Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

keçir.  Bu  baxımdan,  artıq  başa çatmış  90-cı  illər  xüsusi  fun­

ksional  intensivliyə malik idi.  Hakimiyyəti  təmsil  edən  insan 

üçün  bu  müddətin  bir  astronomik  ili  həmin  m üddətdə  qa­

zanılmış  zəfərlərin  «sıxlığına»  görə adi  dövrün  iki  ilinə,  bəl­

kə də üç  ilinə bərabər  hesab edilə bilər.  İlham Əliyevə  tətbi- 

qən  tam  əminliklə  deyə  bilərik:  onun  Prezidentə  ham ıdan 

yaxın  bir  dövlət  xadimi  kimi  formalaşması  sürətli  tempdə 

baş  vermişdir,  çünki  bu  illər  hadisələrlə  çox  zəngin  olm uş­

dur.  Siyasi  zaman  açıq-aydın  göstərir  ki,  bir  siyasi  qüvvə 

(partiya, nəzəriyyə) artıq siyasi keçmişdə qaldığı  halda  digər 

siyasi  qüvvə indiki  dövrlə,  üçüncüsü  isə  zamanı  qabaqlaya­

raq  gələcək siyasi dövrlə yaşayır.  2000-ci ildə Yeni  A zərbay­

can Partiyasının  seçkiqabağı siyahısında birinci yerdə  gedən 

İlham Əliyev siyasi  zamanın  gedişinə  yeni  təkan  vermişdir: 

siyasi  hadisələrlə  birlikdə,  cəmiyyətin,  idarəçilər  sinfinin 

(siyasi  menecmentin) həyatının gərginləşməsi və sürətlənmə­

si  ilə  birlikdə  siyasi  zamanın  da  tempi  artır.  Gəlin  unun- 

tmayaq ki,  bu dəyişikliklərin  tempini  prezident,  dövlət  apa­

ratı, hakim «Yeni Azərbaycan» partiyası müəyyənləşdirir...

Zam an  -   siyasətin  və  hakimiyyətin  ən  mühüm  resursu­

dur.  İqtidarda  olan  dövlətçilərin  indiki  şəraitdə  varislik  mə­

sələsini hazırlamaqla bağlı zəruri tədbirləri  necə sürətlə  həy­

ata keçirdiklərini,  hər şeyin  öz-özünə  həll ediləcəyinə  ümid 

bəsləmədən  zamanın  xilaskar  fəaliyyətinə  arxayın  olma­

dıqlarını  müşahidə  etmək  çətin  deyil.  İcra  hakimiyyəti  ali 

hakimiyyətin  verilməsi  prosesini  qabaqcadan  hazırlayaraq 

siyasətin  zaman  resursları  barədə  fəal  sərəncamlar  verir. 

Buna  görə  də  tam   əminliklə  deyə  bilərik  ki,  İlham  Əliyevin 

gələcəyi  onun  keçmişinin  üzvi davamı  olacaqdır:  bu  məsələ 

ilk  baxışda  təsəvvür  edildiyindən  daha  dərin  köklərə 

malikdir...

116

III Hissə.  İQTİSADİ  TƏRƏQQİ  VƏ İSLAHATLAR 

STRATEGİYASI

XX  əsrin  90-cı  illəri  modernləşdirmənin  yeni  mərhələsi 

məcrasında  cəmiyyətin  transformasiyası  illəri  kimi  tarixə 

düşmüşdür.  Bu dövrdə «mahiyyət  etibarilə...  tamamilə yeni 

Azərbaycan yaranmışdır».  (Heydər  Əliyev)

(XXI  əsrin  və  yeni  minilliyin  başlanması  münasibətilə 

Azərbaycan  Prezidenti  Heydər  Əliyevin  Azərbaycan  xalqı­

na müraciətindən//Dirçəliş XXI əsr.  2001. №  1-2.  S. 47).



1. 

Sistemin böhranından SSRİ-nin 

parçalanmasına qədər

ABŞ  ilə SSRİ  arasında  soyuq  müharibə  şəraitində  Qor- 

baçov  güruhunun  təklif  etdiyi  modernləşdirmə  niyyətləri 

«sürətləndirmə»  və  «yenidənqurma»  adlandırıldığına  bax­

mayaraq,  əslində  bu  niyyətlər  böhran  vəziyyətinə  düşmüş 

sovet  iqtisadiyyatının  məhvini  sürətləndirmiş  oldu.  XX  əs­

rin  80-ci  illərinin  axırlarında  sosializm  cəmiyyətinin  üzləş­

diyi  iqtisadi  problemlər  dərin  tarixi  köklərə  malik  idi.  İnki­

şaf  yolunu  seçmək  problemi  hələ  50-ci  illərin  ortalarında 

qarşıya çıxmışdı.  O vaxt SSRİ  iqtisadiyyatının səmərəliliyini 

artırmaq  üçün,  cəsarətsiz  də  olsa,  müəyyən  addımlar  atıl­

mışdı.  Lakin  sosializm  sistemi  çərçivəsində  müvafiq  isla­

hatları  həyata  keçirmək  mümkün  olmadı.  Ölkə  durğunluq 

vəziyyətinə  düşdü  və  bunun  nəticəsində son  dərəcədə  zəruri 

olan  ümdə  məsələlərin  həlli  ən  azı  iki  onillik  müddətinə  lə­

ngidi.  Həlli  tapılmayan  problemlərin  sayı  get-gedə  çoxalır, 

SSRİ-nin  yüksək  inkişaf  etmiş  ölkələrdən  geriliyi  daha  da 

artırdı.


Sovet  sisteminin  ümumi  böhranı  70-ci  illərə  təsadüf et­

di.  Bu  dövrdə ölkə  rəhbərliyi,  demək  olar  ki,  bütün  diqqəti­

ni Sovet  İttifaqının  zəmanətli strateji  təhlükəsizliyinin təmin 

edilməsi  məsələləri  üzərində  cəmləşdirmişdi:  raket-nüvə  pa-



117


riteti,  ölkənin  özünü  enerji  ilə təchiz etməsi,  hərbi-siyasi  itti­

faqlar  yaradılması  məsələlərinə  daha  çox  əhəmiyyət  verilir­

di.  Bununla  yanaşı,  daxili  siyasətin  ən  mühüm  məsələləri 

arxa  plana  keçmiş,  bu  isə  bir  sıra  qeyri-sağlam  proseslərin 

sovet  cəmiyyətinin  iliyinə  hopmasmı  şərtləndirmişdi.  70-ci 

illərin  ikinci yarısında Brejnev özü xəstələndi,  onun  ən  yaxın 

ətrafındakılar  isə  Baş  katib  vəzifəsinə  sahib çıxmaq  h ü q u q u  

uğrunda  qızğın  mübarizəyə  başladılar.  Bu  vəziyyətdə  həmin 

qeyri-sağlam  proseslər  daha  təhlükəli  xarakter  alm ışdı. 

Kölgə  iqtisadiyyatının  inkişafı,  dövlət  mülkiyyətinin  m ə­

nimsənilməsi  və  korrupsiya  faktlarının  geniş  yayılması  h al­

ları  göz  qabağında  idi.  Sov.  İKP  МК-da  olan  m əlum atlara 

görə,  1975-1980-ci  illərdə  dövlət  əmlakının  oğurlanm ası 

hallarının  sayı  30%,  aşkar  edilmiş  rüşvətxorluq  hallarının 

sayı  az  qala  50%,  spekulyasiya  halları  40%  artm ışdı. 

Sov.İKP  sıralarında  yaranmış  mənəvi  vəziyyət  belə  b ir  fak ­

tdan aşkar görünür ki,  1980-ci ildə rüşvətxorluğa görə  sovet 

məhkəmələri  tərəfindən  məhkum edilənlərin  ümumi  sayının 

az  qala  30%-i  Sov.İKP  üzvləri  və Sov.İKP  üzvlüyünə  n am i­

zədlər  idi.  Ticarət,  yüngül və yerli  sənaye  sahələrində  krimi- 

nogen  hallar total xarakter almışdı.

Tanınmış  sosioloq  İ.V.  Bestujev-Ladanın  1985-ci  ildə 

Sov.İKP  М К-ya  göndərdiyi  analitik  materialdan  məlum 

olur  ki,  o  dövrdə  «qara  iqtisadiyyat»  və  bir  ovuc  adamın 

əlində  hədsiz  çox  maddi  sərvətlərin  cəmləşməsi  SSRİ-də 

dövlətin  əsaslarına  təhlükə  yaratmışdı.  Həmin  m əktubda 

deyilirdi:  «Öz növbəsində...  bu bir neçə  faizdən  iqtisadi  ası­

lılıq  vəziyyətində  olan  adamların  əhatə  dairəsi  get-gedə  ge­

nişlənir  və  bu  vəziyyət  get-gedə  daha  çox  adama  sarsıdıc 

təsir  göstərir.  (...)  Bir-birinin  ardınca  «qara  bazarlar»  yara­

nır,  mafıya  klanları  bir-biri  ilə  düşmənçilik  edir,  nəzarət  or­

qanlarının  korrupsiyaya  qurşanmaq  cəhdləri  özünü  göstə­

rir...  D urm adan  artan  bu  «qara»  qüvvə  üçün  hələ  kifayət 

qədər  adekvat  ad  da  tapılmayıb,  lakin  sosializm  quruluşu 

üçün  bundan  daha  ciddi  daxili  sosial  təhlükə  yoxdur.  Ona

görə  ki,  bu  qüvvə  nə  burjuaziyadır,  nə  qərb  tipli  mafiya,  nə 

də  yeni  iqtisadi  siyasət  dövrünə  xas  olan  nuvorişlər.  Ciddi 

təhlükə  mənbəyi  olan  bu  yeni  sosial  hadisənin  inkişafını  biz 

tamamilə  gözdən  qaçırmış  və  onu  özbaşına  buraxmışıq» 

(Легостаев  В.  Целлулоид ГКЧП И Завтра.  2003  № 31).

1989-cu  ildə  SSRİ  əhalinin  hər  nəfərinə düşən  sənaye və 

kənd  təsərrüfatı  məhsullarının  ən  mühüm  növlərinin  isteh­

salına  görə  ABŞ-dan  xeyli  geri  qalırdı.  Elektrik  enerjisi  is­

tehsalı sahəsində  bu gerilik  50%,  əmtəə kömür istehsalı  üzrə 

35.8%,  sulfat  turşusu  istehsalı  üzrə  39,9%,  kimyəvi  liflər  is­

tehsalı  üzrə  66,3%,  sintetik  liflər  istehsalı  üzrə  86,3%,  ipək 

parça  istehsalı  üzrə  5,2  dəfə,  dənli  və  dənli-paxlalı  bitkilər 

istehsalı  üzrə  40,0%,  ət  istehsalı  üzrə  (kəsilmiş  şəkildə) 

41,7%  təşkil  edirdi  (Алескеров  А.  Распад  СССР  как  объек­

тивная  основа  зарождения,  формирования  и  развития  ры­

ночных  отношений  //  Azərbaycan  iqtisadiyyatı  yüksəliş 

yollarında  (Məqalələr  məcmuəsi).  III  (XII)  buraxılış.  Bakı. 

2003.  S.  5).

«Yenidənqurma»nın  iflası  başlayanda  və  90-cı  illərin 

əvvəllərində  ictimai  şüurda  belə  bir  nikbin  fikir  hökm 

sürürdü  ki,  guya  «özü-özünü  tənzimləyən»  bazar  münasi­

bətləri  böhranın  çarəsi  olacaqdır.  Suverenlik  əldə  edilməsi, 

siyasi  demokratikləşmə,  xüsusi  mülkiyyətin  reabilitasiyası 

gələcək  tərəqqinin  vasitələri  hesab  edilirdi.  Müstəqillik  aktı 

(18  oktyabr  1991-ci  il)  və  «Belovejsk  parçalanması»  barədə 

saziş  (8  dekabr  1991-ci  il)  qəbul  ediləndən  sonra  Azərbay­

can  dərhal  islahatlar 

ilkin  planı  sadəcə,  mövcud  olmayan 

irimiqyaslı  dəyişikliklər  sistemini  həyata  keçirmək  zərurəti 

ilə üzləşdi.

Sovet  İttifaqının  parçalanması  nəticəsində keçmiş SSRİ- 

yə  daxil  olan  müttəfiq  respublikalar  arasında  iqtisadi  əla­

qələr  pozuldu.  Qiymətlərin  liberallaşdırılması  üzündən  is­

tehsalın  tənəzzüllü,  müəssisələrdəki  dövriyyə  vəsaitlərinin 

qiymətdən  düşməsi  və  əhalinin  alıcılıq  qabiliyyətinin  azal­

ması  bütün  bunlar  ölkənin  hərbi  məğlubiyyətinə  bərabər

118


119


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə