Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə32/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   27   28   29   30   31   32   33   34   35

(ABƏŞ)  tərəfindən  həyata  keçirilir.  11  firmanın  daxil  ol­

duğu  bu  Konsorsiumda  Amerikanın  iştirak  payı  40%-ə  bə­

rabərdir.  Konsorsium  həmin  yataqların  30  il  müddətində 

istismar edilməsi  nəticəsində 99  milyard  dollar mənfəət  əldə 

etməyi planlaşdırır  ki,  bu məbləğin  də 78  milyard  dollarının 

Azərbaycana  çatması  nəzərdə tutulur (bax:  Агаев JL,  Вели­

ев  И.  Контракт  века  и  проблемы  нефтедобычи  на  Каспии. 

Баку,  1997. С.  83-114).

K ontrakt  imzalanandan  sonrakı  müddətdə  baş  vermiş 

hadisələri  təhlil  edəndə  görürük  ki,  neft  sektoru  üçün  b ö h ­

ran  dövrü  artıq  geridə  qalmışdır,  əcnəbi  investorların 

müxtəlif sahələrə  marağı  artmış,  neft  hasilatının  artırılm ası 

ölkə  iqtisadiyyatının  inkişafına  təkan  vermişdir.  M iqyasına 

görə  analoqu  olmayan  «Əsrin  müqaviləsi»ndən  az  so n ra  

Azərbaycanda  neft  yataqlarının  müştərək  kəşfiyyatı,  işlən ­

məsi və hasilatın pay  bölgüsü barədə  bir-birinin ardınca  d a ­

ha  21  kontrakt  imzalanmışdır.  Bağlanmış  sazişlərə  m üvafiq 

olaraq,  Azərbaycan  iqtisadiyyatına  xarici  investisiyaların 

həcmi  60  milyard  ABŞ  dollarından  çox  olacaqdır  (bax: 

А.  Мурадов.  Нефтяные запасы  Азербайджана: состояние  и 

перспективы использования. Баку, 2003).

Neft hasilatından  ölkəmizin  əldə  edəcəyi  ümumi  m ənfə­

ət  hasil  ediləcək  neftin  dəyərinin  80%-i  qədər  olacaqdır. 

K ontraktlar  imzalandıqdan  sonra  ölkəyə  maliyyə  axını  get- 

gedə  artırdı.  Xarici  sərmayələrin  çox  hissəsi  (1994-1998-cı 

illərdə qoyulmuş 4 milyard dollar ümumi  investisiyanın  tə q ­

ribən  66%-i)  neft  sektoruna yönəldilmişdi.  Həm xarici,  həm  

də  daxili  kreditlərin  qalan  hissəsi,  başlıca  olaraq  ticarət- 

vasitəçilik  və  maliyyə-kommersiya  sahələrinə  sərf  edilmiş­

dir.  Dövlətin  inhisarçı  mövqe  tutması  nəticəsində  Azərbay­

canda  əhalinin  hər  nəfərinə  düşən  investisiyaların  orta  həc­

mi  Rusiyanın  müvafiq  göstəricisindən  dörd  dəfə yüksəkdir. 

Bu  göstərici  üzrə  ölkəmiz  Müstəqil  Dövlətlər  Birliyinin 

üzvü olan ölkələr arasında ilk yerlərdən birini  tutur.

128

Neft  kontraktlarının  imzalanması,  mülkiyyətin  dövlət­



sizləşdirilməsi  və  özəlləşdirilməsi,  yaranmış  vəziyyətə  adek­

vat  maliyyə  yeniliklərinin  tətbiq  edilməsi  sayəsində  islahat­

ların  ilkin  koordinatları  müəyyənləşdi.  Bu  hadisələr  fonun­

da  1995-ci  ildə  hökümətin  böhran  əleyhinə  proqram  qəbul 

etməsi  faktı  çox  qanunauyğun  hal  idi.  Təbii  ki,  bu  halda 

Beynəlxalq  Valyuta  Fondunun  (BVF-in)  tövsiyələri  nəzərə 

alınmışdı.  Fond  ölkəmizə  məsləhət  köməyi,  texniki  və  ma­

liyyə  köməyi  göstərirdi.  İşlənib  hazırlanmış  proqram  qa­

nunverici  və  icra  hakimiyyətlərinin  görməli  olduğu  tədbirlə­

rin  müəyyənləşdirdiyi  ssenari  xarakteri  daşıyırdı.  İslahatla­

rın  BVF  tərəfindən  təklif edilən ssenarisi 

«üçüncü dünya» 

ölkələrinə tövsiyə edilmiş  trafaretdir.

Burada  bir  məqamı  xüsusi  qeyd  etməliyik:  Azərbaycan 

Respublikası  BVF-in  fəaliyyət  koordinatlarında 

qalma­


qdadır.  Y uxanda  qeyd  etdiyimiz  kimi,  BVF  ekspertlərinin 

rəhbər  tutduğu  radikal  islahatlar  konsepsiyasına  görə  əsas 

məsələ -  qiymətlərin  tənzimlənməsindən  tam imtina edilmə­

sidir.  Ekspertlərin  fikrincə,  tələbata  oriyentasiya  edilmiş 

qiymətlər  ölkənin  iqtisadi  böhrandan  çıxmasını,  səmərəsiz 

istehsalatların  dayandırılmasını  və  iqtisadiyyatın  strukturu­

nun  yenidən  qurulmasını  sürətləndirməli  idi.  Qiymətlər  di­

rektiv  iqtisadi  sistemin  dağılmasının  stimulyatoru  və  bazar 

iqtisadiyyatı  yaradılmasının  oriyentivi  olmalı  idi.  Lakin  bu 

ideyanın  həyata  keçirilməsi  heç  bir  yerdə  arzu  edilən  nəti­

cələrə  gətirib çıxarmadı 

nə  MDB-də,  nə də dünyanın  baş­

qa  regionlarında.  Qiymətlərin  liberallaşdırılması  onların  bir 

neçə qat  artmasına  gətirib  çıxartdı  və  hiperinfiyasiya  mexa­

nizminə çevrildi.

Belə  bir  gərgin  vəziyyətdə  respublika  Prezidenti  tərəfin­

dən  həyata  keçirilən  neft siyasəti  ölkəyə sanballı  xarici  inve­

stisiyalar cəlb etdi.  Bunun  sayəsində  1995-ci  ildə  neft hasila­

tını  9,2  milyon  tona,  1998-ci  ildə  isə  11,4  milyon  tona  çat­

dırmaq  mümkün  oldu.  1990-1992-ci  illərdə qaz  hasilatı  kəs­

kin şəkildə azalmışdı və ölkənin ehtiyaclarının yalnız 40%-ni

129



təmin  edirdi.  «Şahdəniz»  yatağı  kəşf  ediləndən  sonra  res­

publika  nəinki  özünü  qazla  təmin  edəcək,  həm  də  dünya 

qaz bazarına çıxa biləcəkdir.

Azərbaycanın  neft strategiyası,  ilk  növbədə,  neft  hasilatı 

layihələrinə  xarici  investisiyaların,  yeni  müasir  texnologiy­

aların,  əcnəbi  işgüzar  dairələrin  və  beynəlxalq  şirkətlərin 

cəlb  edilməsi  yolu  ilə  dünya  bazarına  inteqrasiya  etməyə 

yönəlmişdir.

Neft  sektorunun  inkişafı  Azərbaycan  iqtisadiyyatına 

xarici  investisiyaların  artmasını  təmin  edir.  Məsələn,  təkcə 

dörd  layihə  -   Azəri,  Çıraq,  Günəşli  və  Şahdəniz  yataqları­

nın  geniş  miqyasda  işlənməsi,  habelə  Bakı-Tbilisi-Ceyhan 

neft  kəməri  və  Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri  layihələri 

üzrə 2004-cü  ilədək  Azərbaycan iqtisadiyyatına cəlb edilmə­

si  planlaşdırılan  investisiyaların  həcmi  təqribən  9  milyard 

ABŞ  dollarına  bərabər  olacaqdır  (bax:  Алиев  H.,  Мирзоев 

M.,  Шахбазов  Э.  ОЭТ  Баку-Тбилиси-Джейхан:  от  видения 

к 

реальности  - Баку, 2001, С. 15-17).



Beləliklə,  Azərbaycanın  neft  sektoru  öz  inkişafının  yeni 

mərhələsinə  qədəm  qoymuş  və  Azərbaycanın  iqtisadiyya­

tında  neft sektorunun  rolu  nəzərəçarpacaq  dərəcədə artm ış­

dır.  Beynəlxalq  bazarda  neftin  və  qazın  qiyməti  ilə  əlaqədar 

pessimist  fərziyyələri  əsas  götürdükdə  belə,  yaxın  illər ərzin­

də  Azərbaycanın  xeyli  gəlir  əldə  edəcəyi  gözlənilir.  Azər­

baycan  höküməti  bu  mövqedən  çıxış  edərək  neft  gəlirlərin­

dən  asılılığı  ən  yaxın  vaxtlarda  azaldacaq,  iqtisadiyyatı  di- 

versifikasiya  edəcək,  əhalinin  həyat  səviyyəsinin  durmadan 

artmasını  və  beləliklə,  Azərbaycanın  dünyanın  sivil  ölkələri 

arasında  layiqli  yer  tutmasını  təmin  edəcəkdir  (Bax:  А.  Му­

радов.  Göstərilən əsər).

Qara  və  əlvan  metallurgiya  sahəsində  istehsalın 

tənəzzülünün 

dinamikası, 

ilk 


növbədə, 

avadanlığın 

köhnəlmə dərəcəsi,  tələbatın  və innovasiya investisiyalarının 

azalması  ilə  bağlıdır.  Maşınqayırma  məhsullarının  istehsalı 

1990-cı  ildə  sənaye  məhsullarının  ümumi  həcminin  20,3%-i

qədər  olduğu  halda  1998-ci  ildə  bu  rəqəm  azalaraq  3,5%-ə 

düşmüşdü.  Kimya  və  neft-kimya  sənayesində  tənəzzül 

resursqoruma  və  tullantısız  istehsal  göstəriciləri  aşağı  olan 

köhnə  sovet  texnologiyalarından  istifadə  edilməsindən  irəli 

gəlirdi.


Əsaslı  tikinti  sahəsində  ağır  vəziyyət  yaranmışdı. 

İstehsal  təyinatlı  tikintilərinin  mərkəzləşdirilmiş  şəkildə 

maliyyələşdirilməsi  dayandırılmışdı,  mənzil  tikintisi  maddi 

resurslarla  yalnız  50  faiz  təmin  edilirdi,  kommunal  tikinti 

isə ümumiyyətlə resurssuz  qalmışdı.

İnvestisiyaların  ÜDM-də  xüsusi  çəkisi  cəmi  19%  idi. 

Qeyri-neft  sahələrində  investisiya  fəallığının  azalması  və 

kapital  qoyuluşlarının  ümumi  həcminin  25%-dən  çox 

azalması  faktları 

sənayenin 

yenidən 

təchiz  edilməsi 

imkanlarına mənfi təsir göstərirdi.

4.  Maliyyə  sabitləşməsi məsələsi gündəlikdədir

Rəsmi  məlumatlara  görə,  1995-ci  ildə  Azərbaycan 

iqtisadiyyatının potensialı  1991-ci il səviyyəsi ilə müqayisədə 

cəmi  30%,  əslində  isə  15-20%  olmuşdur.  Ağır  sənaye 

metallurgiya,  maşınqayırma  və  neft-kimya  müəssisələri, 

praktiki  olaraq*  tamamilə  dayandırılmışdı.  İstehlak  malları 

istehsalı  sektoru  əslində  mövcud  deyildi.  Azərbaycan  ba­

zarları  Türkiyədə  istehsal  edilmiş  aşağı  keyfiyyətli  mallarla 

doldurulmuşdu.  Əhalinin  təqribən  85-90%-i  yoxsulluq  həd­

dindən  aşağı  səviyyədə  idi.  Bununla  yanaşı,  əmək  qabi­

liyyətli  yaşda  olan  insanların  təqribən  dördə  bir  hissəsi  işsiz 

qalmışdı.

İnflyasiya  səviyyəsi  ayda  500%-ə çaldığı  bir  şəraitdə  öl­

kədə  maliyyə  sabitliyi  yaratmadan  islahatlar  yolunda  növ­

bəti  addımlar  atmaq  mümkün  deyildi.  Belə  bir  vəziyyətdə 

maliyyə  sabitliyinə  nail  olmaq  üçün  görülən  tədbirlər  isla­

hatlar  prosesində  mühüm  addım  oldu.  Lakin  təəssüf  ki,  o

130


131


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə