Uot 328 (479. 24) Квт 66. 61(2)


  Azərbaycan dövlətinin iqtisadiyyatda  rolu



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix17.09.2017
ölçüsü1,07 Mb.
#418
1   ...   27   28   29   30   31   32   33   34   35

8.  Azərbaycan dövlətinin iqtisadiyyatda  rolu

«Qovub  çatma»  prinsipinə  əsaslanan  inkişaf  siyasəti, 

ənənəvi  olaraq,  dövlət  tərəfindən  müəyyən  spesifik  funksiy­

aların  yerinə  yetirilməsini  nəzərdə  tutur.  Əslində,  yüksək 

dərəcədə  inkişaf etmiş  ölkələrdən  geri  qalmanı  məhz  həmin 

funksiyaların  sayəsində  aradan  qaldırmaq  mümkün  olur. 

Dövlətin  rolu  məsələsi  həmişə  kəskin  diskussiyalara  səbəb 

olmuşdur,  çünki  bu  məsələ  nəzəri  polemika  çərçivəsindən 

kənara  çıxır  və  modernləşmə  problemini  dərk  edən  hər  bir 

cəmiyyətdə  aparılan  siyasi  mübarizəni  bilavasitə  əks  etdirir. 

Modernləşməkdə  olan  cəmiyyətə  münasibətdə  dövlətin  fəa­

liyyətinin  iki  aspekti var -   «neqativ» və  «pozitiv»  aspektlər. 

Modernləşmədə  dövlətin  rolu  mövzusu  III  Respublikanın 

tarixində  çox  maraqlı  bir  taleyə  malikdir.  Siyasi  strukturlar 

(partiyalar  və  hüquq  müdafiə  cəmiyyətləri)  dövlət  interven- 

sionizmi  ideyasına  tamamilə  düşmən  mövqe  tuturlar,  lakin 

onlar  öz  tənqidlərini  avtoritarizmin  tənqidi  kimi,  korrup­

siyanın  tənqidi  kimi  qələmə  verərək,  guya  dövlətdən  daha 

yüksək  prioritetə malik  olmalı  vətəndaş cəmiyyəti  yaratmaq 

istədiklərini  bildirirlər.  Bu  cür  qüvvələrin  hakimiyyətə  gəl­

məsi  «neqativ»  variantın  tətbiq  edilməsi,  yəni  dövlətin  iqti­

sadiyyatdan kənarlaşması və  faktiki  olaraq,  onun  (dövlətin) 

xüsusi  kapital  üçün,  necə  deyərlər,  gecə  keşikçisinə  çevril­

məsi  demək  olardı.  «Dövlət  və  iqtisadiyyat»  probleminin 

«pozitiv»  variantı  Azərbaycan  tarixində  son  iki  yüz  ildə 

həyata  keçirilmişdir.  Bu,  ölkənin  iqtisadi  həyatında  və  de­

məli,  sosial-siyasi  və  mənəvi  həyatında  da,  dövlətin  birbaşa 

iştirak etməsi deməkdir.

Başqasını  «qovub  çatm aq»  istəyən  ölkə  sadəcə  inkişaf 

etməklə  kifayətlənməyib,  ondan  irəlidə  gedən  ölkəyə  nisbə­

tən daha sürətlə inkişaf etməlidir.  Bundan  əlavə,  nailiyyətlə­

ri  sadəcə  qəbul  etmək  və  onları  öz  şəraitinə  adaptasiya  et­

mək  də  kifayət deyildir.  Bu  yol,  ən  yaxşı  halda,  yalnız  geri­

ləmənin  artmamasm a  imkan  verər.  Dövlət əhəmiyyətli  vəzi­

140

fə  isə  daha  artıq  inkişaf etmiş  ölkəyə  məlum  olmayan  üsul­



ları  (institutları,  mexanizmləri)  axtarıb  tapmaqdan  ibarət­

dir.  «Qovub çatma»  inkişafının  birinci  qaydası  budur  -  da­

ha  çox  inkişaf etmiş  ölkənin  yolu  ilə getmək  olmaz.  III  Res­

publikada  öz  üsullarını  axtarıb  tapmaq  mövzusu  hələ  ye­

tişməyib 

bu  fikir  ilk  təəssüratın  ifadəsidir  və  bu  barədə 

mübahisə etməyə dəyər.  Heç şübhəsiz, ölkə rəhbərliyi qlobal 

təsirlərin  təzyiqini  hiss  edir  və  böhranlı  vəziyyətlərə  cavab 

rejimində  fəaliyyət  göstərir.  Bu  proses  hələ  başa  çatmayıb. 

Əvvələn  ona  görə  ki,  modernləşmənin  milli  modeli,  o 

cümlədən  Azərbaycanın  iqtisadi  inkişaf  modeli  konseptual 

baxımdan  hələ  tam  deyil  və  ikincisi,  istər  cəmiyyətin  daxi­

lində,  istərsə də  onun  hüdudlarından  kənarda  mövcud  olan 

ziddiyyətli  uzunmüddətli  amillərin  nə  ilə  nəticələnəcəyi  mə­

lum  deyil.

141



N Ə T İ C Ə

Əsərin  yekun  bölməsində  hakim  dövlətçilərlə  sistem- 

dənkənar  radikal  müxalifət  arasında  mövcud  konseptual 

fərqləri  qabarıq  şəkildə göstərmək çox vacibdir.

Müxalifət  Heydər  Əliyevə  və  onun  davamçılarına  qarşı 

mübarizədə  nəyi  qəbul  etmir?  -  modernləşdirmənin  məq­

sədlərinə  nail  olmaq  naminə  dövlətin  milləti  səfərbər  etmək 

kursunun  həyata keçirilməsini.

Radikal  müxalifət  tarixi  həqiqətləri  qəbul  etmək  istə­

mədiyini  heyrətamiz  şəkildə  nümayiş  etdirir,  70  illik  tarixi­

mizin  yalnız  mənfi  cəhətlərini  qabardaraq  bu  dövrdə  qaza­

nılmış  nailiyyətlərin  üstündən  xətt  çəkməyə  çalışır.  Heydər 

Əliyev  isə  1993-cü  ilin  yay  və  payız  aylarındakı  ilk  çıxışla­

rında  dönə-dönə  göstərirdi  ki,  transformasiya  proseslərini 

konkret  zaman-məkan  kəsiyində  nəzərdən  keçirmək  lazım­

dır.  Prezident  və  onun  davamçıları  üçün  sovet  tarixi  mo­

dernləşdirmə  prosesində  tamdəyərli  şəkildə  «iştirak  edir», 

bu  tarix  modernləşdirmənin  səmərəli  olmasını  müəyyənləş­

dirir,  mədəni-siyasi,  iqtisadi  dəyərlərlə  elan  edilmiş  vəziflər 

arasında harmoniya yaranmasını təmin edir.

Prezidentin  hakimiyyətinin  ilk  illərində  qəbul  edilmiş 

siyasi  qərarlar  ilk  baxışda  situativ  məntiq  çərçivəsindən  kə­

nara  çıxmırdı.  Lakin  böhranlı  reallıqların  doğurduğu  sual­

lara  cavab  xarakteri  daşıyan  bu  qərarlarda  müşahidə  olu­

nan  daxili  ahəngdarlıq  və  vəhdət  müəyyən  niyyətlərin 

məcmusu  barədə  danışmağa  imkan  verir.  Təbii  ki,  «Heydər 

Əliyevin  və  onun  davamçılarının  siyasi  layihəsi»  barədə  da­

nışmaq  olar.  Bu  layihə  köhnə  ilə  yeninin  üzvi  sintezi  ol­

duğuna  görə  Azərbaycanın  siyasi  gerçəkliyini  «demokratik 

tranzit»  ideologiyasının  reallaşdırılması  uğrunda  mübarizə 

kimi,  yəni  qərb  standartları  üzrə  modernləşmə  ideologiya­

sının 


mahiyyət etibarilə  qərbləşmə  ideologiyasının  reallaş­

dırılması  uğrunda  mübarizə  hesab  etmək  olmaz.  Azərbay­

canda  «köhnə  qaydalardan  birdəfəlik  əl  çəkmək»  sxemi  tət­

142

biq  edilə  bilmə/,  çünki  bizim  cəmiyyət  nihilist  əhval- 

ruhiyyəli  müxalifətin  Azərbaycanı  qərbloşdirmək  planlarını 

dəstəkləmir.  Azərbaycanın  modernləşməyə  hazır  olmasında 

müəyyən  asimmetriya  nəzərə  çarpır:  sosial  strukturun  və­

ziyyəti  ilə  müqayisədə  mədəni  münasibətlər  baxımından 

modernləşmə  meyli  daha  güclüdür.  Bizdə  Qərbin  siyasi  li­

beralizminin  ən  pis  təzahürlərini  (siyasi  həyatın  teatra  çev­

rilməsini,  partiyabazlığı,  iyrənc  texnologiyaları)  qəbul  et­

məyə  hazır  olm aqdan  daha  çox,  bazar  münasibətlərinə  ke­

çid  meyli  nəzərə çarpır.  Siyasi  demokratiyaya  ümumi  hazır­

lıq  da  qeyri-müntəzəm  paylanmışdır:  seçkilər  institutunu  və 

prezident  üsul-idarəsini  qəbul  etməyə  hazırlıq  partiyalar  in­

stitutunu  və  parlam ent  nümayəndəliyini  qəbul  etməyə  ha­

zırlıqdan daha güclüdür.

Böyük  tarixi  transformasiyalar  dövründə  insanın  seçim 

im kanı  daha  çox  aktuallaşır.  Modernləşmə  prosesi  də  bu 

cür  transformasiyalar  qisminə  aiddir.  Məhz  Heydər  Əliye­

vin  hakimiyyəti  dövründə  insanın  həqiqətən  «bifurkasiya 

nöqtəsinə»  (seçim  nöqtəsinə)  çevrilməsi  üçün  şərait  (həm 

sabitlik,  həm  də  sərbəstlik)  yaradılmışdır;  gələcək  cəmiyyə­

tin  konturları,  inkişaf  trayektoriyaları  insanın  iradəsindən 

və  seçimindən 

bizim  Azərbaycan  gerçəkliyində  korpora­

tiv,  sosial  münasibətlərin  (miilki,  ailə-qohumluq,  peşəkar, 

yerlilik  və  s.  münasibətlərin)  geniş  şəbəkəsində  insanın  ira­

dəsindən  və  seçimindən  əhəmiyyətli  dərəcədə  asılı  olduqda, 

bu  şəraiti  yaradan  məhz  dövlət  idi.  Dövlət,  total  miqyasda 

olmasa  da,  hər  halda  paternalist  funksiyalarını  yerinə  yeti­

rir,  bu  isə minimum  məsrəflər və minimum  risk  müqabilində 

həyatdan  daha  çox  şans  əldə etməyə çalışan  insanın  bu  is­

təklərinə çalmasına  imkan  yaradırdı.  Qətiyyətlə deyə bilərik 

ki,  İlham  Əliyevin  məhz  öz  sələfi  Heydər  Əliyevin  dövlətçi­

lik  kursunu davam  etdirməsi  onun  modernləşdirmə kursunu 

da davam  etdirməyə  imkan  verəcəkdir.

Müxalifət  nəyi  başa  düşmək  və  etiraf  etmək  istəmir?  - 

özlərinin  yaşadığı  cəmiyyətin  və  dövlətin  özünəməxsus  cə­

hətlərini.  Azərbaycan  qabaqcıl  ənənələrə  sadiq  olan  bir  cə­

143



miyyətdir.  Bu  cəmiyyətdə  bütün  siyasi  rejimlər  dövründə 

həyata  keçirilən  modernləşmə  ilə  tradisionalist  dünyanın 

dəyərləri  vəhdətdədir.  Bu  özünəməxsusluğu  başa  düşmək 

çətin  deyil.  Bundan  ötrü  sadəcə olaraq  «xalqın»  (yəni  siyasi 

ideyalarla  işləri olmayan  sadə adamların) dövlət  hakimiyyə­

tinə,  hökm dar obrazına,  hakimiyyətin  irsən  keçməsi  mövzu­

suna münasibətini öyrənmək  lazımdır.

M ütərəqqi  ənənələrə  malik  olan  Azərbaycan  cəmiyyə­

tində  hakimiyyətin  verilməsi  ayrıca  bir  mərasimdir,  haki­

miyyət  «vertikah»  isə  üç  müstəqil  səviyyədən  ibarətdir: 

dövlət  başçısı  Azərbaycanın  mədəni  dünyasının  «əbədi» 

rəmzlərinin  daşıyıcısıdır  («yuxarıya  yönəlmiş  vertikal»)  və 

vətəndaşlarla  hüquqi  münasibətlər  saxlayır  («aşağıya  yö­

nəlmiş vertikal»).  M üasir Azərbaycanda dövlət başçısı  təkcə 

seçki  qutularından  «çıxardılmış»  səlahiyyətlərin  daşıyıcısı 

deyil,  həm  də bu  cəmiyyətdə  ən  çox  ehtiram  bəslənən  mənə­

vi  məziyyətlərin  daşıyıcısıdır.  Bu  keyfiyyətlərin  eyni  şəxsdə 

cəmləşməsi  dövlət  başçısına  səmimi  sevginin  və  hörmətin 

təzahürü  və  eyni  zamanda,  öz  fikrini  ifadə  etmək  azadlığı­

nın,  məsələn  kütləvi  informasiya  vasitələri  azadlığının  tə­

zahürüdür.  Prezident  Heydər  Əliyev  «yuxarıdan  islahatlar» 

keçirir.  Azərbaycan  dövlətinin  svilizasiyasının  məxsusiliyi 

bundan  ibarətdir.  Siyasi  sosiallaşma,  yəni  vətəndaşların  is­

lahatların  şərtlərini  müəyyənləşdirən  dəyərlərə  yiyələnməsi 

modelləşmənin  məzmununa  çevrilir.  Bu  cür  anlaşılan  nor­

mal siyasi prosesin zəruri şərti  öz mənafelərini  başqalarının 

mənafeləri  ilə  uzlaşdırmağı  bacaran  idaroçilər  sinfinin  ol­

ması  və  təkcə qanuna deyil, cəmiyyətin  siyasi ənənələrinə  də 

hörmət  bəslənməsini  nəzərdə  tutan  xüsusi  siyasi  ab-havanın 

olmasıdır.

M üxalifət  ideoloqlarının  təqdim  etmək  istədikləri  cə­

miyyət  prinsip  etibarilə  artıq  dərk  edilmişdir,  sağlam 

düşüncəli  insanlar,  necə  deyərlər,  hər  şeyi  yerbəyer  ediblər. 

İnsanların  adi  vaxtlarda  həll  etdiyi  problemlər  fraqmcntaı 

xarakter  daşıyır,  onları  başa  düşmək  asandır  və  bu  pro­

blemlər  tamailə  konkretdir.  Lakin  tarixdə  elə  dövrlər  olur

144

ki.  bütövlükdə  cəmiyyət  taleyin  sınaqlarına  sinə  gərməli 



olur,  təhlükə  qarşısında  qalır.  Bəs  belə  dövrlərdə  sağlam 

düşüncə sarıdan  vəziyyət  necə  olub?  Sosial  hadisələrin  qey­

ri-adiliyi,  öz dəyərini  itirmiş  biitün  əvvəlki  qaydaların  açıq- 

aşkar  iflasa  uğraması  insanlarda  qavrayış  hissini  gücləndi­

rir.  Əvvəllər  heç  vaxt  qarşıya  çıxmayan  məsələlər  indi  pro­

blemə  çevrilir.  Belə  vaxtlarda  cəmiyyətdə  baş  verən  hadisə­

lərin  əvvəlki  anlamı  insanları  qane etmir,  onlar cəmiyyətin 

özünün  necə  dəyişməsini  başa  düşməli  və  bu  prosesdə  öz 

yerlərini,  öz  rollarını  bilməlidirlər.  Belə  vaxtlarda  öyüd- 

nəsihət etmək,  «Avropadakı  kimi  yaşamağa» çağırmaq əvə­

zinə,  soydaşlarımızı  narahat  edən  problemləri  anlamaq  və 

onlara  «yol  kartı»  verməyi  bacarmaq  lazımdır.  Elmi  nəzə­

riyyəni,  tətbiqi  nəzəriyyəni  və  praktikanı  bu  cür  ahəngdar 

şəkildə  birləşdirməyi  yalnız  dövlət  təfəkkürünə  malik  olan 

böyük  şəxsiyyətlər  bacararlar.  Bizim  bəxtimiz  gətirib  ki, 

bizdə  öz  şəxsiyyətinin  miqyasına  görə  millətin  qarşısında 

duran  mürəkkəb  və  tutumlu  vəzifələrə  müvafiq  olan  şəx­

siyyət  var.  Bizdə  Heydər  Əliyev  kursunun  uğurla  davam 

etdirə biləcək şanslı şəxsiyyət var:  bu,  Prezidentin  tərbiyəsini 

görmüş,  onun  işini  davam  etdirən  İlham  Əliyevdir.  Bizdə 

güclü  idarəçilər  və  dövlətçilər  nəsli  var.  Axı  insanlar  başa 

düşürlər  ki,  tarixin  keçid  dövrlərində  çox  şey  konkret  fəa­

liyyətdən  asılıdır,  onlar  özlərini  tarixin  iştirakçıları  hesab 

edirlər,  laikn  onu  da  bilirlər  ki,  qeyri-adi  şəxsiyyətlərin  la­

zımi  anda  və  lazımi  kontekstdə  əhəmiyyəti  çox  böyükdür. 

Bir  mühiim  həqiqəti  xüsusi  qeyd  etməyi  vacib  sayırı:  Azər­

baycanda  modernləşdirmənin  əsas  hərəkətverici  qüvvəsi 

siyasi  idaıəcilor  sinifidir.  Bu  fikri  başqa  şəkildə  də  ifadə  et­

mək  olar:  Heydər  Əliyevin  dövlətçilik  məktəbinin  yetişdir- 

mələri  olan  siyasi  menecerlər  sinfi  Azərbaycanda  dövlətçi­

liyin  dayağı,  siyasi  və  iqtisadi  modernləşdirməni  həyata  ke­

çirən qüvvədir.

145



M üəllif haqqında

Məhərrəm  Fərman  oğlu  Məmmədov  1955-ci  ildə  anadan 

olmuşdur.  1972-ci  ildə  Yerevan  şəhərinin  1  saylı  orta 

məktəbini 

bitirib. 

Yerevan 


Dəmiryolu 

Texnikumunu 

bitirdikdən  sonra,  təhsilini  Rostov-  Don  Dövlət  Texniki 

Universitetində davam etdirib.

Yerevan 

Dəmiryolu 

Masis 

stansiyasında 



müxtəlif 

vəzifələrdə  çalışıb,  sonralar Yerevan  metropolitenində  stansiya 

rəisi təyin olunub.

1988-ci  ildən  Bakı  metropolitenində  müxtəlif vəzifələrdə 

işləyib.Hal-hazırda  Dövlət  Dəmiryolu  İdarəsinin  Qaradağ 

stansiyasının rəisidir.

H azırda  təhsilini  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirir.

1993-cü  ilin  yanvarından  Yeni  Azərbaycan  Partiyasının 

üzvüdür.


Azərbaycan  Respublikasının  Prezidenti  haqqında  dövlət 

mətbuatında dərc olunan bir sıra məqalələrin müəllifidir.

Ailəlidir.  3 övladı  var.

146

M U N D Ə R I C A T :

Kitab haqqında...................................5-16

(A zə rb a y c a n   və  rus dillərin də)

Ön söz................................................. 17-24

(A z ə r b a y c a n   və rus d illərin d ə)

I  hissə. İslahatlar yolu ilə tərəqqiyə 

doğru hərəkət:  tarixi şüur təcrübəsi 

(müqəddimə əvəzinə)........................25-46

II  hissə. Azərbaycan  identikliyinin 

qorunub saxlanması problemi.......47-116

III  hissə. İqtisadi tərəqqi və islahatlar 

strategiyası..................................... 117-141

Nəticə

142-145



M  5 4  

M ə m m ə d o v   M .  F.  I l l   R e sp u b lik a :  m illi 

in k iş a f  m o d eli  v ə  str a te g iy a s ı.  B a k ı.  « E lm »  

n ə ş r iy y a tı,  2 0 0 3 .-1 5 5   s.(fo to ş ə k illə r lə )

Kitab  III  Azərbaycan  Respublikasının  milli  inkişaf modelindən  bəhs  edir.  Burada 

Azərbaycan  dövlətinin  mübarizələrdə  möhkəmlənməsi,  hüquqi,  demokratik,  unitar 

dövlətin  yaranma  və  möhkəmlənmə  prosesində  Azərbaycan  Respublikasının  Prezidenti 

Heydər  Əliyevin  əvəzolunmaz  rolu  təhlil  edilir.  Prezidentin  seçdiyi  yolun  konseptual 

zənginliyi  açıqlanmaqla  yanaşı  onun  milli  dövlətçilik  konsepsiyasının  yaradılmasında, 

müstəqil  Azərbaycanın  formalaşmasında  müstəsna  xidmətləri  geniş  açıqlanır.  П1 

Respublikanın  hakimiyyət mexanizmi  təhlil edilir.

Kitabda  ilk  dəfə  olaraq  “ Heydər  Əliyev  layihəsi”,  “ milli  təmərküzləşmə  siyasəti”, 

“siyasi ziyalılıq” və digər politoloji  terminlər istifadə edilir.

Əsərdə  Prezidentin  kursunun  layiqli davamçısı  İlham  Əliyevin  dövlətçilik  fəaliyyəti 

elmi  cəhətdən  təhlil  edilir.  Kitab  tarixçilər,  politoloqlar,  iqtisadçılar,  elmi  işçilər, 

tələbələr,  magistr  və  aspirantlar,  dövlət  qulluğu  sahəsində  çalışanlar  üçün  nəzərdə 

tutulur.


ISBN 5-8066-1579-0

w   0601000000

M ----------------

655(07)-03



Qrifli nəşr

UOT 328(479.24) 

KBT 66.61(2)

M ƏM M ƏDOV MƏHƏRRƏM FƏRMAN OĞLU 

III  RESPUBLİKA:  M İLLİ İNKİŞAF  MODELİ 

VƏ STRATEGİYASI

МАМЕДОВ  МАГЕРРАМ ФАРМАН  ОГЛЫ 

III РЕСПУБЛИКА:  МОДЕЛЬ И СТРАТЕГИЯ 

НАЦИОНАЛЬНОГО РАЗВИТИЯ

Yığılmağa verilib: 25.09.03.  Çapa imzalanıb:  08.10.03. 

Format 60x84 'Аб. Ş.ç.v. 9,25.  Sifariş № 98.  Kağız ola növ. 

Tiraj 500 nüsxə. Qiyməti müqavilə ilə.



"Tİ-MEDİA " şirkətinin mətbəəsi.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə