Uot 328 (479. 24) Квт 66. 61(2)


  S S R İ-d ə islahatlar:  öz resurslarına güvənəndə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

3.  S S R İ-d ə islahatlar:  öz resurslarına güvənəndə

Sovet  dövləti  uğursuz  liberal-burjua  dövlətindən  inqi­

labi  yolla  im tinanın  nəticəsi  kimi  yaranmışdı.  Lakin  bu  in­

qilab  ənənəvi  cəmiyyətin  tipik  dövlətini  -  modernizm  kimi 

qələmə  verilən  dövləti  yeni  form ada  və  «yuxandan»  yeni 

qaydada əsaslandıraraq  bərpa etmişdi.

R usiyanın  böyüklüyü  fikrindən  heç  vaxt  ayrılmayan 

K omm unist  Partiyası  (ÜİK(b)P,-  müəllifin  qeydi)  20-ci  illə­

rin ortalarnda iqtisadiyyatın  sürətlə modernləşməsi kursunu 

götürdü.  İ.Stalin  1925-ci  ildə  deyirdi:  «Milliləşdirilmiş  sə­

naye,  milliləşdirilmiş  nəqliyyat  və  kredit,  inhisarlaşdırılmış 

xarici  ticarət,  dövlət  tərəfindən  tənzimlənən  daxili  ticarət,  - 

bütün bunlar ölkəmizin sənayesinin  inkişaf etdirilməsi üçün 

istifadə  oluna  biləcək  «izafi  kapitalların»  elə  yeni  mənbələ­

ridir  ki,  hələ  heç  bir  burjua dövlətinin  bu  cür  mənbələri  ol­

mamışdır».  20-ci  illərin  axırlarında  sənayeləşmənin  hansı 

üsulunu  seçmək  məsələsi  taleyüklü  xarakter  kəsb  edirdi. 

«Əsrin  əvvəlindəki  Rusiyadan  fərqli  olaraq,  mühüm  vəsait 

mənbəyi  kimi  əcnəbi  kreditləri  olmayan  SSRİ  sənayeləşmə­

ni  yalnız  daxili  ehtiyatlar  hesabına  həyata  keçirə  bilərdi. 

Nüfuzlu  qrup  (Siyasi  Büronun  üzvü  N.İ.Buxarin,  X alq 

Komissarları  Sovetinin  sədri  A.İ.Rıkov  və  ÜİHİM Ş  sədri 

M .P.Tom ski)  «mülayim»  variantın  -  YİS-i  (Yeni  İqtisadi 

Siyasəti  -   müəllifin  qeydi)  davam  etdirməklə  tədrici  yığım 

variantının,  İ.V.Stalin  isə  sürətli  variantın  tərəfdarı  idi». 

Tanınmış  alim  S.Q.  Kara-M urza  belə bir  maraqlı  fakt  gəti­

rir:  «Yenidənqurm a illərində  Buxarinin variantı müasir  me­

todlarla  modelləşdirilmişdi.  Hesablamalar  göstərdi  ki,  YİS 

davam  etdiriləcəyi  təqdirdə  əsas  istehsalat  fondlarının  a r­

tımı  ildə  1-2  %  intervalında  olardı.  Bu  vəziyyət,  labüd  ola­

raq,  müharibədə  məğlubiyyətə  və  əhalinin  get-gedə  yox- 

sullaşması  üzündən  daxili  sosial  partlayışa  gətirib  çıxarar­

dı»  (Кара-Мурза  C. Г.  История  советского  государства  и 

права.  М.,  1998.  http://www.patriotica. ru).

36

«Sənayeləşmə,  kollektivləşmə,  yeni  ordu  yaradılması  -  



bütün  bunlar  SSRİ-nin  böyük  modernləşmə  proqramının 

tərkib  hissələri  idi».  Bu  modernləşmədə  əsas  məsələ  kəndli 

təfəkkürü  ilə yaşayan  insanı  müasir sənaye cəmiyyətinin  in­

sanma,  mürəkkəb  istehsalatın  və  hərbi  texnikanın  operato­

ru  ola  biləcək  insana  çevirməkdən  ibarət  idi.  Qərb  cə­

miyyəti  bu  cür  adamları  400  il  müddətində  və  ağlasığmaz 

qəddarlıqla  (məsələn,  İngiltərədə  yoxsullar  və  səfillər  haq­

qında  qanunlar  qəbul  edilməsi,  oğurluq  etmiş  uşaqların 

edam  edilməsi  yolu  ilə)  yaratmışdı.  Azərbaycanda  kəndlilə­

rin  təfəkkürünün  dəyişməsi  prosesi  o qədər aşkar gedirdi ki, 

hətta «cəbhəçilər» də  bunu inkar edə bilmədilər.

SSRİ-də  kommunizm  praktikasını  tənqid  edənlər  etiraf 

edirdilər  ki,  sovet  iqtisadiyyatının  özünəməxsus  qanuna­

uyğunluqları  vardı:  «mərkəzləşdirilmiş  planlaşdırma  prose­

sində  aşağıdakı  əsas  prioritetlərə  ciddi  riayət  edilirdi:  inve­

stisiya  mallarının  ölkədə  istehsal  edilmiş  malların  idxal 

olunmuş  mallardan,  maddi  istehsalın  xidmətlər  sahəsindən 

üstün  tutulm ası,...  ağır  sənayenin  yüngül  sənayedən,  hərbi 

sənaye  kompleksinin  mülki  istehsaldan, 

yeni  tikintinin 

köhnə  obyektlərin  modernləşdirilməsindən,  iri  tikililərin 

xırda tikililərdən üstün tutulması və i.a.».

Sovet İttifaqı  Qərbə alternativ modernləşmə proqramını 

həyata  keçirir  və  bu  proqram ı  əvvəlcə  «sosializmin  bünöv­

rəsinin  yaradılması  və  qurulması  proqramı»,  sonra  isə  «in­

kişaf  etmiş  sosializm  quruculuğu  proqram ı»  adlandırırdı. 

Müdafiə  sənayesi,  kosmik  sənaye  və  nüvə  sənayesi,  funda­

mental  elmlər  və  təhsil  sahələrində  qazanılmış  nailiyyətlər, 

yüksək  istehlak  standartları,  sənayeləşmə  -   biz  bütün  bun­

ları,  xüsusən  70-80-ci  illərdə  Azərbaycan  SSR-də  də  müşa­

hidə  edirdik.  Ç ar  Rusiyası  kimi,  SSRİ  də  Qərbin  meydan 

oxumasına  cavab  rejimində  fəaliyyət  göstərirdi.  SSRİ-nin 

tarixi yolu «qovub çatma» inkişafı ilə öz  imkanları əsasında 

inkişafın  kombinə  edilməsindən  ibarət  modernləşmə  modeli 

kimi  şərh  edilə  bilər  (bax:  Тойнби  А.  Постижение  истории.

37



M.,  1991;  с .108-148).  Sovet  İttifaqı  köhnə  Rusiyanın  p ra v o ­

slav-islam mental  bazisini  qoruyub saxladı  və Qərblə  m ü b a ­

rizə  şəraitində  özünün  məxsusi  modernləşmə  amillərini 

kollektivçilik, 

qeyri-bazar  münasibətləri,  sənayeləşmə  və 

sosial  emansipasiya  sahəsində  maarifçi-rasionalist  id e o ­

logiya amillərini  inkişaf etdirdi.

4.  Azərbaycanın Rusiya imperiyasının tərkibində mo­

dernləşməsi

1917-ci  ildə  Azərbaycanda  (ən  əvvəl  Bakı  sənaye  ra y ­

onunda)  modernləşmənin  davam  etdirilməsi  üçün  b ü tü n  

mümkün variantlar  vardı 

milli-etatist  variant  (1918-1920- 

ci  illərdə A D R  məhz bu variantı  seçmişdi),  vətəndaş  m ü h a ­

ribəsinin  gedişində  Ağ  Rusiyanın  və  Qərbin  qalib  gələcəyi 

halda  «kənardan  qəbul  etdirilən  inkişaf»  modeli çərçivəsin­

də  tətbiq  edilməsi  nəzərdə  tutulan  liberal-plutokratik  v a ri­

ant və nəhayət,  1920-ci  il  aprelin  28-dən  sonra  A zərbaycan­

da geniş yayılmış kommunist variantı.

Məlum  olduğu  kimi,  XIX  əsrin  əvvəllərində  Şimali 

Azərbaycan  Rusiya  İmperiyası  tərəfindən  işğal  edilmişdi. 

Lakin  Şimali  Azərbaycan  təkcə  hərbi-siyasi  mənada  deyil, 

həm  də  sosial-iqtisadi  mənada  «işğal  edilmişdi»,  yəni  o, 

pravoslav-islam  dünyası  orbitinə  cəlb  olunmuşdu.  Bu  p ro ­

sesin  keyfiyyəti və  «kəmiyyəti»  barədə mühakimə yürütm ək 

üçün  iki  fikrə  istinad  edək.  Bu  fikirlərdən  birinin  müəllifi 

rus, digərinin müəllifi almandır.  «Rus mədəniyyətinin  nisbə­

tən  yüksək  səviyyədə  olması  və  rus ziyalılarının  nəcib  key­

fiyyətləri  Rusiyanın  «derjavanı  təmsil  etməyən»  xalqlarının 

milli  şüurunda  çox  mühüm  rol  oynamışdır».  «1880-ci  ildə 

Rusiyada  11  milyon  müsəlman  vardı,  onların  çap  edilmiş 

bütün  ədəbiyyatı  cəmi  7-8  kitabdan  ibarət  idi;  onların  bir 

mətbəəsi,...  12  nəfər  ali  təhsilli  nümayəndəsi  vardı...  1910- 

cu  ildə  onların  sayı  artıq  20  milyon  nəfər  idi;  onların  1000-

38

dən  çox  çap  edilmiş  kitabı,  14  mətbəəsi  və  16  dövri  nəşri, 



Rusiyada  ali  təhsil  almış  200  və  Qərbi  Avropada  ali  təhsil 

almış  20  nümayəndəsi,  100  nəfərə  yaxm  ədəbiyyatçısı  var­

dı...  Kitab  və  qəzet  şəklində  ədəbiyyatın  yayılması  müsəl­

man-tatarlar arasında daha yüksək səviyyədə idi».

M.Ə.Rəsulzadə  (1920-ci  ildə)  yazırdı:  «Azərbaycan... 

ruslar  vasitəsilə  avropa  elminə  və  texnikasına  yiyələnməklə 

...  yeni  inkişaf yoluna qədəm qoymuş,  çiçəklənmiş  və  tərəq­

qi etmişdir»  (M.  Ə.Rəsulzadə.  Əsrimizin  Səyavuşu.// Xəzər. 

1990. №  1.  s.49).

Dövlətin  mövqelərini  möhkəmlətmək  məqsədilə  həyata 

keçirilən modernləşdirmə siyasəti  Azərbaycanın  neft sənay­

esinin  inkişafına  ciddi  təsir  göstərirdi  «Çarizmin  rəğbətlən- 

dirici  vergi  siyasəti  nəticəsində 

neft  aksizi  ləğv  edilmiş, 

Amerikadan  kerosin  idxalına  yüksək  rüsumlar  müəyyən 

edilmiş,  neftin  və  neft  məhsullarının  daşınması  və  ixracı 

problemi həll edilmişdi».  Çarın ali sərəncamına əsasən,  Bakı 

neft  rayonunda  dövlət  torpaqlarının  favoritlərə  paylanması 

praktikası  geniş  yayılmışdı.  «Neft  sənayesi  haqqında  qay- 

dalar»a  (1892-ci  il)  əsasən,  Abşeronun  bütün  dövlət  to r­

paqları  yalnız  icarəyə verilə bilərdi.  Burada  biz,  qeyri-bazar 

davranışının  mühüm   bir  məqamını  müşahidə  edirik.  Bu 

məqam  onda  ifadə  olunmuşdur  ki,  icarə  haqqı  neftin  bazar 

qiymətindən asılı deyildir və açıq  hərracdan  sonra almırdı.

Çar  hökuməti  neft  sənayesini  ciddi  tənzimləyir,  bu  sa­

hədə  əcnəbilərin  və  yəhudilərin  kapitalının  iştirakım  məh­

dudlaşdırır,  ifrat  inhisarlaşmaya  mane  olur  və  eyni  zam an­

da,  inhisarların  yaranmasını  rəğbətləndirirdi,1893-cü  ildə

S.Vittenin  təşəbbüsü  ilə  Amerikanın  «Standart  oil»  şirkəti 

ilə  birlikdə  dünya  bazarım  bölüşdürmək  üçün  kerosin  za­

vodları  sahiblərinin  sindikatı  yaradılmışdı,  lakin  Vittenin 

fikrincə,  müvafiq müqavilənin layihəsi dövlət üçün  əlverişli 

deyildi.  Vittc  Bakıdakı  iri  korporasiyaları  və  ən  əvvəl  N o­

bellərin  korporasiyalarını  qətiyyətlə  dəstəkləyirdi.  1898-ci

39



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə