Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

sinə  əsaslanır.  Müxalifətdən  olan  liberallar  isə  bu  variantı 

zəiflik  əlaməti  kimi  qiymətləndirməyə çalışır və onu  qəzəbb 

rədd edirlər.

20.  Seçki döyüşləri, yaxud siyasi sistem haraya axınla 

hərəkət edir?

Qərb  ölkələrində  siyasi  sistem  konsensual  dem okratiy­

aya,  saziş  demokratiyasına  tərəf  səmtləndiyi  halda,  A zər­

baycanda  baş  verən  dəyişikliklər  vektoru  əks  tərəfə  yönəl­

mişdir.  Hər  dəfə  seçkilər  əslində  dövlət  üçün  təhlükə  m ən­

bəyinə  çevrilir.  Bəlkə  də  bu  vəziyyət  İlham  Əliyevin  söylə­

diyi  aşağıdakı  fikirlə  izah  edilməlidir:  «Böyük  neftin  böyük 

başağrı  verə  bildiyini  inkar  etmək  mümkün  deyil,  məhz  bu 

hallarda  respublikaya  rəhbərlik  etmək  bacarığı çox  şeyi  həll 

edir»  (İlham  Əliyev  böyük  siyasətdə:  reallıqlar  və  perspek­

tivlər.  1-ci  kitab.  Bakı.  1999,  s. 13).  Bu gün  biz psevdoliberal 

müxalifətin  televiziyaya  buraxılmış  namizədlərinin  tam aşa­

çılar  qarşısında  söyüş  və  demaqogiya,  hədə-qorxu  və  y a­

lanla  dolu  çıxışlar  etməsinin  və  eyni zamanda,  öz  proqram ­

larının ideya spesifikası barədə susmalarının şahidiyik.

Parlamentə  növbəti  seçkilər  yuxarıda  deyilənləri  əyani 

şəkildə nümayiş etdirdi. Əvvəlki illərdə olduğu kimi, yenə də 

əsas  mübarizə  Mərkəzi  Seçki  Komissiyası  və  onun  namizəd 

partiyaları  qeydiyyata  almaq  səlahiyyətləri  səviyyəsində 

başlandı.  Əvvəlcə  seçkilərdə  yalnız  beş  partiyanın  iştirak 

etməsinə icazə verilmişdi,  lakin  sonradan,  etiraf edək  ki,  kə­

nardan  göstərilən  təzyiqin  də təsiri olmaqla,  Prezident  6 de­

kabr  tarixli  m əktubla  MSK-ya  müraciət edərək,  əvvəlcədən 

qeydiyyatdan  keçmiş  bütün  partiyaların  seçkilərdə  iştirak 

etmələrinə  icazə  verililməsini  xahiş  etdi.  Bununla  əlaqədar, 

ABŞ  Dövlət  Departamentinin  5  noyabr  tarixli  bəyanatı 

diqqəti cəlb edir.  Bəyanatda göstərilirdi  ki,  Müsavat  partiy­

asının  və  ADP-nin  seçkilərdən  kənarlaşdırılması  və  onların 

proporsional  siyahılarım  qeydiyyatda  almaqdan  imtina 

edilməsi  «azad  və  ədalətli  parlament  seçkiləri  keçirilməsinə

təhlükə  yaradır».  Fransa,  Almaniya,  İtaliya  səfirlərinin, 

həmçinin  ATƏT-in  bəyanatlarında  da  bu  cür  çağırışlar  və 

narahatlıq  ifadə edilirdi.

2000-ci  ildə  keçirilən  seçkilər  zamanı  ölkəni  idarə  edən 

dövlətçilər  hakimiyyət  sistemini  sabitləşdirməyə,  stabil  mə­

nəvi-siyasi  resupslar,  maliyyə  və  informasiya  resupsları  axı­

nını  təşkil  etməyə  müvəffəq  oldular.  Sistem  daha  da  mürək­

kəbləşmiş  və  çevikləşmişdi  və  buna  müvafiq  surətdə  o,  istər 

daxildən  vurulan  zərbələri,  istərsə  də  xaricdən  göstərilən 

təzyiqi  amortizasiya  etdirirdi.  Dövlət  elitası,  ilk  növbədə, 

«evdəki» radikalların  cəhdlərinə  siyasi  rejimi  hakimiyyətin 

və  siyasi  təsisatların  «etalon»  təşkilati  formalarını  sürətlə 

tətbiq  etməyə  məcbur etmək cəhdlərinə  müqavimət  göstərir. 

Eyni  zamanda  elita  müvafiq  novasiyalar  tətbiq  edir  ki,  de­

mokratiyaya  xas  olan,  kadrların  şaquli  səfərbərlik  proseslə­

rinin  arası  kəsilməsin.  Məsələn,  bu  seçki  kampaniyasında 

Yeni  Azərbaycan  Partiyasının  tətbiq  etdiyi  uğurlu  həllər 

partiyalararası  rəqabətdə  onun  üstünlük  əldə  etməsinə  im­

kan  yaratdı.  Prezidentin  varisi  hesab  edilməyə  başlanmış 

İlham Əliyev partiyanın yeni siyahısında  1-ci yeri  tutdu.

Eyni  zamanda  radikallar  düşərgəsində  qüvvələrin  yeni­

dən  qruplaşdırılması  prosesi  gedirdi.  Cəbhəçilərin  lideri 

Ə.Elçibəyin  qəflətən  vəfat  etməsi  faktı,  bəlkə də,  bu  prosesə 

bilavasitə  təkan  verən  amil  olmuşdu.  Bu  vaxtdan  etibarən, 

AXCP  sıralarında,  onunla  birlikdə  isə  müxalifətçi  qüvvələ­

rin  əsas  alyansı  olan  «Demokratik  konqres»də  parçalanma 

başlandı.  AXCP-nin  fraqmentlərə  bölünməsi,  eləcə də  Sosi­

al-demokrat  partiyasında  Zərdüşt  Əlizadə  və  Arzu  Abdul- 

layevanın  tərəfdarlarının  bu  partiyanın  sıralarını  tərk  etmə­

ləri  süni  proseslər  idi..  Elə  bil  kimsə  bu  siyasətçiləri  bir  dəst 

oyun  kartı  kimi  qarışıdırır.  Azərbaycan  uğrunda  gələcək 

döyüşlərdə  praktiki  əhəmiyyəti  az  olan  və  nə  edəcəklərinə 

etibar olmayan  kadrlar ələkdən keçirilib saf-çürük edilir...

Mərkəzi  Seçki  Komissiyasının  5  noyabr  2000-ci  ilə olan 

məlumatına görə, seçkilərdə 2,8 milyon nəfər və ya səsvermə

108


109


siyahılarına  daxil  edilmiş  seçicilərin  68%-i  iştirak  etm işd ir 

Əvvəlki  seçkilərdən  fərqli  olaraq,  bu  dəfə  MSK  daha  tələb ­

kar idi.  Belə ki,  95 seçki  məntəqəsində səsvermənin  nəticələ­

ri  düzgün  hesab  edilmiş,  4 seçki  məntəqəsində  isə  seçkilərin 

nəticələri  ləğv  edilmişdi.  Noyabrın  15-də  MSK  öz  m əlu ­

matlarım  K onstitusiya  Məhkəməsinə  təqdim  etdi:  4  siyasi 

partiya  6  %-lik  həddi  aşa  bilmişdir.  İkinci  parlament  seçik- 

lori  hakimiyyət  sisteminin  «partiyalaşmasını»  nümayiş  e t­

dirdi.  Yeni  Azərbaycan  Partiyası  «dominant»  tipli  p artiy a 

olduğuna  görə  partiya-siyasi  sistem,  məsələn  Y aponiyada 

olduğu  kimi,  «biryanm »  sisteminə  xas  olan  cəhətlər  kəsb 

edir.  2003-cü  ildə  keçirilmiş  referendum  nəticəsində  partiya 

siyahıları  üzrə seçkilər  ləğv  edildiyinə  baxmayaraq,  «partiy- 

alaşma»mn  xarakteristikaları  gələcək  üçün  qalm aqdadır. 

Parlament  seçkilərinin  gedişinə  AŞPA-nın,  ATƏT-in, 

MDB-nin  Parlam entlərarası  Assambleyasının,  RF  D övlət 

Dumasının,  Federasiya  Şurasının  və  MSK-nın,  ABŞ  M illi 

Demokratiya 

İnstitutunun 

nümayəndələri, 

ABŞ-dan, 

Türkiyədən,  İrandan,  Yunanıstandan  və  başqa  ölkələrdən 

olan  müşahidəçilər  nəzarət  edirdilər.  Onların  ümumi  qəna- 

təti  belədir:  seçkilərdə  qanun  pozuntusu  halları  olmuşdur, 

lakin  Respublika  demokratiya  yolu  ilə  irəliləyir.  Müxalifət 

seçkilərin  «total  saxtalaşdırılmasmdan»,  «oyuncaq  p a rla ­

mentdən»  dəm  vururdu.  2000-ci  noyabrın  18-də  müxalifət 

20 min  nəfərin  iştirakı  ilə etiraz  mitinqi  keçirdi.  Belə güman 

etmək  olar  ki,  müxalifət  seçkilərin  nəticələrinin  ləğv  olun­

masını  heç  də  ciddi  tələb  etmirdi,  çünki  ö  özü  də  başa 

düşürdü  ki,  hər  hansı  seçki  elektoratın  üsünlük  verdiyi  dəy­

ərlərin  strukturu  ilə  yanaşı,  həm  də  hər  bir  iqtidarın  və  hər 

bir  müxalifətin  malik  olduğu  resursların  balansını  əks 

etdirir.


Liberal  müxalifətin  hərəkətlərinin  təhlükəli  cəhəti  on­

dan  ibarətdir  ki,  siyasi  rejim  «daimi  qeyri-sabitlik»  vəziyyə­

tinə  düşərək,  gənc  «dövlət  milləti»  (F.Meyneke)  üçün  nicat 

yolu  olan  həmrəylik  qabiliyyətini  itirə  bilər.  H.Hegel  yazır­

110

dı:  «Bir  dəstə  insan  özünü  yalnız  o  halda  dövlət  adlandıra 



bilər  ki,  onlar  öz  mülkiyyətinin  məcmusunu  birgə  müdafiə 

etmək üçün  birləşdirilmiş  olsunlar» (Гегель.  Г.  Конституция 

Германии.  // Гегель.  Политические произведения. М.,  1978. 

С.75).


21.  Kütləvi  şüurda  Qərb obrazı

Burada  söhbət  «Qərb  obrazı»nın  özünü  son  dərəcə 

müxtəlif təsəvvür  edən  sadə  insanlardan  gedir.  Qərb  obrazı 

bir  deyil,  çoxdur.  Qərb  və  ilk  növbədə  ABŞ  yüksək  həyat 

stnadartlarının  nümunəsi,  yeni  texnologiyaların,  iqtisadi 

sahədə 


yeni 

təşkilati 

formaların 

mənbəyidir 

(bax: 

Ə.Həsənov.  Göstərilən  əsər).  Müəyyən  sivil  dəyərlərin  və 



mədəni  normaların,  həyat  standartlarının  daşıyıcısı  olan 

başqa Qərb obrazı  da,  ABŞ-ın  hegemon dövlət, dünyada ən 

güclü  hərbi təşkilat  olan  NATO-nun  özəyi,  «şər  oxu»na  aid 

edilən  ölkələrin  «terminatoru»,  bütün  dünyada  terrorizmə 

qarşı  mübarizənin  ilhamvericisi  olması  fikri  kimi,  heç  də 

birmənalı  şəkildə qəbul  edilmir.  Bu  müxtəlif Qərb  obrazları 

çox  vaxt  fərqləndirilmir,  onlar  eyni  insanların  şüurunda 

özünə yer taparaq qəribə bir şəkildə qarşılıqlı  təsirdə olur və 

bir-birini  tamamlayır.  Azərbaycanda gedən  proseslərə məhz 

Qərbin  çoxcəhətli  təsiri  hiss  edilməkdədir  və  bu  təsir  yaxın 

gələcəkdə də hiss ediləcəkdir.

22.  «Yeni dövrün siyasətçisi»

(Ramiz Mehdiyev İlham  Əliyev haqqında)

İlham Əliyevin  prezidentliyə namizəd göstərilməsi  indiki 

tarixi  dövrdə  bilavasitə  xalqın  amallarını  əks  etdirən  idarə- 

çilər  sinfinin  dövlətçilik  maraqlarından  irəli  gəlmiş  elit  ro­

tasiyasının müstəsna dərəcədə qanunauyğun təzahürüdür.

İlham Əliyev  Milli  Olimpiya Komitəsinin  rəhbəri  vəzifə­

sində  fəaliyyətə  başladığı  vaxtdan  onun  populyarlığı  get- 

gedə  artm aqdadır.  2000-ci  ilin  noyabr  ayında  keçirilən  par-

111



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə