Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

tətbiq  edilmiş  senzur,  əslində  mövcud  deyildi.  Bu  məqamda 

bir  daha  aşkar  oldu  ki,  müxalifətin  mübarizəsi  seçkilərin 

prosedur 

qaydaları  baxımından  düzgün  keçirilməsindən 

daha  ciddi  məqsədlər  güdür.  Müxalifət,  adəti  üzrə,  öz  kor­

porativ  maraqlarını  ümumdövlət  maraqları  kimi  qələmə 

verərək,  məhz «öz» tələblərinin  ödənilməsində israr edirdi.

Seçki  prosedurları  ilə  əlaqədar  Heydər  Əliyevin  rəftarı 

çox  ibrətamizdir.  Qəzetlərdə  Prezidentin  bu  vəzifəyə  yeni­

dən  seçilmək  üçün  öz  namizədliyini  irələi  sürməsini  xahiş 

edən  vətəndaşların  çoxsaylı  müraciətləri  dərc edilirdi,  o  isə 

üzün  müddət  öz  namizədliyini  irəli  sürməkdən  imtina  etdi. 

Bu  faktın  etik mənası  belə  idi:  Prezident öz həmvətənlərinin 

idarəsini  nəzərə  alır  və  eyni  zamanda,  xalqın  bütün  həyat 

təcrübəsi  ilə  formalaşmış  və  sınaqdan  çıxarılmış  normalara 

riayət edir.

Bu  cür  davranışı  fərdiyyətsilik  adlandırmaq  olmaz,  ək­

sinə,  bu,  tradisionalizmə və deməli,  kollektivçiliyə əsaslanan 

davranışıdır,  Azərbaycan  mentalitetindən  irəli  gələn  davra­

nışdır.  Bu  halda hər bir insan  öz cəmiyyətinin  normalarının 

daşıyıcısı  hesab  edilir.  Onun  hərəkətləri  cəmiyyət  tərəfindən 

qabaqcadan  müəyyənləşdirilməli  və  bəyənilməlidir.  Şəx­

siyyətin  tradisionalist  anlamının  əksinə  olaraq,  liberal- 

modernist  anlama  görə,  insan  bütün  varlığın  meyarı  kimi, 

özünə  bənzərlər  arasında  atom  kimi  təqdim  edilir.  İnsana 

bu cür  tərif verilməsi  Qərbin  ideologiyasına çevrilmişdir.  Bu 

ideoloqlar lap yaxşı  bilirlər  ki,  insan öz-özlüyündə  nə «mey­

ar» ola  bilər,  nə  «məna»,  nə  də «atom».  İnsan  tarixi  və sosi­

al  varlıqdır,  onun  təbiəti  konkret  cəmiyyətin  -   Şərq  cə­

miyyətinin,  islam  cəmiyyətinin,  pravoslav  cəmiyyətinin. 

Qərb  cəmiyyətinin,  katolik  cəmiyyətinin  və  başqa  cə­

miyyətlərin təsirlərinin kombinasiyasıdır.

Bütövlükdə  bizim  milli  dövlətçi  elitamız  kökləri  islam 

dəyərlərinə  bağlı  olan  mentallığa  malikdir.  Sivilizasiyalı 

müsəlman  ideologiyası  isə dünyada dövlətçiliklə ən  sıx  bağlı 

olan  ideologiyadır.  Dövlətin  və  bazarın  əzəli  və  hər  yerdə 

geniş  yayılmış  mübarizəsində  bu  ideologiya,  əsasən,  dövlə­

tin  tərəfindədir.  Bundan  əlavə,  o,  icma  prinsiplərinə  çox 

böyük  əhəmiyyət  verir.  Bir  məsələni  qeyd  etmək  yersiz  ol­

mazdı  ki,  Heydər  Əliyevi  görkəmli  dövlət  xadimi  kimi  sə­

ciyyələndirən  cəhətlərdən  biri  də  idarəetmə  praktikasında 

kadrların seçilməsi və tərbiyə edilməsi  məsələrinə çox böyük 

diqqət  yetirməsidir.  Preztdentə  xas  olan  bu  keyfiyyətlər  su­

veren  milli  dövlət  quruculuğunun  gedişində  daha  qabarıq 

şəkildə təzahür edir (bax:  S.Qəndilov.  Milli dövlətçiliyimizlə 

əlaqədar dərin elmi təhlil. H Respublika.  2003, 28 fevral).

Heydər  Əliyevin  namizədliyi  ilk  dəfə  1998-ci  ilin  aprel 

ayında «Ana Vətən» partiyasının  qurultayında irəli sürüldü. 

Qurultayın  bu  barədə  qərarında  deyilirdi:  «Azərbaycanda 

prezidentliyə  Heydər  Əliyevdən  güclü  və  təcrübəli  namizəd 

yoxdur».  Lakin  Prezident  öz  namizədliyinin  irəli  sürülməsi­

nə razılıq vermədi.  Bəlkə də ona görə ki, partiya  sosiumun 

yalnız  bir  hissəsidir.  Buna  görə  də,  yalnız  Azərbaycan 

Həmkarlar  İttifaqları  Konfederasiyasının  (AHİK)  qurul­

tayının  nümayəndələri  onu  1993-cii  ildə  başladığı  işi  davam 

etdirməyə  çağıranda  Prezident  bu  təklifi  minətdarlıqla  qə- 

dul  etdi.  1998-ci  ilin  avqustun  11-də  Heydər  Əliyev  respub­

lika  televiziyası  ilə xalqa  müraciət edərək,  ilk dəfə öz qərarı­

nı elan  etdi.  1998-ci  ilin  avqust və sentyabr  aylarında müxa­

lifət  ölkədə  vəziyyəti  gərginləşdirmək  stategiyasını  həyata 

keçiridi.  Məlum  olduğu  kimi,  bu  dövrdə küçələrdə iğtitaşlar 

baş  verirdi 

«demokratlar»  iqtidarın  qanun  çərçivəsində 

qalmaq  qabiliyyətini  sınağa  çəkmişdilər.  1998-ci  il  oktyab­

rın  11-də  keçirilən  seçkilərdə  qeydiyyata  alınmış  seçicilərin 

79,18  %-i (ümumi  sayı  4,3  milyon  nəfər olan  seçicilərdən 4,4 

milyon  nəfəri)  iştirak  edirdi.  Ölkədən  müvəqqəti  getmiş  se­

çicilərin səsvermədə iştirnak  etməsinə imkan yaratmaq  üçün 

lürkiyəd,  İranda,  Misirdə,  Almaniyada,  Böyük  Britaniya­

da,  Rusiyada  Gürcüstanda  seçki  məntəqələri  yaradılmışdı. 

Bir sıra ölkələrdə,  o cümlədən  ABŞ-da,  Çində,  Fransada və 

başqa  ölkələrdə  səsvermə  keçirilməsi  üçün  məsul  şəxslər 

ləyin edilmişdi.

100


101


Heydər  Əliyev  76,11  %  səs  topladı.  Səslərin  faizinin  bu 

qədər yüksək  olması  onu göstərirdi ki,  Prezidentin  fəaliyyəti 

əvvəlki  kimi  yenə  cəlbedicidir,  çünki  bu  fəaliyyət  çox  geni} 

miqyasa  malikdir.  Cəmiyyətin  böyük  əksəriyyətinin  Prezi­

denti  dəstəkləməsi  faktı  beynəlxalq  təşkilatlar  tərəfindən 

aparılan  yoxlamaların  nəticələrində  də  öz  əksini  tapdı. 

ATƏT-in  D em okratik  İnstitutlar və  İnsan  Hüquqları  B üro­

sunun  11  noyabr  1998-ci  il  tarixli  rəyində  göstərilirdi  ki. 

«seçki  məntəqələrinin  əksəriyyətində  səsvermə  və  səslərin 

hesablanması  prosedurları  sakit,  mütəşəkkil  və  ü m u ­

miyyətlə,  korrekt  qaydada  keçmişdir  (Бакинский  рабочий. 

1998,  14 ноября).  Noyabrın  15-də ABŞ-m  respublikaçılar  və 

dem okratlar  partiyalarının  nümayəndə  heyəti  seçkilərdə 

səsvermənin  məxfiliyinin  «lap  ABŞ-da  olduğu  kimi»  təmin 

edilmiş  olm asından  razı  qaldıqlarını  bildirdi  (Вышка.  1998, 

25 ноября).

Küçələrdə  icazəsiz  etiraz  nümayişlərini  bərpa  etmək 

cəhdinin qarşısı polis tərəfindən alındı.  1998-ci noyabrın  10- 

da  Milli  Məclis  bu  cür  aksiyaları  Azərbaycan  dövlətçiyinə 

qarşı  təxribat  kimi  qiymətləndirdi.  Parlament  hüquq- 

mühafizə  orqanlarına  tapşırdı  ki,  ictimai  asayişin  və  sabit­

liyin  pozulm asına  yönəlmiş,  milli  mənafelərə  zidd  olan  hə­

rəkətlərin  qarşısını  almaq  üçün  tədbirlər  görülsün.  Ədliyyə 

Nazirliyi,  M ətbuat  və  İnformasiya  Nazirliyi  KİV-də  böh­

tan,  təxribat xarakterli  və yoxlanılmamış məlumatların  dərc 

edilməsinə  yol  verməmək  üçün  müvafiq  tədbirlər  görməli 

idilər.  Parlam ent  hüquq-mühafizə  orqanlarından  tələb  etdi 

ki,  K onstitusiyanın  106-cı  maddəsinin  və  Prezidentin  şərəf 

və  ləyaqotliyinin  qorunm ası  haqda  Qanunun  maddələrinin 

tələblərinə riayət edilməsi təmin edilsin.

Ə.Elçibəy  Prezidentin  şərəf və  layəqətinə  qəsd  etməkdə 

ittiham   üzrə  məhkəməyə  cəlb  edildi.  Lakin  H. Əl i у ev 

lütfkarlıq  göstərdi  və  bu  işə  xitam  verildi.  Milli  Məclis 

hökümət  müəssisələrindən  300  metrdən  yaxın  məsafədə  ak­

siyalar  keçirilməsini,  həmçinin  bu  cür  aksiyaların  seçkilər.

referendumlar  və  ümummilli  bayram  günlərində  təşkil 

olunmasını  qadağan  edən  qanun  qəbul  etdi.  Heydər  Əliyev 

müdrik  dövlət  başçılarına  xas  olan  əzmkarlıq  və  qətiyyət 

nümayiş etdirir,  lakin  o, qüvvəsinə  görə nəinki  qürrələnmir, 

əksinə,  müxalifətlə  dialoqa  hazır  olduğunu  göstərirdi.  Pre­

zident deyirdi:  «Azərbaycanda qarşıdurma  meyllərinin  qar­

şısı  alınmalıdır...  yaranmış  sabitliyi  daha da  möhkəmlətmək 

lazımdır,  çünki  bu,  Azərbaycanın  mövcudluğu  üçün,  onun 

müstəqilliyinin  qorunması  üçün  ən  başlıca  şərtdir.  (Бакин­

ский  рабочий.  1998,  25  ноября).  Prezident  belə  bir  iş  for- 

mulası  təklif  etdi:  ilkin  şərtlər  təqdim  edilmədən,  hörmətlə 

dialoq  aparılmalıdır.

17.  Demokratiyanın və insan hüquqlarının 

sirkulyar cazibəsi

90-cı  illərin  axırları  beynəlxalq  təşkilatlar  tərəfindən 

aparılan  «monitorinqləşdirmənin»  artması  ilə  səciyyəvidir. 

Bu  tədbirin  «zəruriliyi»  ATƏT-in,  AŞPA-nm  və  digər  bey­

nəlxalq  təşkilatlarının  bəyanatlarında  rəsmən  izah  edilirdi. 

Yaxşı  müşahidə  qabiliyyətinə  malik  olan  müasirlərimiz  res­

publikamıza  diqqətin  nəyə  görə  bu  qədər  artması  barədə 

sualların  cavabını  sivil  cəmiyyətə  inteqrasiya  etməyin,  tota­

litarizm  qalıqlarından  xilas  olmağın,  dünyəvi,  hüquqi,  de­

mokratik  dövlət  və  vətəndaş  cəmiyyəti  qurulmasının  zəruri 

olması  barədə  gurultulu  nitqlərdə  tapırdı.  80-ci  illərin  axır­

larında  müstəqillik,  dünyəvi,  demokratik,  milli  dövlət  qur­

maq  ideyaları  siyasi  romantizmin  özəyini  təşkil  edirdisə,  90- 

cı  illərin  axırlarında  bu  ideyalar  müvafiq  beynəlxalq  öhdə­

liklərin  paraqraflarına  və  bəndlərinə çevrilirdi  və  həmin  öh­

dəliklərə  danışıqsız  riayət  olunmasım  təmin  etmək  üçün  av­

ropalı  emissarlar  tərəfindən  təftiş  yoxlamaları  aparılmalı 

idi.  Bu  emissarların  hər  dəfə  ölkəmizə  gəlişi  bizim  dövlətçi 

iqtidarın  -  öz  motivləri  və  öz  identikliyi  əsasında  ölkəni 

modernləşdirməyə  çalışan  iqtidarın  ideoloji  təmizliyinin

102

103



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə