Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

«ölçülməsi»  demək  idi.  Azərbaycan  dövlətçiləri  onlardan 

xüsusi  həssaslıq  və  uzaqgörənlik  tələb edən  gərgin  vəziyyətə 

düşmüşdülər.  «Tranzisiya»  deyilən  dövrün,  XX  əsrin  sonu 

ilə  XXI  əsrin  əvvəlinin  qovuşuğu  dövrünün  sərt  həqiqətləri 

belədir.

18.  «Azərbaycana kənardan təzyiq göstərilir»

Get-gedə  daha  çox  aydın  olurdu  ki,  sistemdənkonar 

müxalifət  partiyalarının  mövcudluğunun  mənası  yoxdur, 

çünki  bu partiyaların  insan  resursları  yoxdur və  həmin  par­

tiyalar  Elçibəyin  özünə  tərəfdar  hesab  etdiyi  «binəsib  in­

sanların  95%-ni»  öz  tərəflərinə  cəlb  edə  bilməzdilər.  Cəbho- 

çi-müsavatçılar düşərgəsindən  olan  xadimlərinin  «tədqiqat» 

və  «maarif»  mərkəzləri  təşkil  etmək  üçün,  cılız  jurnalların 

nəşri  üçün,  «demokratik»  layihələrin  həyata  keçirilməsi 

üçün  qrantlar  alması,  müəyyən  yönümlü  mifləri  yaymaq 

üçün  «treninqlər»  təşkil etməsi,  broşüralar təsis etməsi  onla­

ra  daha  sərfəli  idi.  HərçSnd,  Yuqoslaviyada,  Əfqanistanda 

və  xüsusən  İraqda  baş  vermiş  məlum  hadisələrdən  sonra 

onlar  özləri  də  bu  cür  miflərə  çox  inanmırlar.  Müxalifət  li­

derlərinin  çoxu  ölkə  daxilində  real  dəstək  qazana  bilmədik­

ləri  üçün  ABŞ-m  və  Qərbi  Avropa  ölkələrinin  siyasətçiləri 

ilə,  beynləxalq  təşkilatlarla,  xüsusən  hüquq-müdafiə  təşki­

latları  ilə  kontaktlara  ümid  bəsləyirdilər.  Artıq  xeyli  vaxtdır 

ki,  onlar  bu  cür  əlaqələri  möhkəmləndirməklə  «İks  sa- 

at»ımn  gəlib  çatacağına  çox  ümid  edirlər.  Siyasətbazların 

hakimiyyət barədə mənəviyyatsız xülyaları  belədir.

Azərbaycanda  demokratiyanın  və  insan  hüquqlarının 

vəziyyəti  ilə  m araqlanan  müxtəlif institutların  və  fondların 

dəvəti  ilə  səfərlər  zamanı  müxalifət  liderlərinin  davranışı 

onların  iç  üzünü  açıb  göstərir.  AXCP  funksionerlərindən 

biri  olan  A.Mollazadə  1999-cu  il  mart  ayında  ABŞ-da  olar­

kən  orada  çoxsaylı  görüşlər  keçirmiş,  həmin  görüşlərdəki 

çıxışlarında  «Azərbaycana  kənardan  təzyiq  göstərilməsi»

104

məsələsinə  birinci  dərəcəli  əhəmiyyət  vermişdi.  O,  «Azər­



baycanda  sabitliyin  və  inkişafın  yalnız demokratiya çərçivə­

sində  miimkün  olduğunu  hesab edən  Xalq  Cəbhəsi  Partiya­

sının  mövqeyini»  Amerikanın  siyasi  dairələrinin  diqqətinə 

çatdırmışdı.  Mollazadə  ölkənin  «Avro-Atlantika  məkanına 

inteqrasiyası» ilə  bağlı aktual problemləri də  müzakirə etmiş 

və  böyük  məmnuyyətlə  qeyd  etmişdi  ki,  ABŞ-ın  siyasi  dai­

rələrində  «Azərbaycan  artıq  təkcə  neft  mənbəyi  kimi  deyil, 

həm  də  dünya  xəritəsində  mühüm  geostrateji  mövqe  tutan 

bir dövlət  kimi qəbul edilir» (Yeni  Müsavat.  1998, 24 iyun).

1998-ci  il  martın  ovvələrində  ABŞ-ın  hökümət  təşkilat­

larından  biri  ABŞ  İnformasiya  Agentliyi  «Müsavat»  par­

tiyasının  başqanı  İsa  Qəmbəri dəvət etmişdi.  İsa  Qəmbər  iki 

həftə  ərzində  Amerika  bomonduna  aid  şəxslərlə  görüşmüş 

və  onların  diqqətini  Azərbaycanın  problemlərinə  cəlb  et­

mişdi.  1999-cu  ilin  yayında  Etibar  Məmmədov  ABŞ-da  ol­

du.  Orada  onu  yaxşı  qarşıladılar.  Bu o  demək  idi  ki,  ameri­

kanlar  AMİP-i  qərb  «demokratiyasının  stan d artlam n a  ca­

vab verən  müxalifətçi qüvvə hesab edirlər.

Azərbaycana  rəhbərlik etmək  iddiasında olan  başqa bir 

namizəd 


Rəsul  Quliyev isə ABŞ sakinidir və Azərbaycanla 

peşəkar  səviyyədə  məşğul  olan  amerikanlar  onu  yaxşı  ta­

nıyırlar.  Amerikan  analitiklərinin  nəzərincə,  bütün  bu  na­

mizədlərin  hər  birinin  problemləri  var  və  görünür,  onların 

əsas  problemi  bundan  ibarətdir:  Konstitusiya  normalarını 

pozmadan  prezident  vəzifəsini  tutmaq  üçün  elektoratın  nə­

zərində  onların  mənəvi  statusu  kifayət  qədər  yüksəkdirmi, 

onlar  «həqiqi»  və  «düzgün»  modernləşdirməni  həyata  ke­

çirməyə  və  bu  halda  hakimiyyəti  əldə  möhkəm  saxlamağa 

qadirdirlərimi?

105



19.  Bələdiyyə seçkiləri -  dövlət  hüquq 

sisteminin formalaşması

Dövlət  qüuruculuğunun  təkzibedilməz və  qanunauyğun 

məntiqinə  görə,  Prezident  son  və  qəti  addım  atmalı  idi. 

Növbəti  addım  kimi,  bələdiyyə  seçkiləri  keçirilməli  idi, 

çünki  yalnız  bu  halda  Azərbaycan  dövlətçiliyinin  binası  ta­

mamlanmış  olardı.  AŞPA  məmurları  bələdiyyə  hakimiyyə­

tinin  zəruri  olmasını  xatırladırdılar.  Azərbaycan  dövləti 

yalnız  bu  institusional  elementin  mövcud  olacağı  təqdirdə 

həmin  təşkilata  (Ermənistanla  eyni  zamanda)  qəbul  edilə­

cəyinə  ümid  bəsləyə  bilərdi.  Yerli  özünüidarə  strukturunun 

təsis  edilməsi  ona  sanballı  gəlir  mənbələrinin  verilməsi  de­

mək  idi:  dövlət  mülkiyyətinin  təqribən  üçdə  bir  hissəsi  - 

yollar,  yerli  nəqliyyat,  kommunal  xidmətlər,  səhiyyə  və  təh­

sil  sahələri,  sosial  və  mədəni-məişət  təyinatlı  müəssisələr 

bələdiyyələrin tabeliyinə keçməli idi.

1999-cu ilin iyul  ayında Heydər Əliyev bələdiyyə seçkilə­

rinin  tarixini  elan  etdi:  bu  seçkilərin  dekabrın  12-də  keçiril- 

məlisni  qərara  aldı.  Avqust  ayında  Rəsul  Quliyevin  partiya­

sının  bir  nümayəndəsi  dedi  ki,  əgər  ölkədə  antidemokratik 

vəziyyət  dəyişrpəsə  sağçılar  seçkiləri  boykot  edəcəklər.  Qu­

liyev  özü  seçkiləri  boykot  etmək  zərurətini  onunla  izah 

edirdi  ki,  seçkilər  saxtalaşdırılacaq  və  hətta  iqtidarpərəst 

müxalifətin  lehinə  verilmiş  səslər  nəzərə  alınacağı  halda  da 

müxalifət  20% səs  toplaya bilməyəcəkdir  (Azadlıq.  1999,  15 

avqust).  Bu  qədər  qətiyyətli  ritorikanın  təsiri  ilə  bir  neçə 

partiya  Quliyevin  partiyası  ətrafında  sıx  birləşməli  idi.  F.b 

buna görə də,  1999-cu  il oktyabr əvvəllərində «Konstitusion 

seçkilər  bloku»  deyilən  birlik  yaradıldı.  Onlar  seçkilərdə  iş­

tirak etməməyə hazırlaşır və elektoratı  da onlardan  nümunə 

götürməyə  çağıraraq  deyirdilər  ki,  qarşıdakı  seçkilər  xalqın 

iradəsini  real əks etdirə bilməz  (Azadlıq.  1999,  12 oktyabr).

Bununla  belə,  43  mindən çox  namizəd  bələdiyyə seçiblə­

rində  iştirak  etmək  üçün  sifariş  vermişdi.  Bu  namizədlərin

36  mindən  çoxu  qeydiyyatdan  keçmişdi.  Onların  yarısı  -  18 

min  nəfəri  rosmən  siyasi  partiyaları  təmsil  edirdi.  Dekabrın 

28-də  MSK  seçkilərin  nəticələrini  dərc  etdi:  seçicilərin  52,6 

%-i  səsvermə  məntəqələrinə  gəlmişdir.  Xarici  ölkələrin  və 

beynəlxalq  təşkilatların  36  nəfər  müşahidəçisinin  nəzarəti 

altında  keçirilən  seçkilərdə  26  partiya  iştirak  edirdi.  18  min 

deputat yerindən  təqribən  yarısı  Respublikanın  hakim siyasi 

sistemini  təmsil edən  Yeni  Azərbaycan  Partiyası  tutmuşdur. 

Dövlətə  zidd  mövqe  tutan  radikal  müxalifəti  təmsil  edən 

AXCP  və  Müsavat  partiyaları,  müvafiq  sürətdə  754  və  618 

yer ala  bildilər.

III 

Respublikada  seçki  kampaniyalarının  radikal 



müxalifətlə  mübarizə  şəraitində  keçməsi  artıq  ənənəyə  çev­

rilmişdir.  Bununla  əlaqədar,  dövlətçilərin  və  «destruktiv» 

radikalların  siyasət  üslubları  arasındaki  fərqləri  qeyd  etmək 

yerinə  düşər.  Heydər  Əliyev  və  onun  davamçıları  bir  daha 

nümayiş  etdirdilər  ki,  onların  fəaliyyət  üslubu 

ənənələrə 

söykənməklə  yenilikləri  müxalifətə  qəbul  etdirmək  üslubu­

dur.  Bu  iş  üslubu  Prezidentin  siyasətinin  xalq  tərəfindən 

yüksək  dərəcədə  dəstəklənməsi  sayəsində  mümkün  olmuş­

dur.  Prezident  Aparatında  və  Parlamentdə  qərarlar  işlənib 

hazırlanması  üçün  standart  prosedurların  məcmusu  kimi 

formalaşmış  bu  üslub  ölkədə  qayda-qanunun  qorunub 

saxlanması  üçün  tətbiq  olunan  metodların  qanuniliyini  tə­

min  edir.  Bu  üslub  müxalifətin  legitim  prosedurlar  çərçivə­

sində  hakimiyyətə  yiyələnməsinə  şans  vermir,  çünki  giyam- 

çılığa  qarşı  yüksək  dərəcədə  mütəşəkkil  qüvvə  tətbiq  et­

məyin  mükünliiyü  həmişə  nəzərdə tutulur.  Müxalifətin  siya­

sətinin  üslubu  isə  seçkilər  arasındakı  dövrlərdə  passivliyin 

və  vəziyyəti  «laxlatmaq»  niyyəti  ilə  «qığılcım  buraxmaq» 

kimi  irrasional  fəallığın  simbiozudur.  Müxalifətin  iş  üslubu 

onu  göstərir  ki,  bu  təşkilatlar  öz  təbiətinə  görə,  həmlə  dəs­

tələrinə  oxşayırlar.  1998-ci  və  2000-ci  illərdə  Prezident  tərə­

findən  təklif edilmiş  konsensus  variantı  iqtidarın  iş  üslubu­

nun  bir variantı  olsa  da,  problemin fəal  ifadə və həll edilmə­

106

107



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə