Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   2   3   4   5   6   7   8   9   ...   35

Вопрос  преемственности  власти  гораздо объемнее,  чем 

это  представляется  оппозиции  с  ее  школярским  либераль­

ным  воображением.  Автор книги  избегает идеологической 

характеристики идей  и лозунгов оппозиции, он отмечает ее 

радикализм  в  политическом поведении, чего  на наш  взгляд 

недостаточно.  В  данном  контексте  заслуживают  присталь­

ного  внимания  соображения  Р.  Мехтиева  относительно 

доминантной  идеологии  III  Республики:  <<:Идея  "азербай- 

джанства",  как  национальная  форма неоконсерватизма,  яв­

ляется  и  на  протяжении  всей  истории  азербайджанского 

государства  будет оставаться основой  национальной  идео­

логии»  (Мир и  национальная идея XX - начале XXI века.  // 

Ramiz  Mehdiyev.  XXI  əsrdə  milli  dövlətçilik.  Bakı,  2003.  C. 

209).  «Азербайджанство»  предполагает традиционализм  и, 

конечно,  автор  книги  верно  на  это  указывает,  характери­

зуя  наше  общество  так:  это  общество,  культура  которого 

складывается накопительно, эволюционно.

Айдын Мирзазаде, к.п.н., депутат 

Милли Меджлиса, член Политсовета 

партии «Ени Азербайджан»

Лятифа Мамедова, к.и.н., доцент 

Академии Государственного  Управления 

при Президенте Азербайджанской Республики

16

ÖN  SÖ Z



Bu  kitab  Azərbaycan  cəmiyyətini  sıx  birləşdirməyə  və 

Azərbaycanın  dinamik,  üzvi  inkişaf  trayektoriyasına  çıxa 

bilməsi  üçün  milli  resursların  cəmləşdirilməsini  təmin  et­

məyə qabil  olan  milli  strategiya  barəsindədir.  Müasir Azər­

baycanda  bu  strategiyanın  banisi  Azərbaycan  Respublika­

sının Prezidenti Heydər Əliyev olmuşdur.

«Milli»  və  ya  «ümummilli  strategiya»  anlayışları  bizim 

elmi  ədəbiyyatda  hələ  kifayət  qədər  açıqlanmamışdır.  L a­

kin  bir  məsələ  mübahisəsizdir:  «strategiya»  anlayışının 

«milli»  sözü  ilə  birlikdə  işlədilməsi  o  deməkdir  ki,  həmin 

strategiya  bütün  millətə  məxsusdur.  Burada  müxtəlif  p a r­

tiyaların,  əhalinin  ayrı-ayrı  təbəqələrinin  siyasi  baxışların­

dan  və  ideyalarından  çıxış  etmək  deyil,  Azərbaycan  cə­

miyyətində  bəyan  edilmiş  ümumi  sosial  dəyərlərə  arxalan­

maq lazımdır.

Dünya  səviyyəli  görkəmli  siyasi  və  dövlət  xadimi, 

Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əlirza  oğlu 

Əliyev 


kimi 

sanballı 

tarixi 

şəxsiyyətin 



öyrənilməsi 

məsələsinə  münasibətlər  çox  m üxtəlif  ola  bilər:  onu  bir 

şəxsiyyət və  dövlət  xadimi  kimi  öyrənmək  mövqeyindən  də 

yanaşmaq  olar,  onun  bir  siyasi  lider  kimi  formalaşdığı  və 

yetkinləşdiyi  mühiti  müstəsna diqqətlə təhlil etmək  də olar. 

Heydər 


Əliyevin 

dövlətçilik 

fəaliyyətinin 

m ü xtəlif

mərhələlərinin 

təsvir 

edilməsi  kimi 



geniş 

yayılmış


münasibətin  də  mövcudluq  hüququ  var.  Onun  qazandığı 

zəfərlərin  epoxal  əhəmiyyəti  bu  cür  araşdırmaların  heç  də 

hamısında  nəzərə  çarpdırılmır.  Bir  sıra  müəlliflər  qeyd 

edirlər  ki, 

onun  gördüyü  işlər  və  dediyi  sözlər 

insanı 


heyrətləndirməyə  bilməz  və  eyni  zam anda  bu  şəxsiyyəti 

anlamağa  cəhd  göstərən  hər  bir  kəs  onun  gördüyü  bütün 

işlərdən həqiqətən vəcdə gəlmək üçün özünəməxsus səbəblər 

tapır.  Biz  M ehriban  Əliyevanın  belə  bir  fikrinə  şərikik  ki, 

«Heydər  Əliyev  -   XX  əsrdə  bizim  tariximizin  taleyüklü

17

i



K İ T A B *  A  N A M  

i



səhifələrinin  iştirakçısı  və  yaradıcısıdır»  (Azerbaijan  İRS 

jurn., 2003. -  s.3).

1993-cü  ilin  iyun  ayında  H eydər  Əliyev  hakimiyyətə 

qayıdandan  sonra  III  Respublikanın  hakimiyyət  maşını 

yeni  tarixi  keyfiyyət  kəsb  etdi:  o,  real  xalq  hakimiyyətinin 

təcəssümünə  çevrildi.  M arksm  m əşhur  kəlamım  bir  qədər 

başqa  şəkildə  ifadə  edərək  deyə  bilərik  ki,  1991-1993-cü 

illərdə  Azərbaycan  dövləti  burjuaziyanın  işlərini  idarə  edən 

komitəyə  çevrilmək  üçün,  yəni,  plutokrat  dövlətə  (varlılar 

üçün  dövlətə)  və  deməli,  məhdud  sinfi  dövlətə  çevrilmək 

üçün  hər  cür  şansa  malik  idisə,  1993-cü  ilin  iyun  ayından 

sonra  o,  b ü tü n   millətin  işlərini  idarə  edən  komitə  kimi 

fəaliyyət  göstərməyə  başladı. 

1993-cü  ilin  payızında 

keçirilmiş  seçkilərdən  (əslində  plebisitdən)  sonra  islahatlar 

strategiyasının  həyata  keçirilməsi  üçün  institusional-siyasi 

məkan  yarandı,  kəskin  qərarlar  qəbul  etmək  və  qətiyyətli 

tədbirlər  görmək  məqamı  yetişdi.  Azərbaycan  Prezidenti 

Heydər 

Əliyevin 



islahatları 

və 


siyasəti 

sayəsində 

Azərbaycanda  nəinki  «bərabər  şərait»,  həmçinin  «bərabər 

imkanlar»  d a  bərqərar  olmağa  başladı.  Prezidentimizin 

sosial  siyasəti  millətin  ən  çox  təminatlı  təbəqələri  ilə  ən  az 

təminatlı 

təbəqələri 

arasında 

fərqin 

azaldılmasına



yönəlmişdir.

Bunun  nəticəsində  ilbəil  elə  vəziyyət  yaranır  ki, 

formalaşmış  iyerarxiyanın  zirvəsi  hökmən  bilik  və  asayişin, 

xeyirxahlıq  və  ədalətin  zirvəsi  kimi  qiymətləndiriləcəkdir. 

Hakimiyyət  barədə  bu  təsəvvür  Azərbaycan  tarixinin  baza 

əhəmiyyətli 

belə  bir  ideyasına 

əsaslanır 

ki, 

yalnız 


vətəndaşların  hüquq  və  vəzifələrinin  vəhdətini  ifadə  edən 

dövlət  sosial  asayışm  və  tərəqqinin  qarantı  ola  bilər.  Bu, 

xalqın  mənəvi  instinktinin  təcəssümüdür,  dövlətçilik  və 

ləyaqətli 

liderlik 

ideyası 


ilə 

bağlı 


olan 

familistik 

münasibətlərin  (sevgi,  dostluq,  başqalarının  halına  acımaq, 

sədaqət  hisslərinin)  təcəssümüdür  və  nəhayət,  bu,  xalqın 

səfərbər  edilməsi  sahəsində  toplanmış  tarixi  təcrübədir.  Bu

18

səfərbərlik  dövlət  yaradan  xalqın  enerji  və  iradəsini  milli, 



üzvi,  yəni  xalqın  mentalitetinə  adekvat  olan,  tarixi  köklərə 

güvənən  Azərbaycan  dövlətinin  banisi  Heydər  Əliyev 

tərəfindən 

ifadə 


edilmiş 

məsələlərin 

həlli 

üzərində 



cəmləşdirir.

M üasir  tədqiqatların  prinsiplərinə  müvafiq  olaraq, 

tarixi-siyasi  təhlil  aparmaq  üçün  cəmiyyətdə  mövcud  olan 

və  həmin  cəmiyyətin  doğurduğu  müəyyən  «cəmiyyət 

modeli»  və  «insan  modeli»  olmalıdır. 

Zəmanəmizin 

dram atik  özünəməxsusluğu  bizim  özümüzü  bir  millət  kimi 

fəal  dərk  etməyimizin  zəruri  olduğunu  diktə  edir.  Bu 

özünüdərk  ideyası  milli  tariximizin  köklərindən  başlanır  və 

buna  görə  də  o,  məhsuldar  ideyadır.  Bizim  milli  şüurumuz 

ideal  halda  daxili  intizama  malik,  mütəşəkkil,  milli 

iradəmizin  təməlindən  irəli  gələn  bir  dəyər  kimi  təsəvvür 

edilir.

Başa  çatmış  onilliyin  (1993-2003)  mahiyyətini  bu  dəyər 



kontekstində  dərk  etməyə  imkan  verən  ən  mühüm 

ideyalardan  biri 

Azərbaycan  cəmiyyətində  islahatlar 

keçirmək  ideyasıdır  və  bu  kitabın  əsas  mövzusu  da  məhz 

həmin  ideya  olacaqdır.  Bizim  «modernləşdirmə»  termini  ilə 

ifadə  etdiyimiz  islahatların  obrazının  və  praktikasının 

çoxaspektli  təqdimi  bu  əsərin  başlıca  vəzifəsinin  ən  ümumi 

ifadəsidir.

Kitabın  strukturunu  bir  qədər  izah  etməyə  ehtiyac 

duyuruq.  «Modernləşdirmə:  tarixi  şüur  təcrübəsi»  adlanan 

hissə 

müasir 


aləmdə  modernləşmənin 

mahiyyəti  və 

Azərbaycanda  hansı  növ  modernləşməyə  ehtiyac  olması 

barədə  müəyyən  təsəvvür  yaradan  nəzəri  xarakterli  geniş 

müqəddimə  kimi  düşünülmüşdür.  «Siyasi  modernləşdirmə  - 

identikliyin  qorunub  saxlanması  problemi  kimi»  adlanan 

ikinci  hissədə  Azərbaycan  cəmiyyətinin  siyasi  təşkilində 

milli 


xarakterli 

modernləşdirmə 

tədbirlərinin 

işlənib 


hazırlanması  məsələsi  diqqət  mərkəzindədir.  Bu  konseptual 

həqiqət  XX  əsrin  -  əsas  intriqası  “hökumət  adamları”  ilə

19



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə