Uot 328 (479. 24) Квт 66. 61(2)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   2   3   4   5   6   7   8   9   10   ...   35

Б.Г.  Современность  как  предмет  политической  теории.  М.: 

РОССПЭН,  1998// http://wmv. auditorium,гм).

Qərb  filosoflarının  və  sosioloqlarının  qeyd  eldikləri  ki­

mi,  Qərbin  müasir  sosial  dövləti  yoxsulluğa  son  qoymaq 

iqtidarında  deyildir,  kütləvi  işsizlik  və  marginalizasiya  art­

dıqca  yoxsulluq  da  artır,  yəni  bir  sıra  sosial  qruplar  əmək 

bazarında  şansdan  praktiki  olaraq  m əhrumdur  və  buna 

müvafiq  olaraq  sosial  təm inatdan  da  məhrumdur.  Dövlətin 

ekoloji  problemlərin  öhdəsindən  gəlmək  və  müasir  istehsa­

latın texnoloji risklərini  azaltmaq  iqtidarında olmaması  get- 

gedə daha aşkar görünür.

70-ci  illərdən  başlayaraq  məlum  oldu  ki,  Qərbin  imita- 

siyası  kimi  başa  düşülən  modernləşmə  praktikada  böyük 

problemlərə  gətirib  çıxarır.  Siyasi  təsisat  və  normaların 

Qərbdən  birbaşa  əks  edilməsi  -   bütün  bu  «prezidentlər», 

«parlamentlər»,  «çoxpartiyalılıq»  -  uğurlu  dəyişikliklərə  gə­

tirib  çıxarmadı.  Məsələn,  Mexiko  (Meksika),  Manila  (Fili- 

pin)  və  Qahirə  (Misir)  modernləşmə  məhsullarını  birbaşa 

əxz  etmə  yolu  ilə  fəal  irəlilədikləri  halda  onlar  yalnız çörək 

və  tam aşa  istəyən,  sinfi  mənsubiyyət  hissini  itirmiş, 

lümpenləşmiş  insanlara  çevrildilər,  Qərbin  kütləvi  cə­

miyyətlərinin  ən  pis  cəhətlərini  qəbul  etdilər  (bax:  Мурадов 

А.Д.  Регулирование  рыночной  экономики:  зарубежный 

опыт.  Баку,  2002).  Bu  təcrübə  göstərdi  ki,  heç  də  bütün 

dəyişikliklər  inkişaf deyil,  yəni  tərəqqi  deyil...  İrəliyə  doğru 

hərəkət  yalnız  o  halda  baş  verir  ki,  islahatlar  aşağıdan  dəs­

təklənsin,  modernləşmə  obrazı  əhalinin  əksəriyyətinin 

düzgünlük və ədalət  barədə təsəvvürlərinə  uyğun  olsun.  Bu, 

cəmiyyətin strukturunun mürəkkəbləşməsi və dəyişikliklərin 

bütövlükdə cəmiyyətin  fəaliyyət  sistemini  əhatə etməsi  kimi 

struktur  mürəkkəbliyi  ilə  birlikdə  yaxşılığa  doğru  dəyişik­

liklərin başlıca meyarıdır.

Bu cür  modernləşmə  praktikası  göstərdi  ki,  hətta  Latın 

Amerikasında  və  Afrikada  bəzi  ölkələr  ABŞ-ın  özündə  gö­

zəl  təsir  göstərən  qanunları  sözün  hərfi  mənasında

28

köçürdükdə  belə,  Latın  Amerikası  və  Afrika  xalqlarının 



adətləri  ilə dəstəklənməyən  qanunlar işləmədi.  Beləliklə,  siy­

asi  təsisatların  vahid  orqanizmi  yaranmadı  və  müvafiq  ola­

raq  gözlənilən  iqtisadi  inkişaf baş vermədi.  Nəticədə üçüncü 

dünya  ölkələri  (cüzi  istisnalarla)  əvvəlkindən  də  pis  yaşa­

mağa  başladılar.  Qeyd  etmək  yerinə  düşər  ki,  M .Qorbaçov 

Rusiyanın  qərb  sivilizasiyasına  qoşulması  siyasətini  elan 

edəndən  sonra  bu  ölkələrin  yoxsul  vəziyyəti  daha  da  kəs­

kinləşdi,  çünki  belə  siyasət  Rusiyanın  Asiyada,  Afrikada, 

Latm  Amerikasında  iştirakını  və  təsirini  itirməsi  ilə,  həmin 

ölkələrin  Rusiyanın  dəstəyindən  məhrum  olması  ilə  başa 

çatdı.

Lakin  bundan  sonra  mədəniyyəti  və  mənəviyyatı  puç 



etmədən inkişaf etməyin mümkünlüyü kimi  Asiya fenomeni 

yarandı.  Bu  hadisə  məxsusi  identiklik  (mahiyyət)  əsasında 

modernləşmə  kimi  qiymətləndirilməyə  başlandı.  Y aponlar 

birinci  olaraq  aşkar  etdilər  ki,  kollektivçilik  təsisatları  və 

norm aları  qərb  nümunəsindən  fərqli  modernləşməni  təmin 

etməyə qadirdir.  Cənub-Şərqi Asiyanın  (o  cümlədən,  sosia­

list  Çininin  və  sosialist  Vyetnamın  təcrübəsi),  Yaxın  Şərq 

ölkələrinin  təcrübəsi  göstərdi  ki,  Qərb  texnologiyalarından 

istifadə  etməklə  yanaşı  milli-mədəni  bənzərsizlik  deyilən 

dəyərlərin  hamısını  -   siyasi  ənənə  və  norm aları,  mənəvi 

adətləri və əxlaqı qoruyub saxlamaq  m ümkündür.

Modernləşmənin  bu  praktikası  sosial  nəzəriyyətçilər  tə­

rəfindən  öyrənilib  ümumiləşdirildi  və  bunun  nəticəsi  kimi 

«Asiya  ideyası»  yarandı.  Bu  ideya  bizə  tanış  olan  dəyər  və 

məqsədləri  akkumulyasiya  edir.  «Hakimiyyətin  təşkilinin 

optimal  modeli  və  siyasi  sistem  çərçivəsində  məsuliyyət; 

qrup  mənafelərinin  fərdi  mənafelərdən  üstünlüyü;  dövlətin 

üzvi  şəkildə qavranılması -  bu  halda dövlət cəmiyyətin  əsas 

mənafelərinin  başlıca qarantı  kimi  çıxış  edir;  ümumi  məna­

felərə  xidmət  etməyin  siyasi  rəqabətdən  üstün  tutulması; 

rəislə onun  tabeliyində  olanın;  idarə edənlə  idarə  edilənlərin 

qarşılıqlı  məsuliyyəti»  kimi  başa  düşülən  ailə  -   «bazar  iqti­

29



sadiyyatlı  siyasi  konservatizmin  üzvi-etatist variantını»  bir­

ləşdirən  konsepsiya  bundan  ibarətdir  (Гаджиев  K.C.  Азиат­

ская  идея.  //  Политическая  энциклопедия  в  2-х  томах.  Т.1, 

М„ 2000.  С.26-27).

Məsələn,  Çin  ənənələrindəki  dəyərlərə  görə  «dövlət  ai­

lənin  genişlənməsi  və  davamı,  ailə  isə  cəmiyyətin  əsas  özəyi 

idi...  Siyasi  dəyərlər  sosial  və  etik  dəyərlərdən  dəqiq  ayrıl­

mamışdır...  Siyasət  etik  norm alar  və  formalar,  etika  isə  siy­

asi  funksiya  və  strukturlar  kəsb  edir,  yəni  siyasətin  etikləş- 

məsi və etikanın siyasiləşməsi baş verir».

XXI  əsrin  əvvəllərində  Azərbaycanın  nəzəri  və  siyasi- 

ideoloji  təffəkküründə  modernləşmə  təcrübəsi  yaranır.  Bu 

proses  bir  sıra  ölkələr  tərəfindən  onların  öz  ənənələri  baza­

sında,  öz  məxsusi  tarixi  əhatə  dairəsində  həyata  keçirilir. 

Onu da nəzərə  almalıyıq  ki,  XX  əsrin  80-90-cı illərində  qərb 

nəzəriyyəçiləri  modernləşmənin  fundamental  qərb  konsep­

siyasının  köməyi  ilə sovet  tarixini  (deməli,  həm də Azərbay­

can  tarixini)  izah  etmək  cəhdlərinə  şübhə  edirdilər.  Qərb 

alimləri (ideoloqlar yox,  alimlər -   müəllifin qeydi)  Qərbi Av­

ropa  təcrübəsini  və  bu  təcrübəyə  əsaslanan  nəzəriyyələri 

mütləqləşdirmək  lazım  olmadığını  etiraf etdilər.  Bu  təcrübə 

və nəzəriyyələr  «XX  əsr  Rusiyası  (və  Azərbaycanı)»  adlı  fe­

nomeni izah etmək  üçün kifayət olmadı.

Beləliklə,  bütün  yuxarıdakı  mühakimələrə  əsasən  bu 

qənaətə  gəlirik  ki,  Azərbaycanın  coşqun  inkişafı  bizim  öz 

modernləşmə  təcrübəmiz  barədə  danışmağa  imkan  verir. 

Prezident  Heydər  Əliyev  dəfələrlə  demişdir:  «Azərbaycan 

xalqı  böyük  bir  tarixi  yol  keçmişdir.  Bu  dövrdə  xalqımız 

yüksəlmiş,  onun  mentaliteti,  təhsil  səviyyəsi  qalxmışdır. 

Azərbaycanda  böyük  elm,  mədəniyyət  yaranmışdır.  Ölkə­

nin  sənayesi,  kənd  təsərrüfatı  inkişaf  etmişdir»  (Heydər 

Əliyev.  Müstəqilliyimiz  əbədidir.  Birinci  kitab,  iyun,  1993- 

may,  1994.  S.  158).

30

2. 



Rusiya imperiyasında islahatlar: 

prosesin tempini və vektorunu dövlət müəyyən edir

1861-ci  ildən  sonra  Rusiya  imperiyası  «qovub  çatma» 

modernləşməsi  yoluna  qədəm  qoydu.  1913-cü  ildə  Rusiya 

sənaye  məhsulları  istehsalının  həcminə  görə  ABŞ,  Alm a­

niya,  Böyük  Britaniya və  Fransadan  sonra dünyada beşinci 

yeri  tuturdu.  XIX  əsrin  60-cı  illərində  obyektiv  olaraq  və­

təndaş  cəmiyyətinin  rüşeymlərinin  formalaşmasına  doğru 

aparan  islahatlara  başlayarkən  Rusiya  hökuməti  bazar 

münasibətlərinin  «tətbiq  edilməsi»  barədə  bəlkə  də  heç  fi­

kirləşmirdi.  Bu  münasibətlər  dəyişikliklər  kompleksində 

yalnız  əlavə  məhsul  oldu.  Modernləşmənin  lazım  olub-  ol­

maması  hakim   bürokratiya  üçün  mübahisə  doğurmurdu. 

Mübahisə  yalnız  modernləşmənin  hansı  üsulunu  seçmək 

məsələsi  ilə  bağlı  idi.  Mühafizəkar  və  ənənəvi  mütləqiyyət 

rejimi «nəzarət edilən  modernləşmə» tərəfdarı idi.

Rusiya  imperiyası  xüsusi  kapitalist  münasibətləri  yolu­

na  qədəm qoyandan  sonra  problemlər  yarandı.  Axı  kapita­

lizmin  inkişafı  Qərbi  Avropadan  liberal  demokratiyanın 

siyasi  təsisatlarını  əxz  etmək  məsələsini  qarşıya  qoymuşdu. 

Lakin  hu  məntiq  dövlət  monopolizmi  sisteminə  zidd  idi. 

Rusiyanın  mütləq  monarxiyası  mülkiyyət  münasibətlərini, 

bu  münasibətlərin  həyata  keçirilməsi  qaydasını,  dövlət 

müəssisələrinin  və  özəl  müəssisələrin  fəaliyyət  qaydalarım 

total  şəkildə  reqlamentləşdirirdi.  Rusiyada  dövlətin  tə- 

cəssümçüsü  hakim  bürokratiya  idi.  Kapitalist  sənayesinin 

fəaliyyətinə  nəinki  dövlət  nəzarətini,  həm  də  şəxsi  nəzarəti 

məhz  yüz  minlərlə  məmurları  birləşdirən  siyasi  sinif həyata 

keçirirdi  və  məhz  bu  sinif kapitalist  sənayesini  mövcud  sis­

temə daxil etməyə çalışırdı.

Cəmiyyətin  siyasi  təşkilini,  dövlətin  hüquqi  formalarını, 

onun  tipini  müəyyənləşdirən  adətlərə  diqqəti  cəlb  etmək  is­

tərdim.  Kəndli  ölkəsi  böyük  bir  ailənin  qanunları  üzrə  ya­

şayırdı...  Ç ar  II  Nikolay  1897-ci  il  yanvarın  27-də  ümumi

31



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə