Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   27   28   29   30   31   32   33   34   35

idi.  «Onilliklər  boyu  formalaşmış  iqtisadi  əlaqələr,  m üəssi­

sələr  arasında  istehsal  kooperasiyası...  1991-1994-cü  illərdə 

pozuldu.... Ticarət balansmdakı müsbət  saldo  1992-ci  ildəki 

489  milyon  dollardan,  1993-cü  ildə  55  milyon  dollara,  yəni 

ÜDM-in  həcminə  nisbətən  40%-dən  3%-ə  düşmüşdü»  (А ле­

скеров  А.К.,  Ахвердова C.Г.  Рынок  и  проблемы  эффектив­

ного  развития  внешнеэкономических  связей  Азербайджан­

ской  Республики  с  мировым  сообществом  //Аудит.  2000. 

№4, С.ЗО).

2. 

İqtisadi yeniliklər və  islahatlar 

konsepsiyasının formalaşması

İqtisadi modernləşdirmə texnoloji tərəqqi  ilə xarakterizə 

olunur. Texnoloji  tərəqqi isə,  öz növbəsində,  elmin  vəziyyə­

tindən  asılıdır.  Modernləşdirmə  iqtisadiyyatın  birinci  (ha- 

siledici)  sahələrinin  ixtisarı  hesabına  ikinci  (sənaye,  k o m ­

mersiya)  və  üçüncü  (xidmət)  sahələrinin  inkişafı  ilə  səciyyə­

vidir.  Bu  cür  modernləşdirmə  həm  də  yüksək  səviyyəli  tex­

nologiyalara,  istehsal,  istehlak  və  bölgü  ilə  bağlı  iqtisadi 

fəaliyyət  sahələrinin  get-gedə  daha  geniş  miqyasda  ixtisas­

laşmasına  əsaslanan  sənaye  sisteminin  (neoindustrializminl 

inkişafı  ilə  səciyyəvidir.  İqtisadi  liberalizm  nəzəriyyəsinə g ö ­

rə,  bu  halda əsas  bazarların -  əmtəə,  işçi  qüvvəsi  və maliyyə 

bazarlarının miqyası və mürəkkəblik dərəcəsi də artmalıdır.

Ölkədə  bazar  iqtisadiyyatına  keçidlə  bağlı  dəyişikliklə­

rin  optimal  strategiyasını  və  onun  həyata  keçirilməsinin 

düzgün  taktikasını  seçmək  ehtiyacı  yaranmışdı.  Əslində  öl­

kə  iki  alternativ  inkişaf  proqramından  birini  seçmək  məc­

buriyyətində  idi.  Neokonservativ  konsepsiyaya  əsaslanan 

birinci  proqram   bazar  totalitarizmini,  qiymətyaranmanın 

sərbəstliyini,  dövlətin  əhaliyə  kömək  yönümlü  sosial  pro­

qramlarının  ixtisarım  və  bunun  nəticəsində,  sosial-sinfi  gə­

rginliyin  artması  ilə  müşayiət  olunan  bir  ovuc  nuvorişlərin 

və saysız-hesabsız  binəsiblərin yaranmasını  nəzərdə tuturdu.

Bazar  iqtisadiyyatına  tədricən  keçilməsini  nəzərdə  tutan 

ikinci  halda  isə  geniş  əhatəli  orta  sinfin,  çoxukladlı,  çoxsa­

həli.  elm  və  texnika  tutumlu  iqtisadiyyatın  yaradılmasına 

yönəlmiş 

dəyişikliklərin 

tempini 

və 


onların 

sosial 


yöniimünü  dövlət  müəyyənləşdirir  (Bax:  S.Səfərov  İqtisadi 

siyasət strategiyası:  konseptual əsaslar.  Bakı.  2000).

Radikal  müxalifəti  təmsil  edən  iqtisadçılar  birinci  vari­

anta  tərəfdardırlar.  Məsələn,  Q.  İbadoğlunun  təklif  etdiyi 

«reseptlərə»  fikir  verin:  «Özəlləşdirmənin  gedişində  yüksək 

dərəcədə  rentabelli  dövlət  müəssisələrinin  səhmlərinin  mər­

hələlər  üzrə  satışına  üstünlük  verilməlidir.  Özəlləşdirmə 

prosesinə strateji  investorlarla yanaşı,  pensiya  fondları  şək­

lində  institusional  investorları  da  cəlb  etmək,  korporativ 

idarəetmə  və  nəzarət  mexanizmini  daha  geniş  tətbiq  etmək, 

vasitəçilərin  investisiya  fondlarının  və  maliyyə  institutları­

nın 


fəaliyyəti 

üçün  şərait  yaratmaq  lazımdır». 

Bu 

«reseptdə»ki 



«pensiya 

fondları» 

sözlərini 

çıxarsanız, 

görəcəksiniz  ki,  xammal  sahələrini  («yüksək  dərəcədə 

rentabeili  dövlət  müəssisələrini»)  transmilli  korporasiyalara 

vermək, 

dövləti 


iqtisadiyyatdan 

total 


miqyasda 

uzaqlaşdırmaq proqramı  təklif olunur.

Bizim  müxalifətçilərin  çox  xoşladığı  kapitallaşdırm a 

modeli  Rusiyada  həyata  keçirilmişdi.  Bəs  nəticəsi  nə  oldu? 

«90-cı  illərdə  Rusiyanın  sınaqdan  keçirdiyi  «qovub  çatma» 

modernləşməsi  təcrübəsi  uğurlu  olmadı.  Burada  ilk  dəfə 

olaraq  neqativ  səfərbərlik  tətbiq  edildi,  insanlara  dedilər: 

«Nə  istəyirsiniz,  edin,  amma  «lehinə»  səs  verin».  Özünütəş- 

kil  işlərinin  pis  vəziyyətdə  olduğu  ölkədə «neqativ»  sərbəst­

liyə  əsaslanan  bu  cür  «sosial  kontrakt»  sosial  hüceyrələri 

parçaladı,  ancmiya  və  neqativ  fəıdlər  yaratdı,  xüsusən 

gənclər arasında  milli  dövlətçilik  və  fərdi  identiklik  sahəsin­

də  böhran,  cəmiyyətin  kriminallaşması  müşahidə  olunur­

du».  70 il  müddətində tarixin  hərəkətverici qüvvələri sayılan 

dünya  inqilabı,  yaxud  Böyük  tikinti  kimi  böyük  layihələrlə 

işləmiş  Rusiya  indi anemiya və Putinin  «10 il ərzində ÜDM -

120

121



i  ikiqat  artırm aq»  barədə  çağırışları  kimi  gülünc  vəziyyətlə 

üzləşmişdir.

Azərbaycanın  dövlət  müstəqilliyi  bərpa  ediləndən 

sonrakı dövrdə respublika iqtisadiyyat sahəsində öz suveren 

hüquqlarını  həyata  keçirməyə  və  müstəqil  iqtisadi  siyasət 

yeritməyə başlamışdır.

Azərbaycan 

rəhbərliyi 

ölkənin 

suverenliyini 

və 

dövlətçiliyini  daha  da  möhkəmlətməyi,  Qərbin  iqtisadi  və 



siyasi  strukturlarına  sürətlə  inteqrasiya etməyi  yenə  özünün 

strateji  məqsədləri  hesab  edir.  Azərbaycanın  milli  inkişaf 

konsepsiyası 

Xəzərin 


karbohidrogen 

resurslarından, 

ölkənin  A vropa  ilə  Asiyanın  qovuşağında  əlverişli  coğrafi 

mövqeyindən istifadə edilməsi əsasında qurulmuşdur.

Lakin  müstəqilliyin  elə  ilk  illərində  Azərbaycan  ciddi 

sınaqlarla  üzləşdi.  1991-ci  ildə  öz  suverenliyini  bəyan  etmiş 

Azərbaycan  Respublikası  iqtisadi  və  siyasi  çətinliklərə  sinə 

gərməli oldu.

Bu  dövr  ərzində  ÜDM-in  həcmi  hər  il  orta  hesabla  13- 

20  %  azalırdı  və  artıq  1994-cü  ildə  ÜDM-in  həcmi  1990-cı 

ilin  müvafiq  göstəricisi  ilə  müqayisədə  66,6%  səviyyəsində 

idi.  1994-cü  ildə  inflyasiya  göstəricisi  1763,5%-ə  çatmışdı, 

büdcə  kəsiri  10%-dən  çox  idi,  dövlətin  valyuta  ehtiyatları 

tükənmişdi. 

Ermənistanın 

respublikamıza 

təcavüzü 

nəticəsində  Azərbaycan  ərazisinin  20%-nin  işğal edilməsi  və 

milyondan 



çox 

azərbaycanlının 

doğma  ata-baba 

yurdlarından  qovularaq,  öz  Vətənində  qaçqına  çevrilməsi 

ölkədə sosial-iqtisadi böhranı daha da kəskinləşdirdi.

1993-cü  ildə  H.Əliyev  hakimiyyətə  gələndən  və  ölkədə 

siyasi 

sabitlik 



yaradılandan 

sonra 


geniş 

miqyaslı 

sağlamlaşdırma  tədbirləri  reallığa  çevrildi.  Bu  görkəmli 

dövlət 


xadiminin 

hakimiyyətə 

qayıtması 

nəticəsində 

Azərbaycanda 

varisliyi  qoruyub  saxlayan,  ən  yaxşı 

ənənələri  novatorluqla  əlaqələndirən  modernləşmə  üçün 

prinsipial  imkan  yarandı.  Respublika  Prezidenti  həmin 

amillərin  iyerarxiyasını  belə  müəyyən  etmişdir:  «Siyasi

həyatın  sabitliyi  iqtisadiyyatda  da  sabitliyi  təmin  etmişdir» 

(Бакинский  рабочий.  2000.  25  апреля).  Bu  və  digər 

fundamental  şərtlər  Heydər  Əliyevin  gərgin  və  məhsuldar 

fəaliyyəti  sayəsində təmin  edilmişdir.

Məhz.  1995-ci  ildən  sonra  ölkədə  daxili  siyasi  sabitlik 

yaranması  sayəsində  milli  iqtisadi  təfəkkür  formalaşır.  Ötən 

on  ilin  təcrübəsi  göstərdi  ki,  bazar  islahatlarının  yönümü, 

templəri  və  məzmunu  siyasi  menecerizmin  suverenliyi, 

dövlətin  iqtisadi  kursu,  millətin  idarəetmə  kapitalı  və  sair 

amillərdən,  ilk  növbədə  isə  xarizmatik  liderin  olmasından 

asılıdır.

Hadisələri  bir qədər qabaqlayaraq  qeyd edək  ki, 2001-ci 

ilin  göstəricilərinə  əsasən  ən  tez  inkişaf  edən 

milli 

iqtisadiyyatların  siyahısında  (ÜDM-nin 



artımına  görə) 

Azərbaycan  ÜDM-nin  9,9%  illik  artımı  ilə  IV  yer  tutur 

(müqayisə  üçün:  U krayna- 9,0%; Gürcüstan- 8,4%; Rusiya- 

5,0%.) (bax:  События года:  2002.M., 2003.-е. 226).

Çoxukladlı  iqtisadiyyatın  yaradılması,  özəlləşdirmə  və 

torpaq  islahatı,  maliyyə-vergi  və  idarəetmə  sistemlərinin  is­

lahatı,  bazar  münasibətlərinin  genişlənməsi 

bütün  bu 

konkret  tədbirlər  Azərbaycanda  iqtisadi  modernləşmənin 

mahiyyətini  təşkil  edir.  Azərbaycanda  həyata  keçirilən  iqti­

sadi  modernləşmə  yalnız  bu  şərtlə  məqbul  sayıla  bilər  ki, 

dövlət  bu  məsələlərə  müdaxilə  edə  bilsin.  Sosialist  ənənələ­

rinə malik  olan  bu  ölkədə iqtisadi  modernləşmənin  daha bir 

xüsusiyyəti  iqtisadi  demokratiya  prinsiplərinin  geniş  tətbiq 

edilməsidir.  Bu  o  deməkdir  ki,  dövlət  bərabər  imkanlar  ya­

ranacağına  təminat  verir,  çünki  müasir  Azərbaycanda  hər 

hansı  islahatın,  elik  baxımdan,  yalnız  o  halda  mənası  olar 

ki,  həmin  islahat  bütün  cəmiyyətin  əminamanlığını  təmin 

etmiş olsun.

Əlbəttə,  cəmiyyətdə  heç  kəs  şübhə  etmirdi  ki,  məhz  neft 

sənayesi  iqtisadi  tərəqqinin  hərəkətverici  qüvvəsinə  çevrilə 

bilər.  Məhz  neft  sənayesi  transmilli  korporasiyaların  kapi­

talım  cəlb edə  bilərdi,  lakin  bu  investisiyaların  tezliklə somə-

122


123


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə