Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə34/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   27   28   29   30   31   32   33   34   35

rir  vo  müoyyən  monada,  istismarın  iqtisadiyyatdan  kənar 

formalarının  yaranmasını  qabaqlayırdı.  Əlbotto,  kolxoz  vo 

sovxozların  mütləq  mənada  qəbul  edilməməsi  mübahisəli 

ideya  idi.  1996-cı  ildə  respublikamızda  1970  kolxoz  vo  sov­

xoz  olduğu  halda, 

1999-cu  ildə  onların  sayı  201-o 

düşmüşdü.  Eyni  zamanda,  fərdi  kəndli  təsərrüfatının  sayı 

artaraq,  1996-cı  ildəki  3186-dan  1999-cu  ildə  44561-ə  çat­

mışdı.

Bu  tədbirlər  nəticəsində  1769  kolxoz,  sovxoz  və  təsərrü- 



fatlararası  müəssisə  ləğv  edilmişdi.  Onu  da  nəzərə  almaq 

lazımdır  ki,  kolxozlar  sovet  dövründə  büdcəyə  mədaxilin 

çox  böyük  hissəsini  təmin  edirdilər.  Bütün  bu  kampaniya 

çox  vaxt  rüşvətxorluq  və  müdiriyyət  tərəfindən  nəzarətsiz- 

liklə  müşayiət  olunurdu.  Çünki  fordiyyətçi  kəndli  (fermer) 

çox  vaxt  müdiriyyətin  qarşısında  köməksiz  vəziyyətdə  qa­

lırdı.  Kollektiv  mülkiyyət  forması  tamam  yox  olmadı:  366 

müstəqil  kənd  təsərrüfatı  istehsal  kooperativi,  627  kiçik 

müəssisə,  5758  kollektiv və  icarə  müəssisəsi  yaradıldı.  Artıq 

1996-cı  ildə  ölkədə  istehsal  edilən  kartofun  95%-dən  çoxu, 

meyvənin  90%-i,  tərəvəzin  85%-i,  bostan  bitkilərinin  69%-i, 

ətin  82%-i,  südün  94%-i,  yumurtanın  94%-i,  yunun  70%-i, 

həmçinin  tütünün  çox  hissəsi  xüsusi  təsərrüfatlar  tərəfindən 

istehsal  edilmişdi.  M al-qara  özəlləşdiriləndən  sonra  1997-ci 

il  aprelin  1-nə olan  məlumata görə qaramalın  90%-dən çoxu 

şəxsi  təsərrüfatlarda  idi.  1999-cu  il  iyulun  1-dək  4,2  milyon 

hektar  torpaq  sahəsi,  o  cümlədən  kənd  təsərrüfatı  üçün  ya­

rarlı  olan  2,6  milyon  hektar  torpaq  sahəsi  müxtəlif 

mülkiyyət  formalı  təsərrüfatlar  tərəfindən  özəlləşdirilmiş  və 

təsərrüfatlar  arasında  paylanmış,  1,1  milyon  hektar  torpaq 

sahəsi  xüsusi  mülkiyyətə  verilmişdi  ki,  bu  da,  üst-üstə, 

bütün torpaq sahələrinin  89,3%-i deməkdir.

A şkardır  ki,  kənd  təsərrüfatının  inkişaf etdirilməsi  üçün 

torpaq  üzərində  mülkiyyət  məsələsi  ilə  yanaşı,  su  vo  irriqa- 

siya sistemləri problemini,  kreditlər vo idarəetmə problemini 

do həll  etmək zəruridir.  Bu məsələlərin  həllində çox  şey emal

136

sənayesinin  vəziyyətindən,  ölkədə  kənd  təsərrüfatının  inki­



şafı  mənafelərinə  müvafiq  olan  bank-kredit  sisteminin  ya­

radılmasından  asılıdır.  Başqa  sözlə  desək,  dövlət  inkişaf et­

miş  ölkələrin  siyasətindən  nümunə  götürərək,  kənd  təsərrü­

fatından  üz  döndərməməlidir.  Həmin  ölkələrdə  kənd  təsər­

rüfatı  məhsullarının  istehsalçılarına  dövlət  dəstəyi  50%-ə 

çatır.


1996-cı  ildə  1990-cı  ildən  sonra  ilk  dəfə  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  artdı,  kənd  təsərrüfatı  məhsullarının 

ümumi  həcmi  1995-ci  ilin  göstəricisi  ilə  müqayisədə  dəyər 

ifadəsində üç dəfə artdı.



7. 

III Respublikada  biznes-birlik: 

iqtisadi səmərəlilik  və siyasi loyallıq

Heydər  Əliyev  2002-ci  il  aprelin  25-də  biznesmenlərlə 

görüşündə yeni sosial  sinfin  -  sahibkarlar sinfinin  yaranm a­

sını  dövlətin  düzgün  iqtisadi  siyasətinin  nəticəsi  kimi  qiy­

mətləndirərək  demişdir:  «Biz  Azərbaycanın  sosial-iqtisadi 

inkişafını  bilavasitə  sahibkarlıqla,  onun  inkişafı  ilə  bağlayı­

rıq  və  bundan  sonra  da  sahibkarlığın  inkişafı  üçün  zəruri 

olan  bütün  tədbirləri  həyata  keçirməklə  məşğul  olacağıq» 

(Dirçəliş  XXI  əsr.  2002.  №  5,  s. 182).  Azərbaycan  cəmiyyə­

tində  sahibkarlığa  mənfi  münasibət  bəsləndiyi  vaxtlar  artıq 

geridə  qalmışdır.  İndi  hamı  başa  düşür  ki,  işgüzar  adamın 

əməyi  və  enerjisi  dövlətə  və  cəmiyyətə  lazımdır.  Azərbayca­

nın  siyasi  elitası  da  iş  adamlarının  quruculuq  imkanlarını 

yaxşı  bilir  vo  yüksək  qiymətləndirir.  Bu  məsələdə  Preziden­

tin  mövqeyi  həlledici  rol  oynamışdır.  Bununla  əlaqədar, 

belə  bir  mühüm  faktı  qeyd  edək:  A.  İvanov  «Nezavisimaya 

qazeta»da  yazır  ki,  yenidənqurmadan  sonrakı  illərdə,  «təd­

ris  və  elm  cəmiyyətə  lazım  olmayanda  İlham  (Əliyev 



müəllifin  qeydi)  sahibkara  çevrilir.  Onun  MDBMİ-də  (Mo­

skva  Dövlət  Beynəlxalq  Münasibətlər  İnstitutunda)  aldığı 

biliklər  Türkiyədə  vo  Rusiyada  uğurlu  biznes  fəaliyyətini

137



sahmana  salmasına  imkan  verir.  Bazarın  qanunları  harada 

haçansa nəzəri şəkildə öyrəndiyi  bilikləri  praktikada,  özü  da 

çox  uğurla  mənimsəyir.  Buna  görə  də  təsadüfi  deyildir  ki, 

1994-cü  ildə  onu  Azərbaycan  Respublikasının  Dövlət  Neft 

Şirkətinin  vitse-prezidenti  vəzifəsinə dəvət  edirlər».  (Иванов 

А.Обреченный  на  власть.  Ильхам  Алиев  имеет  хорошие 

шансы  стать  новым  лидером  Азербайджана.  //  Независи­

мая  газета.  2000,  5  марта).  Belə güman etmək  olar  ki,  baza­

rın  reallıqlarının  prezident  ailəsi  səviyyəsində  bilinməsi  də 

sahibkarlığın  rəğbətləndirilməsi  siyasətinə  təsir  göstərmiş­

dir.

Prezidentin  siyasəti  müvafiq  qanunlar  şəklində  hüquqi 



şəraitlə  bərabər,  müəyyən  bazar  mühiti,  biznes  məkanı  ya­

radılmasına  yönəlmişdir.  İslahatlar  praktikası  göstərir  ki, 

prezident  dövlət  adamı  olmaq  etibarı  ilə  öz  vətənini  və  öz 

xalqını  sevən  yerli  sahibkarlara  üstünlük  verir.  Bu  cür  sa­

hibkar  bütün  dünyada  məşhur  olan  Yozef  Şumpeterin  nə­

zərdə  tutduğu  mənada  yenilikçi  olmalıdır.  Sahibkar  yeni, 

istehlakçılara  hələ  məlum  olmayan  nemətlər  yaratmağa, 

yeni  istehsal  üsullarını  və  texnologiyaları  öyrənməyə,  yeni 

satış  bazarlarını,  yeni  xammal  mənbələrini  mənimsəməyə, 

öz sahəsində  baş verən  təşkilati dəyişikliklərə  uyğunlaşmağa 

çalışmalıdır.  Sahibkarın  digər  növü 

maliyyə  spekulyantı 

isə sürətli inkişafa nail olmaq məqsədi güdən  dövlətdə qəbul 

edilə  bilməz.  Dövlət  bu  cür  biznesmenə  kömək  etməyə 

borcludur,  çünki  Şumpeterin  yazdığı  kimi,  «Əgər  əsas  amil 

yeni  kombinasiyaları  həyata  keçirməyə  girişən  insan  yox­

dursa heç bir kredit iqtisadi inkişafa gətirib çıxara bilməz».

Azərbaycanda  sahibkarlığın  inkişaf  etdirilməsi  üçün 

hüquqi  baza,  mahiyyət  etibarı  ilə yaradılmışdır.  «Sahibkar­

lıq  fəaliyyəti  haqqında»,  «Müəssisələr  haqqında»,  «Məşğ­

ulluq  haqında»,  «Mülkiyyət  haqqında»,  «İcarə  haqqında» 

və  sair  qanunlar  qəbul  edilmişdir.  Sahibkarlığı  maliyyə  və 

təşkilati  baxımdan  dəstəkləmək  üçün  Milli  Fond  təsis  edil­

miş,  «Antiinhisar siyasəti  və sahibkarlığa kömək  üzrə dövlət

138

komitəsi»,  «Kiçik  və  orta  sahibkarlığın  inkişafı  agentliyi», 



«Biznes  və  iqtisadiyyat  informasiya  mərkəzi»,  «Azərbaycan 

Respublikasının  A uditor  palatası» yaradılmışdır.

Ötən  illər  ərzində  Azərbaycanda  sahibkarlar  sinfi  iqti­

sadi  reallıq  olmaqla  bərabər,  həm  də  siyasi  reallığa  çevril­

mişdir.  Məsələ  bundan  ibarətdir:  bu  sinif hakimiyyətlə qar­

şılıqlı  münasibətləri  öz  xeyrinə  yenidən  bölüşdürməlidirmi 

və  beləliklə,  idarəetmə  funksiyalarının  həyata  keçirilməsi 

üçün  müəyyən  siyasətçilər  qrupunun  maliyyələşdirdiyi  par­

tiyaları  təmsil  edən  bəzi  siyasətçiləri  cəlb  etməklə  haki­

miyyət  funksiyalarını  tam  həcmdə  həyata  keçirməlidirmi? 

Tanınmış  maliyyə  m aqnatı  Berezovski  öz  fikrini  məhz  bu 

ruhda  ifadə  etmişdir.  «Kapital  hakimiyyəti  işçi  kimi  cəlb 

edir  və  bunun  forması 

seçkilərdir».  Sosialist (bolşevik)  in­

qilabını  və  kommunistlərin  70  illik  ağalığının  şahidi  olmuş 

Azərbaycanda  hakimiyyətin  siyasi  təşkilinin  bu  cür  modeli 

yaxın perspektivdə böyük şansa malik deyildir.

G örünür,  Azərbaycanın  məxsusi  identikliyi  əsasında 

modernləşmənin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  yeni  ya­

ranmış  burjuaziya  sinfi  dövlətin  və cəmiyyətin  xeyrinə  işləy­

əcək  və  inqilabdan  əvvəlki  dövrdə  (Rusiya  imperiyasının 

tərkibində)  Azərbaycanda  mövcud  olmuş  ənənələrə  müva­

fiq  şəkildə  siniflərin  fövqündə  dayanan  hakimiyyətə  siyasi 

loyallığını  ifadə  edəcəkdir.  Bununla  bərabər,  sahibkarlığın 

inkişafı  dövlət  büdcəsinə  vəsaitlər  daxil  olmasına,  yeni  iş 

yerləri  açılmasına,  inflyasiyanın  və  əmək  miqrasiyasının  ci- 

lovlanmasıııa  şərait  yaradacaqdır.  Sahibkarlığın  inkişafı 

həm  də  bu  mənada  modernləşmənin  xeyrinədir  ki,  cəmiyyət 

və  dövlət  işləri  daha  səmərəli  idarə  etməyi  öyrənir,  idarəet­

mənin  direktiv  metoduna  menecmentlik,  yəni  səmərəli  və 

rasional  idarəetmə elementi də əlavə olunur.



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə