Bu,  xalis  rəm­

zi  xarakterli  tədbir  idi,  çünki  hələ  cəbhəcilərin  dövründə

98

99




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə